Məhkəmə qərarları › İş №2(102)-4066/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4066/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4066/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4066/2022 (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, subyektiv hüquq) Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, C avabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 ilə X6 rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahlarından Cavabdeh2 və İddiaçı adlı övlad ları anadan olmuşdur. Cavabdeh2 ilə X8 arasında 02 oktyabr 1992-ci ildə nikah bağlanmışdır.

2. Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X2 xüsusi mülkiyyətində olmuş, X8 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır.

3. X5 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. 16.08.2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia qaldıraraq, AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin, 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi vəçıxrıın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (süd zavodu) mül kiyyət hüququ üzrə İddiaçı atası X3 məxsus olmuşdur. X5 2019-cu ildə ağır xəstə olmuşdur. Bundan istifadə edən oğlu Cavabdeh2 arvadı Cavabdeh1 adına etibarnamə alaraq, Himmətəli Hüseynovun mülkiyyətində olan həmin əmlak kompleksini bağışlama müqaviləsi bağlamaqla öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə aldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui - istifadə etməklə bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəssində qeyd edilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şər tli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Himmətəli Hüseynovun nümayəndəsi Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə razılaşmış, onun ağır xəstə olmasından istifadə edərək ona ağır şərtlərlə əqd imzalatmışlar. Bu hal əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.4-cü maddəsində qeyd edilir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvad (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqdin mübahisələndirilməsinə əsas verir. X11 nümayəndəsi, həm bağışlama müqaviləsində tərəf olmuş hədiyyə alan Cavabdeh2 xaraktercə əqdi bağlayana təsir göstərə biləcək, onun əmlakının real təhlükədə olmağını ona təlqin edə biləcək şəxslərdir ki, bu da məcburetmə kimi qiymətləndirilməlidir və bu zaman Himmətəli Hüseynovun həyat şəraiti, xəstə olması və artıq hərəkətlərinin nəticəsini başa düşməməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən mərhum X5 tərəfindən Cavabdeh1 verilmiş olan etibarnamədən cavabdehlər şəxsi mənafeləri üçün və qanunsuz olaraq istifadə etmişlər. Belə ki, həmin etibarnamə ilə Cavabdeh1 mərhum X4 üçüncü şəxslər qarşısında təmsil etməli olduğu halda etməmiş, həmin etibarnamə ilə mərhum X3 məxsus əmlakı öz adlarına, yəni əri Cavabdeh2 adına bağışlama yolu ilə ələ keçirmişdir. X5 həmin bağışlama müqaviləsi bağlanmasından bir ay iyirmi gün sonra, yəni 10 noyabr 2019-cu il tarixd ə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlakla bağlı vərəsəlik məsələsi həll olunan zaman qeyd olunan etibarnamə və bağışlama müqaviləsi üzə çıxdığı üçün hazırki mülki mübahisə yaranmışdır.

6. İddiaçı X7 məhkəmə iclasının gedişi zamanı iddia tələbinin həcmini azaldaraq AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.

7. Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq İbrahimov) iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama mü qaviləsi etibarsız hesab olunmuşdur.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mərhum X1 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X2 əmlakına yiyələnmişlər. Bu isə hazırda iddiaçı olan İddiaçı vərəsəliklə və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır.

9. Məhkəmə iddiaçının digər tələbi, yəni etibarnamən in ləğvi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxs öldüyü üçün etibarnamənin qüvvəsinə xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4, Mülki Prosessual Məcəllənin 119.1,14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdirlər.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdırlar ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, işin müəyyən edilmiş hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, tədqiq olunan sübutlara obyektiv qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və İlham Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərind ən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edən, müqavilənin aldatma nəticəsində bağlanmasını göstərən hər hansı bir hal sübut mövcud deyil. H.Hüseynov öz iradəsinə uy ğun olaraq Cavabdeh1 12.6.2019-cu il tarixdə etibarnamə vermişdir və bu əməliyyət notariusun iştirakı ilə həyata keçirilmişdir.

18. Məhkəmə qətnaməsində cavabdehlərin öz mənafeləri üçün həmin bağışlama müqaviləsinin bağlanması göstərilmişdir. Halbuki, Cavabdeh1 Murarza qızı bağışlama müqaviləsi üzrə əmlakı mərhum H.Hüseynovun etibarnamə üzrə nümayəndəsi kimi həyat yoldaşı Cavabdeh2 ilə bağlasa da, bu müqavilə onun öz mənafeyinə xidmət etmir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə uyğun olaraq, Cavabdeh1 bağışlama müqaviləsini digər cavabdeh olan əri Cavabdeh2 ilə bağlasa da, həmin müqavilə üzrə olan əmlak ümumi birgə mülkiyyət hesab edilməməklə yalnız Rafiqin mülkiyyəti sayılacaqdır. Belə olduğu təqdirdə, məhkəmə müqavilənin etibarnamə verilən şəxsin mənafeyinə uyğun olmasını müəyyə n etməkdə haqlı olmamışdır.

19. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə təqdim edilmiş sübutları mötəbər saymamış, amma iddiaçının heç bir sübutla təsdiq edilməyən izahatlarını əsas gətirməklə bağışlama müqaviləsini etibarsız əqd kimi qiymətləndirmişdir.

20. Məhkəmə iddiaçıdan öz iddia tələbini əsaslandıracaq mötəbər sübutları tələb etməmişdir. Belə ki, iddiaçı mərhum atası H.Hüseynovun ağır xəstə olması, öz hərəkətlərinin mənasını başa düşməməsi və aldatma nəticəsində etibarnamə verdiyini göstərsə də, bununla bağlı sübutları –tibbi sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi tibbi sənədləri mövcud idisə, həmin sənədləri məhkəməyə təqdim etməli iddi. Məhkəmə isə həmin sənədlər əsasında H.Hüseynovun xx.xx.2019 -cu il tarixli etibarnamə verərkən öz hərəkətlərinin mənasını dərk edib, öz hərəkətlərini idarə etmək qabiliyytinə malik olması məsələsinin müəyyən edilməsi üçün X2 ölümündən sonrakı məhkəmə psixiatrik ekspertizası təyin edilməli idi. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

24. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı i darə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstit usiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdı r.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir.

38. Belə ki, iddiaçı bağışlama müqaviləsinin aldatma, mülkiyyətçinin sağlamlıq vəaiyyətinin pis olmasından sui-istifadə etməklə bağlanmasına istinad etməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmələr isə bu əqdin Azərbaycan Respublikası Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd olduğuna görə təmsilçinin öz xeyrinə bağladığı əqd kimi qiymətləndirərək etibarsız hesab etmiş, həmin əqdin iddiaçının mərhum X2 birinci növbəli vərəsəsi kimi vərəsəlik və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxardığı qənaətinə gəlmişdirlər.

39. Məhkəmə kollegiyası qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş z ahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

41. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranı r. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

42. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarındakı hüquqi mövqelərə nəzərə alınmaqla, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vərəsəlik hüququndan əməl gəlir. Lakin onun bu hüququ yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.

43. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

44. Eynilə həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş Hümmətəli Hüseynovun vərəsəsi kimi iddiaçının iddiasını təmin edərkən sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. Çünki iddiaçı əgər qanunla müəyyən edilmiş müddətdə mərhumun mirasını qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdirsə, hazırkı mübahisənin predmetini təşki l edən əmlaka dair bağışlama müqaviləsi etibarsız hesab edilərək həmin əmlak miras kütləsinə daxil edilsə belə, həmin əmlakdan pay tələb etmək hüququ olmayacaqdır.

45. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, miras əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin fakti ki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

47. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddiaçıın hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını tam, hərtərəfli araşdırmamış, mübahisənin maddi-prose ssual hüquqi əsasları düzgün müəyyən etməmişdir.

48. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar