Məhkəmə qərarları › İş №2(102)-4065/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4065/2019

20.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4065/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, ərizəçi x1nın və vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakı ilə, ərizəçi x1nın və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sabunçu rayon Şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(008)4297/2018 saylı qətnaməsi ilə (hakim Ə.S əmədov) ərizə təmin edilərək, x1nın 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində və 1990-cı il tarixdən 2000-ci il tarixədək Bakı şəhəri 4№-li Çörək zavodunda fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)-2375/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.Hüseynova) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4297/2018 saylı, 21 iyun 2018-ci il tarixli qətnaməsi qismən - yəni ərizəçi x1nın 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində işləməsi faktının müəyyən olunması hissəsində ləğv edilərək, həmin hissədə ərizənin təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ərizəçi x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)-2375/2019 saylı qətnaməsinin qismən – 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində işləməsi faktının tanınmaması hissəsində ləğv edilməsi, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sabunçu rayon Şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)-2375/2019 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi x1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində və 1990-cı il tarixdən 2000-ci il tarixədək Bakı şəhəri 4№-li Çörək zavodunda fəhlə vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)-2375/2019 saylı qətnaməsinin qismən – 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində işləməsi faktının tanınmaması hissəsində ləğv edilməsi, işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəx s Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sabunçu rayon Şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)-2375/2019 saylı qətnaməsinin ləğv edilməsi, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Ərizəçi x1 və vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayətlərinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, ərizəçini və vəkilini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İşdə olan şahid qismində dindirilmiş x2 ifadəsində göstərmişdir ki, o, ərizəçini Ermənistanda qalan vaxtdan tanıyır. Onlar eyni kənddəndirlər. O, ərizəçini cavan vaxtlarından tanıyır. Ərizəçi Stepanavan şəhərində yol tikintisində fəhlə işləyirdi. İşdə olan Şahid qismində dindirilən x3 ifadəsində göstərmişdir ki, onlar Ermənistanda qonşu olublar. O, x1 birlikdə kolxozda işləyib. Ərizəçi asfaltökən - fəhlə işləmişdir. Bakıya köçəndən sonra x1 qardaşı ilə qonşu olmuşdur. Onların bir-birinin evinə gediş-gəlişi var. İşdə olan Şahid qismində dindirilən x4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 4 No-li çörək zavodunda işləməyə başlayanda ərizəçi artıq orada işləyirdi. Gülxanım sobada çörək yayırdı, o isə xəmir yoğururdu. O, orada təxminən 6 il işləmişdir. Həmin müddətdə Gülxanım da onunla birlikdə çörək zavodunda işləmişdir. İşdə olan şahid qismində dindirilən x5 ifadəsində göstərmişdir ki, o, x1 bir yerdə Bakı şəhəri 4№-li çörək zavodunda işləmişdir. x1 zavodda fəhlə kimi işləmiş, çörək yaymaq işi ilə məşğul olmuşdur. Buna görə də, ərizəçinin Bakı şəhəri 4№-li çörək zavodunda işləməsini təsdiq edir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin a sılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, ərizəçinin 1990-cı il tarixdən 2000-ci il tarixədək Bakı şəhəri 4№-li Çörək z avodunda fəhlə vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Çünki bu faktı şahidlər x4 və x5 təsdiq etmişlər. Həmin şəxslərin adlarına olan əmək kitabçalarının surətlərindən (i/v 21-22, 25-31) isə müəyyən olunur ki, x4 1991-ci ildən 2002-ci ilə qədər və x5 1976-cı ildən 2002-ci ilə qədər Bakı şəhəri 4 №-li çörək zavodunda işləmişlər. Göründüyü kimi həmin faktın müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 308ci maddəsinin tələblərinə tam uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, qalan hissədə ərizə əsaslı olaraq təmin edilməmişdir. Belə ki, ərizəçinin 1971-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Stepanavan şəhərində Yol təmir tikinti İdarəsində (Asfalttökən) fəhlə vəzifəsində işləməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Şahid x2nun və x3nın ifadələr isə bu halı təsdiq edən sübut kimi qəbul edilə bilməz, Çünki həmin şəxslərin özlərinin həmin idarədə işləməsi hər hansı sübutla təsdiq olunmur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sabunçu rayon Şöbəsinin kas sasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar