Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4067/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2184/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borca görə 13100 ABŞ dolları, gecikdirilmiş günlər üçün illik 15 faiz dərəcəsi olmaqla bir il üçün 1965 ABŞ dolları olmaqla üç ilə görə 5895 ABŞ dolları, hüquqi xidmətə görə 2000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əvvəllər dostluq münasibətində olduğu Cavabdeh 15.000 ABŞ dolları borc pul vermişdir. Cava bdeh pulu 1 ilə qaytaracağına dair söz vermişdir. Əfsuslar olsun ki, cavabdeh 15.000 ABŞ dollarını bir ilə qaytaracağına söz versə də, 2016-cı ilin sonunadək cəmi 1900 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ondan pulunu ala bilmədiyini görüb hüquq-mühafizə orqanına müraciət etmişdir. Müraciətinə rəsmi qaydada cavab verilmişdir ki, aralarında olan mübahisə mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etsin. Odur ki, cavabdeh tərəfindən pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdir ki, 2010-cu ildə İddiaçı cavabdehə 8000 manatla eyni dəyərdə olan 10000 ABŞ dolları pul vermişdir. Cavabdeh aldığı pula görə hər ay 200-300-400 ABŞ dolları olmaqla, 2010-cu ildən başlayaraq 2015-ci ilədək mü təmadi olaraq İddiaçı ödənişlər etmiş və almış olduğu 10000 ABŞ dollarını tam olaraq ödəyib qurtarmışdır. Sonuncu dəfə Cavabdeh oğlu Cavid 25 oktyabr 2015-ci ildə İddiaçıla Beynəlxalq Bankın yaxınlığında görüşərək ona 1900 ABŞ dolları vermişdir. Lakin İddiaçı bundan sonra da ondan pul tələb etmiş, ondan əvvəlcə polisə şikayət etmiş, indi isə məhkəməyə müraciət etmişdir. İddia tələbləri üzrə iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsinə görə iddianın rədd olunmasını xahiş etmiş və bu barədə yazılı ərizə vermişdir. İş üzrə iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı oğludur. Cavabdehla atası yaxın dost olmuş, bir-birləri ilə ailəvi münasibətləri olmuşdur. Atası ilə Cavabdeh arasında borc pul məsələsindən əvvəllər x əbərsiz olmuşdur. Lakin təxminən iki il bundan əvvəl, yəni 2017-ci ilin sonlarında atası İddiaçı onu «Gənclik» m/s-nın yaxınlığına aparmasını xahiş etmiş, orada Cavabdeh oğlu ilə görüşəcəyini bildirmişdir. O, atasını deyilən yerə aparmış, onun özü avtomaşından düşməmiş, atası düşərək Cavabdeh oğlu Cavidlə görüşmüş, bir neçə dəqiqədən sonra geri qayıdıb avtomaşına oturmuşdur. Həmin vaxt atası əsəbi olmuş, səbəbini soruşduqda isə Vaqifin ona 15000 ABŞ dolları məbləğində borcu olduğunu, həmin borcdan 3-4 aydan bir 400 ABŞ dolları qaytardığını, indi isə cəmi 1900 ABŞ Dolları gətirdiyini, borcu qaytarmaqdan yayındığını demişdir. O, atasının Cavabdeh pul verdiyini öz gözləri ilə görməmişdir. İş üzrə cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh oğludur. İddiaçı tanıyır, sonuncu onun atasının dostu olmuşdur. Atasının İddiaçı borcu olmuşdur və həmin borcu o, hissə-hissə ona qaytarmışdır. Atası hər dəfə borcundan 200, 300, 400 ABŞ dolları olmaqla ödəniş etmişdir. Sonuncu borcunu isə atası xəstə olduğundan o, özü 25 oktyabr 2015-ci ildə İddiaçıla Beynəlxalq Bankın yaxınlığında görüşərək ona vermişdir. O, həmin gün İddiaçı 1900 ABŞ dolları vermişdir. İş üzrə cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh həyat yoldaşıdır. İddiaçı isə onun həyat yoldaşının dostu olmuşdur. Belə ki, Rafael və Vaqif uzun müddət bir yerdə işləmiş və dostluq etmişlər. 2010-ci ilin oktyabr ayında onlar axşam bir yerdə gəzişib söhbət edərkən, Vaqif ona 8000 manat lazım olduğunu, bankdan pul götürmək istədiyini demiş, həmin vaxt Rafael yoldaşına 10000 ABŞ dolları verməyi təklif etmiş və başqasından borc almamasını demişdir. Həmin pulu Rafael özü onun yoldaşına təklif etmişdir. Yoldaşı Vaqif həmin pulu Rafaeldən almış, sonra isə hissə-hissə ödəyib qurtarmışdır. Belə ki, Vaqif dəfələrlə ona evinin yanında pul vermiş, hətta onun özünün yanında Rafaelə dəfələrlə pul ödənilmişdir. Daha sonra Rafael onun yoldaşına bidirmişdir ki, o, həmin pulu ona faizə vermişdir, yodaşının ona faiz ödəyib-ödəməməsini bilmir, lakin bilir ki, yoldaşı aldığı borcu tam ödəmişdir. Sonuncu dəfə, 2014-2015-ci ildə dəqiq xatırlamadığı tarixdə oğlu Cavid 1900 ABŞ dolları Rafaellə görüşüb ona vermişdir. Həmin vaxtdan hazırki müddətə qədər Rafael hər hansı şəkildə onlard an pul istəməmişdir. İddiaçı Nərimanov RPİ-nin 16-cı PB-nə verdiyi 29.11.2017-ci il tarixli izahatının məzmununda görünür ki, o, Cavabdeh ilə çox yaxın olduğları və Vaqif ona 15000 ABŞ dollarına ehtiyacı olduğunu bildirdiyi üçün 2009-2010-cu il ərəfəsində 15000 ABŞ dolları verdiyini bildirmiş və göstərmişdir ki, Cavabdeh pulu alanda həmin 15000 ABŞ dollarını borc kimi aldığını və təxmini 1 il müddətində qaytaracığını demiş, üzərindən 2 il keçmiş və o Vaqifə ona pul lazım olduğunu bildirmiş, lakin Vaqifdən səs soraq çıxmadığından və pulu qaytarmasını tələb etməsin barədə xəbər göndərməsinə məhəl qoymadığından o polisə müraciət etmişdir. Həmçinin 29.11.2017-ci il tarixdə polisdə İddiaçı ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqifə etdiyi çoxsaylı zənglərdən nəticə çıxararaq, s onuncu təxminən 2 il əvvəl 1900 ABŞ dollarını onun yaşadığı Həsən Əliyev 96 mənzil 49 ünvanının yaxınlığında Beynəlxalq Bankın qabağında oğlu ilə görüşəndə, Vaqifin niyə az miqdarda göndərməsini soruşduqda, oğlu «olan budur hələlik, atam əlavəni düzəldib verəcəm dedi» bildirmişdir. Həmin pulu aldıqdan sonra o zəng vurub danışmış, həmişəki kimi ona vəd versə də, bir müddət keçmiş və hazıradək heç bir nəticə olmamışdır. Cavabdeh, öz növbəsində Nərimanov RPİ-nin 16-cı PB-nə verdiyi izahatında 2010-cu ildə aralarında yaxın münasibətləri olan İddiaçı ilə söhbət zamanı İddiaçı ona 8000 manat pul lazım olduğunu və həmin pulu bankadan götürmək istədiyini bilən zaman, onun ona pul verəcəyini bildirmiş, lakin onda 8000 manat olmadığından, ona 10000 ABŞ dolları vermişdir. Həmin vaxt o bankda faizin ç ox olduğundan, Rafaelin verdiyi faiz isə az olduğundan pulu almış, hər ay əsas puldan çıxmaq şərtilə ona 200-300-400 ABŞ dolları qaytarmışdır. Bununla da 2010-cu ildən 2015-ci ilədək mütəmadi olaraq pul vermişdir. Gecikməmək şərtilə 10000 ABŞ dolları məbləği bağlanmış, sonra isə 25 oktyabr 2015-ci il tarixdə, ilin sonunda oğlu X6 yanında ona 1900 ABŞ dolları aparıb vermişdir. Lakin 2015-ci il devolivasiya olduqdan sonra Rafael bu həvəsə düşərək, ondan əlavə pul tələb etmişdir. O isə ona pulu artıqlaması ilə qaytardığını bildirmişdir. Həmçinin Cavabdeh polisdə ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, İddiaçı ərizəsi ilə tanış olmuş, lakin sonuncu ərizədə məbləği 15000 ABŞ dolları qeyd olunduğundan, onunla razılaşmamış, şər və böhtan olduğunu bildirmiş, onun həmin vaxt 8000 mana t istəməsini, Rafaelin isə ona 10000 ABŞ dolları verdiyini, həmin vaxt həmin məbləğin 7800 manat təşkil etdiyini, onun isə hazıradək Rafaelə dolların qalxması ilə əlaqədar 1000-15000 manata qədər ödədiyini göstərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında dostluq münasibətləri olmuş, bu münasibətlərdən irəli gələrək iddiaçı aralarındakı şifahi razılaşmaya əsasən cavabdehə 2010-cu ildə borc pul vermiş, iddiaçı hazırda həmin məbləğinin 15.000 ABŞ dolları olduğunu bildirərək, həmin borcdan cavabdehin 1900 qaytarmasını göstərmiş və cavabdehdən əsas borca görə 13100 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsini təl əb etmişdir, cavabdeh isə həmin məbləğin 10.000 ABŞ dolları olmasını etiraf edərək, həmin borcu tam ödədiyini bildirmişdir. İddiaçı isə qeyd olunan halın əksini, yəni cavabdehə məhz 15.000 ABŞ dolları borc verməsinisübut edə və iddia tələbini əsaslandıran digər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Cəfərov Vaqif Qulam oğlu həm polis orqanlarında aparılan araşdırma zamanı, həm də məhkəməyə təqdim etdiyi ərizədə borcundan sonuncu ödənişi 25 oktyabr 2015-ci il tarixdə edərək, ödəyib qurtarmasını bildirmişdir. İddiaçı tərəf iddia tələbində cavabdehin borc üzrə sonuncu ödənişi 2016-cı ilin sonlarında etdiyini göstərsə də, İddiaçı özü 27.11.2017-ci il tarixdə polisdə verdiyi izahatında “təxminən 2 il əvvəl 1900 ABŞ dollarını onun yaşadığı Həsən Əliyev 96 mənzil 49 ünvanının yaxınlığında Beynəlxalq Bankın qabağında...” cavabdehin oğlu tərəfindən ona ödənildiyini bildirmişdir. İddiaçı bu izahatından, həmçinin Cavabdeh həmin tarixdə yazdığı izahatdan, məhkəmə iclasında cavabdehin izahatından və şahid X2 ifadəsindən müəyyən olunur ki, Cavabdeh borcundan sonuncu ödənişi həqiqətən 25 oktyabr 2015-ci il tarixdə etmişdir. İş üzrə iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 verdiyi ifadə ilə bağlı isə məhkəmə qeyd edir ki, şahidin ifadəsi məhkəməyə təqdim edilmiş sənədlərlə üst-üstə düşmədiyindən, sübut növü kimi qəbul olunmamalıdır. Məhkəmə işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından müəyyən etmişdir ki, iddiaçının cavabdehə qarşı həmin şifahi razılaşmadan irəli gələn müvafiq tələb (subyektiv) hüququ mövcud ol muşdur. 2010-cu ildə iddiaçı cavabdehə 10000 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin məbləği 1 il ərzində qaytaracağını öhdəsinə götürmüş, cavabdeh həmin borca görə iddiaçıya sonuncu dəfə 25 oktyabr 2015-ci ildə pul ödəmişdir. Göründüyü kimi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi son tarix 25 oktyabr 2015-ci il olmuş və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır və iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinin son tarixi 25 oktyabr 2018-ci il olmuşdur. İş materiallarından isə görünür ki, iddiaçı hazırkı iddia ərizəsini məhkəməyə 10 iyun 2019cu il tarixdə, yəni iddia müddətinin bitməsindən 8 aydın çox vaxt keçdikdən sonra vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.1, 377.2, 3 75.1, 375.2-ci, 739-cu maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhz sonuncu dəfə ona pul verdiyini 25 oktyabr 2015-ci il tarix olduğunu bildirsə də bunu təsdiq edən hər hansısa bir sübut təqdim edə bilməmişdir. Cavabdeh Nərimanov RPİ-nin 16-cı PB-də verdiyi izahatında qeyd edir ki, guya onun pulunun çoxunu ölkədə milli valyutanın əcnəbi valyuta ilə münasibətdə dəyərini itirdikdən sonra qaytardığından ona 4500 ABŞ dolları məbləğində artıq pul ödəmişdir. Qe yd etməyi zəruri hesab edir ki, ölkədə birinci devalvasiya 21.02.2015-ci il tarixində, ikinci devalvasiya isə 21.12.2015-ci il tarixində baş vermişdir. Cavabdeh öz ifadəsindən göründüyü kimi ona sonuncu dəfə 2015-ci ildə pul verməmişdir. Həmçinin cavabdehin onun pulunu verməkdən tam olaraq imtina etməsini Nərinanov RPİ-nin 16-cı PB-nin 12.12.2017-ci il məktubundan sonra bilmişdir. Yuxanda qeyd etdiyi kimi hər dəfə cavabdehdən pulunu istəyərkən ona birazda vaxt verməsini deyirdi. Hətta Nərimanov RPİ-nə müraciət etdikdən sonra da, cavabdeh deyirdi ki, narahat olma pulu qaytaracaq. Belə olan halda məhkəmənin cavabdehin dediklərini mötəbər sübut kimi qəbul etməsi maddi və prosessual hüquq normalarının pozulması ilə yanaşı onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) 2(103)-2184/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 2010-cu ildə 1 il müddətinə qaytarılması şərti ilə borc vermişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 25 oktyabr 2015-ci ildə pul ödənilmişdir. Belə olan halda iddia müddətinin hesablanması həmin vaxtdan hesablanmış, iddiaçı isə iddia ərizəsi ilə 10.06.2019-cu il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə koll egiyası qeyd etmişdir ki, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin cavabdehin nümayəndəsi-vəkilinin ərizəsini nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2184/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tləbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində iddiaçı qeyd etmişdir ki, cavabdehin borcu qaytarmaq fikrində olmadığını 2017-ci ildə, polis orqanlarına müraciət edərkən bilmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəməyə kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, kassasiya şikayətinin vaxtında verilmədiyinə görə ger i qaytarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəməyə teleqram ünvanlayaraq vəkil tutmağa maddi imkanı olmadığından və səhhətində problem olduğundan məhkəmə prosesində iştirak edə bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müdd əti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başla nır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair3 iyun 2013-cü il tarixli Qərarı: ...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə et mək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə iddiaçı cavabdehə 2010cu ildə 10000 ABŞ dolları borc vermiş, cavabdeh isə həmin məbləği 1 il ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh həmin borca görə iddiaçıya sonuncu dəfə 25 oktyabr 2015-ci ildə pul ödəmişdir. Göründüyü kimi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi son tarix 25 oktyabr 2015-ci il olmuş və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır və iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinin son tarixi 25 oktyabr 2018-ci il olmuşdur. Kassasiya şikayətində cavabdehin borcu ödəməkdən imtina etməməsi nə görə 2017-ci ilədək iddiaçının hüququnun pozulmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı icra müddəti 1 il müəyyən edilmiş öhdəliyin vaxtında icra edilməməsini, yəni hüququnun pozulmasını bilmiş, cavabdeh isə 25.10.2015-ci il tarixdən sonra heç bir ödəniş etməmişdir. Həmin tarixdə sonra cavabdeh tərəfindən borcun etiraf edilməsindən ibarət hər hansı hərəkətinin olması barədə iddiaçı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsas landırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddi hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2184/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.