Məhkəmə qərarları › İş №2(102)-4057/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4057/2023

29.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4057/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 oğlunun İddiaçı qarşı (üçünçü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, yaxşılaşdırma xərclərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu İddiaçı bağışlamış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir.

3. İddiaçı hazırda mənzilin mülkiyyətçisidir.

4. Cavabdehlərdən Cavabdeh2 oğlu iddiaçının dayısı, Cavabdeh1 isə dayısının arvadı olmaqla həmin mənzildə yaş ayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, anasının xüsusi mülkiyyətində olmuş mübahisəli mənzil xx.xx.2021-ci ildə ona bağışlanmış və mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Anası cavabdehlərə müvəqqəti olaraq mübahisəli mənzildə yaşamaları üç ün icazə vermişdir və onlar hazırda da qeydiyyatsız olaraq onun mənzilində yaşayırlar. Cavabdehlərə dəfələrlə mənzili təhvil verib çıxmalarını bildirmiş, lakin onlar təkidlə heç bir əsas gətirmədən çıxmayacaqlarını bildirmişdirlər. Bu da ona həm ciddi şəkildə maddi ziyan vurur, həm də mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır.

7. Cavabdeh1 və Cavabdeh2 oğlu cavabdeh İddiaçı qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 65,40 kvadrat metr olan 54 saylı mənzilin təmirinə çəkilən 25000 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, çıxarılmaları tələb olunan mənzil əslində elə cavabdehlərə məxsusdur. Onlar mübahisəli mənzildə 30 ildən artıq müddətdir daimi yaşayırlar, iki qız övladını da ailə qurduqlarında həmin mənzildən el adəti ilə köçürmüşlər. Mənzilin bütün xərcləri bu gün də onlar tərəfindən ödənilir. Eyni zamanda, Azadə Tahirova ilə Cavabdeh2 bacı – qardaşdırlar. Uzun illər əvvəl ataları Cəmşid Əliyevin xeyir duası ilə yaxın məsafələrdə yerləşən iki mənzil alınmış, sadəcə olaraq alınan mənzil bacısının adına rəsmiləşdirilmişdir. İllərdir ki, buna heç bir etiraz olmamış və bu gün də onlar orada ailəsi ilə yaşayırlar. Hazırkı iddia isə atası Cəmşid Əliyevin təsiri ilə verilmişdir. Belə ki, bir müddət əvvəl bir ağsaqqal kimi atasının təklifi ilə mübahisəli mənzil qanuni şəkildə Cavabdeh2 adına rəsmiləşdirilm iş, sonradan atası onu vadar etmişdir ki, mənzili bacısının adına qaytarsın. Bu əsasla da hazırda atasının təsirindən bacı-qardaş arasında nifaq düşmüş, münasibətləri kəsilmişdir. Bacısı oğlunun iddiası tam qanunsuz və əsassızdır, çünki o, ümumiyyətlə, mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Belə olan halda, mənzilə uzun illərdir tərəfindən çəkilən xərclərin ödənilməsini tələb etməyə məcburdurlar. Çünki, həmin mənzildə 25000 manat həcmində əsaslı təmir işləri aparılmışdır. İddiaçı hansı əsasla hazırkı iddianı qaldırması başa düşülən deyildir. Belə ki, sonuncu, bir neçə aydır ki həmin mənzilin mülkiyyətçisidir və ümumiyyətlə, mənzili tərk etmələri üçün hər hansı təklif verməmişdir (belə bir təklif ola da bilməz). Qarşılıqlı iddiaya əlavə olunmuş 19 saylı arayışla da məyyən edilir ki, 199 3-cü ildən etibarən mübahisəli mənzildə yaşayır, əsaslı təmir işləri onlar tərəfindən qarşılanmışdır və mənzilin əsl sahibləridirlər.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5186 saylı ekspert rəyinə əsasən aparılmış tədqiqatla, X5 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin daxili konstruktiv elementlərinin, o cümlədən, əsəs yük daşıyıcı elementləri üzərində yenidənqurma işlərinin aparılmasını və mühəndiskomunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Mübahisəli mənzildə aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymət lərinə uyğu olaraq 1,0 kvadrat metr sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq mənzilin təmirinə 24480,0 manat (81,6x300) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir.

10. Bakı şəhəri Yasamal Rayon 17 fevral 2022-ci il tarixli, 2(004)-160/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ilkin iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin təmirinə çəkilən 24480 manat məbləğində pulun tutularaq, iddiaçıl ar Cavabdeh1 və Cavabdeh2 oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə ilkin iddiaya münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mübahisəli mənzilə dair hüquqları (sahiblik, istifadə) işin mübahisəsiz halını təşkil edir. Cavabdehlər mübahisəli mənzildə qanunsuz yaşayır. Belə ki, onların müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşamaları iddiaçının hüquqlarını pozur.

12. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarındakı xx.xx.2021-ci il tarixli, 10/5186 saylı ekspert rəyi ilə mübahisəli mənzilin daxili konstruktiv elementlərinin, o cümlədən, əsas yük daşıyıcı elementləri üzərində yernidənqurma işlərinin aparılması və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi nəzərə alınaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Mübahisəli mənzildə aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kvadrat metr sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunduğu nəzərə alınmaqla 24480.0 manat (81,6x300) məbləğində müəyyən edilmişdir. Odur ki, qarşılıqlı iddia tələbi müvafiq məbləğ həcmində təmin olunmalıdır.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və 228.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesləri zamanı qarşılıqlı iddiaçı məhkəməyə həqiqətən də əsaslı təmir işləri görülməsi və hansı işlərin aparılmasını sübuta yetirən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Daha sonra qarşılıqlı iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdimetdiyi "xxxx" MTK tərəfindən arayış alınmışdır ki, mənzildə təmir işləri qarşılıqlı iddiaçı tərəfindən edilmişdir. Lakin hansı işlər aparıldığı qeyd edilməmişdir. Məhkəmə qətnaməsində guya qarşlıqlı iddiaçıların məhkəmə iclasında iştirak etdiyi və iddialarını müdafiə etdiyi qeyd olunsa da, onlardan heç biri məhkəməyə gəlməmişdir. Mübahisə olunan mənzil 2021-ci il tarixdə bağışlama müqaviləsinə əsasən heç bir qarşılıqlı şərt olmadan X1 mülkiyətinə verilmişdir ki, o da oğlu İddiaçı bağışlamışdır və mülkiyyətindədir. İlkin iddiaçı mənzilin yeni mülkiyyətçisidir və qarşılıqlı iddiaçı ilə hər hansı şərt və ya öhdəlikləri olmamışdır ki, ona qarşı hər hansı iddia tələbi ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/5186 saylı ekspert rəyində konkret hansı işlərin görülməsi, materialların hansı keyfiyyətdə olması göstərilməmiş, yalnız mənzilin ümumi kvadrat metr sahəsini 300 manata vurar aq 24480,0 manat rəqəm almışdır. Ekspertizanın keçirilməsi də birtərəfli olmuşdur. Məhkəmə ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair hüquqlarının (sahiblik, istifadə) olmasını işin mübahisəsiz halını təşkil etdiyini, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşadığını, onların müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilmədiyini müəyyən edərək, hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşamaları iddiaçının hüquqlarını pozur. Buna baxmayaraq, qarşılıqlı iddianı əsassız olaraq təmin etmişdir.

16. X7 məhkəmə iclasında verdiyi izahatında həmin mənzildə hərtərəfli təmir işləri, əsasən isə santexnik işləri gördüyünü, apardığı işlərə görə bahalı materiallardan istifadə etdiklərini və Cavabdeh2 tərəfindən aparılan işlərə görə onlara təxmini 8000-10000 arası pul veridiyini, orada Konstruktiv təmir işləri apardığını bildirmişdir.

17. X6 ifadəsində həmin mənzildə 2 müxtəlif vaxtda, 1995-1999-cu illərdə və axırıncı dəfə 2019-cu ildə təmir işləri apardığını, apardıqları təmir işlərinə görə Cavabdeh2 tərəfindən onlara 8000-10000 manat arası pul verildiyini, Cavabdeh2 tərəfindən təmir xərcinə ümumilikdə usta xərcləri ilə birlikdə 20000 manatdan çox pul sərf edildiyini bildirmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 10/8408 saylı ekspert rəyinə əsasən 1 saylı dəhliz tikilisinin tavanına alçipan quraşdırılması, tavanına şpaklyovka çəkilərək boya ilə rənglənməsi, divarları divar kağızı ilə üzlənməsi, döşəməsinə parket vurularaq la klanması, 2 saylı hamam tikilisinin tavanına lambirin quraşdırılması, divarlarınn kafellə üzlənməsi, döşəməsinə metlaq vurulması, 3 saylı ayaqyolu tikilisinin tavanına lambirin quraşdırılması, divarların kafellə üzlənməsi, döşəməsinə metlaq vurulması, 4 saylı mətbəx tiklisinin tavanına lambirin quraşdırılması, divarlar və döşəməsinə kafel-metlaq vurulması, 5, 6 və 7 saylı yaşayış otaqları tikilisinin alçıpan quraşdırılması, tavanına şpaklyovka çəkilərək boya ilə rənglənməsi, divarlarının divar kağızı ilə üzlənməsi, döşəməsinə isə parket vurularaq laklanması işlərinin aparılması və həmin işlərə görə (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) mənzilin fakti vəziyyəti, təmirlilik dərəcəsi, aparılmış təmir işləri nəzərə alınmaqla sərf edilmiş xərcin məbləğinin orta bazar qiymətlər i nəzərə alınmaqla 24480 manat olması müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə – sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(004)-160/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dəvət edilmiş şahidlər ifadələrində həmin mənzildə təmir işlərinin aparıldığını göstərmişlər.

21. Kollegiya qeyd etmişdir ki, həmin məzildə uzun müddətdir fasiləsiz olaraq (işin mübahisəsiz halı) cavabdeh tərəf yaşamaqla oradan istifadə etmişlər, ilkin iddiaçı isə orada ümumiyyətlə yaşamamışdır. Sadə məntiqlə yanaşıldıqda qeyd edilməlidir ki, bu qədər uzun müddət yaşanılmış mənzildə orada yaşayan və istifadə edən şəxslər tərəfindən təmir işlərinin aparılması normal və mümkün olan haldır. İlkin iddiaçı təmir işlərinin aparılmamasını qeyd etsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hətta mənzil təmirli halda olmuş olsaydı belə, təxmini 30 ilə yaxın bir müddət ərzində mənzildə təmir işlərinin aparılması labüd hesab edilə bilər. İddiaçının əksinə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər ifadələrində məhz 2019-cu ildə də təmir işlərinin aparıldığını, onların özlərinə 8000-10000 manat arası pul verildiyini, bahalı materiallardan istifadə edilməklə Cavabdeh2 tərəfindən ümumilikdə material və usta xərclərinə sərf edilən məbləğin 20000 manatdan çox olması bildirilmişdir.

22. Kollegiya həmçinin qeyd etmişdir ki, 2021-ci il tarixli ekspert rəyində sözügedən mənzildə konstruktiv elementlərinin, o cümlədən, əsas yük daşıyıcı elementlər üzərində yenidənqurma işlərinin aparılmasını, mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdirir. Aparılmış təmir işlərinə görə xərcin isə 24480 manat məbləğində olması müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ekspertizanın yenidən keçirilməsi barədə apellyasiya şikayıtinin dəlillərinə əsasən yenidən iş üzrə ekspertiza tədqiqatının aparıl msı qərara alınmış və 12 aprel 2023-cü il tarixli, 10/8408 saylı ekspert rəyi ilə mübahisəli mənzildə yenidənqurma işlərinə görə xərcin dəyərinin ümumilikdə orta bazar qiymətləri nəzərə alınmaqla 24480 manat olması müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıların həmin mənzildən çıxarılması barədə məhkəmə aktı qəbul edildiyindən və sözügedən mənzildə cavabdeh tərəfin təmir işləri aparması sübuta yetirildiyindən aparılmış yaxşılaşdırmalara münasibətdə çəkilmiş xərclərin İddiaçı tələb edilməsi qanuni və əsaslıdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri

26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)-192/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması, mülki işin həmin hissəyə münasibətdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər vicdanlı sahib deyillər. Belə ki, mübahisəli mənzildə onlar qanunsuz olaraq yaşamışlar, nə həmin mənzildə qeydiyyatları olmuş, nə də həmin dövrlərdə mənzil mülkiyyətlərində olmuşdur. Mübahisəli mənzil əvvəldən dövlət tərəfindən xidmətə görə təmirli vəziyyətdə Cəmşid Əliyevə verilmişdir. Cavabdehlər də müvəqqəti olaraq təmirli vəziyyətdə olan həmin mənzildə yaşayırlar. Mənzil qısa müddətli qanunsuz olaraq Cavabdeh2 oğlunun mülkiyyətinə keçmiş və sonradan ləğv edilərək əvvəlki vəziyyətinə gətirilmişdir. Hətta mübahisə olunan mənzil 2021-ci il tarixdə bağışlama müqaviləsi heç bir qarşılıqlı şərt olmadan X1 mülkiyətinə verilmişdir ki, oda oğlu İddiaçı bağışlamışdır və hazırda da sonuncunun mülkiyyətindədir. Cavabdeh2 oğlu mənzili yenidən X1 adına könüllü razılıq əsasında verdiyi zaman mənzilə dair hüquqlarından da imtina etmiş, sonradan belə bir iddia qaldırmaq hüququ olmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş şahidlər ifadələrində məhz 2019-cu ildə təmir işlərinin aparıldığı, onların özlərinə 8000-10000 manat arası pul verildiyi, bahalı materiallardan istifadə edilməklə Cavabdeh2 tərəfindən ümumilikdə material və usta xərclərinə sərf edilən məbləğin 20000 manatdan çox olması bildirilmişdir ki, məhkəmə bunu sübut kimi qiymətləndirməməlidir. Çünki, şahidlər konkret hansı işləri gördüyünü qeyd etməmiş, cavabdeh isə bununla bağlı sənədlər təqdim etməmişdir. Hansı ki, qarşılıqlı iddiaçı özü belə iddianın əsaslandırıcı hissəsində təmiri 90-cı illərdə, yəni otuz ilə yaxındır etdiyini, son zaman isə bəzi təmirləri 2019-cu ildə aparıldığını qeyd etmişdir. Ekspert isə ümumilikdə bütün təmiri yeni kimi qəbul edərək heç bir aşınma xərcini çıxmayaraq hesablamışdır. Bundan əlavə, 2021-ci il tarixli və 12 aprel 2023-cü il tarixli, 10/8408 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, evin 81 kvadrat metr sahəsi var və hər kvadrat metrini 300 manata vuraraq təmirə çəkilən ümumi xərcin məbləği 24480,0 manat hesablanmış dır. Təqdim edilən çıxarışdan görünür ki, mənzilin sahəsi 81 kvadrat metr deyil 65,4 kvadrat metrdir. Fərq isə kifayət qədərdir. Belə olan halda, ədalətli qərar verilə bilməz. Məhkəmə tərəfindən ekspert qarşısına sual qoyulmuşdur: mübahisəli mənzildə aparılmış təmir işlərinin dəyəri, aşınma dərəcəsi nəzərə alınmaqla neçə manat təşkil edir? Lakin ekspert ilkin suala təmir xərclərini yazsa da, aşınma xərcini hesablamamış və buna münasibət bildirə bilməmişdir. Məhkəmə isə buna münasibət bildirmədən düzgün olmayan qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh2 oğlu kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)-192/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r.

29. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti tam qanunsuz və əsassızdır. Belə ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən hazırkı mülki iş obyektiv araşdırılaraq yekun məhkəmə aktları qəbul edilmiş və burada hər hansı maddi və prosessual hüquq normalarının pozulması halına yol verilməmişdir. Kassatorun ərizəsi formal xarakter daşımaqla apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktının ləğvinə əsas ola bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi il ə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr qarşılıqlı iddiaçının yaxşılaşdırmaların əvəzinin ödənilməsi tələbi üzrə işin faktiki hallarını araşdıraraq sübutları qiymətləndirmişlər və yuxarıda göstərilən nəticəyə gəlmişlər.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar yoxlanılmış, onlara və qarşılıqlı iddia üzrə cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edil ib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar