Məhkəmə qərarları › İş №2(102)-4065/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4065/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4065/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4065/22 (Açar sözlər: müstəsna aidiyyət) Bakı şəhəri, 17 oktyabr 2022-ci il 17.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Gülməmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-896/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil) tərəfindən verilmiş kassasi ya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tarixli “Bağışlama müqaviləsinə əsasən” X1 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, “A” yaşayış sahəsi 158 saylı evi Cavabdeh bağışlamışdır. Cavabdehin bu mənzilə mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 2. xx.xx.2018-ci il tarixdə İddiaçı və Cavabdeh nikah bağlamışlar. Tərəflərin bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü bir uşağı var.

3. İddiaçı bildirir ki, ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanına köçmüş və orada yaşamışdır.

4. Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İş üzrə qəb ul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-ə istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsini məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, 27 dekabr 2018-ci il tarixdə X6 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların 22 noyabr 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə birgə nikaha daxil olduqdan sonra, yəni toy mərasimindən sonra iddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi A yaşayış sahəsi, ev 158-də yerləşən evə gəlin köçmüş və həmin evə mü vafiq qeydiyyatda alınmışdır. Həmin evdə yaşamaqla ər-arvad kimi birgə təsərrüfatı idarə etmişlər. Sonradan mnasibətləri pozulduğu üçün Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018 - 643/2021 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş 22 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 mana: sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda məcbur qalıb validyenlərinə məxsus evə sığınmışdır. Hazırda azyaşlı uşağı ilə birlikdə yaşamağa yerlər yoxdur. Ona görə də, məhkəmədən cavabdehlə birgə nikah dövründə yaşadıqları və qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-də yerləş ən evə evə köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 2(018)-43/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, 158 saylı yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı 2018-ci ildən mübahisə predmeti olan evə köçdüyünə, həmin evdə yaşamaqla 2021-ci ilin yanvar ayına kimi ümumi təsərrüfatın aparılmasında iştirak etdiyinə, həmin evdə cavabdehin razılığı ilə müvafiq qeydiyyata alındığına, iddiaçının öz iradəsi ilə deyil, ca vabdehin təsiri nəticəsində evdə yaşamasına maneələr yarandığından məhkəmə iddianın qismən təmin olunmasını və Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-də olan mübahisəli evə köçürülməsini qanuni və əsaslı hesab edir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Zeynal Zeynalov) 2(106)-896/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-43/2021 saylı, 24 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qə bul olunmuş və iddia rədd edilmişdir.

11. Məhkəmə kollegiyasının mövqeyinə görə, İddiaçı ilə cavabdeh X7 27 dekabr 2018ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158 saylı fərdi yaşayış evinə gəlin köçüb, cehiz əşyalarını həmin evə yerləşdirərək ailə üzvü kimi yaşamaqla birgə təsərrüfat aparmış, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 22 noyabr 2019-cü il tarixdə X3 adlı bir nəfər uşaqları doğulmuş, tərəflər arasında baş vermiş narazılıqlardan sonra iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş və iddiaçı mübahisəli evdən çıxmaraq atasına məxsus evə köçmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmi ş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı maddi vəziyyəti çox pisdir, o, heç bir yerdə işləmir, adına daşınar və ya daşınmaz əmlak yoxdur və bir uşağı ilə birlikdə atasına məxsus evə sığınmaq məcburiyyətində qalmışdır. İki bacısı da atasına məxsus evdə yaşayır. İd diaçının bu cür darısqal şəraitdə orada uşağı ilə normal yaşaması mümkün deyildir və yaşamağa başqa yeri də voxdur. Hesab edir ki, maddi vəziyyətinin pis olması, vaşamağa başqa yerinin olmaması və azyaşlı uşağının yanında qalması iddiaçının istifadə hüququ müəyyən edilməklə cavabdehə məxsus evə köçürülməsi üçün kifayət qədər diqqətəlayiq hallardır. Uşağın hüquqlarının üstün müdafiə hüququ vardır. İddiaçı uşağını atasına məxsus evdə normal şəraitdə böyüdə bilməsi mümkün deyildir. Yaşayış sahəsinə ehtiyac olan hallarda evin mülkiyyətçisinin keçmiş ailə üzvü oraya müddət müəyyən olunmaqla köçürülməlidir. Hesab edir ki, bu müddət hər bir halda yaşayış sahəsinə ehiyac aradan qalxana qədər müəyyən edilməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifad ələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin rədd edilməsini və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(106)-896/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi A yaşayış sahəsi ev 158 iddiaçı ilə nikaha daxil olmazdan çox əvvəl, yəni xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bu barədə AR ƏMDK DƏDRX-dən çıxarışı mövcuddur. O, iddiaçı ilə xx.xx.20 18-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikah münasibətlərinə daxil olduqdan sonra onun razılığı əsasında iddiaçı sözügedən mənzilə qeydiyyata salınmışdır. Lakin onun həmin evdə qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması anlamına gəlməməlidir. Sonradan iddiaçı ilə münasibətləri korlanmış, 2020-ci ilin iyun ayında iddiaçı ayrılaraq könüllü olaraq yaşadıqları evi tərk edib getmişdir. Onu evdən döyüb qovan, zorla çıxaran olmamışdır. Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, azyaşlı övladının anasının yanında qalması qət edilmişdir. İddiaçının yaşadıqları evi bir daha evə qayıtmaq niyyəti olmadan tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və bir daha evə qayıtm amışdır. Həmin evə qayıtmaq niyyətinin olmadığını o da göstərir ki, o, evdən çıxan zaman özünə məxsus əşyaları da aparmış, apara bilmədiyi cehiz əşyalarının qaytarılması üçün isə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, müxtəlif adda cehiz əşyalarının iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, X5 Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Əgər iddiaçı zorla evdən çıxarılmışdırsa və onun yaşamağa yeri yox idisə bəs nəyə görə evdə olan cehiz əşyalarının ona qaytarılmasını tələb edir. İddiaçının evi tərk etdiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə evə k öçürülmə tələbi ilə müraciət etməsi isə, əslində onun yaşamaq üçün yer axtarmaq deyil, sadəcə öz fikrincə cavabdehi incitmək məqsədi daşıyır. Hazırda isə bilərəkdən cehiz əşyalarının evdən çıxarılması ilə məhkəmə qətnaməsinin icra olunmasına hərəkətsizlik göstərməklə mane olmağa çalışır. İddiaçı kassasiya şikayətində yaşayış yerinin olmadığını qeyd etsə də, əslində yaşamağa evi və iş yeri var. Birgə nikahdan olan övladına münasibətdə isə onun saxlanması üçün o, ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetiri. Azyaşlı övladı anasının yanında qaldığından onun yaşayış yeri anasının yaşayış yeri hesab edilir, belə olduğu təqdirdə cavabdeh yaşayış sahəsi ilə təmin etmək öhdəliyi daşımır. Onun artıq iddiaçı ilə heç bir hüquqi bağlılığı qalmayıb, aralarında olan nikah pozulmuş, iddiaçı artıq onu n həyat yoldaşı deyil və keçmiş ailə üzvü hesab edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Maddə 164.2. Sahiblikdən m əhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

21. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin e tməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə

33. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi 4-cü fəsillə müəyyən olunur.

26. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

27. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında id dialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

30. Maddə 418.4.9. İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

31. Kassasiya şika yətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qətnamə ərazi a idiyyətinə dair prosessual hüquq normalarına riayət olunmadan çıxarılmışdır.

34. Belə ki, Astara Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla iddiaçının köçmək istədiyi evin Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşməsini nəzərə alaraq, MPM-nin müstəsna aidiyyətə dair 39.1-ci maddəsinə əsasən, mülki işin ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkməsinə göndərilməsini qərara almışdır.

35. Buna baxmayaraq, həmin məhkəmə öz qərardadını xx.xx.2021-ci il tarixli qərardadla ləğv edərək, iddiaya Astara Rayon Məhkəməsində baxılması nəticəsinə gəlmişdir. Sonuncu qərardad aydın şəkildə əsaslandırılmamışdır. Lakin qərarın mahiyyətindən belə məlum olur ki, məhkəmə, MPM-nin 39.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydasını yalnız mülkiyyət hüququnun tanınması ilə bağlı iddia ilə əlaqələndirmişdir.

36. Kollegiya bildirir ki, işlərə ərazi üzrə baxılmasına dair birinci instansiya məhkəmələri arasında səlahiyyətlərin bölünməsi Mülki Prosessual Məcəllənin 4-cü fəsli ilə müəyyən olunur (§ 26).

37. Ərazi aidiyyəti qaydaları həmin fəsildə dəqiq şəkildə nəzərdə tutulmuşdur və qanuni əsaslar olmadan onların dəyişdirilməsi yolverilməzdir. Bu səbəbdən müstəsna aidiyyət olduğu halda işə ümumi aidiyyət, hətta iddiaçının seçiminə görə aidiyyət qaydasında baxılması istisna olunur. Əks yanaşma iddiaya qanunla müəyyən edilmiş məhkəmə tərəfindən baxılması prinsipinin pozulmasına səbəb olardı. 38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 0 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyy ən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

40. MPM-nin 35.1-ci maddəsində ərazi aidiyyəti ilə bağlı nəzərdə tutulmuş ümumi qayda ondan ibarətdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (§ 27).

41. Qanunla nəzərdə tutulan başqa hallardan biri də daşınmaz əşyalarla b ağlı müstəsna aidiyyətdir.

42. Belə ki, MPM-nin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (§ 28).

43. Göründüyü kimi, qanunverici daşınmaz əşya barəsində mülkiyyətin tanınması (§ 16) ilə yanaşı, mülkiyyətin müdafiəsi iddialarına (vindikasiya və neqator, § 17-18), eləcə də məhdud əşya hüquqları (§ 19) və faktiki vəziyyətdən irəli gələn sahibliyin müdafiəsi haqqında iddialara (sahiblikdən məhrumetmə və ya onu pozma, § 20-21), habelə mənzil qanunvericiliyinə əsaslanan bu xarakterli tələblərə (§ 22- 24) həmin daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmasına dair müstəsna aidiyyət qaydası müəyyən etmişdir.

44. Hazırkı işdə iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ev 158-ə istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədədir. Tələbin əsaslandırıldığı hallardan göründüyü kimi İddiaçı, nikahda olduğu vaxt həmin evdə yaşadığını, birgə təsərrüfat aparmaqla ona istifadə hüququ əldə etdiyini, lakin daşınmaz əşya üzərindəki sahiblikdən məcburiyyət qarşısında məhrum qaldığını bildirərək yaşayış sahəsinə köçürülməsini istəyir.

45. İrəli sürülmüş tələb daşınmaz əşya üzərində iddia olunan sahiblik və istifadə hüquqlarının bərpası ilə bağlı olduğundan, mübahisənin düzgün həlli üçün sahibin hüq uqlarının pozulmasını aradan qaldırmaq haqqında yuxarıda sadalanan iddialar üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə iddialara isə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılması MPM-nin 39.1-ci maddəsində açıqca göstərilmişdir.

46. Kollegiya onu da bildirir ki, iddiaçının əşya hüquqlarından, mənzil qanunvericiliyindən və ya faktiki vəziyyətdən irəli gələn qanuni sahibliyinin olubolmamasına işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilməlidir. İşin ərazi aidiyyətinin həlli mərhələsində bu məsələlər araşdırma predmetini təşkil etmir.

47. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalı olduğu halda, MPM-nin 39.1-ci maddəsinin tələbləri pozularaq iddia ya Astara Rayon Məhkəməsində baxılmışdır.

48. Şirvan Apellyasiya Məhkəməsi isə bu pozuntuya diqqət yetirmədən özü də işə mahiyyəti üzrə baxmaqla qətnamə çıxarmışdır. Halbuki, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə apellyasiya instansiyası məhkəməsinin qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır (§ 29).

49. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qeyd olunan prosessual pozuntu ilə çıxarıldığı üçün qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Bu səbəbdən Kollegiya kassasiya şikayətinin və ona etirazın dəlilləri üzrə araşdırırma aparılmasına prosesssual qənaət prinsipi baxımından zərurət görmür.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-896/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar