Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4069/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2(103)7372/2018 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 20 aprel 2018-ci il tarixli 2(009)-1295/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Azad İmanov) 17 iyul 2018-ci il tarixli 2(103)-7372/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, eyni zamanda kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aidə Hüseyn) 19 fevral 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2(103)-7372/2018 nömrəli qərardadının ləğv edilərək ötürülmüş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin başı məişət qayğılarına qarışdığından vaxtında şikayət verməmiş, hüquqi savadı olmadığından qanunla 6 ay müddətində kassasiya şikayəti vermək hüququnun olduğunudüçünmüçdür. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məh kəməsi hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinə dair ərizə əsaslandırılmadığından təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2(103)-7372/2018 saylı qətnaməsi 03.08.2018-ci il tarixdə Cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin cavabdeh kassasiya şikayətini 12.12.2018-ci il tarixdə (şikayət vermə müddəti bitdikdən 2 ay 9 gün sonra) vermişdir. Cavabdeh kassasiya şikayətinə müddətin bərpası haqqında ərizə əlavə etsə də, ərizədə müddətin bərpası üçün heç bir üzrlü səbəbə istinad etməmiş, verdiyi ərizəni əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 19.02.2019-cu il tarixli 2(103)7372/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4069/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4069/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver