Məhkəmə qərarları › İş №2(102)-4061/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4061/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4061/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu dz Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-81/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsindən İddi açı2 tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 və İddiaçı2 Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır.

2. İddiaçı1 Yevlax rayonu, Salahlı kəndində yaşayır amma Mingəçevir şəhərində qeydiyyatdadır.

3. İsabəyli X5 şəhərində qeydiyyatdadər, lakin hal-hzırda Yevlax rayonu, Salahlı kəndində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaəli oğlunun ümumi birgə mül kiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar X3 və İddiaçı2 nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş 100 manat dövlət rüsumunun və 250 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların Yevlax rayonu, Salahlı kəndində 0.10 torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin təxminən 0.05 ha hissəsindən hal-hazırda Cavabdeh Ağaəli oğlu qanunsuz olaraq istifadə edir. Dəfələrlə torpaqdan çıxmasını tələb etsə də, Cavabdeh Ağaəli oğlu torpaqdan çıxmaqdan imtina edir. Həmçinin həmin torpaq sahəsində tikililər tikmişdir.

7. Cavabdeh Ağaəli oğlunun nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izah etdi ki, mütəxəssis rəyi ilə torpağın 132 kv.m hissəsi zəbt olunması qeyd edilmişdir. Həmin hissədən çıxmağa etiraz etmirlər.

8. «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 16 iyun 2022-ci il tarixli M/25 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş **********23 reyestr nömrəli çıxarışa əlavə edilmiş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən zəbt edilərək naturada istifadə edilir. İddiaçıların xüsusi mülkiyyətində olan **********23 reyestr nömrəli çıxarışa əlavə edilmi ş AA№530741 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 132 kv.m hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən zəbt edilərək naturada istifadə edilir. Mübahisəli torpaq sahəsində hasarlanma işləri aparılmışdır və həmin hasarlama işləri iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmışdır.

9. Yevlax Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(039)-926/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh Ağaəli oğlunun çıxarılması, Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, Cavabdeh Ağaəli oğlundan 100 manat ödənilmiş dövlət rü sumu və 250 manat xidmət haqqının tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış 19 avqust 2020-ci il tarixli **********23 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Salahlı kəndi ərazisində mülkiyyətində 0.10 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 132 kv.m hissəsini Cavabdeh Ağaəli oğlu faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinin üzərində hasahlama işləri aparmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaç ı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 132 kv.m hissəsindən Cavabdeh Ağaəli oğlu çıxarılmalıdır. Cavabdeh Ağaəli oğlu tərəaindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasar cavabdehin hesabına sökülməlidir. Cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumu və 250 manat xidmət haqqı tutularaq iddiaçılara ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edilmişdir.

14. Apelyasiya şikayəti iddia ər izəsində göstərilənlərlə əsaslandırılmış, Salahlı kənd Bələdiyyəsi tərəfindən ona 10 ha torpaq sahəsi verilmişdir. Hazırda onun istifadəsində olan kənd bələdiyyəsi tərəfindən ona verilmiş torpaq sahəsidir. Onun torpağıyla qonşu olan isə qardaşı arvadı İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsidir. O, mülkiyyətində olan 0.10 ha torpaq sahəsini ölçdürərək, sərhəd nöqtələrini dəqiq müəyyən etdikdən sonra daşdan hörülmüş hasarla əhatəyə aldırmışdır. İddiaçı1 mübahisələndirdiyi torpaq sahəsi hazırda onun deyil, onların digər sərhəd qonşularının istifadəsindədir. Əgər qeyd edilən qonşu torpaq sahəsi də mütəxəssis tərəfindən dəqiq şəkildə ölçülsəydi, qeyd etdiyi öz təsdiqini tapmış olardı. Bu səbəbdən o “X1 və Daşınmaz Əmlakın Qiymətləndrilməsi” MMC-nin 16 iyun 2022-ci il tarix li rəyini qəbul etmir və iş üzrə ekspertiza təyin edilməsini xahiş edir. Hazırda sahibliyində və istifadəsində olan torpaq sahəsi bələdiyyənin qərarı əsasında ona verilmişdir. Uzun müddətdir ki, qanuni sahibliyində və istifadəsindədir. Hətta mülkiyyətçi kimi hüquqlarından istifadə edərək torpaq sahəsində yaşayış evi tikdirmiş və torpaq sahəsinin sərhədləri daxilində daş hasar belə hördürmüşdür. Qeyd edilən qətnamə isə mülkiyyətçi kimi hüquqlarını pozur və hətta tikilinin sökülməsi onu maddi zərərə salmış olur. O, torpaq sahəsini ölçdürmüş və bələdiyyənin verdiyi 10 ha torpaq sahəsindən artıq torpaq ona aid olan torpaq sahəsinin sərhədləri daxilində yoxdur. Əgər məhkəmənin qeyd etdiyi kimi 132 kv.m hissəsində torpaq sahəsi ondan alınarsa onda ona məxsus torpaq sahəsi azalmış olur ki, bu da onun mülkiyyət hüququnu pozur. Onda onun üçün belə sual yaranır, bəs o məhkəmə qətnaməsi ilə ondan alınan torpaq sahəsini kimdən tələb etsin. Ona görə də hesab edir ki, iddiaçıların digər sərhəd qonşularının torpaq sahəsi də ölçülərsə həqiqət üzə çıxar.

15. İş üzrə apellyasiya şiakyətinin dəlilləri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2023-cü il tarixli 10/2269 nömrəli ekspert rəyində göstərilmişdir: 16. “Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağa yevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə və naturada koordinatları və ölçüləri üst-üstə düşür, lakin konfiqurasiya və sahə fərqi vardır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Ağaəli oğluna məxsus 0.10 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmamasını, həmçinin naturada istifadəsində olan torpaq sahəsinin sənəd üzrə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin 21.8 kv.m hissəsi Cavabdeh Ağaəli oğlu tərəfindən na turada istifadə olunur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, naturada istifadə olunan torpaq sahəsi 21.8 kv.metrdir. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Ağaəli oğlu tərəfindən iddiaçılara məxsus torpaq sahəsində hər hansı bir tikinti işləri aparılmamışdır.”

17. Şəki Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-81/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Günay Cavadova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlunun çıxarılması qət edilən 132 kvm hissənin 110.2 kv.m hissəsində və Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Ağaəli oğluna qarşı ümumi birgə mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.05 hektar hissəsindən çıxarılması və həmin sahədə aparılmış qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair iddiası həmin hissədə rədd edilmiş, qətnamə mübahisələndirilən qalan – iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 21.8 kv.m hissəsindən (17 saylı Yevlax Ərazi İdarəsinin 23 mart 2023-cü il tarixli mürəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş koordinatlarda) Cavabdeh Ağaəli oğlunun çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlunun çıxarılması qət edilən hissənin 110.2 kv.m hissəsində və Cavabdeh Ağaəli oğlu tərəfindən həmin torpaq sahəsinin üzərində inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində gəldiyi nəticə ilə razılaşmamışdır.

19. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Yevlax rayonu, Salahlı kəndi ərazisində yerləşən **********23 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh Ağaəli oğlu tərəfindən faktiki olaraq istifadə olunan hissəsi 132 kvm deyil, 21.8 kvm təşkil edir. Belə olan halda, hazırki iş üzrə iddiaçılar cavabdehdən yalnız həmin hissədə mülkiyyətlərində olan torpaq sahəsindən çıxmasını tələb etməkdə haqlı olmuşlar.

20. Eyni zamanda, ekspert rəyi ilə müəyyən olunmu şdur ki, iddiaçıların mülkiyyətində olan göstərilən torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Belə olan halda, iddia tələbi həmin hissədə də haqlı olmamışdır.

21. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 28-ci bəndində göstərilən hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnamə həmin hissədə faktlar nöqteyinəzərindən qanunsuz və əsassız, mahiyyəti üzrə isə düzgün olmadığından, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozmuşdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1-146.2Ş 152.1, 152.5, 157.2, 157.4, 164.1, 165.1, 180, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən və iş materiallarından da göründüyü kimi, sözügedən torpaq sahəsi həqiqətən cavabdeh tərəfindən heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt edilmiş və orada qanunsuz olaraq daş hasar tikilmişdir.

25. Şəki Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə dair heç bir hüquqi sənədin olmadığını nəzərə alınmamışdır. Cavabdeh mübahisə olunan torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir sübutu mə hkəməyə təqdim etməmişdir. Qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyil. 26. 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayev qərəzli mütəxəssis rəyində iddiaçılara məxsus olan 0,10 ha torpaq sahəsinin 132 m2 hissəsi cavabdeh tərəfindən zəbt edilərək naturada istifadə edilməklə orada daş hasarın tikilməsini nəzərə almadan, yalnız konfiqurasiya və sahə fərqi vardır qeyd etməklə, Cavabdeh məxsus 0,10 torpaq sahəsinə aid sxem, torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilməyən və elektron məlumat bazasında mövcud olmayan torpaq sahəsi ilə faktiki istifadə etdiyi iddiaçıya məxsus torpaq sahəsindən 21,8 kv.m hissəsinin narturada necə istifadə etdiyi, cavabdehin istifadə etdiyi torpağın hüquqmüəyyənedici heç bir sənədi olmadan necə tədqiqat apara bilərək, m üəyyən etmişdir?

27. Mütəxəssisin verdiyi rəydə 2-ci sualın cavabı ilə 3-cü sualın cavabları bir-biri ilə ziddiyyət təşkil edir. Həmin ziddiyyətlər isə məhkəmə tərəfindən aradan qaldırılmamış, MPM-nin 88-ci maddəsi kobud surətdə pozulmuşdur.

28. Torpağa dair sənədin bir qisminin fotosundan da göründüyü kimi, 5-1 döngələr arasındakı məsafə 20,54 metrdir və tikinti işi də bu məsafənin içərisində aparılıb. Ölçmə işləri ampirik bir çalışmadır. Yəni 20,54 metri uzatmaq ya da qısaltmaq olmur. İddiaçılar bu ölçünün təmin edilməsini, mülkiyyətlərində 20,54 metri uzatmaq ya da qısaltmaq olmur. İddiaçılar bu ölçünün təmin edilməsini, mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi 20,54 metri necə ölçdüyü bizə heç cür məlum deyil.

29. Şəki Apellyasiya Məhkəməsi prosesual hüquq normalarını pozaraq, düzgün tətbiq etməməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xah iş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi

31. Maddə

110. Torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyat a keçirilir.

34. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Maddə 146.1-146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrin də ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanuns uz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 57.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən e htiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

42. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 tərəfindən tam mübahisələndirilsədə dəillər iddianın təmin olunmayan hissəi ilə bağlıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin aktı dəlillərə əsasən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassator bildirir ki, iddia tələbində göstərilən ölçüdə torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Lakin məhkəmə işə düzgün hüquqi qiymət verməmiş və sübutlar tam olaraq qiymətləndirilməmişdir.

56. Kassasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsaslı saymır ona görə ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr sonuncu ekspertiza rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt olunmasını müəyyən edib, cavabdeh tərəfin məhz həmin hissədən çıxarılmalı olması nəticəsinə gəlmişdir. İddiaçı tərəf bundan artıq ölçüdə torpaq sahəsinin zəbt olunmasını göstərsə də bununla bağlı heç bir möhtəbər sübut təqdim etməmişdir.

57. Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz

58. Buna baxmayaraq, göstərildiyi kimi işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi ekspertiza keçirməklə tam və hərtərəfli araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpağın 21,8 kv.m hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdək i sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-81/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar