Məhkəmə qərarları › İş №2(102)-4062/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4062/2020

26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4062/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)958/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(001)-4447/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 İddiaçı xeyrinə 16.000 manat tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yüksək əmək haqqı olan işlə təmin olunması üçün “Azərbaycan Uşaqları İctimai Birliyinin” sədri Cavabdeh1 məsləhəti ilə Cavabdeh2 20.000 manat məbləğində pul verməsini, həmin pulun 4 min manatı müxtəlif vaxtlarda hissə-hissə Cavabdeh2 tərəfindən ona qaytarılsa da qalan 16.000 manatın qaytarılmamasını əsas göstərməklə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16.000 manat alınaraq ona verilməsinə dair qətnamə çıx arılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kasasiya şikayəti verərək qətnamənin işin bütün hallarını tam və hərtərəfli araşdırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti t əmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh2 kasasiya şikayətində inkar etsə də işin 14, 15 və 18-ci səhifələrində olan onun tərəfindən yazılmış və imzalanmış qəbz və iltizamlardan görünür ki, o, iddiaçıdan 20.000 manat almasını etiraf etmiş, həmin pulun 1000 manatını qaytarmasını,1000 manatını xx.xx.2017-ci il tarixdə qaytaracağını göstərmiş və qalan 18.000 manatı 8 ay müddətində qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. İşdən görünür ki, hazırkı məsələ Bakı Şəhər Baş X4 və Təhqiqat İdarəsi tərəfindən də araşdırılmış, Cavabdeh2 istintaq orqanına verdiyi izaha tında iddiaçıdan 20.500 manat məbləğində borc alıb onun bir hissəsini qaytarmamasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh2 borcun qaytarılmamış hissəsini xx xxxxxxxx 2017-ci il tarixli iltizamda 8 ay müddətində qaytarmaq barədə üzərinə öhdəlik götürsə də, öhdəliyinə əməl etməmiş, borcun qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya işin yuxarıda göstərilən hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar