Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4063/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4063/21 (Açar sözlər: mənzildən və həyətyanı sahədən çıxarılma, müvafiq hüququn olmaması) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X3, cavabdeh xxx və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh xxx qarşı “mənzildən və həyətyanı sahədən çıxarılma” tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1205/2021 nömrəli, 22 fevarl 2021-ci il tarixli qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xxx ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət R eyestr Xidməti tərəfindən verilmiş 09.10.2018-ci il tarixli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir.
3. Cavabdeh V.Nəsirova iddiaçının qardaşı oğlu X8 ilə ailə qurmuş, 5 il müddət keçdikdən sonra onların nikahı dövlət qeydiyyatına alınmışdır. Cavabdeh əri ilə əvvəllər müəyyən yerlərdə yaşamışlar.
4. Göstərilən evdə iddiaçının anası yaşadığı zaman cavabdeh əri ilə mənzilə girərək qanunsuz, yəni heç bir qeydiyyatları olmadan həmin ünvanda yaşamağa başlamışlar. Sonradan cavabdehin əri ilə ailə münasibətləri pisləşmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur.
5. İddiaçı cavabdehin mənzildən çıxarılması üçün qəsəbə nümayəndəliyinə, inzibati ərazi üzrə polis orqanına müraciət etmiş, lakin iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
6. İddiaçı özünə məxsus olan evdən sərbə st qaydada istifadə edə bilmir, bu isə onun mülkiyyət hüququnun pozulması deməkdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157.2 və 164-cü maddələrinə istinad etmişdir.
8. İş üzrə mütəxəssis rəyi alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin 13 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmişdir. Təqdim edilmiş sxem və baza məlumatlarına əsasən İddiaçı (reyestr nömrəsi **********49, sahəsi 0.0387 hektar çıxarışa əsasən) mülkiyyətində olan ünvan 1 ünvanda tikili var, kimə məxsus olması barədə elektron kadastr bazasında məlumat yoxdur. Tikili daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir, yəni İddiaçı adına reyestr nömrəsi **********49, sahəsi 0.0387 hektar olan çıxarışdan kənarda yerləşir. İddiaçı faktiki göstərdiyi mövcud tikili ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi üst-üstə düşmür.
9. Cavabdeh X6 vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə və mənzilə dair 1963-cü ildə tərtib edilmiş Texniki Pasportun surətindən görünür ki, cəmi 387 kv.m sahəsi və "A" tikilisi kimi göstərilmiş yaşayış evi iddiaçının anası X2 məxsus olmuşdur. 16 may 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi 0,0387 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı bağışlanılmışdır. Bağışlama müqaviləsində hər hansı tikili olmadığından İddiaçı 0,0387 ha torpaq sahəsini 21 avqust 2018-ci il tarixində dövlət qeydiyyatından keçirərək torpağa mülkiyyə t hüququ əldə etmişdir. 09 oktyabr 2018-ci il tarixində İddiaçı yenidən 0,0387 ha torpaq sahəsini və əlavə olaraq 213,1 kv.metrlik daşınmaz əmlakı bir yerdə qeydiyyatdan keçirərək mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22.08.2019-cu il tarixli **********40 saylı cavabdeh məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, 09 oktyabr 2018-ci il qeydiyyat tarixli Çıxarışda göstərilmiş 213,1 kv.m. daşınmaz əmlakın qeydə alınmasına əsas olmuş ilkin sənədlər mövcud deyil. 13 iyun 2019-cu il tarixli **********21 saylı mütəxəssis rəyi ilə də müəyyən edilir ki, İddiaçı faktiki göstərdiyi mövcud tikili ilə RX seriyalı,1390946 saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi üst- üstə düşmür.
10. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında cavabdehin iddiaçının mülkiyyətində olan Sabunçu rayonu, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı evdən hər hansı qayada istifadə etməsi ilə balı müvafiq suallar qoyulmuşdur.
11. Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2019-cu il tarixli, 25386 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına (reyestr nömrəsi **********4910301) texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti müqayisə olunduğu zaman müəyyən edilmişdir ki, texniki pasportun məlumatlarında göstərilən “C” literli yaşayış evindən cavabdeh X9 istifadə edir. X6 istifadə etdiyi tikili daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********4910301) qeydiyyatdan keçmiş və həmin (mübahisəli “C” tikilisi daxil olmaqla ) tikiliyə dair İddiaçı adına RX seriya ******* saylı çıxarış verilmişdir.
12. Birinci instansiya məhkəməsinin tərəflərin və mütəxəssisin iştirakı ilə keçirilmiş yerli baxışın nəticələrinə əsasən verilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin 26 fevral 2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilib ki, sxem və baza məlumatlarına əsasən İddiaçı (reyestr nömrəsi **********49 olan çıxarış və texniki pasporta əsasən) mülkiyyətində olan ünvan 1 ünvanda olan torpaq sahəsində X9 tərəfindən istifadə edilən tikili var. Cavabdeh X6 istifadə etdiyi tikili (otaqlardan rəyə əlavə edilmiş sxemdə 2 nömrə ilə qeyd edilən sahəsi 21.3 kv.m olan otaq) daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı Bürcəli qızının adına qeydiyyatdan keçmişdir. İddiaçı faktiki göstərdiyi və cavabdeh X6 istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaqla RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi üst-üstə düşür. 13 iyun 2019-cu il tarixli rəyin verilməsi ilə əlaqədar ilkin baxış zamanı evin qapısı bağlı olduğu üçün tikililərin ölçüləri götürülməmiş, həyət çöldən ölçülmüşdür.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 nömrəli, 05 mart 2020-ci il tаrixli qətnaməsi ilə iddiа təmin edilmiş, cavabdeh X9 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzilindən çıxarılmış, ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh X4 tutularaq İddiaçı ödənilmiş, müətxəssis və ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. (hakim Günel Abbasova)
14. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, ünvan 1 ünvanda olan 0.0387 ha torpaq sahəsi və üzərindəki 231.1 kv.m olan daşınmaz əmlak İddiaçı (reyestr nömrəsi **********49 olan çıxarış və texniki pasporta əsasən) mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına (reyestr nömrəsi **********4910301) texniki pasportun məlumatları ilə tikililərin faktiki vəziyyəti müqayisə olduğu zamanı texniki pasportun məlumatlarında göstərilən “C” literli yaşayış evindən cavabdeh X9 istifadə edir.
15. Birinci instansiya mə hkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin 13 iyun 2019-cu il tarixli və 26 fevral 2020-ci il tarixli mütəxəssis rəyləri arasındakı ziddiyyətlə əlaqədar qeyd edib ki, 13 iyun 2019-cu il tarixli rəyin verilməsi ilə əlaqədar ilkin baxış zamanı evin qapısı bağlı olduğu üçün tikililərin ölçüləri götürülməmiş, həyət çöldən ölçülmüşdür. İkinci dəfə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar mübahisəli daşınmaz əmlak dəqiq koordinatlar əsasında ölçülmüş və yenə də X6 istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak və torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilmişdir.
16. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, cavabdehin mübahisəli daşınmaz əmlakda yaşaması iddiaçının əmlakdan mülkiyyət hüququna malik olan şəxs kimi hüquqlarını pozduğundan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 5 saylı mənzil cavabdeh X9 tərəfindən boşaldılmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
19. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh 2007-ci ildə iddiaçının mərhum anası X1 razılığı ilə ailə üzvü kimi sonuncuya məxsus mənzilə köçmüş, bununla da həmin vaxtdan mənzildən istifadə hüququ yaranmışdır. Həmin vaxt cavabdehin istifadəsinə hazırki iş üzrə mütəxəssis tərəfindən tərtib olunmuş sxemdə sahəsi 23 kv.m göstərilmiş 2 nömrəli otaq verilmişdir; - sonradan cavabdeh və əri köçdüyü otağa bitişik zibilliyi təmizləyərək, əlavə bir otaq da tikmişlər və həmin otaq iddiaçının mülkiyyətində deyil, sxemdə sahəsi 27 kv.m göstərilmiş 1 saylı otaqdır; - buna görə də birinci otağa münasibətdə cavabdehin istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər, digər otaq isə iddiaçının hüquqları ilə əhatə olunmadığından, sonuncu cavabdehin həmin otaqdan çıxarılmasını tələb edə bilməz, yəni iddiaçının bunun üçün subyektiv hüququ yoxdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1205/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)
21. Apellyasiya instansiyası iş materiallarına əsasən müəyyən etmişdir hazırda cavabdehin istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var. Cavabdehin istifadə etdiyi sahəsi 23 kv.m olan otaq daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına qeydiyyatdan keçmişdir, yəni, iddiaçının faktiki göstərdiyi və cavabdehin istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq RX seriyalı, ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan daşınmaz əmlak və ya torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh 2007-2008-ci ildə mübahisəli “C” tikilisinə (hazır da istifadə etdiyi sahəsi 23 kv.m olan otağa) gəlin köçmüşdür. Həmin vaxt evin icarədarı mərhum X5 olmuş və cavabdeh onun razılığı ilə mənzilə köçmüşdür.
22. Mülki Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Cavabdeh mübahisəli mənzilə 2007-2008-ci ildə köçdüyündən hazırki mübahisəyə qanunun analogiyasına əsasən köhnə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
23. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrini tətbiq edərək belə qənaətə gəlib ki, həmin hüquq normalarının tələbinə görə, icarədar (mülkiyyətçi) ilə bərabər hüquqlara malik olmaq üçün yaşayış sahəsinin istifadəçisi ya icarədərın (mülkiyyətçinin) ailə üzvü olmalı, ya da onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmalıdır. Cavabdeh həmin evə gəlin köçməklə icarədar mərhum M.Xəlilova ilə yaşamış, müvafiq olaraq da ümumi təsərrüfat aparmışdır. Ona görə də cavabdehin mərhum M.Xəlilovanın ailə üzvü kimi istifadə hüququ yaranmışdır. Lakin mübahisəli mənzil 2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respu blikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.07.2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçinin dəyişməsi ilə yeni münasibətlər yaranmışdır.
24. Apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhə əsasən qeyd edib ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyət hüququnu əldə etmiş şəxslə (mülkiyyətçi ilə) həmin mənzildə yaşayan (yaşamaqda davam edən) şəxslər arasında yeni münasibətlər yaranır, yəni onların arasındakı hüquq və vəzifələrin həcmi dəyişir. Həmin münasəbətlərdən irəli gələn mübahisələrdə isə tətbiq edilən norma mənzilə istifadə hüququnun yarandığı vaxt yox, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxt qüvvədə olan no rma olmalıdır. Hazırki işdə mübahisəli yaşayış evi iddiaçının adıma 09.10.2018-ci ildə qeydə alınmış və həmin qeydəalmadan sonra cavabdehlə iddiaçı arasında yeni mənzil münasibətləri yaranmışdır ki, bu münasibətlər də artıq qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənməlidir.
25. Cavabdeh iddiaçının qardaşının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan qohumlar sırasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da qalmamışdır. Başqa sözlə, mənzil iddiaçının adına qeydə alındıqdan sonra cavabdeh həmin mənzildən istifadə hüququnu itirm işdir, bu səbəbdən də cavabdeh kompensasiya verilmədən mənzildən çıxarılmalıdır.
26. Apellyaisya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayıb və qeyd edib ki, cavabdehin istifadəsində faktiki olaraq sahələri 27 kv.m və 23 kv.m olmaqla iki otaq var, bu otaqlardan biri (23 kv.m) iddiaçının mülkiyyətində olan torpaqda (C tikilisi), digər otaq (27 kv.m) isə iddiaçının mülkiyyətindəki torpaq sahəsindən kənarda yerləşir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının tələbi cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmasından ibarətdir. Yəni iddiaçı cavabdehin mülkiyyətindəki yaşayış evindən çıxarılmasını tələb etmiş, məhkəmə də həmin tələbi təmin etmişdir. Bu baxımdan, «cavabdehin çıxarılması» dedikdə, cavabdehin yalnız iddiaçının mülkiyyətində olan yaşayış evində n çıxarılmasından söhbət gedir, sahəsi 27 kv.m olan otaq isə iddiaçının mülkiyyətinə aid deyil. Beləliklə, cavabdehn sahəsi 27 kv.m olan otaqdan çıxarılması barədə iddia tələbi mövcud olmadığından, bununla bağlı hər hansı qətnamə çıxarılmamışdır.
27. Apellyasiya məhkəməsi mövqeyini 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü, yeni Mənzil Məcəlləsinin 30cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.07.2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbay can Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apellyaisya məhkəməsi tərəfindən maddi hüquq normlarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə etiraz 30.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh Nəsirova (Xəlilova) Vüsalə Ağabəy qızı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
32. İddiaçı nümayəndəsi X7 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənzil Məcəlləsi (1982) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gəl ən öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülmə si ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsi (yeni) Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.07.2014-cü il tarixli Qərarı -yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsin də müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı hazırki qərarın 21-26-cı bəndlərində qeyd edilən dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zəru rət görmür.
39. Apellyaisya məhkəməsi tərəfindən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq edilib.
40. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini, o cümlədən, apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilləri əsasız sayır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1205/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.