Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4071/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (azyaşlı qızı X1 qəyyumu qismində ) Cavabdeh1 (maraqlı şəxslər Maraqlı şəxs, X3, Cavabdeh2 və Cavabdeh3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiya şikayətlərinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu ( məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (azyaşlı X1 qəyyumu qismində) Cavabdeh1 (maraqlı şəxslər Maraqlı şəxs, X3, Cavabdeh2, Cavabdeh3) qarşı Emma Məmmədovanın mərhum atası X2 vəsiyyət üzrə vərəsəsi tanınması və yaşayış evin in onun mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-860/2014 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qərardadından maraqlı şəxslər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı azyaşlı X1 qəyyumu qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X1 mərhum atası X2 vəsiyyət üzrə vərəsəsi tanınmasını və Göygöl şəhəri Heydər Əliyev prospekti, 40 №-li ünvanda yerləşən yaşayış evinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə (hakim E.X.Həsənova) iddia təmin edilərək X1 X2 vəsiyyət üzrə vərəsə si tanınması, Göygöl şəhəri Heydər Əliyev prospekti, 40 №-li ünvanda 916,0 kvm torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kvm, o cümlədən 67,8 kvm 3 yaşayış otağından, 7,8 və 6,1 kvm mətbəxlərdən, 4,1 kvm açıq eyvandan, 5,2 və 5,5 kvm hamamlardan, 10,6 kvm dəhlizdən, 31,2 kvm əl damından, 70,5 kvm çardaqdan, 31,2 kvm əl damından ibarət olan yaşayış evinin X1 mülkiyyətinə verilməsi qət edilmişdir.
3. Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X3, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2014- cü il tarixli qətnaməsinin ləğv edilməsi, bütün miras əmlakdan məcburi payların ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2014-cü il tarixli 2(104)-860/2014 nömrəli qətnaməsi ilə ap ellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli 2(066)-09/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən maraqlı şəxs Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kassasiya şikayəti, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Daha sonra həmin qətnamədən maraqlı şəxs Cavabdeh3 xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermiş, Gəncə A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlı şəxs Cavabdeh2 kassasiya şikayətinin təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Maraqlı şəxslər Cavabdeh3 və Cavabdeh2 yenidən qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib bərpa olunması və şikayətin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilmə sini xahiş etmişlər
10. Ərizə onunla əsaslandırılmışdır ki, onlar rayonda yaşadığından, hüquqi savadı olmadığından heç bir sənədə imza etməmiş və bu məsələlərdən də məlumatsız olmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin mövcudluğundan icra mərhələsində məlumat əldə edilmişdir. Hətta, bundan sonra qardaşları Maraqlı şəxs tərəfindən miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Göygöl rayon notariat ofisinə müraciət edilmiş, müraciətdən isə imtina edilmişdir. Hal-hazırda mirası qəbul etmə müddətinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişlər və mülki iş baxılması üçün məhkəmənin icraatında olmuşdur. Məhz bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən ötürülmüşdür.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-860/2024 nömrəli 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Şamil Rzaquliyev sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) maraqlı şəxslər Cavabdeh3 və Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilərək, kassasiya şikayətləri geri qaytarılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(104)-860/2014 saylı və 24 may 2024-cü il tarixli qərardadlarında qeyd olunmuşdur ki, kassasiya şikayətinin mümkünlüyü ağlabatanlıq meyarları əsasında təhlil olunduqda görünür ki, qətnaməni maraqlı şəxslər Cavabdeh2 Cavabdeh3 almasalar da onların bacı -qardaşları almış, qətnamədən məlumatlı olmuş, lakin işin həllinə maraq göstərməmişlər.
13. Qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir.
14. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən kassasiya şi kayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır.
15. X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməs i bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermir. Belə ki, maraqlı şəxslər qətnamədən məlumatlı olsalar da, kifayət qədər uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermişlər. Ona görə də müddətin bərpası üçün buraxılmış dövr üzrlü sayıla bilməz.Eyni zamanda kassasiya şikayəti geri qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408.1.4-cü maddəsində göstərilmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 130, 405, 408.1.4, 408.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Maraqlı şəxslər Cavabdeh3 (vəkil Nümayəndə) və Cavabdeh2 (Vəkil1) ayrıayrılıqda kassasiya şikayətləri verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(104)-860/2014saylı qərardadının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2(104)-860/2014 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
19. Şikayətlər onunla əsaslandırılmışdır ki, rayonda yaşadıqlarından, hüquqi savadları olmadığından heç bir sənədə imza etməmişlər və bu məsələlərdən də məlumatsız olmuşlar. Məsələyə sadə məntiqlə yanaşsaq, bir halda ki Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-09/2014 saylı qətnaməsindən apelyasiya şikayəti verirlərsə, nədən maraqlarına toxunan mübahisə predmeti olan miras əmlak barəsində çıxarılmış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-860/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişlər.
20. Məhkəmə qətnaməsinin mövcudluğundan icra mərhələ sində məlumat əldə edilmişdir. Hətta, bundan sonra qardaşı Maraqlı şəxs tərəfindən miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Göygöl rayon notariat ofisinə müraciət edilmiş, müraciətdən isə imtina edilmişdir. Hal-hazırda mirası qəbul etmə müddətinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət edilmiş və mülki iş baxılması üçün məhkəmənin icraatındadır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu müddətdə rəsmi qaydada çatdırılmamış və apelyasiya instansiyasında etməmiş, yaşlı biri olduğundan məhkəmə proseslərindən heç bir anlayışı yoxdur. Lakin belə olan halda kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılır. Məhz bu səbəbdən də onun tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Başqa sözlə desək, kassasiya şikayəti verilmə müddəti onun öz təqsiri ucbatından bilərəkdən ötürülməmiş və hazırki ərizədə göstərilənlər kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün əsas sayılmalıdır.
21. Kassasiya şikayətləri MPM-in 14.1, 133.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
24. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddə t, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
25. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
26. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
27. Maddə 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməl iyyatların kəsildiyi saatda qurtarır.
28. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
29. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kass asiya şikayəti qaytarılır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət veril məklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadında gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
41. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxslər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 2(104)-860/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.