Məhkəmə qərarları › İş №2(102)-4071/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4071/2025

03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4071/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrasının həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5005/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balaxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanan Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 008 nömrəli, 01 iyul 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, istifadəyə verən istifadə əsasında sahəsi 1200 kv.m olan torpaq sahəsini (gələcəkdə sahə adlanan) istifadəçiyə 15 illik müddətə istifadəyə verir, istifadəçi hər il 120 manat torpaq vergisini ödəməyi öz öhdəsinə götürür.

2. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, vətəndaş Abbasov X1 rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış oby ektinin layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmiş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı“) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdehnə (bundan sonra “cavabdeh” və ya Cavabdeh) həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia təl əbi belə əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsində təyinatı üzrə istifadə edilməsi məqsədi ilə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyriyaşayış sahəsinin hüquqi qeydiyyata alınması məqsədi ilə iddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 2-1(82)-1129/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin hüquqi qeydiyyata alınması ilə bağlı layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sözügedən qərarın icrası olaraq Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Bu yaxınlarda qeyri-yaşayış sahəsini təbii qazla təchiz etmək məqsədi ilə iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-yaşayış sahəsinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. Buna səbəb isə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmaması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilənləri cavabdeh təşkilatın nəzərinə çatdıraraq və əlavə olaraq sözügedən torpaq sahəsinin dövlətə məxsus olması və yalnız istifadə üçün iddiaçıya verildiyini qeyd etsə də, məhəl qoymamışlar. Göründüyü kimi, qanunverici tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda digə r əşya hüququnu təsdiq edən sənədin təqdim edilməsini nəzərdə tutmuşdur. Cavabdeh təşkilat isə yalnız və yalnız mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmasını tələb edir. Bu isə tam qanunsuzdur.

5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4603/25 saylı iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi qət olunmuşdur. (hakim İlahə Abbasova)

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəb əsi, Balaxanı-Binəqədi şossesinin kənarında, sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 008 nömrəli, 01 iyul 2016-cı il tarixli müqavilə əsasında Balaxanı Bələdiyyəsi tərəfindən iddiaçının istifadəsinə verilmiş, istifadəçi olan iddiaçı hər il 120 manat torpaq vergisini ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə iddiaçıya məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir.

8. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsasən qeyd etmişdir ki, iddiaçının qazlaşd ırılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya istifadə edilməsi üçün verildiyindən, iddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə müvafiq icazə verildiyindən, həmin qeyri-yaşayış sahəsinin qazla təchiz olunmaması iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir.

9. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin Avropa Məhkəməsinin presedentlərini nəzərə alaraq, işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi n əticəni Mülki Məcəllənin 152, 157.8, 180.3, 238-ci, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 4.2, 13.10-1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79, Mülki Prosessual Məcəllənin 77.1 və 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş “Qaz təchizatı haqqında” Qanunun 10-1-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəllə sinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçı iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyriyaşayı ş obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bununla da maddi hüquq normaları ilə yanaşı, prosesusal hüquq normaları da pozulmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5005/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmiş və həmin hissənin aşağıdakı kimi müəyyən edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpa q sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin iddiaçının vəsaiti hesabına qaz sayğacı quraşdırılmaqla qazlaşdırılması öhdəliyinin cavabdehə həvalə olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova, Məhəmməd Rüstəmli)

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçıya məxsus qeyri- yaşayış obyektinin qazlaşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini qət etmişdir. Bununla da məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır.

16. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərar çıxararkən həmin zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 10-1-ci madddəsinin tələbini nəzərə almaması barədə dəlilinə münasibətdə göstərmişdir ki, həmin maddəyə görə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

18. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçı sının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamının surətindən isə görünür ki, iddiaçı Sabunçu rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmiş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, BalaxanıBinəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu dəlillə bağlı olan mövqeyi ilə razılaşaraq göstərmişdir ki, həmin mövqeyə görə iddiaçının qazlaşdırılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçı ya istifadə edilməsi üçün verildiyindən, iddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə müvafiq icazə verildiyindən, həmin qeyri-yaşayış sahəsinin qazla təchiz olunmaması iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir

20. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmi şdir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79, 80-ci, “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 297 nömrəli Qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin istifadəsində olan 1200 m2 torpaq sahəsində ilk olaraq inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsinin sonradan RİH tərəfindən təsdiq edilməsi, həmin tikilinin inşa edilməsinə RİH tərəfindən icazə verilmiş olması anlamına gəlmir. Belə ki, RİH-in verdiyi xx.xx.2018-ci il tarixli 124 nömrəli sərəncam iddiaçı tərəfindən artıq tikilib inşası başa çatmış qeyri-yaşayış obyektinin layihəsinin sonradan təsdiq edilmiş olması ilə bağlı olmuşdur. Başqa sözlə, RİH-in verdiyi xx.xx.2018- ci il tarixli 124 nömrəli sərəncam iddiaçının istifadəsində olan torpaq sahəsində öncədən inşa edilmiş qeyri-yaşayış sahəsinə icazənin verilməsi kimi başa düşülməməlidir. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə dair mülkiyyət hüququnu təsdiqedici sənədlər olmadığından (çıxarış, plan və ölçü), eləcə də həmin tikilinin inşa edilməsinə icazə verilməsi barədə RİH-in müvafiq sərəncamı olmadığından, iş materiallarında olan RİH-in xx.xx.2018-ci il tarixli 124 nömrəli sərəncamının da tikilinin inşasına icazə verilməsi ilə bağlı olmadığından və ya artıq inşası başa çatmış tikilinin layihəsinin təsdiq edil məsi ilə bağlı olduğundan iddiaçıya məxsus qeyri-yaşayış obyektinə qaz sayğacının quraşdırılması qanunsuzdur. Hazırda daşınmaz əmlak üzərində (torpaq sahəsi və qeyri-yaşayış obyekti) iddiaçının mülkiyyət hüququ tanınmamış olduğundan iddiaçının qazlaşdırılmasını tələb etdiyi qeyri-yaşayış obyekti sənədsiz mülkdür. Qanunvericiliyə uyğun olaraq isə, sənədsiz evlərin və qeyri-yaşayış obyektlərinin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəyə dair yekun məhkəmə aktı qəbul edilərkən yuxarıda qeyd olunan hallar nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (ə şyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə

238. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsin in mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74.1. bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb ol unmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az ol an reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), ya xud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Bənd 4.1. İstehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. Bənd 4.2. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Bənd 13.1. Energetika müqaviləsinə mü vafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Maddə 13.10-1. (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə t utulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Bənd

80. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektl ərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Madd ə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

28. İddia tələbi 01 iyul 2016-cı il tarixli müqavilə ilə 15 il müddətinə istifadəsinə verilmiş torpaq sahəsi üzərində iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsinin təbii qazla təchizatının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Tələbinin əsası kimi iddiaçı 1200 m2 torpağın istifadəyə verilməsi barədə həmin müqaviləyə və qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq edilməsi barədə Sabunçu rayon İcra hakimiyyəti Başçısının 19 aprel 2018-ci il tarixli sərəncamına istinad etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərən camını tikilinin inşasına müvafiq icazə kimi qiymətləndirərək iddianı təmin etmişdir.

30. Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin, 80-ci maddəsi isə məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin dairəsini müəyyən edir.

31. İddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin ölçüləri, təyinatı müəyyən edilmədiyi üçün həmin tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və ya 80-ci maddəsinin təsiri altına düşən hansı tikinti obyekti olması işdən görünmür.

32. İşin hallarına tətbiqən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və tikin ti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.

34. Tikintiyə icazə verilməsinin ümumi qaydaları isə Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulub.

35. Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı tikilinin inşasına müvafiq icazə kimi qiymətləndirilsə də, həmin sərəncamın Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından tikintiyə icazənin verilməsi üzrə icraat daxilində olması müəyyən edilməyib.

36. Bir halda ki, iddianın təmin edilmə əsası kimi Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamına istinad edilib, belə olan halda, həmin sərəncamın tikilinin inşasına müvafiq icazə olub-olmamasına qiymət verilməli idi.

37. Qeyd edildiyi kimi, məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi iddiaçının istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin parametrlərinə aydınlıq gətirmədən, tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən normaları üzrə tədqiqini aparmadan (baxmayaraq ki, həmin normalara istinad edilib) yalnız Sabunçu rayonu İcra hakimiyyəti Başçısının qeyd edilən sərəncamına istinadən iddianı təmin etməsi düzgün olmamışdır. Halbuki həmin sərəncam qeyri-yaşayış sahəsinin layihəsin in təsdiq edilməsi barədədir.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına yalnız istinad edilməklə kifayətlənilməməli, istinad edildisə, deməli, işin hallarının da həmin normaların dispozitiv şərtlərinə uyğun müəyyən edilməsi ilə nəticəyə gəlinməli idi.

39. Bundan əlavə, Mülki Məcəllənin 152, 157.8, 180.3 və 238-ci maddələrinə istinad edilsə də, həmin normaların hazırkı işin halları ilə nə kimi uyğunluq təşkil etməsi qətnamədən görünmür.

41. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli Qanunu bir neçə maddə istisna olmaqla, 01 yanvar 2026-cı ildən qüvvəyə minib.

42. Hüquq münasibətlərinin yaranması zaman qüvvədə olan 30 iyun 1998-ci il tarixli “Qaz təchizatı haqqında” Qanunun 13-10-1-ci maddəsi isə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək, qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar