Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4063/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1146/2024 nömrəli 7 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 nömrəli evin ümumi sahəsi 69,43 kv.m olan 3 otaqlı 72 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir.
2. Həmin mənzildə Şuşa şəhərindən məcburi köçkün olan Cavabdeh4 ailə üzvləri Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 ilə məskunlaşmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(004)-641/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, X və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir.
3. Cavabdehlər tərəfindən qətnamə icra edilmədiyinə görə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X3, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə birdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının 15 sentyabr 2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X2 15 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(103)-5645/2022 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)1771/2023 saylı qərarı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, tərəfindən birgə qaydada ver ilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5645/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 günə görə 10167 manat, 127,50 manat dövlət rüsumu, mənəvi zərərə görə 2000 manat və hüquqi yardıma görə 320 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqi əsasında ona məxsus Bakı şəhəri, Y.Yasamal-1 küçəsi, ev 7, 72 saylı mənzildən sahiblik və istifadə hüququndan qanunsuz olaraq məhrum olunmuşdur və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Mübahisə ondan ibarətdir ki, cavabdehlər qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmirlər, yuxarıda qeyd edilən mənzili boşaldıb ona təhvil verməkdən boyun qaçırırlar. Yasamal Rayon Məhkəməsinin 2(004)-641/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan 1 il 8 ay keçm əsinə baxmayaraq həmin qətnamə icra olunmur, cavabdehlər qanunsuz olaraq qərarı icra etmirlər və bunun nəticəsində ona maddi və mənəvi zərər vururlar. Cavabdehlər qətnamə qanuni qüvvəsini aldığı gündən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində qanunsuz istifadə edirlər, bu qanunsuz istifadə hələ də davam edir. Cavabdehlərin qanunsuz əməllərindən (hərəkətsizliklərindən) maddi zərərlə yanaşı mənəvi iztirab çəkir, hər dəfə bir evdən başqa evə köçmək taqətində deyil, mənəvi cəhətdən tam olaraq sarsılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozur, ona həm maddi zərər vurur həm də mənəvi iztirab çəkməyə məcbur edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi onda qanunun olmaması ilə eyni təəssürat yaradır. Bu səbəbdən hesab edir ki, dəymiş mənəvi zərərə və iztiraba görə cavabdehlər ona 2000 manat məbləğində təzminat ödəməlidirlər.
9. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, Cavabdeh4 Şuşa şəhərindən məcburi köçkün, İ Qarabağ müharibəsi veteranıdır. Cavabdeh1 İİ Qarabağ Vətən müharibəsi veteranı Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıdır. Ailələri 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün olaraq, Yasamal rayonu, Yeni Yasamal 1, bina 7, mənzil 72 də məskunlaşmışlar. Cavabdeh2 2017-ci ildən ailəlidir və başqa ünvanda - ünvan 1irayəsi ödəyir (maaşının 50 % miqdarında). Cavabdeh3 2019-2022-ci illər ərzində İqtisad Universitetinin tələbəsi olduğu halda onun hər ay maaşından 50 % ev kirayəsi tutulu r. Evin işıq pulu, qaz pulu qəbzi, sayğaclar da Cavabdeh4 adınadır. 2020-ci ilin sentyabrından hesablanaraq bu günə kimi borc yığılıb. Hər ay ailə üzvlərinin maaşlarının 50 faizi miqdarında təxminən ayda 800 manata yaxın aylıq ev kirayəsi tutularaq İddiaçı verilir. Ailə üzvlərinin əmək haqqlarından ümumi olaraq 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü ilə kimi 4891.33 manat ev kirayəsi ödəmişlər.
10. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-144/2024 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzil i boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini mənzilinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq, cavabdehlərin qətnaməni icra etməməsi nəticəsində kirayədə qalmağa məcbur olması, bu səbəbdən də, maddi və mənəvi zərərə məruz qalması ilə əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)641/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X2 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Hazırda iddiaçı yenidən cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehlərdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 gün görə 10167 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini əvvəlki iddia tələbinin eyni ilə əsaslandırmışdır. İddiaçı hazırkı tələb ilə çıxış edərkən həmin dövrdə real olaraq hansı maddi ziyana məruz qalmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki preyudisiallıqla bağlı mülki-prosessual qanunv ericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd olunmalıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21.1, 21.2, 385.1, 386.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli, “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, i şin faktiki hallarından və təqdim edilmiş sübutlardan, eyni zamanda cavabdehin etirafından müəyyən olunur ki, mübahisəli mənzil 2019-2020-ci illər ərzində cavabdehlərin sahiblik və istifadəsində olmuşdur. Belə olduğu halda, məhkəmə deliktin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı rədd edərkən Mülki Məcəllənin 152-ci maddəsinin tələblərini nəzərə almamışdır. İddiaçının cavabdeh tərəfindən Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulub-pozulmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən 2019-2020-ci illər ərzində əmlakından istifadə, sahiblik hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına və bunun nəticəsinə Mülki Məcəllənin 21-ci maddəsinin pozulmasına hüquqi qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən iddianın rədd edilmə sini əsaslandırmamış, maddi və prosessual hüquq normalarını sadalanmaqla kifayətlənmişdir. Qətnamə əsaslandırılmamışdır. Qətnamənin məzmunundan göründüyü kimi, qətnamənin əsaslandırıcı hissəsi ümumiyyətlə yoxdur. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, iddianın hansı əsaslara görə rədd olunmasını belə qeyd etməmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1146/2024 nömrəli 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X5 (sədrlik edən və məruzəçi), X1 və X8) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı aydın olmuşdur ki, cavabdehlər Şuşa şəhərində mənzillə təmin olunmuşlar və iddiaçıya məxsus mənzili boşaldıb tərk etmişlər. İddiaçı hazırkı iddia tələbini əvvəlki iddia tələbinin eyni ilə əsaslandırmış, ona maddi və mənəvi zərər dəyməsinə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.
17. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərər mülki hüquq münasibətlərində geniş anlayışdır, hər bir iddia tələbi üzrə zərərin vurulub-vurulması işin faktiki hallarından və məhkəmənin gəldiyi əsaslı nəticələrdən doğur. Hazırkı işdə zərərin vurulması aşkardır, belə ki, cavabdehlər qanuni qüvvəsini almış 2019-c u il tarixli qətnamənin olmasına baxmayaraq 2019-2020-ci illərdə həmin mənzildən istifadə etmişlər. Lakin məhkəmə iddiaçının mülkiyyət hüquqi əsasında özünə məxsus əmlakdan 20192020-ci illər ərzində istifadə, sahiblik hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına və bunun nəticəsində Mülki Məcəllənin 21-ci maddəsinin pozulmasına hüquqi qiymət verməmişdir. İş materiallarının içində mübahisəli mənzilin bazar qiymətinə uyğun olan aylıq kirayə haqqının müəyyən edilməsinə dair müvafiq arayış əlavə edilmişdir, lakin nə birinci instansiya məhkəməsi nə də apellyasiya instansiya məhkəməsi həmin sübuta hüquqi qiymət verməmiş, onu təkzib etməmiş, təkzib etməyə cəhd belə göstərməmişdir. İddia tələbi qanuni qüvvəsini almış məhkəmə aktının qərəzli icra olunmamasından və onun nəticəsinə iddiaçıya vurulm uş zərərdən bəhs edir. Məhkəmə bu tələbə, onun məzmununun elementlərinə konkret münasibət bildirməli olduğu halda, nəticəvi hissədə yalnız iddianın xarakterini qeyd edərək, təmin edilməməsini göstərmişdir. Hazırkı iddia tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil etmir. Belə ki, əvvəlki iddia tələbində cavabdehlərin üzərinə xx.xx.2020-ci ildən mənzili faktiki təhvil verilən günə qədər icarə haqqı ödənilməsi tələbi qoyulmuşdur, lakin hazırkı iddia tələbində isə qanuni qüvvəsini almış qətnamənin 2019-cu ildən xx.xx.2020-ci ilə qədər olan müddətini əhatə edir. Belə olan halda, iddianın əsası fərqlidir. Belə olan halda MPM-in 82.3-cü maddəsinin tətbiqi istisnadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq A zərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:... 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkə mənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
30. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
34. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxı lmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
35. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxılarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, tərəflər arasında eyni əsaslarla və eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, iş üzrə icraata xitam verilməsi üçün əsasların olub olmamasını yoxlamamışdır.
39. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Ko nstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
40. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
42. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
43. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
45. Qeyd edilməlidir ki, bu əsasla icraata xitam verilməsi üçün qeyd olunan normada əksini tapmış 3 əlamətin (eyni predmet, eyni əsas və eyni tərəflər) məcmu halda (eyni vaxtda) mövcud olması tələb edilir.
46. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
47. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquq i faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
48. Həmçinin qeyd olunmalıdır ki, icraata xitam verilməsi üçün əsasların olubolmamasının yoxlanılması apelyasiya icraatında apelyasiya şikayətinin dəlillərinə, habelə kassasiya icraatında kassasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.
49. İddiaçı hazırki iddia tələbində cavabdehlərdən «Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yən i, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə» hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 günə görə 10167 manat məbləğdə pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
50. Bu iddianın predmeti, iddiaçının əvvəl irəli sürdüyü və Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə mahiyyəti üzrə baxılıb həll edilmiş iddianın predmetinin tərkib hissəsi idi.
51. Belə ki, iddiaçı əvvəlki tələbində cavabdehlərdən «Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının» tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
52. Göründüyü kimi hər iki iddia tələbində predmet – cavabdehlərin mənzildən çıxarılması barədə məhkəmə qətnaməsinin icra edilmədiyi dövr üçün vurulan zərərin ödənilməsindən ibarətdir. Bu faktı iddiaçı kassasiya şikayətində də təsdiqləyərək göstərmişdir ki “iddia tələbi qanuni qüvvəsini almış məhkəmə aktının qərəzli icra olunmamasından və onun nəticəsinə iddiaçıya vurulmuş zərərdən bəhs edir”. Qənamənin icra edilmədiyi dövr dedikdə, həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən cavabdehlərin mənzildən çıxarıldıqları (çıxdıqları) günədək olan müddət başa düşülür. İddiaçı hazırkı iddiasında qətnamənin icra edilmədiyi xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddət üçün ziy anın ödənilməsini tələb edir, əvvəlki iddia ərizəsində isə, mənzil boşaldılaraq ona təhvil verilənədək vurulan ziyanın ödənilməsini tələb etmişdi.
53. Əvvəlki iddiada qətnamənin icra edilmədiyi dövr ayrı-ayrı müddətlərə bölünməmişdi və bu o deməkdir ki, əvvəlki iddiada tələb onunan ziyan, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən qətnamə icra edilən günədək vurulan ziyandan ibarət idi. Məhkəmə isə, iddiaçının təqdim etdiyi sübutlara uyğun olaraq iddiaçının maddi ziyan tələbini qismən - 15 sentyabr 2020-ci il tarixdən başlayaraq qətnamə icra olunan günə kimi hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının tutulmasını qət etmişdi. Qətnamədə gəlinən bu nəticə, iddia tələbinin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 15 sentyabr 2020-ci il tarixədək olan dövr üçün maddi zərərin ödənilməsi tələbinin rədd olunmasını açıq şəkildə ehtiva edir.
54. Buna görə də Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi qüvvəyə mindiyi tarixdən 15 sentyabr 2020-ci il tarixədək olan dövr üçün qətnamənin icra edilməməsinə görə ziyanın ödənilməsi tələbi, əvvəlki qətnamə ilə təmin olunmayan iddia tələbi ilə eyni predmetdir.
55. Hazırda baxılan iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş qətnamənin icra edilməməsi səbəbindən iddiaçıya maddi ziyan vurulması təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə həll olunmuş iddia tələbində də iddia tələbinin faktik əsasını qanuni qüvvəyə minmiş qətnamənin icra edilmə məsi səbəbindən iddiaçıya maddi və mənəvi ziyan vurulması təşkil edirdi.
56. Həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi üzrə tərəflərlə, hazırkı iddia tələbi üzrə tərəflər eynidir.
57. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
58. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəm iyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
59. MPM-in 385.1.1-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi «prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi» müəyyən edilmişdir.
60. MPM-in 387.1-ci maddəsində deyilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
61. Lakin MPM-in 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməli hallar müəyyən olunub. Bu hallar prosessual normaların kobud pozulması kimi qiymətləndirilən hallardır. Bu halların mövcudluğunda məhkəmə aktı ümumiyyətlə qanunilik xassəsinə malik olmur və məhz buna görə də işə baxan məhkəmədən apelyasiya şikayətinin dəlillərində bu hallara istinad edilib edilməməsindən asılı olmayaraq məhkəmə aktının ləğvi tələb olunur.
62. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi MPM-in 387.2.8-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olduğu halda, mahiyyəti üzrə qətnamə çıxarmışdır. Buna görə də qətnamə MPM-in 261.0.2 və 387.2.7-ci maddələrinə zidd olmaqla qanunsuzdur.
63. MPM-in 418.4.10-cu maddəsində də iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi tələb edilir.
64. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1146/2023 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.