Məhkəmə qərarları › İş №2(102)-4067/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4067/2019

19.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4067/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Xnun və maraqlı şəxs “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixl i 2(103)-11545/2018 nömrəli qətnaməsindən maraqlı şəxs “xxxx” ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, (Maraqlı şəxs) 19.09.1978-ci il təvəllüdlü qızı X5 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Z.Hümbətov) 2(006)-47/2016 saylı mülki iş üzrə 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Ərizəçi 19.09.1978-ci il təvəllüdlü qızı X5 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov) 08 may 2018-ci il tarixli 2(103)-4647/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs “x xxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə qəbul etdiyi 27 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (Ə.G.Nurməmmədov, M.T.Əhmədova, Ə.M.Rüstəmov) 20 sentyabr 2018-ci il tarixli, 2(102)-6105/2018 nömrəli qərarı ilə maraqlı şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4647/2018 nömrəli iş üzrə 08 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov) 14 noyabr 2018-ci il tarixli 2(103)-11545/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə qəbul etdiyi 27 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs “xxxx” ASC və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(103)-11545/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, X1nın 06.01.2012-ci ildə (yəni kredit müqaviləsinin bağladığı gün) fəaliyyət qabiliyyətli olub-olmaması araşdırılmamışdır. 06 yanvar 2012-ci il tarixli, 016/A-12 saylı kredit müqaviləsinə əsasən X8 ilə “xxxx” ASC-nin Binəqədi filialı arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinə əsasən X7 17055 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit məbləğinin verilməsindən 4 il sonra X1nın anasının hazırkı ərizə ilə məhkəməyə müraciət etməsi, həmin kredit öhdəliyi üzrə məsuliyyətdən boyun qaçırmaq üçün edilmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyi də mübahisəlidir. 07.03.2018-ci il tarixli ekspert rəyinin verməsinə əsas iş materiallarındakı sənədlər olmuşdur. X1 psixi vəziyyətinin müəyyən edilməsi üçün lazım olan zəruri bütün addımları atmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(103)-11545/2018 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən maraqlı şəxs “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayədarlıq Şöbəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmada n işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyas ı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, işin materiallarına əsasən ərizəçi bildirir ki, qızı X8 1990-cı ildən ruhi xəstədir. 2002ci ildən qızı ruhi xəstə kimi Bakı şəhəri Psixonevroloji Dispanserdə (hazırda Psixi Sağlamlıq Mərkəzi) qeydiyyata alınmışdır. O, 2002-ci ildən ruhi xəstə kimi 2-ci qrup əlil olmaqla tam əmək qabiliyyətsiz tanınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Tibbi Sosial Ekspert komissiyasının 24.05.2006-cı il tarixli 1136 nömrəli müayinə aktından çıxarışa əsasən X8 “Şizofreniya paranoid forma” diaqnozu ilə ümumi xəstəlik səbəbdən müddətsiz olaraq ikinci qr up əlil, tam əmək qabiliyyətsiz kimi tanınmışdır. X1 sonralar da dəfələrlə 1 saylı Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicələr almışdır. X1 yad adamların təsiri altına düşür, onlar qızının xəstəliyindən sui-istifadə edərək öz mənafelərində qızına problemlər yaradırlar, qızını ağır maddi vəziyyətə salırlar. Xəstəliyinə görə X1 öz hərəkətlərinin mənasını başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və anasının himayəsinə ehtiyacı vardır. Maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi ərizəyə etiraz edir və qeyd edir ki, X5 2002-ci ildə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu sürətdə idarə etmək qabiliyyətinə malik olmadığı təqdirdə ərizəçinin 14 il sonra bu tələblə məhkəməyə müraciət etməsi ağlabatan deyil. Ərizənin verilməsində məqsəd X5 bank qarşısın da 06.01.2012-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəliklərdən yayınmaqdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 iyun 2015 tarixli, 819 nömrəli rəyinə əsasən X8 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Birinci instansiya məhkəməsində iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Məhkəmə Psixiatrik Ekspertizasının 30 noyabr 2015 tarixli, 1745 nömrəli rəyi ilə belə nəticəyə gəlinmişdir ki, X6 1990-cı illərdən başlayaraq psixi xəstəlik əlamətləri özünü büruzə vermiş və həmin xəstəlik hal-hazıradək davam edir. Təqdim olunmuş tibbi sənədlərə əsasən X8 2002-ci ildə “Şizofreniya paranoid f orma” psixi xəstəliyindən əziyyət çəkmişdir. X1 2002-ci ildə onda qeyd olunan şizofreniya xəstəliyinin kəskinləşməsi ilə əlaqədar stasionar müalicə olunması, həmin dövrdə onda sayıqlama ideyaları, davranışında qeyri-adekvatlıq və digər pozuntu əlamətləri qeyd olunması belə nəticəyə gəlməyə əsas verir ki, o, 2002-ci ildə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətinə malik olmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə əlavə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 07.03.2018-ci il tarixli 344 saylı rəyində qeyd edilmişdir ki, X8 2002-ci ildən hazıra kimi xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir. Belə ki, tibbi sənədlərə görə X6 1990-cı illərdən başlayaraq ps ixi xəstəlik əlamətləri meydana gəlmiş, 1 saylı şəhər poliklinikasının psixiatrik kabinetində (a/k1513/2001) “Şizofreniya paranoid forma apato-abulik qüsurlu” diaqnozu ilə qeydiyyatda olmuş, 18.02.2002-ci il tarixdən 19.03.2002-ci il tarixə kimi Bakı şəhər 1 saylı Klinik Psixiatriya Xəstəxanasında göstərilən diaqnozla stasionar müalicədə olmuşdur. Təqdim edilmiş epikrizin kserosurətində olan həkim qeydlərində göstərilir ki, “1992-ci ildə xəstə Moskva şəhərində Kaşenko adına psixiatriya xəstəxanasında stasionar müalicə qəbul edib, PND-nın qeydiyyatında 2001-ci ildəndir (ambulator karta 1513/2001) ev şəraitində həmin psixiatr tərəfindən uzun müddət müalicə olunub. Qospitalizədən təxminən 10-15 gün əvvəl xəstənin ruhi halı dəyişilib, titrəmə, zəhərlənmə təqib, təsir məzmunlu sayıqlama ideyala rı söyləyib, davranışında qeyri-adekvatlıq əmələ gəlib. Bu səbəbdən də xəstə klinikamızda qospitalizə olunub. Stasionar müalicə müddətində xəstə prof. Əsədov B.Ə məsləhətini almış, “Şizofreniya süst gediş paranoid forma” diaqnozu təsdiq edilmişdir. Ev şəraitində olanda bir neçə dəfə xəstədə suisidal hərəkətlər olmuşdur. Çoxlu miqdarda zəhərlənmə məqsədi ilə həblər qəbul etmiş, qoluna kəsik aparmışdır. Toksikologiya mərkəzində müalicə olunub. Müalicə nəticəsində xəstənin ruhi halı müqayisəli dərəcədə sabitləşmiş və anasının ərizəsinə əsasən PND-nin nəzarətinə evə yazılmışdır”. Təqdim edilmiş tibbi sənədlərdən görünür ki, sonralar X5 psixi vəziyyətində kəskinləşmələr meydana gəldiyi üçün Bakı şəhər 1 və 2 saylı Klinik Psixiatriya Xəstəxanalarında, 1 saylı Respublika Psixiatriya Xəstəxanasınd a müalicələrdə olmuşdur. Qeyd edilməlidir ki, X6 müəyyən edilən psixi xəstəlik xroniki psixi xəstəlikdir, xəstəlik kəskinləşmələr və kəskinləşmələrdən sonra şəxsdə psixi qüsur əlamətlərin artması ilə təzahür edir. X6 müəyyən edilən “Şizofreniya paranoid forma” diaqnozlu xroniki psixi xəstəlik hal-hazırda da davam edir. Tibbi sənədlərin tədqiqi və təhlili belə nəticəyə gəlməyimə əsas verir ki, X8 2002-ci ildən hazıra kimi öz hərəkətlərinin mənasını anlamaq iqtidarında olmamış və hal-hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsində işə baxılan zaman maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsinin əlavə məhkəmə psixiatrik ekspertizasının təyin olunmasına dair vəsatətini təmin edən apellyasiya ins tansiyası məhkəməsi X1 haqqında əlavə ekspertiza təyin etmiş, bu barədə qəbul etdiyi 19 dekabr 2017-ci il tarixli qərardadında əvvəlki rəylərin müfəssəl araşdırılmadığı, kifayət qədər aydın olmadığı göstərilmiş, ekspert qarşısında X1nın 2002-ci ildən hal-hazıra kimi, yəni 15 il müddətinə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində olub-olmaması, hər hansı psixi xəstəlikdən əziyyət çəkib-çəkməməsisinin müəyyən edilməsi kimi mücərrəd suallar qoymuşdur. Halbuki maraqlı şəxs Bankın nümayəndəsinin vəsatətində bankın bilavasitə maraqlarına toxunan əsas məsələnin, X1nın 2012-ci ildə, yəni bankla X1 arasında 06 yanvar 2012ci il il tarixli kredit müqaviləsi bağlanan zaman və bankdan pul alarkən sonuncunun fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məsələsi qoyulmuşdur. Məhkəmə həmin sual üzrə etməməkdə səhvə yol vermişdir. Yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin X1nın 2012-ci ildə, yəni bankla X1 arasında 06 yanvar 2012-ci il tarixli kredit müqaviləsi bağlanan zaman və bankdan pul alarkən sonuncunun fəaliyyət qabiliyyətli olubolmamasının müəyyən edilməsinə dair göstərişinə qiymət verərək onun xroniki psixi xəstəlik nəticəsində 2002-ci ildən hal-hazıra kimi öz hərəkətlərinin mənasını anlamaq iqtidarında olmaması, 2012-ci ilin yanvar ayının 6-sının da bu dövrün daxilində yerləşməsi kimi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişə əməl ed ilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəsinin əsası kimi ekspertlərin keçmişdəki konkret günləri görməmələrini, onların hazırda mövcud olan tibbi sənədlərə əsasən keçmişi müəyyən etmələrini, ona görə də ekspertin qarşısına 6 il əvvələ aid olan 1 gündə (2012-ci ilin yanvar ayının 6-da) psixi xəstəlik nəticəsində şəxsin öz hərəkətlərini anlamaq iqtidarında olubolmamadığı barədə sual qoyulmasının məntiqsiz olması, uzaq keçmişə aid olan belə sualların 1 günlə deyil, dövrlər və ya ərəfələrlə qoyula bilməsinə, xroniki xəstəliklərin 1 günlük olmaması, «xroniki» ifadəsinin xəstəliyin uzun sürən və ya daimi olduğunu bildirməsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəm əsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməyərək Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərini pozmuş və işin bu halına da diqqət yetirməyərək hüquqi qiymət verməmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 06 yanvar 2012-ci il tarixli 016/A-12 kredit müqaviləsinə əsasən X8 ilə LPO “xxxx” ASC-nin Binəqədi filialı arasında kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinə əsasən X7 17.055 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X8 1990-cı ildən ruhi xəstə olmaqla 2002-ci ildən Bakı şəhəri Psixonevroloji Dispanserdə qeydiyyata alındığı halda ərizəçinin qeydiyyat tarixindən 14 il sonra, kredit məbləğinin verilməsindən isə 4 il sonra fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə m üraciət etməsinin səbəblərini aydınlaşdırmayaraq buna dair maraqlı şəxsin ərizəyə etirazının və apellyasiya şikayətinin dəlilləri baxımından araşdırma aparmamış, müəyyən edilmiş hallar əsasında yenidən kompleks qaydada, 19.09.1978-ci il təvəllüdlü qızı X5 özünün iştirakı ilə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi və məqsədəmüvafiqlyini müzakirə etməmişdir. Digər tərəfdən, apelyasiya instansiya məhkəməsi şəxsin hansı maddi hüquq normasına əsasən müvafiq ərizə verildiyi vaxtdan deyil, 14 il əvvəldən, yəni 2002-ci il tarixdən fəaliyyət qabiliyyətsiz hesab edilməli olması barədə qənaətini qətnamədə əsaslandırmamışdır. Belə ki, ərizənin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətl ərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 321.2-cimaddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyi n etmək üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halların tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğunluğuna lazımi hüquqi qiymət verməməsi ilə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, X1nın bankla kredit müqaviləsi bağlanan dövrdə, yəni 06 yanvar 2012-ci il tarixdə fəaliyyət qabiliyyət li olub-olmamasını araşdırmalı, şəxsin hansı vaxtdan fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olması maddi hüquq normalarına uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(103)11545/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar