Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-407/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 qızının və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1123/2021 nömrəli, 18.06.2021-ci il tarixli qətnaməsi qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 Cavabdeh qardaşı X8 ilə 1999-cu ildə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmiş, Tovuz Rayonu Bayramlı kəndində yerləşən qayınanasına məxsus evə gəlin köşmüş, birgə nikahlarından 14 iyul 2000-ci il tarixdə 000və 01 dekabr 2009-cu il tarixdə 000adlı iki oğulları dünyaya gəlmişdir. X8 ilə İddiaçı1 arasında olan nikah 30.03.2019-cu il tarixdə pozulmuşdu. Torpağın mülkiyyətə verilməsinə dair JN-262A saylı şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 23 saylı qərarına əsasən, X2, X6 və X7 Tovuz rayonu Bayramlı kəndi ərazisindən 0.54 ha torpaq sahəsi verilmişdir. Ölüm haqqında arayışdan və ölüm haqqında şəhadətnamə nin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 28.03.2007-ci il tarixdə, X8 isə 16 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Tovuz Rayonu Bayramlı kəndində yerləşən və JN-262A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X1, X3 və X5 ümumi mülkiyyətində olan 0.54 ha həyətyanı torpaq sahəsində olan 2 otaqlı fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh qardaşı X8 ilə 1999-cu ildə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmişlər. Birgə nikahlarından 14 iyul 2000-ci i l tarixdə 000və 01 dekabr 2009-cu il tarixdə 000adlı iki oğulları dünyaya gəlmişdir. Evlənərkən o, YYYun anası X2 məxsus ümumi mülkiyyətdə olan Tovuz rayonu Bayramlı kəndində 0.54 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş və 2018-ci ilədək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 2018-ci ildə əri YYYla aralarında yaranmış mübahisə nəticəsində ayrılmışlar və o, atası evinə qayıtmışdır. Aralarında olan nikah pozulduqdan sonra 16 iyun 2019-cu il tarixdə X8 vəfat etmişdir. Keçmiş ərinin vəfatından sonra Cavabdeh ona və uşaqlarına mübahisə predmeti olan fərdi yaşayış evinə qayıtmalarına imkan verməmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı1 ilə qardaşı İsgəndərov Məqsəd 1999-cu ildə evlənmişlər, birgə nikahlarından 2000-ci il tari xdə İzzət, 2009-cu il tarixdə 000adlı 2 övladları dünyaya gəlmişdir. Evlənərkən İddiaçı1 mübahisə predmeti olan evə gəlin köçmüş, lakin 2018-ci ildə qardaşı YYYla ayrılmışlar. Aralarında olan nikah pozulmuş İddiaçı1 uşaqları ilə birgə atası evinə qayıtmışdır. 16.06.2019-cu il tarixdə Cavabdeh vəfat etmişdir. Hazırda iddiaçının mərhum anasına məxsus evə köçürülməsinə razı deyildir. Ona görə də iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz rayon məhkəməsinin (hakim Nofəl Mustafayev) 2(062)1624/2020 saylı 28.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 torpağın mülkiyyətə verilməsinə dair JN-262A saylı şəhadətnamədə göstərilən X1, X3 və X5 ümumi mülkiyyətində olan 0.54 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı1 Abbaqsqulu qızı ilə X8 1999-cu ildə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmişlər. Birgə nikahlarından 14 iyul 2000-ci il tarixdə 000və 01 dekabr 2009-cu il tarixdə 000adlı iki oğulları dünyaya gəlmişdir. Evlənərkən İddiaçı1 gəlin köçdüyü evin yerləşdiyi 0.54 ha həyətyanı torpaq sahəsi Tovuz Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli 23 saylı qərarına əsasən, X2, X6 və X7 verilmiş, həmin torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-262A saylı şəhadətnamə tərtib edilmiş, lakin fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53,54 və 123-cü maddələrinə əsasən iddiaçıların iddiası təmin edilməlidir. Tovuz rayon məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Tovuz rayon məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçıların iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, YYY qardaşı ilə evləndikdən sonra 4 ay müddətində birlikdə yaşamışlar, qardaşı X8 11 il müddətinə azadlıqdan məhrum edildiyinə görə iddiaçı öz atası evinə getmiş, daha sonra qardaşım azadlığa çıxdıqdan sonra o da evinə geri qayıtmışdır. Onlar bir ilə yaxın müddət birlikdə yaşadıqdan sonra qardaşı 4 il müddətinə yenidən azadlıqdan məhrum edilmiş, yenə də iddiaçı öz atası evinə geri qayıtmış, 2018-ci ildə qa rdaşı ilə iddiaçının nikahı pozulmuşdur. Hesab edir ki, iddiaçının sözügedən evdə yaşayış hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Ə.Məmmədov, F.Mehtiyev, R.Muradov) 2(104)1123/2021 nömrəli, 18.06.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Tovuz rayon məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və oğlu İddiaçı2 qeyd edilən fərdi yaşayış evinə köçürməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı1 mübahisəli evdən istifadə üzrə hüquq münasibəti 2000-ci ildən əvvəl yaranmışdır. Bu halda iddia tələbi 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil M əcəlləsinin müddəalarına əsasən həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Digər iddiaçı İddiaçı2 evin yerləşdiyi torpaq sahəsinin həm mülkiyyətçisi olan mərhum YYYun oğlu olmaqla, vərəsə kimi həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqlarının real gözləntisi vardır. Apellyatorun isə həmin ev və evin yerləşdiyi torpaq sahəsi barəsində DƏDRX-də qeydə alınmış hər hansı hüququ yoxdur. Gəncə Apellyasiya Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərdiyi halları eynilə kassasiya şikayətində qeyd etmişdir. Kassator kassasiya şikayətini əsaslandırarkən MPM-nin 387, 388, 390, 418-ci maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkilsiz iştirak etdyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxsləri lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-c ü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01.10.2009-cu ilədək qüvvədə olan) Maddə
53. İcarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı, onların uşaqları və valideynləri hesab olunurlar. Maddə
54. İcarədar öz ilə birlikdə yaşayan ailə özvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını. Valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək hüququna malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışdırsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsini n 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni bütünlüklə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1123/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.