Məhkəmə qərarları › İş №2(102)-4067/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4067/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4067/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: X2 Cavabdeh: Cavabdeh İddia tələbi: yaşayış sahəsindən çıxarılma Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil, cavabdehin, onun vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1910/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat X2 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən (mübahisəli mənzil) əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1194/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-5796/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra kassasiya instansiyası məhkəməsi) 2(102)-7118/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-1910/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehin apelyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz verilmişdir. Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasına bağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili, eləcə də cavabdeh və onun vəki li məhkəməyə barışıq sazişi ilə yanaşı birgə yazılı ərizə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdilər və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdeh və onların vəkilləri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təs diq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 və Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. X2 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh özünə məxsus əmlakları ilə birlikdə 1 (bir) ay 15 (on beş) gün müddətində çıxması müqabilində 10000 (on min) manat məbləğində pul (kompensasiya) verməyi öhdəsinə götürür.

2. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən özünəməxsus əşyaları ilə birlikdə 1 (bir) ay 15 (on beş) gün müddətində çıxmağı X2 10000 (on min) manat məbləğində pul (kompensasiya) verməsi qarşılığında öhdəsinə götürür.

3. X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh özünəməxsus əşyaları ilə birlikdə 1 (bir) ay 15 (on beş) gün müddətində çıxmağını qəbul edir və buna heç bir etiraz etməyəcəyini öhdəsinə götürür.

4. X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh özünəməxsus əşyaları ilə birlikdə 1 (bir) ay 15 (on beş) gün müddətində çıxması müqabilində ödəyəcəyi 10000 (on min) manat məbləğində pulun (kompensasiyanın) 5000 (beş min) manat məbələğində pulunu xx xxxxxx 2020-ci il tarixdə AR Ali Məhkəməsində baş tutacaq məhkəmə prosesində, qalan 5000 (beş min) manat məbləğində pulu isə 24 ay müddətində, hər ay 208,40 manat (iki yüz səkkiz manat qırx qəpik) olmaqla ödəməyi öhdəsinə götürür.

5. Cavabdeh özünəməxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 1 (bir) ay 15 (on beş) gün müddətində çıxması qarşılığında X1 ödəyəcəyi 10000 (on min) manat məbləğində pulun (kompensasiyanın) 5000 ( beş min ) manat məbələğində pulunu xx xxxxxx 2020-ci il tarixdə AR Ali Məhkəməsində baş tutacaq məhkəmə prosesində, qalan 5000 (beş min) manat məbləğində pulu isə 24 ay müddətində, hər ay 208,40 manat (iki yüz səkkiz manat qırx qəpik) olmaqla ödəməsini qəbul edir və buna etiraz etməyəcəyini öhdəsinə götürür.

6. X1 ödəyəcəyi 10000 (on min) manat məbləğində pulun (kompensasiyanın) 5000 ( beş min ) manat məbələğində pulunu xx xxxxxx 2020-ci il tarixdə AR Ali Məhkəməsində baş tutacaq məhkəmə prosesində, qalan 5000 ( beş min) manat məbləğində pulu isə 24 ay müddətində, hər ay 208,40 manat (iki yüz səkkiz manat qırx qəpik) olmaqla ödəməsinin başlanması mənzil tam boşaldıqdan dərhal sonra hesablanır.

7. Tərəflər X2 və Cavabdeh barışıq sazişində göstərilən müddəalarla bağlı gələcəkdə mübahisələndirici heç bir iddia və tələbləri olmayacağını öhdələrinə götürürlər.

8. Həmin saziş üç nüsxədən ibarət tərtib olunur.”. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1910/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar