Məhkəmə qərarları › İş №2(102)-4062/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4062/2019

10.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4062/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X13, Cavabdeh vəkili X1 iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim:A.A.Qasımov; 2(008)-5112/2018 ) İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə, mənzildən istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması və mənzildən əvvəlki istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddiasi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova, İ.L.Kərimli; 2(103)-196/2019) İddiaçı apellyasiya şikayəi təmin edilmiş, Bakı şəhəri Sabuncu rayon Məhkəməsinin 02.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia tələbi təmin olunmuş, İddiaçı azyaşlı uşaqları X11 və X12 ilə birlikdə Bakı şəhəri, ******************** yaşayış massivində yerləşən və özlərinin tikərək yaşadıqları evə köçürülmələri, onların həmin evdə yaşamasıilə bağlı Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Cavabdeh qarşı «mənzilə köçürülmə, mənzildən istifadə hüququna yaradılmış maneələrin aradadan qaldırılması və mənzildən evvəlki istifadə hüququnun bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 17.08.2003-cü il təvəllüdlü X11 və 20.06.2014-cü il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, ****************** massivində yerləşən və özlərinin tikdirdikləri yaşayış evinə köçürülmələri, həmin evdən istifadə hüquqlarına cavabdeh tərəfidən yaradılmış maneələrin aradan qaldırılması və əvvəlki istifadə hüquqlarının bərpa olunması barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 27 noyabr 2002-ci il tarixdə B alakən rayonu, ********* kənd İcra nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 avqust 2003-cü il təvəllüdlü X11 və 20 iyun 2004-cü il təvəllüdlü X12 anadan olmuşlar. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri pozulmuşdur. Nəticədə aralarındakı nikah Balakən rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqları onun yanında qalmışlar. Cavabdehlə birlikdə nikaha girdikdən sonra Bakı şəhərinə köçmüşlər. 2007-ci ildə etibarnamə ilə Bakı şəhəri, *********************** yaşayış massivində 300 kv.m torpaq sahəsi almışlar. Orada 3 otaq, 1 mətbəx, hamam və sanitar qovşapından ibarət yaşayış evi tikmişlər. Onlar ailə üzvləri ilə birlikdə tikdirdikləri evdə qeydiyyatsız yaşamışlar. Həmin evin sənədi olmamışdır. Nikah pozulduqdan sonra uşaqları da onunla birlikdə Balakən rayonu, ******* kəndində yerləşən atası evinə köçməyə məcbur olmuşlar. Köçməyinə səbəb keçmiş əri tərəfindən döyülməsi və təhqir olunması olmuşdur. Keçmiş qayınatası X6 isə onu öldürməklə hədələmişdir. Bütün cehiz əşyaları cavabdehin evindədir. Qızı anadangəlmə iflicdir. Atası evində yaşaması müəyyən problemlər yaradır. Göstərilənlərə əsasən onun və 17 avqust 2003-cü il təvəllüdlü X6 Bakı şəhəri, *********** yaşayış massivində yerləşən yaşayış evinə köçürülmələri, həmin evdən istifadə hüquqlarına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və əvvəli istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Propsessual Məcəlləsinin 88, 217, 218,390-cı maddələrinintələblərinin pozulması ilə faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, nəticədə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X13 şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəməkollegiyasınıniclasında Cavabdeh vəkili X4 kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq e dib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümay əndəliyi tərəfindən verilmiş 03 saylı, 17.03.1998-ci il tarixli çıxarışın surətindən görünür ki, X3ma Bakı şəhəri, ****************************** yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m topraq sahəsi ayrılmışdır. 10.06.2016-cı il tarixli etibarnamədən görünür ki, X2 ona məxsus olan Bakı şəhəri, *************************************** massivindəki 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, tikməyi və sair səlahiyyətləri həyata keçirməyi X6 etibar etmişdir. Həmin etibarnaməni torpaq sahəsinin sahibinin adından hazırkı iş üzrə Cavabdeh imzalamışdır. Elə həmin etibarnamədən görünür ki, Cavabdeh adma həmin sahəyə dair etibarnamə 06.08.2008-ci il tarixlə rəsmiləşmişdir. Balakən Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasınd a olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları 17 avqust 2003-cü təvəllüdlü X11 və 20 iyun 2004-cü il təvəllüdlü X12 analarının yanında saxlanılmışdır. İddiaçı və cavabdeh X7 rayonunun ********** kəndində qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X7 bildirmişdir ki, o, iddiaçı ilə qonşu yaşamışdır. Mübahisəli evin kimə məxsus olması barədə dəqiq məlumatı var. Çünki həm evin tikintisi və həm də ondan sonra orada yaşayanlarla bağlı məlumatlıdır. Beləki, onların yaxın ərazidə ərzaq və tikinti materialları mağazası olmuşdur. İddiaçı və keçmiş əri onların mağazasından həmişə ərzaq malları almışlar. Onların tikinti mağazalarından evin tikintisinə lazım olan materiallar almışlar. Evin tikintisi xeyli müddət davam etmişdir. Onların mağazası böyük olmadığı üçün əs asən çatışmayan xırda tikinti mallarını, sement, mismar, və.s malları onlardan alırdılar. 2014-cü ildə evdə yaşayış şəraiti yaradılmış və köçmüşlər. Bunu ona görə dəqiq xatırlaya bilir ki, evə köçən gün iddiaçının valideynləri onların mağazasına gələrək xeyli alver etmişdilər. Onlar demişdilər ki, qızları bu gün evinə köçür. Ona görə valideynlər xeyli ərzaq almışdılar ki, onların bir müddət təminatı olsun. Keçən müddət ərzində onların mağazasından ən çox alver edilən gün kimi həmin tarix yadında qalıb. Sonra onların uşaqları yaxınlıqdakı 30 No-li məktəbə getmişlər, birlikdə təhsil almışlar. Sonra bir müddət iddiaçını qonşuluqda görməmişdir. Bir dəfə iddiaçı onun mağazasına gələndə danışmışdır ki, əri onu evdən qovubdur. Əri onu evdən qovandan sonra həmin evdən şənlik səsi gəlmiş və eşitmiş dir ki, iddiaçının əri ikinci dəfə nikaha daxil olmuş və bununla bağlı toy mərasimi keçirir. İddiaçının iki xəstə uşağının olmasını nəzərə alaraq hazırkı iclasa gəlib ifadə vermək istəmişdir. Onu iddiaçı ilə bağlayan başqa heç bir münasibət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 106.1. m addəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 77.1 maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,torpaq sahəsi eti barnamə ilə iddiaçının ərinin adına verilmişdir. Qeyd olunan etibarnamədən görünür ki, X2 ona məxsus olan Bakı şəhəri, ******************** yaşayış massivindəki 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, tikməyi və sair səlahiyyətləri həyata keçirməyi X6 oğluna etibar etmişdir. Həmin etibarnamə 10 iyun 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Etibarnaməni torpaq sahəsinin sahibinin adından hazırkı iş üzrə Cavabdeh imzalamışdır. Elə həmin etibarnamədən görünür ki, Cavabdeh adma həmin sahəyə dair etibarnamə 06.08.2008-ci il tarixlə rəsmiləşmişdir. Ş6 özünün istifadə etmədiyi müddətə 41 il 9 ay 5 gün müddətinə öz atasının adına etibarnamə vermişdir. İddiaçı savadsızlığından bu faktları hüquqi cəhətdən əsaslandıra bilməsə də, işin faktiki halları ilə bağlı onun dedikləri də ondan ibarət olmuşdur ki, torpaq sahəsinə dair etibarnamə ərinin adma hələ uzun illər əvvəl verilmiş, ailə münasibətləri pozulduqdan sonra cavabdeh atasına etibarnamə vermişdir. Həmin faktlar cavabdehin təqdim etdiyi sənədlə təsdiq olunduğundan iddiaçının bu halları sübut etməsinə zərurət yoxdur. Cavabdeh etiraz edərək bildirir ki, həmin ünvanda kirayədə yaşamışlar. Bu halı sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, o bu halı sübuta yetirə bilməmişdir. mübahisəli evi birgə nikah dövründə ər- arvadın əməyi hesabına inşa etdiklərini və 2014-cü ildən köçərək orada yaşadıqlarını, uşağının həmin ünvandan məktəbə getdiyini, 2016-cı ildə evdən qovulanadək orada yaşadığını, əşyalarının həmin evdə olduğunu sübuta yetirmişdir. İddiaçının məhkəməyə dəvət etdiyi şahidlər faktlarla bağlı səmimi izahatlar vermişlər. Onl arın izahatları faktı o qədər dəqiq, ardıcıllıqla və məntiqlə təsvir edir ki, məlumatları şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 77.1 maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2 maddəsinə əsasən, məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində m ülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklə rə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmiş, c avabdeh tərəf isə öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, işə baxan məhkəmə evə köçürmə tələbinə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının tələbi azyaçlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və özlərinin tikdirdikləri yaşayış evinə köçrülmə, həmin evdən istifadə hüquqlarına cavabdeh tərəfindən yaradılmış maneələrinaradan qadırılması və əvvəlki istifadə hüquqlarının bərpa olunması barədədir. Ümumiləşdirilmiş formada həmin tələb evə köçrülmə və buna edilən maneələrin aradan qaldırılması barədədir. Əvvəlki istifadə hüquqlarının bərpa olunması elə evə köçürmə tələbi ehtiva olunur. Ona görə iddiaçı nın uşaqları ilə evə köçrülməsi və orada yaşamağına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə q ətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar