Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4070/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma və ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, iddiaçının vəkili X1, Cavabdeh1, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2661/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hacıqabul rayon XDS İcrayyə Komitəsinin 22 fevral 1991-ci il tarixli, 30 saylı qərarına əsasən İddiaçı daimi istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 39 ha torpaq sahəsi verilmiş və bu hüquq X8 Hüququna Dair JN-1626 KOD 91000001 dövlət aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 15 aprel 2020-ci il tarixli, 3197 nömrəli ekspert rəyindən görünür ki, X8 Hüququna Dair JN-1626 KOD 91000001 dövlət aktı ilə rəsmiləşdirilərək kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı daimi istifadəsinə verilmiş torpaq sahəsinin Cavabdeh1 tərəfi ndən zəbt edildiyini iddia edən iddiaçı adından kooperativin sədri İddiaçı2 iddia etdiyi torpaq sahəsi 12,02 ha olmaqla X5 icarəsindəki torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin qeyd olunur ki, sözügedən torpaq sahəsi elektron baza məlumatlarına əsasən sənəd üzrə 14 ha olmaqla **********53 reyestr nömrəli çıxarış ilə X5 icarəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 iddiaçı daimi istifadəsinə verilmiş 39 ha torpaq sahəsinin zəbt edilmiş 12,8 ha torpaq sahəsindən çıxarılması və iddiaçı 12,8 ha torpaq sahəsini zəbt etməklə iddiaçı vurulmuş 26375 manat məbləğində ziyan pulunun Cavabdeh1 alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon XDS İcrayyə Komitəsinin 22 fevral 1991-ci il tarixli, 30 saylı qərarına əsasən iddiaçı daimi istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 39 ha torpaq sahəsi verilmiş və bu hüquq X8 Hüququna Dair JN-1626 KOD 91000001 dövlət aktı ilə rəsmiləşdirilmiş və dövlət aktı 2 nüsxədən ibarət tərtib edilərək bir nüsxəsi iddiaçındə saxlanılmış, ikinci nüsxəsi isə Hacıqabul rayon (şəhər) şöbəsində saxlanılaraq 25 may 2006-cı il tarixdə X9 kitabında 004 nömrə ilə qeydiyyata alınmışdır. Lakin iddiaçı daimi istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 39 ha torpaq sahəsinin 12,8 ha sahəsi 2018-ci ilin sentyabr ayından Cavabdeh1 qanunsuz istifadəsindədir. iddiaçı adından Kooperativin sədri İddiaçı2 həmin zəbt edilmiş 12,8 ha torpaq sahəsindən təkcə keçən il bütün əlavə xərcləri çıxdıqdan sonra 26375 manat gəlir əldə etdiyini və Cavabdeh1 2018-ci ilin sentyabr ayından İddiaçı2 sədrlik etmiş olduğu iddiaçı daimi istifadəsində olan 12,8 ha sahəsini zəbt etməklə kooperativə 26375 manat məbləğində ziyan vurduğunu göstərmişdir. Hacıqabul Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əzizov, iş № 2(071)-240/2020) iddianın qismən təmin edilməsi, Cavabdeh1 X8 Hüququna Dair JN-1626 KOD 91000001 dövlət aktına əsasən İddiaçı2 daimi istifadəsinə ayrılmış torpaq sahəsindən çıxarılması, iddianın qalan hissəsə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 15 aprel 2020-ci il tarixli, 3197 nömrəli ekspert rəyində Ca vabdeh1 İddiaçı2 məxsus torpaq sahəsini zəbt etdiyi göstərilməsə də, Cavabdeh1 həqiqətən də, İddiaçı2 məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, Cavabdeh1 həqiqətən də, İddiaçı2 məxsus torpaq sahəsini zəbt etməsi məhkəmə prosesində İddiaçı2 izahatları və işə əlavə edilmiş sənədlər ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə 26375 manat məbləğində dəymiş ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı adından kooperativin sədri İddiaçı2 məhkəməyə 26375 manat məbləğində maddi ziyan dəyməsini sübuta yetirə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və M.Həsənov, iş № 2(106)-2661/2020) Cavab deh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(071)-240/2020 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, X8 hüququna dair JN-1626 nömrəli KOD 91000001 nömrəli şəhadətnaməyə əsasən iddiaçı daimi istifadəsində olan Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia edən iddiaçı adından kooperativin sədri İddiaçı2 iddia etdiyi torpaq sahəsi 12,02 ha olmaqla X5 icarəsindəki torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin qeyd olunur ki, sözügedən torpaq sahəsi elektron baza məlumatlarına əsasən sənəd üzrə 14 ha olmaqla **********53 reyestr nömrəli çıxarış ilə X5 icarəsindədir. Tərəflər arasında torpağa dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının daimi istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarına qəsd etmiş və istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Mübahisəli torpaq sahəsini X2 icarəyə götürməsi, lakin müqavilə bağlamaması, mübahisəli torpaq sahəsindən qarşılıqlı razılaşma əsasında istifadə etməsi, həmçinin həmin torpaq sahəsinin iddiaçı ilə X5 icarəsinə verilmiş torpaq sahələrinin bir hissəsi sənəd üzrə mübahisəli olmasını bildirməsi, işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin X2 icarəyə götürmüş lakin müqavilə bağlamamış qarşılıqlı razılaşma əsasında istifadə etdiyini, həmçinin həmin torpaq sahəsinin iddiaçı ilə X5 icarəsinə verilmiş torpaq sahələrinin bir hissəsi sənəd üzrə mübahisəli olmasını bildirməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılmanın təmin olunmamasının qanuni əsası kimi çıxış edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cav abdeh1 nümayəndəsi Nümayəndə (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2661/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.04.2020-ci il tarixi rəyi ilə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsi 12,02 ha olmaqla X6 icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və həmin torpaq sahəsi elektron baza məlumatlarına əsasən sənəd üzrə çıxarış ilə X3 icarəsindədir. Torpaq sahəsinin iddiaçı ilə heç bir hüquqi bağlılığının olmaması və həmin torpaq sahəsinin X4 icarəsində olması təsdiqlənmişdir. Məhkəmə mübahisə üzrə yekun nəticəyə gələrkən mübahisə predmeti olan torpaq sahəsinə dair müxətlif vaxtlarda ayrı-ayrı şəxslərin iddia tələbləri üzrə qəbul olunmuş məhkəmə aktlarının mövcud olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh tərəf kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cav abdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vi cdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızd ır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hes ab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Ş əxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyekt iv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi nəticələrini onunla əsaslandırmışlar ki, «… Tərəflər arasında torpağa dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının daimi istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarına qəsd etmiş və istifadəsində olan torpaq sahə sindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır.» Birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, «… ekspert rəyində Cavabdeh1 İddiaçı2 məxsus torpaq sahəsini zəbt etdiyi göstərilməsə də, Cavabdeh1 həqiqətən də, İddiaçı2 məxsus torpaq sahəsini zəbt etmişdir. Belə ki, Cavabdeh1 həqiqətən də, İddiaçı2 məxsus torpaq sahəsini zəbt etməsi məhkəmə prosesində İddiaçı2 izahatları və işə əlavə edilmiş sənədlər ilə tam sübuta yetirilmişdir.» Göründüyü kimi hər iki məhkəmə torpaq sahəsi ilə nə iddiaçı hüquqi şəxsin, nə də özünü qanuni təmsilçi kimi təqdim edən şəxsin hər hansı bağlılığının olmasını müəyyən edə bilməmişlər. Birinci instansiya məhkəməsi mötəbər sübut olaraq ekspert rəyinə istinad etsə də həmin rəydə torpaq sahəsinin iddiaçıya aid olan torpaq sahəsi olması müəyyən edilmir. Ək sinə istinad edilən ekspert rəyində torpaq sahəsinin işə cəlb olunmayan digər bir şəxsin icarəsinə verilmiş torpaq sahəsi olmasını müəyyən edilir və həmin şəxsin, yəni X3 isə işə cəlb olması mütləq olmuşdur. Lakin məhkəmələr həmin şəxsi işə cəlb etməmiş, iddiaya onun münasibətini öyrənməmişlər. Torpaq sahəsinin iddiaçıya aidiyyətinin olunması müəyyən olunmadığı halda ilkin olaraq məhkəmələrin müəyyən etməli olduğu hal iddia tələbini irəli sürmüş şəxsin müvafiq olaraq subyektiv hüquqa, yəni cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququnun olmasını müəyyən etməli olduğu halda bunları etməmiş, apellyasiya instansiya məhkəməsi isə ümumi ifadələrə əsaslanan, hər hansı digər sübutlarla təsdiq olunmayan mövqedən çıxış edərək qətnamənin dəyişdirilmədən saxlanması nəticəs inə gəlmişdir. Digər tərəfdən kassasiya şikayətinin digər dəlili mübahisəli torpaq sahəsinə dair baxılan işin icraatından kənarda iddiaların olduğu, məhkəmələr tərəfindən baxıldığını və yekun qərarların mövcud olmasını qeyd edir, bu halda da apellyasiya instansiyası məhkəməsi həmin aktların mövcudluğunu tərəflərlə birlikdə müzakirə etməli və hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan və ya icraatı istinsa edən halların olmasını müəyyənləşdirilməli idi. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı dır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərin ə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəyə istinad olunan maddələrinin tələblərinin tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməklə, o cümlədən iddiaçının hazırkı tələblə çıxış etmək imkanına malik olmasını müəyyən etməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2661/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4070/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4070/2021
12.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver