Məhkəmə qərarları › İş №2(102)-406/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-406/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1320/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 və Cavabdeh2, 26.05.2015-ci il tarixli iltizama əsasən, 6000 manat pulu 15 gün müddə tinə, yəni 10.09.2015-ci il tarixədək İddiaçı qaytaracaqlarına dair öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6.000 (altı min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən həmin pulun qaytarılmasını tələb etsə də, cavabdehlər pulu qaytarmaqdan boyun qaçırmışlar.

4. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.

5. Qazax Rayon Məhkəməsinin (hakim İddiaçı) 05 okt yabr 2020-ci il tarixli, 2(023)-1025/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.000 (altı min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, cavabdehlərə 10.09.2015-ci il tarixədək qaytarmaq şərti ilə 6000 manat borc pul vermiş, cavabdehlər 26.08.2015-ci il tarixli iltizamla həmin pulun qaytaracaqları barədə öhdəlik götürmüşlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) 24 iyun 2021-ci il tarixli, 2(104)-1320/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax R ayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(023)-1025/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İsə qızından 6.000 (altı min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 İsə qızı hüquqi əsas olmadan iddiaçının 6.000 manat pulunu əldə etdiyindən, həmin pulu iddiaçıya qaytarmalı olduğundan, iddia tələbi ona münasibətdə təmin edilməli və Cavabdeh1 İsə qızından 6.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı verilməlidir. İddia tələbinin Cavabdeh2 münasibətdə isə təmin edilməsinə h üquqi əsaslar yoxdur. Belə ki, İddiaçı və Cavabdeh1 İsə qızının izahatları ilə müəyyən edilir ki, 6.000 manat məbləğində pul Kəkliyə verilmiş və sonuncu isə həmin pulu Ellada vasitəsilə Zeynəb adlı şəxsə vermişdir. Ona görə də, hazırkı iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlmişdir ki, guya ki, Cavabdeh1 Adil Abdullayevin hesabına əsassız varlanmışdır. Lakin məhkəmə tərəfindən müəyyən edilən hal kimi Cavabdeh1 həmin pulu Zeynəb adlı şəxsə verdiyi mübahisə doğurmur. Həmçinin Zeynəb həmin pulun bir hissəsini Hidayət Abullayev ə qaytarmış və onlar barışıq sazişi imzalamışlar. Məhkəmə tərəfindən pulun Kəklik tərəfindən mənimsənildiyi aşkar edilmir. Məhkəmə həmin pulun Zeynəbə verdiyi qənaətini təsdiq edir. Əgər pul Kəklik tərəfindən Zeynəbə verilmişdirsə, bu zaman hər hansısa əsassız varlanmadan söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində f iziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

21. Tovuz Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilərək, cavabdeh İddiaçı 6.000 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.04.2018-ci il tarixli, 2(102)-2249/18 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 İsə qızı və Cavabdeh2 maddi ziyana görə 6.000 manat, mənəvi ziyana görə 2.000 manat alınaraq ona verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.11.2017-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı oğlunu FHN-ə işə düzəltmək adı ilə 2014c ü ildə Cavabdeh1 İsə qızına 6.000 manat pul vermiş, sonuncu isə həmin pulu Ellada vasitəsilə Zeynəb adlı şəxsə vermişdir. Lakin oğlunun işi düzəlmədiyindən, cavabdehlər polisə şikayət etmişlər və Zeynəb haqqında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində araşdırma aparılarkən, Zeynəblə barışıq əsasında Zeynəb iddiaçıya 4.500 manat pul qaytarmışdır. Bundan sonra Zeynəb həmin pulun cavabdehlərdən tutulmasına dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 İsə qızı və Cavabdeh2 maddi ziyana görə 6.000 manat, mənəvi ziyana görə 2.000 manat alınaraq ona verilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 23.11.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.04.2018-ci il tarixli, 2(102)-2249/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.11.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 İsə qızı hüquqi əsas olmadan iddiaçının 6.000 manat pulunu əldə etdiyindən, həmin pulu iddiaçıya qaytarmalı olduğundan, iddia tələbi ona münasibətdə təmin edilməli və Cavabdeh1 İsə qızından 6.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı verilməlidir. İddia tələbinin Cavabdeh2 münasibətdə isə təmin edilməsinə hüquqi əsaslar yoxdur. Belə ki, İddiaçı və Cavabdeh1 İsə qızının izahatları ilə müəyyən edili r ki, 6.000 manat məbləğində pul Kəkliyə verilmiş və sonuncu isə həmin pulu Ellada vasitəsilə Zeynəb adlı şəxsə vermişdir. Ona görə də, hazırkı iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir.

25. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

26. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıld ığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1320/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar