Məhkəmə qərarları › İş №2(102)-4071/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4071/2020

03.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4071/2020 03.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli, 2(103)-14167/19 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh, X2 və onların vəkili x oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X3 cavabdehlər Cavabdeh və X1 qarşı “bağ evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh, X2 və onların vəkili x oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, i şin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İş materiallarını araşdıraraq hesab edirəm ki, kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan, Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli göndəriş məktubundan (səh.157) görünür ki, x) Bakı Apellyasiya Məhkəməsinin 13.12.2019cu il tarixli qətnaməsini 18.12.2019-cu il tarixdə məktuba imza etməklə rəsmi qaydada almışdır. Eyni zamanda Cavabdeh göndərilmiş qətnamə 18.12.2019-cu il tarixdə ünvanda x tərəfində n poçt qəbzinə (səh.156) imza olunmaqla qəbul edilmişdir. Buna baxmayaraq, cavabdehlər kassasiya şikayətini 27.02.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişlər. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Odur ki, cavabdehlərin kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər ke çdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh, X2 və onların vəkili x oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2019-cu il tarixli, X nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin icraata qəbul olunm asından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar