Məhkəmə qərarları › İş №2(102)-4068/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4068/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4068/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, işdə iştirak edən şəxslərin faktı etiraf edən şifahi izahatları, işin mübahisəsiz halları, etibarsız əqdin nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-6464/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 186000 ABŞ dolları borc məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə öz evini satmış, bir müddət sonra bacısı oğlanları olan cavabdehlər onun evinə gələrək, təcili 200000 ABŞ dolları pul lazım olduğunu, həmin pulu 2 il ə rzində qaytaracaqlarını bildirmişlər. Cavabdehlərə etibar edərək 186000 ABŞ dolları məbləğində borc vermişdir. Lakin cavabdehlər 2017-ci ilin yanvar ayından ölkəni tərk edib gizlənmişlər. Dəfələrlə xəbər göndərməsinə baxmayaraq cavabdehlər həmin pulu geri qaytarmamışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-6250/2019 nömrəli iş üzrə 24 dekabr 2019-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia tələbi təmin edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 05 fevral 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. Cavabdehlər is ə onun xalası oğlanlarıdır. 2016-cı ilin noyabr ayında cavabdehlər onlara gələrək anasından pul istəmişdir. Anası cavabdehlərə 186000 ABŞ dolları pul vermişdir. Pulu anası xxxxxxxxxx öz evində vermişdir. Pul verilən zaman anası, atası, cavabdehlər,xxxxxxxxxxx orda olmuşdur. xxxxxxxxxx həmin zaman təsadüfən onlara gəlmişdir. Cavabdehlər pulu qaytaracaqlarına söz versələr də bu günə kimi borcu ödəməmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının ailəsi ilə yaxın münasibətləri vardır. Bundan başqa iddiaçının mənzilində usta işləmişdir. Hər zaman getdiyi ev olmuşdur. Həmin gün onlara gedəndə evdə xxxxxxxxxxxxgəldiyini görmüşdür. Hər kəs mətbəxdə stol arxasında əyləşmişdir. Həmin vaxt mətbəxdə o, xxxxxxxxxxxxxx olmuşdur. İdd iaçı yan otağa keçərək oradan 18 paçka 100 dollarlıq və 60 dənə ayrıca 100 dollarlıq əskinaslar gətirib xxxxxxxxxxvermişdir. xxxxxxxxxxxpulu alıb saydıqdan sonra çay içib getmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 iddiaçıdan hər hansı məbləğdə borc götürməmişdir. Onun iddiaçıya borcu yoxdur. İddiaçı həmin borcu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi şahidlər isə onun öz yaxınları olduğu üçün onların ifadələri qeyri-inandırıcı olmaqla, sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin 2(004)-1800/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsa slandırmışdır ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehlərin ona 186000 ABŞ dolları borcu olması barədə heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə görə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalı, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda isə borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı isə cavabdehlərin ona qarşı hər hansı öhdəliyinin yaranmasına əsas olmuş müqaviləni məhkəməyə təqdim etməmiş, ümumiyyətlə belə bir müqavilənin olmadığını qeyd etmişdir. Digər tərəfdən, məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçı tərəfindən cavabdehlərə 186000 ABŞ dolları məbləğində pulun borc verilməsində iştirak etdiklərini bildirsələr də, həmin şəxslərin ifadələrini dəstəkləyən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə 186000 ABŞ dolları kimi böyük bir məbləğdə pulun heç bir yazılı razılaşma bağlanmadan borc verilməsini inandırıcı hesab etməmiş və yalnız şahid ifadələrinə əsaslanaraq əlavə sübutlar təqdim edilmədən həmin pulun cavabdehlərdən tələb edilməsini əsaslı saymamışdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 62.1, 76.2, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsi sorğusuna əsasən tə qdim edilmiş Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nin HK-1-1056-2020 saylı rədd materialına əsasən, iddiaçının şikayət ərizəsi ilə əlaqədar araşdırma (təhqiqat) aparılmış, təhqiqat zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, həqiqətən xalasından yaşadığı evində 2014-cü ilə kimi hissəhissə 186000 ABŞ dolları pul almışdır. Həmin pulla Rusiyadan Azərbaycana vaqonlarla taxta şalban gətirmiş, lakin 2016-cı ilin dekabrında müflis olmuşdur. Buna baxmayaraq iddiaçıdan aldığı pul vəsaitini qaytaracağını vəd vermişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının şikayəti əsasında Bakı Şəhəri Nərimanov RPİ-nin 18-ci PB-də araşdırma aparılmış, Cavabdeh1 araşdırma zamanı verdiyi izahatında iddiaçıdan həqiqətən 186000 ABŞ dolları pul almasını etiraf etmişdir. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapmışdır. Eyni zamanda Cavabdeh1 29 sentyabr 2020-ci il tarixdə keçirilmiş apellyasiya baxışı zamanı da verdiyi izahatında iddiaçıdan 186000 ABŞ dolları pul almasını təsdiq etmiş, məhkəmə baxışı tərəflər arasında barışıq sazişinin bağlanması məqsədilə təxirə salınsa da, cavabdehin səhhəti ilə bağlı barışıq sazişinin bağlanması mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, o həqiqətən iş görmək üçun iddiaçıdan 186000 ABŞ dolları pul almış, lakin işləri yaxşı getməmiş, ziyana düşmüşdür. Lakin, iddiaçıdan aldığı həmin pul vəsaitini hissə-hissə qaytaracağına vəd verir. O, iddiaçının şikayəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-də aparılmış araşdırma zamanı da yazdığı izahatında iddiaçıdan həqiqətən 186000 ABŞ dolları pul almasını etiraf etmişdir. Digər cavabdeh onun qardışıdır və onun pulun alınmasına aidiyyəti yoxdur. Çünki, pulu iddiaçıdan şəxsən özü almışdır. O, iddiaçı ilə barışıq sazişinin bağlanmasına və aldığı pulu hissə-hissə qaytarmağa hazırdır. Cavabdeh barışıq sazişinin bağlanması üçün onlara vaxt verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6464/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin olunaraq Cavabdeh1 iddiaçının xeyrinə 186000 ABŞ dolları (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pulun, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 manat tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, lakin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, işdən göründüyü kimi iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinə vəsatət verərək cavabdehlərin şəxsən iştiraklarının təmin olunmasını, həmçinin əlavə sübut ların təmin olunması üçün vaxt verilməsini xahiş etmiş, lakin vəsatət təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabeh Cavabdeh1 iddiaçıdan göstərilən məbləğdə pulun borc kimi alınması iş üzrə dindirilmiş şahid ifadələri və Bakı Şəhəri Nərimanov RPİnin 18-ci PB-nin HK-1-1056-2020 saylı rədd materialından təsdiq edilmişdir. Həmçinin Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatında da analoji halları bildirərək iddiaçıdan 186000 ABŞ dolları pul almasını, həmin pulu qaytaracağını göstərmiş, aralarında barışıq sazişinin bağlanması üçün vaxt istəmiş, lakin sonradan naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi, işdə olan sübutlarla Cavabdeh1 tərəfindən iddiaçıdan həqiqətən 186000 ABŞ dolları borc pul alınması, lakin tələb olunmasına baxmayaraq pulun qaytarılmaması müəyyən edilmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmşdir. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 14.2, 77.1, 81, 385.1.1, 385.1.4-cü maddələrinə, Mülki Məcəllənin 385.1, 442, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövcud olmayan borc müqaviləsinə istinad etmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min mana tdan çox olduqda o, kredit müqaviləsi adlanmaqla yazılı şəkildə bağlanır. Məhkəmənin qətnamədə istinad etdiyi borc müqaviləsi Cavabdeh1 ilə bağlanmamışdır. Odur ki, Mülki Məcəllənin müvafiq maddəsinin hazırkı iş üzrə tədbiq edilməsi mülki işin mahiyyətinə uyğun olmamış və beləliklə maddi hüquq normasının düzgün tədbiq edilməməklə pozuntuya yol verilmişdir. Bundan başqa məhkəmə qətnamədə MPM-in tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, MPM-nin 106.3-cü maddəsinə əsasən "... Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir...” Lakin, iş materialları ilə tanış olan zaman keçirilən məhkəmə iclaslarının nəticəsinə dair tərtib edilmiş protokollarda cavabdehin iddia tələbini etiraf etməsinə dair nə yazılı ərizə, nə də imzalanmış p rotokol mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş izahatlarda (yəni cinayət əməlinin olub-olmaması araşdırılan zaman cavabdeh tərəfindən verilən izahatda) və mülki işin protokollarında cavabdeh 2010-2014-cii ildə olan borcdan bəhs etmiş (açıqlaması aşağıda qeyd olunan aldatma, qorxu və hədə təsiri altında), lakin iddia tələbi 2016-ci il tarixdə verilən borcu ehtiva etmişdir. Bu ziddiyyətli hallar məhkəmə tərəfindən nəzərə alınmamış, 2016–ci ildə verilən borcu sübut edən əsasın olmadığına baxmayaraq, məhkəmə tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilmiş və nəticədə həmin qətnamə ilə cavabdeh külli miqdarda maliyyə yükünə məruz qalmışdır. Bundan başqa məhkəmə MPM-in 272.8-ci maddəsinin kobud pozuntusuna yol verilmişdir. Belə ki, İş materiallarının 172-ci səhifəsində məhkəmə ic las protokolunun 4-cü abzasının 7-ci sətrində ( "Hörmətli məhkəmə kollegiyası... ilə başlayan abzas nəzərdə tutulur) qələmlə müdaxilə edilərək mühüm əhəmiyyət kəsb edən ifadə olan ”etiraz" sözü ”etiraf" sözünə düzəldilmişdir. MPM-in 387.3-cü maddəsini rəhbər tutaraq, yuxarıda qeyd olunan hal kobud pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında ”protokola edilmiş dəyişiklik” barədə razılışdırma və buna dair imzalar mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin borc verilən tarixə olan redaks iyasında 740-cı maddəsinə əsasən borc müqaviləsinin şifahi bağlanması nəzərdə tutulmuşdur. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Cavabdehin bu hissədə şikayəti əsassızdır. Cavabdehin kassasiya şikayətində əməlində cinayət halına işarə edilən halların araşdırılması zamanı verdiyi izahatı “təzyiq və aldatma“ ilə verməsi absurddur. Belə ki, verilən izahat zamanı cavabdehə onun hüquqları izah edilmiş. cavabdeh anlaqlı olmuşdur. İzahat veriləndən sonra ona edilmiş hər hansı “təzyiq barədə“ heç bir quruma müraciət etməməsi, həmçinin bu predmet üzrə məhkəmə araşdırması zamanı heç bir instansiyada bu barədə məlumat verməmişdir. Əlavə olaraq cavabdehin şikayətində məhkəmə protokoluna edilmiş düzəlişlə bağlı qeyd etmək lazımdır ki, cavabdeh əsasız olaraq öz mülahizəsinə əsasən “f" hərfini “z” kimi qəbul etmiş protokolu tərtib edən katib Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın apanlmasına dair təlimatın və MPM-in tələblərinə riayət etməklə tam düzgün aparmışdır. Həm məhkəmə zamanı həm də cinayət halına işarə edilən halların araşdırlması zamanı Nərimanov RPİ-nin 18-ci polis bölməsində aparılan ilkin araşdırma zamanı faktı tam etiraf etmiş və ödənişlərə başlayacağını yazılı izahatında qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmə dən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM- ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddiaçı qətnamədən kassasiya şikayəti vermədiyindən qətnamə yalnız iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflər dən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (normanın 31.05.2016-cı il tarixə qədər qüvvədə olan redkasiyasında) Maddə 74

0. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31.05.2016-cı il tarixdən qüvvədə olan redaksiyada). MPM Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasın ın protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.1....cavabdehin iddianı etiraf etməsi... məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.... cavabdehin iddianı etiraf etməsi... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

273. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol v erilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hə r iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin iş in hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi məhkəmənin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeyd lərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçıdan 186000 ABŞ dolları pul aldığını təsdiq etmiş, həmin tərəf məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh1 qeyd olunan məbləğdə pul verdiyi barədə qənaətə gələrkən prosessual hüquq normalarının tələblərini pozmamışdır. İddia tələbinin qanuni əsası ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavab dehə pul verildiyinin müəyyən olunduğu mülki işlər üzrə tərəflər arasında borc müqaviləsi bağlanarkən qanunla müəyyən olunmuş forma tələbinə riayət olunmaması pulun qaytarılması tələbinin rədd olunması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını görə etibarsız (əhəmiyyətsiz) olan əqdlər üzrə də tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Başqa sözlə, bu cür mübahisələrə baxan məhkəmə əqdin etibarsız olduğu barədə qənaətə gələrsə, hər bir halda tərəflərin əqdə qədərki vəziyyətini bərpa etməklə etibarsız müqavilə üzrə verildiyi müəyyən olunanların geri qaytarılması barədə məsələni də həll etməlidir. Kassasiya şikayətinin məhkəmə iclas protok ollarında olan sözə düzəliş edilməsi barədə dəlili texniki məsələ olmaqla işin mahiyyəti üzrə həlli baxımından əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, həmin düzəliş Cavabdeh1 deyil, iddiaçının nümayəndəsinin izahatına edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəs ində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar