Məhkəmə qərarları › İş №2(102)-4055/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4055/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4055/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 Museyib oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3616/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29.07.2016-cı il tarixli, **********94 seriya nömrəli arayışda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nin təqdim etdiyi elektron məlumat bazasına əsasən Gədəbəy rayonun Novoivanovka kəndində Cavabdeh1 adına dörd nəfərin paylı mülkiyyəti olmaqla JN-283D nömrəsi ilə həyətyanı torpaq sahəsi kimi daşınmaz əmlakı qeydə alınmışdır. Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş 09.03.2017-ci il tarixli, 204 №-li arayışda qeyd edilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 1986-1990cı illərə dair Novoivanovka kənd XDS İK-nin 03 saylı təsərrüfat başına kitabının 271-ci şəxsi hesabında Cavabdeh1 adına təsərrüfat açılmış və ailə üzvləri qeyd edilmişdir. 1918ci və 1987-ci illərdə tikilmiş ümumi sahəsi 48 kvadrat metr olan yaşayış evi və 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(042)-1032/2017 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər İddiaçı1, X4, X16, X17, X19, X20 və X5 Gədəbəy rayonunun Novoivanovka kəndində iddiaçı Cavabdeh1 məxsus evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması, iddiaçıların həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən müəyyən edilir ki, Cavabdeh1 Gədəbəy RİH Başçısının Çobankənd kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatda olmaqla ailə tərkibi - arvadı 1962-ci il təvəllüdlü X18, oğlu 1985-ci il təvəllüdlü X21 və qızı 1987-ci il təvəllüdlü X1 ibarətdir; 1918-ci ildə tikilmiş ümumi sahəsi 48 kvadrat metr olan yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Gədəbəy rayon İHB-nin Novoivanovka İƏV üzrə nümayəndəsi tərəfindən verilmiş 20.04.2004-cü il tarixli, 365 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı1 həqiqətən 1977-1982-ci illərdə Novoivanovka kənd 03 №-li təsərrüfatbaşına kitabın 265-ci səhifəsinə əsasən təsərrüfat başçısı kimi qeydə alınmışdır. 1983-cü ildən hal-hazıradək həmin təsərrüfat Cavabdeh1 adına yazılmışdır; 15.02.1977-ci il tarixli kupçadan görünür ki, Novoivanovka kənd sakini öz mülkiyyətinin sahibi X9 kənd sovetliyinin deputatları X26, X7, qonşuları şərq tərəfdən X22, qərb tərəfdən X15, şahidlər X23, X10 iştirakı ilə şüurlu v əziyyətdə heç bir məcburiyyət olmadan özünün şəxsi istəyi ilə üç otaqdan ibarət olan, doğranmış ağacdan hazırlanmış, zirzəmisiz, kirəmitlə örtülmüş özünə məxsus olan evi satmışdır. Ev ərazisində 15 alma ağacı, 2 armud ağacı, 44 gavalı və göyəm ağacı olan 0,25 ha həyətyanı sahədə tikilmişdir, bu həyətyanı sahədə doğranmış ağacdan tikilmiş kiçik kirəmit ilə örtülmüş bir hamam vardır. Kupçada göstərilənlərin hamısı 4600 rubl məbləğinə İddiaçı1 satılmışdır. O, birinci tərəf X2 tərəfindən satılmış ev, bir hamam, meyvə ağaclarından ibarət həyətyanı sahəyə görə 4600 rubl məbləğində pulu tam olaraq almışdır. İkinci tərəf alıcı İddiaçı1 alınmış ev, bir hamam, meyvə ağaclarından ibarət həyətyanı sahəyə görə 4600 rubl məbləğində pulu tam ödəmişdir. Ərazisində tikili olan hazırkı həyətyanı sahə qonşul ar Bolotin Abram M. və Moskvina Mariya F. evləri arasında yerləşir ki, bununla bağlı hazırkı kupça tərtib edilmişdir. Kupçanın doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(104)-1648-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(042)- 1032/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən müəyyən edilir ki, tərəflər Gədəbəy rayonunun Çobankənd kəndinin sakinləri olublar. 1977-ci ildə tərəflərin atası x1 qonşu Novoivanovka kəndində Aqafiya Bolotina adlı qadından taxta fbrus) materialından ev almış, ev notarial alğı-satqı müqaviləsi əsasında alınmış və İddiaçı1 adına sənədləşdirilmişdir. İddiaçı1 atası və digər ailə üzvləri ilə birlikdə 1982-ci ilə qədər həmin evdə yaşa mış, qeyd olunan tarixdə qeydiyyatdan çıxıb Gəncə şəhərinə getmişdir. Onun ailə üzvləri isə bir neçə il sonra Gəncə şəhərinə köçmüşlər. Bundan sonra ev tərəflərin atası x1 və ailənin övladı olan Cavabdeh1 sahibliyinə keçmiş, x1un ölümündən sonra isə ev tamamilə Cavabdeh1 nəzarətinə keçmişdir. Bundan başqa 1983-2001-ci illərə aid Novoivanovka kəndinin təsərrüfatbaşına kitablarından müvafiq çıxarışlardan görünür ki, mübahisəli ev 1987-ci ildə tikilməklə Cavabdeh1 və ailə üzvləri həmin evdə yaşamışlar. Texniki pasporta əsasən də evin 1987ci ildə tikilməsi müəyyən edilir. Brus evin sökülüb daş evin tikilməsində İddiaçı1 və ailə üzvlərinin də rolunun olduğu müəyyən edilmir. Eyni zamanda Cavabdeh1 və ailə üzvləri mübahisli evdə təsərrüfat qeydiyyatında olduqlarına görə 1990-cı illərin ortaları nda aparılan torpaq islahatı zamanı 0,25 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həyətyanı sahənin mülkiyyətə verilməsinə dair şəhadətnamədə Barat Soltanovun və ailə üzvlərinin adları qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2(102)7729/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(104)-1648-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gədəbəy Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(042)-497/2019 saylı qətnaməsi ilə İddiaçı1 mübahisəli evə mülkiyyət hüququnun tanınması barədə iddiası rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəs i ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50000 manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən yaşayış evini 15 fevral 1977-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kənd sakini X6 4600 rubla almışdır. Bu baradə Bolotina ilə “Kupçaya” adlı alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilə bağlanıldıqdan sonra Bolotina kənddən köçüb getmiş və onunla notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsini bağlamaq mümkün olmamışdır. O, Bolotinadan aldığı evi 1987-ci ildə sökmüş və yerində yeni ev tikmişdir. Yeni ev tikilidikdən sonra onun adına yeni texniki pasport işlənilib hazırlanılmışdır. Evi aldıqdan sonra, yəni, 1982-ci ildə işləmək üçün Gəncə şə hərinə getmişdir. Bununla əlaqədar olaraq evdən pasport qeydiyyatından çıxmışdır. Bununla belə, ailə üzvləri həmin evdə pasport qeydiyyatında qalmışlar. O, qeydiyyatdan çıxdıqdan sonra cavabdeh özünün qeydiyyatda olduğu Çobankənd kəndində qeydiyyatdan çıxmış və naməlum yolla gizli olaraq, həmin vaxt Gədəbəy RİHB-nın Gədəbəy rayonu, Novoivanovka Kənd İƏD üzrə nümayəndəsinin qanunsuz köməyi ilə onun və ailə üzvlərinin razılığı olmadan 1982-ci ildə onun Bolotinadan aldığı yaşayış evinə ailə başçısı kimi qeydiyyata düşmüşdür. Halbuki, heç vaxt həmin evdə yaşamamışdır. 1985-ci ildə isə cavabdeh öz ailə üzvlərini də həmin evə qeydiyyata salmışdır. Bundan sonra cavabdeh evə qeydiyyatda olmasından da istifadə edərək, yenə də qanunsuz olaraq, 2016-cı ildə ailə üzvləri ilə birlikdə evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır. Cavabdeh bu şəhadətnamə əsasında məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin həmin evdən çıxarılması haqqında qətnamələr qəbul edilməsinə nail olmuşdur. Halbuki, həmin evi o, tikdirmiş və evə hazırki Azərbaycan manatı ilə təxminən 50000 manat vəsait xərcləmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 göstərmişdir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsində işləyir. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı 2018-ci ildə vətəndaşları qəbul günündə İddiaçı1 qəbul etmiş, onun problemləri ilə maraqlanmışdır. İşin araşdırılmasını ona həvalə etmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən yaşayış evini 15 fevral 1977-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kənd sakini X6 4600 rubla almışdır. Bu baradə Bolotina ilə “Kupçaya” adlı alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilə bağlanıldıqdan sonra Bolotina kənddən köçüb getmişdir və onunla notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsini bağlamaq mümkün olmamışdır. O, Bolotinadan aldığı evi 1987-ci ildə sökmüş və yerində yeni ev tikmişdir. Yeni ev tikilidikdən sonra onun adına yeni texniki pasport işlənilib hazırlanılmışdır. Evi aldıqdan sonra, yəni, 1982-ci ildə işləmək üçün Gəncə şəhərinə getmişdir. Bununla əlaqədar, evdən pasport qeydiyyatından çıxmışdır. Bununla belə, ailə üzvləri həmin evdə pasport qeydiyyatında qalmışlar. Gədəbəy Rayon Məhkəməsinin 17 iyu n 2020-ci il tarixli, 2(042)-443/2020 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsi üzərində yerləşir və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçı və ailə üzvlərinin həmin yaşayış evindən çıxarılması qət olunmuş, qətnamələr icra edilmiş, iddiaçı və ailə üzvləri evdən çıxarılmışlar. İddiaçı mübahisəli evin onun tərəfindən tikilməsini göstərsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının cavabdehin mülkiyyətində olan yaşayış evinin tikilməsi və yaxşılaşdırılmasında iştirakının olmadığı müəyyən edilmişdir və həmin faktlar iddiaçı tərəfindən yenidən mübahisələndirilə və sübut edilə bilməz. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Rəşad Mamedov) 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə ağlı qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi əsasına qarşı apellyasiya şikayətində hər hansı bir dəlil irəli sürməmiş, yalnız iddia ərizəsində göstərilənləri və tərəflər arasında əvvəllər olmuş mübahisələr üzrə fikirlərini təkrar lamışdır. Halbuki birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək qətnaməsində göstərmişdir ki, tərəflər arasında olmuş mübahisəyə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2018-ci il tarixli, 2(104)-1648/2018 saylı qətnaməsi ilə cavabdehin mülkiyyətində olan mübahisəli evin sökülüb daş evin tikilməsində İddiaçı1 və ailə üzvlərinin rolunun olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi də həmin normaya istinad edərək bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsini və yenidən sübut edilməməsini əsas gətirərək iddianı rədd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı (vəkil X12) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiy a şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisial xarakter daşımasına istinad edərək həmin qətnamə ilə müəyyən edilmiş faktları və halları yenidən yoxlamamaqla iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarakən məhkəmə gtərəfindən hansı maddi və ya prosessusal hüquq normalarının pozulmasını iddiaçı kassasiya şikayətində göstərməmişdir. c) Məhkəmə icraatı İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67- ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tələbin rədd edilən hissəsini, cavabdeh isə qətnamənin əsaslandırmasında apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlamış, cavabdeh qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə (yalnız iddia tələbinin rədd edilməsi hissədə) yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3616/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar