Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-407/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.Əkbərov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ca vabdeh1, Bakı şəhəri 50 saylı Notariat kontoruna və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İdd iaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 50 saylı Notariat kontoruna və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında P saylı evə dair xx.xx.2018-ci ildə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək onun əsasında xx.xx.2018-ci ildə Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kass asiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı narkomaniyadan əziyyət çəkdiyinə görə bağladığı əqdin mahiyyətini və məzmununu dərk etməmiş, əqd bağlanılarkən aldadılmışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmadığına görə məhkəmə ekspertizasının təyin edilməsinə ehtiyac yoxdur. Halbuki, iş üzrə müəyyən edilmişdir ki, həqiqətən iddiaçı narkomaniya xəstəliyindən əziyyət çəkir. Apellyasiya kollegiyası isə kompleks məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. İşin hərtərəli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizasının keçirilməsi zəruridir. Maddi hüquq normalarının düzgün tətbiq edilməsi də işin hərtərəfl i araşdırılmasının təmin edilməsindən sonra mümkündür. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 50 saylı notariat kontorunun və 3-cü şəxs AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəl məyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili R kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunun un qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarında olan sənədlərdən görünür ki, P saylı evin alqı-satqısına görə xx xxx 2018ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat kontorunda müqavilə bağlanmış, müqaviləni hər iki tərəf şəxsən imzalamış, müqavilə bağlanarkən hər iki tərəfin fotoşəkilləri çəkilərək alqı-satqı müqaviləsinə əlavə edilmişdir. Tərəflər evin 6000 manata satılması barədə qarşılıqlı razılığa gəlmiş, bu barədə notariat kontoruna birgə ərizə təqdim etmişlər. Həmin məbləğin 511,2 manat hissəsindən dövlət büdcəsinə sadələşdirilmiş vergi tutulmuşdur. İddiaçı narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə Cavabdeh1 ilə bağladığı alqı-satqı müqaviləsinin mahiyyətini dərk etmədiyini, əqd bağlanarkən aldadıldığını bildirsə də, bu barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2014-xx.xx.2014-cü il və xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə “opioidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları” diaqnozu ilə Respublika Narkoloji Mərkəzində stasionar müalicə alsa da, onun fəaliyyət qabiliyyəti qanunla müəyyən olunmuş qaydada məhdudlaşdırılmamışdır. İşin hallarından aydın olur ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmiş, evin satış qiymətinə dair razılıq barədə ərizə alınmışdır. Beləliklə də, həmin müqavilə bağlanarkən hər hansı aldatma və ya vacib əhəmiyyətli yanılma olmamışdır. İddiaçı alqısatqı müqaviləsini ipoteka müqaviləsi zənn edərək bağladığını bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. İddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlandığından əqdin, habelə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsas müəyyən edilmədi. İddiaçı fəaliyyət qabiliyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmə tərəfindən məhdudlaşdırılmadığına görə onun barəsində məhkəmə-narkoloji ekspertizasının təyin olunmasına hər hansı zərurət yoxdur. Mübahisələndirilən əqd istər onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, istər onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, istərsə də əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması baxımından əqdin etibarlılığı şərtlərinə cavab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmiş, evin satış qiymətinə dair razılıq barədə ərizə alınmışdır. Beləli klə də, həmin müqavilə bağlanarkən hər hansı aldatma və ya vacib əhəmiyyətli yanılma olmamışdır. İddiaçı alqı-satqı müqaviləsini ipoteka müqaviləsi zənn edərək bağladığını bildirsə də, buna dair heç bir sübut təqdim edə bilməmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-407/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-407/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver