Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4069/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-3225/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmişli rayon Aqrar İslahat Komissiyasının 14 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.25 hektar torpaq sahəsi İddiaçı, X3, X5, X6, X2, X10 və X4 ümumi mülkiyyətlərinə verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN394D kodlu, 90700008 saylı şəhadətnamə tərtib edilmişdir.
2. İmişli rayon Aqrar İslahat Komissiyasının 14 iyun 2001-ci il tarixli, 06 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.26 hektar torpaq sahəsi İddiaçı Etibar oğlu, X3, X5, X6, X2, X10 və X4 ümumi mülkiyyətlərinə verilmiş və bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-394A kodlu, 90700008 saylı şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq üzərində sahəsi 51 kv.m olan yaşayış evi və sahəsi 16,8 kv.m olan başqa tikililər mövcuddur və həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan İmişli rayonunun Muradxanlı kəndində yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 Bakı şəhərində daimi qeydiyyatdadır. Uzun müddət Bakı şəhərində yaşamış, 10 ildir ki, Bakıda olan evini satıb İmişli şəhərinə gəlmişdir. Cavabdeh1 İmişli rayonunda Ağamməmədli kəndinin ərazisində heyva ndarlıqla məşğul olmuşdur. Cəmil sonradan iddiaçıdan evi olmadığına görə bəzi əşyalarını gətirib onun evinə qoymasını xahiş etmişdir. Cavabdehlər 3 il onun evində qalmış və hələ də evdən çıxmırlar. İddiaçının öz uşaqlarının isə yaşamağa yeri yoxdur. O, dəfələrlə tələb etsə də, cavabdehlər evdən çıxmaqdan imtina etmişlər.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar hazırda yaşadıqları İmişli rayonunun Muradxanlı kəndində yerləşən evə iddiaçının razılığı ilə köçmüşlər. Həmin ev yaşayış üçün əlverişsiz olduğundan onun üstünə xərc qoyaraq evin tavanın düzəltdirmişlər. Problemin yaranmasının səbəbkar isə iddiaçının oğludur. Belə ki, o, əvvəllər Bakıda yaşamış ailəsi dağıldıqdan sonra bura qayıtmışdır. Hazırda onların evdən çıxmağ ını o tələb edir. Onların başqa yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, iddia təmin olunmamalıdır.
6. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)1485/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.H.Hacıyev) iddia təmin edilmiş, cavabdehlərin iddiaçıya məxsus İmişli rayonunun Muradxanlı kəndində yerləşən evindən çıxarılmaları qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər iddiaçıya məxsus İmişli rayonunun Muradxanlı kəndində yerləşən evdən çıxarılmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43 və 125-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1 217.4-ci maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 və X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilmiş Cavabdeh2 kimliyi onlara məlum deyil və o adda ailə üzvləri yoxdur. Belə ki, mübahisəli mənzildə yalnız onlar 3 uşağı ilə birlikdə yaşayır. Qətnamədə cavadehlərin iddiaçıya məxsus evdən çıxarılması qət edilsə də iddiaçının özünə məxsus evi yoxdur və olmamışdır. Qətnamədə iddiaçının kənddə çiy kərpicdən 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin olması qeyd edilsə də belə bir ev mövcud deyil, əgər olsaydı DƏDRX-də qeydiyyata alınardı. Həmçinin, birinci instansiya məhkəmə də əraziyə baxı ş keçirməmişdir. Faktiki həmin torpaq sahəsi Cavabdeh1 mərhum babası X1 məxsus olmuş və kolxoz tərəfindən ona həyətyanı torpaq sahəsi kimi verilmişdir. Cavabdeh1 atası Cəfərov İsgəndər Həsən oğlu 1965-ci ildə həmin evi tikmişdir. Sonradan yeznəsi olan iddiaçı gəlib həmin evdə yaşamış, cavabdehlər Bakıya köçəndən sonra saxta yolla həmin torpaq sahəsini öz adına qeydə aldırmışdır. Sonradan cavabdehlər öz ata-baba yurduna gəlmiş və 4 ildir ki, həmin evdə yaşayırlar. Faktiki olaraq məhkəmə tələbin qanuniliyini araşdırmamış, yalnız iddiaçının yazdıqları əsas götürülmüşdür. Məhkəmənin qətnaməsində gəldiyi nəticə işin faktiki hallarına ziddir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-3225/21 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.İ.Mayılov (sədrlik edən və məruzəçi), Z.M.Allahyarov və N.F.Mirzəyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh2 iddiaçıya məxsus evdən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmış və qeyd etmişdir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 yönəlmişdir. Lakin iddia tələbinin yönəldiyi Cavabdeh2 kimliyi iş materialları ilə müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin şəxsə qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır.
13. Apellyasiya i nstansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclas protokollarından və məhkəmə tərəfindən qəbul edilmiş digər sənədlərdən də görünür ki, məhkəmə iclasında əslində X7 iştirak etsə də, sədrlik edən tərəfindən proses iştirakçılarının şəxsiyyəti düzgün müəyyən edilməmiş, Cavabdeh2 kim olması araşdırılmamışdır. Cavabdehlərin apellyasiya şikayəti isə yalnız Cavabdeh2 dair hissədə əsaslı olub, digər hissələrdə əsaslandırılmamış, mübahisələndirilən mənzilin Cavabdeh1 atası və ya babası tərəfindən tikilməsi ilə bağlı hər hansı sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Mübahisəli tikililərin inşa edildiyi torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir. JN-394A və JN-394D, 90806018 k odlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin cavabdehlər tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi barədə mülahizələrinin isə heç bir hüquqi əsası yoxdur. Odur ki, cavabdehlərin apellyasiya şikayəti həmin hissədə yalnız formal mülahizələrlə əsaslandırılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 152.1, 157.4, 240.2, MPM-in 14.2, 77.1, 88, 179.2 və 217.4.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin iddiaçıya məxsus olmasını təsdiq edən heç bir sənəd yoxdur, eləcə də mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının məhkəmədə iddia qaldırmaq hüququ olmamışdır. Qeyd edilən mənzil iddiaçıya məxsus olmamış, iddiaçıda mənzilin yerləşdiyi torpağın şəhadətnaməsi olmuşdur. Mənzilin sənədi olmadığı üçün onun iddia qaldırmağa subyektiv hüququ yaranmamışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri bu halları araşdırmadan, sübutları düzgün qiymətləndirmədən iddiaçının mövqeyinə uyğun qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
34. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3225/2021 nömrəli mülki iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.