Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4072/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30) iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4072/2023 Açar sözlər: fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli maneələrə son qoyulma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30) “fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulm ası tələbinə dair” mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(107)-656/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X24 ilə İddiaçı 02 dekabr 2003-cü il tarixdə nikaha girmişlər.
2. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(033)-24/2009 saylı qətnaməsi ilə X9 ilk iddiası qismən rədd edilmiş, X9 iddiasının X6 qarşı hissəsinə xitam verilmiş, X9 X8 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsinə dair iddia tələbləri təmin edilməmiş, Cavabdeh və İddiaçı qarşılıqlı iddiası təmin edilərək, X20 ilə mərhum X12 vərəsəsi Cavabdeh a rasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayeva məxsus olmuş 1350 kv.m (0,135) ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.
3. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Kebeloba kəndində yerləşən sahəsi 0,1279 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
4. AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata alıcı X2, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla torpaq sahəsi X15 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəm əsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun mərhum X11 ilə birgə nikahda olduğu müddətdə əldə etdikləri Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X11 ilə 02 dekabr 2003cü il tarixdə nikahlarını bağlanmışdır. Nikahda olduqları müddətdə 2005-ci ilin may ayında mərhum həyat yoldaşı X1 Kamil Mohuma oğlu ilə aralarında yazılmış sadə yazılı əqdə əsasən sonuncuya məxsus Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsində mərhum X11 ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. X11 21 aprel 2008-ci il tarixdə ölmüşdür. X12 ölümündən sonra ondan miras qalmış əmlakları faktiki olaraq qəbul etmişdir. Ərinin ölümündən sonra X20 ona və mərhum X11nun birinci nikahından olan oğlu Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1350 ha torpaq sahəsindən çıxarılmalarını və inşa etdikləri fərdi yaşayış evinin sökülməsini tələb etmişdir, onlar isə öz növbələrində X13 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsi ilə X9 ilk iddiası rədd edilmiş, onların qarşılıqlı iddiası isə təmin edilmişdir. Həmin qətn amə ilə işin müəyyən hallarından biri də odur ki, mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi mərhum X11 ilə birgə nikahda olduqları müddətdə və sonuncunun onunla birlikdə inşa etdiyi evdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb, iş üzrə Cavabdeh mərhum X11 ilə birgə nikahda olduqları müddətdə Zaqatala rayonu, Kebeloba kəndinə yerləşən 0,1350 ha torpaq sahəsində inşa etdiyı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə yaratdığı maneədir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyildir. Zaqatala şəhəri, Bakı prospekti 22 saylı evdə yaşamış atası X24 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur ki, 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X12 vərəsələri - arvadı İddiaçı, oğulları Cavabdeh, X25, X26 və qızı X22 miras əmlakdan bərabər irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - X5 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 02 nömrəli reyestr kitabının, 3-cü səhifəsində, inventar işi 2557 nömrə ilə qeydiyyata alınmış 344 nömrəli Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən, eyni zamanda DƏDRX-in Zaqatala Ərazi İdarəsi tə rəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 1576 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin bir hissəsindən və mərhuma düşən hissədə yerləşən 1989-cu ildə tikilmiş, 1 mərtəbəli, 73,2 kv.m. yaşayış, 42 kv.m. yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evindən ibarət olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(033)-24/2009 nömrəli qətnaməsi ilə ilk iddia qismən rədd edilmiş, X9 iddiasının X7 qarşı hissəsinə xitam verilmiş, X9 X8 qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsinə dair iddia tələbləri təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək X20 ilə mərhum X12 vərəsəsi Cavabdeh arasında Zaqatala rayonu Kebeloba kəndində yerləşən Kamil Mollayeva məxsus olmuş 1350 kv.m (0,135) ha torpaq sahəsinin alqı-s atqı müqaviləsi bağlanmış hesab edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixi 2(033)-24/2009 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşəni 350 kv.m (0,135) ha torpaq sahəsini o özü idarə edir. Atası sağlığında daşınmaz əmlakı ona almışdır. Zaqatala rayonu 2 saylı Notariat Ofisinə verilmiş 01 noyabr 2012-ci il tarixli - 1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə təsdiq olunur ki, İddiaçı Zaqatala rayonu Kebeloba kəndində yerləşən 1350 kv.m (0,135) ha torpaq sahəsinə və iddia etdiyi tikiliyə dair notariat kontoruna ərizə verməmişdir. Bununla da, iddiaçı öz hərəkəti ilə iradəsini göstərmişdir. Eyni zamanda iddiaçı həmin əmlaka özünü miras şəriki kimi göstərməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il ta rixli e-2(033)-669/2022 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X25, X16, X14 və X4 cavabdehlər İddiaçı və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Hazırda İddiaçı ona qarşı pay üstünlüyü əldə etmək üçün əsassız iddia qaldırır. Hesab edir ki, iddiaçının hazırkı tələblə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, daşınmaz əmlakın birgə nikah dövründə qeydiyyata alınması barədə reyestrdə məlumat yoxdur. Hər şəxsin mütləq yaşayış yeri olmalı və bir (tək) yaşayış yeri olmalıdır. Atası ikinci dəfə ailə həyatı qurarkən iddiaçı ünvan 1 ün vanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. İddiaçı həmin ünvanı özünə daimi yaşayış yeri seçmişdir. Eyni şəxsin bir yaşayış yerində faktiki yaşayaraq digərində qeydiyyatda olması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun məqsədlərinə xidmət etmir. Hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin mahiyyəti birgə nikah dövrünə daxil olmayan əmlaka gələcəkdə payının müəyyən edilməsi üçün hüquqi don geydirməkdir. Faktiki olaraq iddiaçı ata yurdlarını ələ keçirmişdir. Ona görə də İddiaçı tələbi əsaslı sayıla bilməz. O eyni zamanda iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini də təqdim etmişdir.
8. Məhkəmə baxışı iclasında iştirak edən müba hisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ********** qeydiyyat nömrəli mülkiyyətində olan 0,1279 ha torpaq sahəsini 5400 manata onun mülkiyyətinə vermişdir. O, həmin torpaq sahəsini almışdır. Bundan sonra həmin torpaq sahəsini öz adına rəsmiləşdirməklə çıxarış almışdır. Hazırda torpaq sahəsi onun mülkiyyətindədir. İddia ərizəsinin rədd edilməsini xahiş edir.
9. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 02 mart 2023-cü il tarixli, e-2(033)-113/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İd diaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 mülkiyyətində olan torpaq sahəsinin üzərində qanunsuz tikili olan fərdi yaşayış evinə dair hər hansı istifadə hüququ olmadığından və mübahisə predmeti olan tikiliyə iddiaçının mülkiyyət (sahiblik, istifadə, sərəncam vermək) hüquqları mövcud olmadığından onun tikilinin inşa edilmiş torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı verdiyi fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz.
11. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 157.4, 180.1, 180.2, 367.1, 372.2, 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin yanaşmasından asılı olamayaraq, onun həmin əmlaka əşya və gözlənilən mülkiyyət hüququ vardır. X43 21 aprel 2008-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış bütün əmlakları faktiki olaraq qəbul etmişdir
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və İ.H.Şükürovdan ibarət tərkibdə) 23 iyun 2023-cü il tarixli, 2(107)-656/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtı barədə cavabdeh hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə iclasında da həqiqətən iddia müddətinin axımının hansı tarixdən başlanmalı olması ilə bağlı hər hansı inandırıcı sübutlar təqdim edilməmişdir. Şərh edilənlərə əsasən də məhkəmə hesab edir ki İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
16. Eyni zamanda müəyyən edilmişdir ki, iddianın predmeti olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi kimi istifadə edilən tikili qanunsuz olmaqla Daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alınmamış və belə olan halda həmin cavabdeh də həmin tikilinin mülkiyyətçisi deyil. Göründüyü kimi, iddiaçı, qeyd olunan tələblə bağlı həmin tikilidə yaşayan şəxsə qarşı belə bir iddia ilə müraciə t etmişdir.
17. İddiaçının torpaq sahəsi üzərində keçmiş X11 tərəfindən qanunsuz inşa edilmiş tikilinin materiallarına münasibətdə 21 aprel 2008-ci il tarixdə vəfat etmiş X11 ilə birlikdə hüquqlarının mövcud olması ehtimalını, qeyd edilən tikilinin X12 vəfatı zamanı yaşayış üçün yararsız olmasını, iddiaçının ümumiyyətlə həmin tikilidə yaşamamasını, həmin tikilidə hər hansı əmlakının olmamasını, həmin tikiliyə istifadə hüququnun olmamasını, başqa daimi yaşayış yerinin olmasını, həmin tikilinin cavabdeh tərəfindən sonradan tikilib-bərpa edilərək yaşayış evi kimi istifadə edilməsini nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qeyd edilən tikilidə istifadə və sahiblik hüququ yaranmamışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs X3 rayo nu, Kebeloba kəndində yerləşən 0,1279 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı isə hər hansı hüququ olmadan üçüncü şəxsə, əvvəllər isə cavabdehə məxsus olan torpaq sahəsi üzərində tikilmiş tikiliyə istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulmasını tələb edir. Onun həmin tikili üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Belə olan halda mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində yerləşən tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ vardır, cavabdehin isə belə bir hüququ yaranmamışdır.
19. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 mülkiyyətində olan torpaq sahəsinin üzərində qanunsuz tikili olan fərdi yaşayış evinə dair hər hansı istifadə hüququ olmadığından və mübahisə predmeti olan tikiliyə iddiaçının mülkiyyət (sahiblik, istifadə, sərəncam vermək) hüquqları mövcud olmadığından onun tikilinin inşa edilmiş torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı verdiyi fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması tələbinə dair iddiası təmin edilə bilməz.
20. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətinə məhkəmə qətnaməsi əsasında keçmişdir. Həmin mülki iş üzrə tərəf olan iddiaçı qətnaməni mübahisələndirməmişdir. Həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq s ahəsi olmaqla tikinti məqsədləri, o cümlədən yaşaış evi tikilməsi üçün ayrılmamışdır. İddiaçı ərindən miras qalan əmlaklardan vərəsə kimi pay almışdır. Mübahisə predmeti olan tikiliisə heç mərhum X10 qalmış miras kütləsinə də daxil olmamışdır, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində inşa edildiyinə (mərhum X24 tərəfindən inşa edilmiş olsaydı belə) görə də daxil ola da bilməzdi. Ona görə də apellyasiya şikayətinin miras əmlakla bağlı dəlili də əsassızdır.
21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152, 157, 180, 367, 372 və 377-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 372, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətini n dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator şikayətində qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin iddiaçının mərhum X11 ilə birgə nikahları müddətində inşa edilməsi işin mübahisəsiz halıdır. İddiaçının həmin əmlaklara əşya və gözlənilən mülkiyyət hüququ vardır. Lakin işə baxan məhkəmələr mübahisləndirilən qətnaməni qəbul etməklə iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmuşlar. Şəki Apellyasiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə mürac iət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(107)-656/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13, İ bənd Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29, İ bənd Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. Maddə 157.4 Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveri ciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(107)-656/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.