Məhkəmə qərarları › İş №2(102)-406/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-406/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-406/2024 (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-872/2023 saylı iş üzrə, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh iddiaçı keçmiş arvadıdır, onlar X3 yaşayan zaman 2013-cü ildə nikahları pozulmuşdur.

2. Abşeron rayonu Masazır kəndin ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə, ünvan 2a yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci ildə, Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən alınmış və onun adına rəsmləşdirilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarından görünürü ki, iddiaçının nümayəndəsinin RPŞ-yə ünvanladığı şikayət ərizəsi araşdırılmış və müraciətdə göstərilən xüsusatların araşdırılma sı məhkəmənini səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

4. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən Universal vəkil bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 07 12 2022-ci il tarixli, 109-30128-1222 nömrəli məktubdan görünür ki, iddiaçı Fəngiz Maqamaxanovun qardaşı Şahid3, anası Padimat Mahamaxanova və atası İsa Mahamaxanova qarşı müraciət əsasında 2018-ci il tarixdə araşdırma aparılmış və materiallar 03 il saxlama müddəti bitdiyindən məhv edilmişdir.

5. İddiaçı 20-dən (iyirmi) çox müxtəlif şəxslərə pul göndərmişdir, həmin şəxslərin əksəriyyəti iddiaçının yaxın qohumlarıdır (məsələn Şahid4, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, X6 Mahamaxanov, Şövkət Mahamaxanova və s). İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Mahamaxanov Fəngiz (Magamakhanov Fangiz) Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 154000 manat pulun və 444 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, onların nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olmuş, bu müddət ərzində iddiaçı çalışaraq müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün Cavabdeh və qohumlarının adına yollamış, lakin Cavabdeh ilə faktiki münasibətləri pozulandan sonra o, iddiaçını aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar iddiaçının maddi vəsaiti hesabına alındığından, pulları Ca vabdeh istəmiş o, pulları iddiaçıya verməkdən yayınmışdır. Cavabdeh öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı 99- ZY-083 dövlət qeydiyyat nişanlı avtomobil əldə edilib. Göstərilən əmlaklan faktiki nikah dövründə əldə edilmiş, onlarınm əldə edilməsi üçün cəmi 154.000 manat pul iddiaçı tərəfindən ödənilmişdir.

8. Cavabehin nümayəndəsi-vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin heç bir əsaslı sübuta söykənmədiyini, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut olmadığından iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələb əsassız və uydurma olduğu üçün iddiaçı iddia tələbinin tələblərind ə bir halda iddiasını borc kimi, digər halda isə birgə nikahdan əldə olunan əmlaklardan pay hüququ kimi formalaşdırmışdır. Qeyd edilən əmlaklar müvafiq olaraq, Abşeron rayonu Masazır kəndin ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə, ünvan 2a yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci ildə, Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən alınmış və onun adına rəsmləşdirilmişdir. Əmlakların alınması tarixlərindən göründüyü kimi iddiaçı Fəngiz Mahamaxanov müvafiq olaraq xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2022-ci ildən həmin əmlakların Cavabdeh adına alınmasından məlumatlı olmuşdur. Çünki qeyd edilən əmlakların hər birinin mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud olmuş, eyni zamanda həmin əmlakların faktiki mövcudluğu il ə bağlı iddiaçının məlumatı olmuşdur. İddiaçının bunlar barədə məlumatının olması işdə olan digər materiallarla (xüsusən polisin qərarında əks olunan izahatların məzmunundan) da öz təsdiqini tapır. Belə olan halda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən artıq onun istinad etdiyi əsaslarla ona məxsus olan və pozulduğunu iddia etdiyi hüquqları (əsassız varlanmadan irəli gələn) öz hüquqi qüvvəsini itirmişdir. Digər tərəfdən o da bildirilir ki, 1)Təqdim edilən pul köçürmələrini təsdiqləyən sənədlərə (1 saylı qoşmaya) əsasən müəyyən etmək olur, iddiaçı tərəfdən cavabdehin özünə heç bir pul məbləği göndərilməmişdir. Həmçinin həmin 1 saylı qoşmaya əsasən qeyd edilən məbləğlərin 20dən (iyirmi) çox müxtəlif şəxslərə göndərildiyi və həmin şəxslərin əksəriyyətinin iddiaçının yaxı n qohumları (məsələn Şahid4, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, Samira Məmmədova, Anar Mahamaxanov, Şövkət Mahamaxanova və s) olduğu müəyyən edilir. Bundan başqa, göndərilən məbləğlərin iddiada qeyd edilən əmlakların alınmasına istifadə olunması öz təsdiqini tapmır. Belə ki, həmin şəxslərdən biri X1 Balakən Rayon Polis Şöbəsində verdiyi izahata əsasən məlum olur ki, pul ona qızının toy mərasimi üçün göndərilmişdir. Digər səbəbdən iddiaçı iddia ərizəsində 154000 manatın Abşeron rayonu Masazır kəndi ünvanında 0.0150 ha yerləşən fərdi yaşayış evinin, ünvan 2a yerləşən qeyri-yaşayış binasının və Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı oğlu İsa Mahamaxanovun adına alınması üçün göndərdiyi qeyd etsə də, təqdim etdiyi pul köçürmələri b arədə 1 saylı Qoşamaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilir (2018-2019-cu illərdə cəmi 12894.71 USD məbləğində pul başqa şəxslərin adına göndərilmişdir).Halbuki qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh tərəfindən alınmış və adına rəsmləşdirilmişdir. Məhkəmə prosesində dindirlən şahidlər tərəfindən verilən ifadələrə əsasən məlum olur ki, şahidlərdən heç biri qeyd edilən əmlakların alınmasında iştirak etməmiş və iddaçının iştirakını görməmişlər. Bundan əlavə, onlar iddiaçı tərəfindən hər hansı məbləğin cavabdehə göndərilməsini görməmiş, yalnız iddiaçıdan eşitdikləri məlumatları məhkəmədə bildirmişlər. Şahidlərin verdikləri ifadələrdən sonra məlum olur ki, şahidlərin prosesdə birbaşa iştirakları olmamış, onlar yalnız kimlərdənsə eşitdikləri məlumatları məhkəmədə təkrar etmişlər.Qeyd olunan iddia formal və əsassız olması səbəbindən rədd edilməlidir.

9. Balakən Rayon Məhkəməsinin e-2(019)-89/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Zamin Tahirov) iddia tələbi təmin edilməmişdir.

10. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ümumilikdə cavabdehə 154000 (bir yüz əlli dörd min) manat pul vəsaiti göndərmişdir, cavabdeh də həmin pulu iddiaçının istəyinə uyğun əmlaklar almalı, onun qeyd etdiyi şəxslərin adına rəsmiləşdirməli idi. Buna baxmayaraq, cavabdeh həmin əmlakları öz adına rəsmiləşdirmiş, iddiaçı qeyd olunan məbləğdə ziyana məruz qalmışdır.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tələ b etdiyi vəsaiti cavabdehə göndərdiyini iddia etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı cavabdehin mülkiyyətində olan əmlakları onun verdiyi 154000 (yüz əlli dörd min) manat məbləğ hesabına əldə etməsini iddia etsə də, həmin halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında tələb edilən zərərlə bağlı öhdəliyinin yaranması üçün zərərin vurulması, əsassız varlanma və ya müqavilə münasibətləri mövcud olmalıdır. İddiaçı tərəf bu kimi halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Belə olan halda Cavabdeh iddiaçı Mahamaxan ov Fəngizin (Magamakhanov Fangizin) hesabına əmlak əldə etməsi, tələb edilən 154000 manat məbləğində əsassız varlanması sübut olunmur və əsassızdır.

13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə dindirilən şahidlər də Cavabdeh adına olan əmlakları, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya məxsus 154000 manat hesabına almasını təsdiq etməmişlər. İş üzrə şahid qismində dindirilmiş iddiaçı və cavabdehin qızı X2 iddiaçının cavabdehə nə qədər pul göndərməsini dəqiq bilmədiyini, amma atasının əmlak almaq üçün Azərbaycana pul göndərdiyini bildirmişdir ki, məhkəmə də digər şahid ifadələri ilə yanaşı onun ifadəsini də mötəbər sübut kimi kimi qəbul etm ir. Belə ki, həmin şahid iddiaçının qeyd edilən 154000 manat məbləği cavabdehə verməsinin şahidi olmadığını bildirmişdir. Həmçinin şahidin öz ifadəsində bildirdikləri işin halları ilə eynilik təşkil etmir. Belə olan halda şahidin öz ifadəsində göstərdiyi məlumatların həqiqiliyi şübhə doğurur. İş üzrə digər şahidlər Şahid3 İsa oğlu, Şahid4 və Şahid1 da qeyd edilən əmlakların alınmasında iştirak etməmiş, iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Cavabdeh adına olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını qeyd etməmiş, bu halları təsdiq etməmiş, iddiaçının nə qədər pul göndərməsini belə bilmədiklərini b ildirmişlər.

14. İşdə olan şahid ifadələri iddia tələbinin əsaslandırıldığı halları, iddaçının cavabdehə məhz göndərməsini və həmin pul hesabına cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını və cavabdehin iddiaçının hesabına 154.000 manat məbləğində əsassız varlanmasını və cavabdehin iddiaçıya 154.000 manat maddi ziyan vurmasını sübut etmir və ona görə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmamışdır. Həmçinin iş materiallarında olan 1 saylı Qoşmaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilmişdir. Halbuk i qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə cavabdeh tərəfindən alınmış və adına rəsmləşdirilmişdir.

15. Məhkəmə həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarını da iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir.

16. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin dövrdə cavabdehlə ailə münasibətlərinin olmasını iddia etsə də, həmin müddətdə tərəflər arasında bağlanmış nikah pozulmuş, sözügedən əmlaklar əldə edilən zaman tərəflər faktiki olaraq ayrı-ayrılıqda yaşamışlar. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabd eh arasında nikah 2013-cü ildə pozulmuş və onlar həmin vaxtdan ərarvad münasibətlərində olmamış, ər-arvad kimi bir-biri qarşısında hər hansı öhdəliklər daşımamışlar. Ona görə də tərəflər arasında nikah münasibətləri 2013-cü ildə pozulduqdan sonra onların birgə əmlak rejimi halı mövcud olmamışdır. Qanunvericiliyin tələbinə əsasən də yalnız ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti sayılır və bu zaman qanunamüvafiq qaydada bölünə bilər.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının iddia ərizəsində göstərdiyi tələbin hüquqi əsaslarından biri kimi iddianın predmetinin tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olması müəyyən edilmədiyindən hazırki mübahisənin həlli üçün Ailə Məcəlləsinin 32, 33, 36 və 37-ci maddələrini n və Mülki Məcəllənin 225-ci maddəsinin tələbləri tətbiq edilə bilməz.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

20. Apellyasiya şikayətini, iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla qeyd etmişdir ki, o cavabdehlə faktiki nikah münasibətində olduğu üçün hər hansı bir yazılı müqavilə bağlamağa ehtiyac duymamışdır. Qanunvericiliyin tələblərindən irəli gələrək deyə bilər ki, əqd yazılı bağlandığı kimi şifahi də bağlana bilər və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Şahidlər iddiaçının lehinə ifadə verməklərinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Eyni zamanda cavabdeh İngiltərədə 10 il işlədiyini bildirmiş və buna dair sübutlar təqdim etmişdir. Lakin, məhkəməyə bu sübutun saxta olduğunu əslində cavabdehin cəmi 1 il işlədiyini sübut etməyinə baxmayaraq məhkəmə bu halı da nəzərə almamışdır. Hesab edir ki, məhkəmə Xəzər RPİ-nin qərarında, o cümlədən həmin material üzrə digər şəxslərin izahatlarını aydınlaşdırmamış, yekunda bu halları aydınlaşdırmadan hüquqi qiymət vermişdir. Bundan başqa cavabdeh tərəfin Leyla Mahamaxanovun 10 ildən artıq işləmədiyinə dair tərəfindən təqdim edilmiş sübutlara da məhkəmə qiymət verməmişdir. 2

1. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Mehdiyev) 20 sentyabr 2023-cü il tarixli, 2(107)-872/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə şahid ifadələri və cinayət işinin başlanmasının rədd olunması barədə qərarında göstərilən izahatlar ümumilikdə iddiaçı tərəfindən Azərbaycanda müxtəlif şəxslərə müx təlif vaxtlarda müxtəlif miqdarda pullar göndərilməsini təsdiq etsə də, pulların hansı miqdarının hazırki iş üzrə cavabdehə aid olması, pulların hansı hissəsinin əmlaklar alınması razılaşdırılmaqla göndərilməsi, həmin pullar qarşılığında hansı əmlakların alınmasının razılaşdırılması və razılaşmanın hansı həcmdə yerinə yetirilib, hansı həcmdə yerinə yetirilmədiyi kimi hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, birinci instansiya mhəkəməsi hazırki iş üzrə şahid ifadələrini, nə də cinayət işinin başlanmasının rədd olunması barədə qərarını iddianın əsaslılığını təsdiq edən sübutlar olaraq qəbul etməməkdə haqlı olmuşdur.

24. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə m alik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil Nümayəndə3) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hər iki məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Mübahisəli fərdi yaşayış evinin onun tərəfindən təmir edilməsi işin mübahisəsiz halını təşkil edir. Apellyasiya məhkəməsində onun tərəfindən fərdi yaşayış sahəsinin təmirinə çəkilən xərclərin dəyərinin müəyyən edilməsi ilə bağlı vəsatət verilmiş, lakin, məhkəmə əsassız olaraq vəsatətləri təmin etməmişdir. Leyla Mahamaxanova nigah münasibətlərinə xitam verdikdən sonra birlikdə Balakənə gəldikdə isə iddiaçının ata evində valideynləri ilə birlikdə yaşamışdır. Nikah münasibətləri rəsmi şəkildə pozulsa da, faktiki münasibətlərə demək olar ki, xitam verilməmişdir. Leyla əmlakların alınması ilə bağlı lazım olan pul vəsaitlərinin müəyyən bir hissəsini iddiaçının anasından almışdır.

27. Kassato r hesab etmişdir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir ki, alınmış əmlakların dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İşə baxan məhkəmlər isə belə bir nəticəyə gəlmişdirlər ki, şahid ifadələrindən başqa digər sübutlar təqdim edilməmişdir. Bununla bağlı bildirmişdir ki, İngiltərədən pul köçürmələrinin həyata keçirilməsi olduqca çətindir. Böyük məbləğlərdə pul köçürmələri etmək demək olar ki, mümkün deyildir. Ona görə də o, müxtəlif şəxslərin yəni öz qohumlarının və Leylanın qohumlarının adına pullar göndərməyə məcbur olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcə llədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 3

8. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

44. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumil ikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-872/2023 saylı iş üzrə, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar