Məhkəmə qərarları › İş №2(102)-4064/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4064/2022

03.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4064/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair sənədlərin etibarsızlığı, torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı aktların qismən etibarsız hesab edilməsi və ərazinin boşaldılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-963/2022 nömrəl i, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 iyul 1997-ci il tarixində X4 X1 rayon Qaralılar kəndi “Qarabağ" kolxozunda püşkatma yolu ilə torpaq payının müəyyən edilməsi ilə əlaqədar 8 saylı iclas keçirilmiş və həmin iclasda hər bir vətəndaşa pay torpaq sahələri verilməsi qərara alınmışdır.

2. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Beyləqan rayon Qaralılar kənd bələdiyyəsi mülkiyyətinə 247.86 ha torpaq sahəsi ayrılmış və bu barədə “Torpağa mülkiyyət hüququna dair" JN 1-1, KOD 60700048 saylı Dövlət aktı verilmişdir.

3. Beyləqan rayon Aqrar İslahat Komis siyasının 12 sentyabr 1997-ci il tarixli, 28 saylı qərarı ilə Beyləqan rayonu Qaralılar kənd ərazisindən kənd təsərrüfatı məsulları istehsalı məqsədilə Cavabdeh3 və ailə üzvlərinə 1,79 ha; Cavabdeh2 və ailə üzvlərinə 2.42 ha; Cavabdeh1 və ailə üzvlərinə 5.54 ha pay torpaq sahəsi verilmiş və həmin sahələrlə bağlı “Torpağa mülkiyyət hüququna dair" müvafiq olaraq JN 0010, JN 135, JN 0032 nömrəli dövlət aktları tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı və ya Bələdiyyə) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin şəxslərin adlarına tərtib olunmuş dövlət aktlarının qismən etibarsız hesab edilməsi, JN-135, kod-60700048 saylı Dövlət Aktında 135D bölgü layihəsinin, JN-0032, kod-60700048 saylı Dövlət Aktında 32k bölgü layihəsinin, JN-0010, kod-60700048 saylı Dövlət Aktında 10D bölgü layihəsinin etibarsız hesab edilməsi, cavabdehlər tərəfindən ərazinin boşaldılıb iddiaçıya təhvil verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin dövlət aktlarına əlavə edilmiş bölgü layihələri saxtadır, ona görə də həmin layihələr və müvafiq hissədə dövlət aktları etibarsız hesab edilməli, cavabdehlər tərəfindən qeyd olunan sənədlər əsasında tutulmuş torpaq sahələri boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

6. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarda iddiaya etiraz edərək, bildirmişlər ki, torpaq sahəsi onlara və ailə üzvlərinə Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 12 sentyabr 1997-ci il tarixli, 28 saylı qərarı ilə verilmiş, həmin tarixdən mülkiyyətlərinə verilmiş sözü gedən torpaq sahələrindən istifadə etmişlər. Torpaq sahələrini öz başına zəbt etməmişlər və dövlət aktının verilməsində heç bir saxtakarlığa yol verilməmişdir. Ona görə də iddia rədd olunmalıdır.

7. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəli bölgü layihələri cavabdehlərin Dövlət aktlarına qeyri-qanuni əlavə edilmişdir. Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir.

8. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-06/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qə tnaməsi ilə (hakim S.Seyfullayev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair Cavabdeh2 məxsus JN-135, kod-60700048 saylı Dövlət Aktında 135D bölgü layihəsi, Cavabdeh1 məxsus JN-0032, kod- 60700048 saylı Dövlət Aktında 32k bölgü layihəsi, Cavabdeh3 məxsus JN-0010, kod-60700048 saylı Dövlət Aktında 10D bölgü layihəsi qeyri-qanuni əldə edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 164.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1, 8.0.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir və əsassızdır.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-963/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sənədlərin qismən etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə mülki mühakimə icr aatında baxılmalı olmadığından xitam verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisənin mahiyyəti inzibati orqan tərəfindən verilmiş inzibati aktın Dövlət aktının, onun əlavəsi olan torpağın sxeminin qanunsuz sayılmasıdır. İddiaçı dövlət aktlarının etibarsızlığını tələb edir. Dövlət aktlarının və ona əlavə edilmiş kadastr sənədinin etibarsızlığı barədə hazırkı iddia inzibati hüquq münasibətlərində irəli gələn mübahisədir.

15. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin boşaldılmasına dair hissədə ləğv edilmiş, torpaq sahəsinin boşaldılaraq Bələdiyyəyə təhvil verilməsinə dair iddia təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məh kəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin boşaldılması barədə hazırkı tələb, digər tələb olan dövlət aktlarının etibarsızlığından irəli gəlir. Birinci tələb - dövlət aktlarının etibarsızlığı barədə tələb üzrə iş üzr icraata xitam verildiyindən, torpaq sahəsinin boşaldılması barədə tələbin təmin edilməsi üçün də əsas qalmamışdır.

17. Məhkəmə gəldiyi nəticəni MPM-in 382, 384.0.2, 392, 393-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bə lədiyyənin mülkiyyəti olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və onlara qanunsuz sənədlər verilməsi mübahisəsiz olduğu halda, iddia qanunsuz rədd olunmuşdur. Bu hal bələdiyyə torpaqlarının xəritə-planında aşkar göründüyü halda, məhkəmə bunu araşdırmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsini tətbiq etməməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir.

20. Mülki Məcəllənin 14.3 və 178.1-ci maddələrinə əsasən şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlaka dair mülkiyyət sənədi isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, dövlət qeydiyyat orqanı inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq sənədin verilməsi "passiv legitimləşdirmə" fəaliyyətini nəzərdə tutur. Ona görə də bu mübahisənin inzibati məhkəməyə aid olması və torpağın geri qaytarılması tələbinin təmin edilməməsi barədə apellyasiya məhkəməsinin qətnaməsi qanuna ziddir.

21. Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarına və Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci tarixli qərarına əsasən hazırkı mübahisəyə ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

22. Məhkəmə artıq torpaq sahəsini zəbt edib qanunu pozmuş şəxsin şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, torpağın qanuni sahibi tərəfindən istifadə edilməsi hüququndan məhrum etmiş və Mülki Məcəllənin 152-ci maddəsinin tələblərini pozmuşdur.

23. Həmçinin məhkəm ə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5ci maddəsinin tələblərini pozmuşdur.

24. Mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Torpaq Məcəlləsi

28. Maddə 84 (1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

29. Maddə 111 (1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “İnzibati icraat haqqında” Qanun

1. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.

2. Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllə

3. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir

4. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə

30. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraat ı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, baxılan iş üzrə iddia tələblərinin bir hissəsi inzibati orqan tərəfindən tərtib edilmiş torpaq sahələri üzərində hüquqlara dair hüquq müəyyənedici sənədlərin et ibarsız hesab olunması ilə bağlıdır. 44. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən mübahisələndirilən aktlar inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri olduğu üçün inzibati aktdır.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq həmin inzibati aktın etibarsızlığı barədə inzibati mübahisə üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilməlidir. 46. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2005-ci il tarixli qərarında müəyyən edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 5.1).

47. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 6.1).

48. Bu baxımdan iddia tələbinə aktların etibarsızlığı hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata qeyd olunan hissədə xitam vermiş apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin boşaldılması tələbinin təmin olunmaması hissəsində də qanuni və əsaslı nəticəyə gəlmişdir.

49. Çünki torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlər qüvvədə olduğu təqdirdə həmin sənəddə adı qeyd olunan hüquq sahibinin torpaq sahəsini qanunsuz tutduğu barədə qanuni qənaətə gəlmək mümkün deyildir.

50. Eyni zamanda qeyd edilməlidir ki, hüquq müəyyənedici sənədlərin və ya onların əsasında duran inzibati aktların ləğv edilməsi (etibarsız hesab olunması) tələblərinə səlahiyyətli məhkəmə tərəfindən qiymət verildikdən sonra yeni əsaslarla iddiaçının mübahisəli torpaq sahələrinin geri qaytarılması tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər.

51. Qeyd olunanla ra əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-963/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar