Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4061/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi ilə, Ərizəçi (YYY və X7 maraqlı şəxs olmaqla) “istifadə və sahiblik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli 2(103)-2038/2019 nömrəli qətnaməsindən Ərizəçi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (YYY və X7 maraqlı şəxs olmaqla) əri zə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 111 küçəsində yerləşən 00 saylı evin, 00saylı mənzilinə (öz övladları ilə birgə) sahiblik və istifadə faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum qayınanası-X4 uzun illər Bakı Baş Tikinti idarəsində dəzgahçı vəzifəsində çalışmışdır. Sovetlər Birliyi dövründə Bakı Baş Tikinti idarəsinin əməkdaşları, növbəlilik prinsipi əsasında mənzillə təmin olunduğundan, ərizəçinin mərhum qayınanası X3 1967-ci ildə, çalışdığı İdarə tərəfindən 2 (iki) otaqlı (yaşayış sahəsi 29,4 m2) mənzil verilmişdir. Ərizəçinin qayınanası X4 18 yanvar 1967-ci il tarixdən etibarən öz ailəsi və yeganə övladı ilə birgə qeyd olunan ünvanda daimi qeydiyyatda olmaqla yaşamışlar. Ərizəçi mərhum RRnın yeganə ö vladı olan V.V.V(Muradov) Musa Nurəddin oğlu ilə (24 avqust 2001-ci il) rəsmi nikaha daxil olaraq evləndikdən sonra, ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və artıq 17 ildir ki, sözügedən mənzildə yaşayır. Ərizəçi 2001-ci ildən etibarən mərhum əri və qayınanası ilə birgə həmin mənzildə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Ərizəçinin 28.01.1938-cü il təvəllüdlü mərhum qayınanası X4 15 aprel 2012-ci il tarixdə (74 yaşında) yaşadıqları mənzildə (kəskin koronar çatışmazlığı səbəbindən) dünyasını dəyişmişdir. 15.02.2018-ci il tarixdə isə ərizəçinin mərhum əri X9 (iş yerində, ürəyin xroniki işemik xəstəliyi səbəbindən) 46 yaşında vəfat etmişdir. Ərizəçinin mərhum qayınanası RR və mərhum əri MM çox böyük səhlənkarlıq edərək (məlum olduğu kimi sovetlər birliyi dövründə vətəndaşlara verilmiş mənzillərin özəlləşdirilməsi və çıxarışların verilməsi çox sadələşmiş prinsiplər əsasında həyata keçirilir) sözügedən mənzili özəlləşdirməmiş və öz adlarına çıxarış almamışlar. Hal-hazırda ərizəçi iki azyaşlı övladı ilə birgə (27.12.2004-cü il təvəllüdlü X12 və 10.06.2002-ci il təvəllüdlü X10) yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatı olmadan yaşayır. Ərizəçinin qeyd olunan ünvanda 17 ildən bəri yaşamağını bütün qonşular təsdiq edə bilərlər. Göstərilənlərə əsasən Bakı şəhəri, 000 küçəsində yerləşən, 00 saylı evin, 71-nömrəli (öz övladları ilə birgə) sahiblik və istifadə faktının tanınması barədə qətnamə qəbul xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 22 oktyabr 2018ci il tarixli, 2(006)-5365/2018 saylı qətnaməsi ilə ərizənin təmin edilm əməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Xəyal Sarıyev sədrlik edən və məruzəçi Elşad Şamayev, Şeyda Məhərrəmova) 06.02.2019-cu il tarixli 2(103)-2038/2019 nömrəli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(006)-5365/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 06.02.2019-cu il tarixli 2(103)-2038/2019 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfin iş üzrə tam və hər tərəfli araşdırma aparılmadan işi n faktiki hallarına əhəmiyyət verilməmiş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, prosessual və maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Prosessual məsələlər Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, 111 küçəsində yerləşən, 00 saylı evin, 71-nömrəli mənzili X2 istifadəsinə növbəlilik prinsipi əsasında verilmişdir. X1 X2 qızının oğludur. X6 ilə Ərizəçi arasında nikah bağlanmış, arvada V.V.Vsoyadı verilmişdir. X4 15.04.2012-ci ildə, X9 isə 15.02.2018-ci ildə Bakı şəhərində vəfat etmişlər. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, 111 küçəsində yerləşən 00 saylı evin, 00saylı mənzil Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 70 saylı MKİS-nin balansındadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin sübut kimi istinad etdiyi şahid ifadələrinin əsaslı olm ası məhkəmədə şübhə doğurduğuna görə onun tələbini əsaslandıra biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, ərizəçi MPMnin 308-ci maddəsinin tələbini pozaraq, hazırkı tələblə bağlı MKİS-nə müraciət etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə ərizəçinin apellyasiya şikayətini təmin etməyib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə baxılarkən prossesual hüquq normalarının tələblərini pozmuş, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verməli olduğu halda, ərizəyə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. (Mülki Prossesual Məcəlləsinin 306-310-cu maddələri ) Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsi nə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hazırki iş üzrə ərizəçinin məqsədi xüsusi təyinatlı mənzil fonduna aid olan mənzilin kirayəçisi vəfat etdiyindən həmin kirayəçinin ailə üzvü və vərəsəsi kimi mənzildən istifadə hüququnun müəyyən edilməsi və mənzilə qeydiyyata alınmasıdır. Bu məqsədə isə çatmaq üçün isə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. Göründüyü kimi, Mülki Prossesual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyətli fakt kimi yalnız mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktının tanınması nəzərdə tutulduğundan, ərizəçinin tanınmasını tələb etdiyi fakt bu kateqoriyaya aid olmadığından, həmçinin daşınmaz əmlaka kirayə çi kimi istifadə hüququnun tanınması və mənzilə qeydiyyata alınma üçün sənədlərin başqa qaydada əldə edilməsinin yuxarıda qeyd edilən qanunvericilik normasına əsasən başqa qaydası nəzərdə tutulduğundan, ərizəçinin bu tələbinə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Hazırki işdə ərizəçinin mənzilə dair kirayə müqaviləsinin öz adına dəyişdirilməsi ilə bağlı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmək, ona bu barədə imtina edildikdə isə məhkəməyə müraciət edərək kirayə münasibətlərinin onunla davam etdirilməsini tələb etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə məhkəmələr tərəfindən mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xita m verə bilər. Bu səbəbdən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi YYY qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli 2(103)-2038/2019 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Bakı şəhəri, 111 küçəsində yerləşən 00 saylı evin, 00saylı mənzilinə (öz övladları ilə birgə) sahiblik və istifadə faktının tanınması barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4061/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-4061/2019
19.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver