Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4074/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1008/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 19 dekabr 2024cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 17 dekabr 2020-ci il tarixli, 3M-422 saylı “beh” müqaviləsinə əsasən, beh alan: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məxsus olan ƏMDK yanında DƏDRX-nin Zaqatala Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə sözügedən ünvanda olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30.000 (otuz min) manata satılmasına razılaşıb, ondan – 13.000 (on üç min) manat pul vəsaiti beh olaraq alır. Beh verən: ünvan 3 ünvanında qeydiyyatda olan Allahverdiyeva X1 şəhəri Anar Həmidov küçəsi 58B istifadəsində olan 0.0058 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37 kv.m olan yaşayış evini 30000 (otuz min) manata almasına razılaşıb, ondan - 13000 (on üç min) manat pul vəsaiti beh olaraq verir. Beh verən nəzərdə tutulan məbləği beh alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. xx.xx.2020-ci il tarixdə beh verən beh alana 1000 (bir min) manat pulu verməyi öhdəsinə götürmüşdür. Beh verən pulun qalan hissəsini yəni -16000 (on altı min) manatını hər ay verməklə 3 (üç) il müddətinə ödəməyi öhdəsinə almışdır.
3. Müqavilə bağladığı tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 22400 manat pul ödənilib. İş üzrə qəbul edilmi ş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan mənzildən çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 6 ünvanında ümumi sahəsi 37 kv.m olan mənzil vardır. Onun həmin mənzil üzərində hüquqları 07 fevral 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX-1017691 nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın D övlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixində beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh mənzilin dəyəri olan 30.000 (otuz min) manatın 13.000 (on üç min) manat hissəsini beh şəklində ödəmiş və 2023-cü ilin dekabr ayınadək isə yerdə qalan məbləği beh şəklində ödəyərək tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. xx.xx.2020-ci il tarixindən cavabdeh və ailə üzvləri həmin mənzilə yerləşmişdir. xx.xx.2020-ci il tarixli beh müqaviləsinə əsasən, Cavabdeh yerdə qalan məbləği də 2023-cü ilin dekabr ayınadək ödəməli olmasına baxmayaraq bunu etməmişdir. O, cavabdehdən mənzili boşaltmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan imtina etmiş, nəticədə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddi açının Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, anasına məxsus evi 3 il müddətinə ayba-ay ödənilmək şərti ilə beh müqaviləsinə əsasən cavabdehə satmışlar. Bir müddət ödəniş edilmiş lakin daha sonra ödənişlər olunmamışdır. Cavabdehi bu barədə xəbərdar etmişdirlər. Beh müqaviləsi bağlandıqdan sonra 8600 manat məbləğə yaxın ödəniş almışlar. 13000 manat isə beh müqaviləsi bağlanarkən almışlar. Beləliklə ümumilikdə onlara iyirmi bir min nə qədərsə ödəniş edilmişdir, 9600 manat məbləğ isə ödənilməmişdir və artıq müqavilənin vaxtı bitmişdi r. Pulun zamanında ödənilməməsi nəticəsində onun Bakıda götürdüyü ev əlindən çıxmış və bir sıra problemləri yaranmışdır. Belə ki, ilk vaxtlar ödəniş ayba-ay edilsə də, daha sonra yubanmışdır, ümumilikdə onlara 8000 nə qədərsə ödəniş edildiyini qəbul edir. Yəni cavabdeh üç il müddətində ödənişi edib yekunlaşdırmamış, həmçinin 18 ay ərzində tərəfindən hər hansı ödəniş edilməmişdir. Eyni zamanda pərcərələrin bağlanması ilə əlaqədar bildirir ki, qonşuları evdən çox səs-küy gəldiyi həmçinin öz həyətlərinin görünməməsi üçün pəncərənin qarşısından bir metr yarımdan dəmir list çəkmişdirlər.
7. Cavabdehin vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə göstərilməmişdir ki, qar şı tərəf borcu ödəmədiyi təqdirdə evdən çıxacaqdır. İddiaçı yalnız pul tələb edə bilər. Həmçinin bildirib ki, evin bütün pəncərələri bağlanmışdır. İddianı əsasız hesab edib, təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qalıq məbləği ödəmək istəmiş, lakin gəlinin qaynanası uçotdan çıxmadığı üçün pulu verə bilməmişdir. 9600 manatı sabah belə ödəyə bilər, lakin qaynananın uçotdan çıxarılmasını istəyir. Həmçinin uşağı xəstələnmiş və o iddiaçı tərəfə bildirmişdir ki, əgər ödənişləri edə bilmirsə, verdiyi ödənişləri qaytarsınlar və o da evdən çıxsın, amma pulu 2020-ci ilin iyun ayınadək ödəmişdir. Həmin ay adək ödəniş etməsinin səbəbi isə pəncərələrin qarşısının bağlanması olmuşdur. Lakin 17-si, yəni müqavilənin bitmə tarixdə pul ilə gəlmiş, iddiaçı tərəfə bildirmişdir ki, sənədi təhvil versinlər, lakin verməmişlər.
9. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(033)-376/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən iddiaçının mülkiyyətində olan, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Tərəflər xx.xx.2020-ci il tarixdə 13000 manat pul vəsaitinin beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə daha 1000 manatın beh olaraq verilməsi, pulun qalan hissəsinin yəni 16000 manatın hər ay hissə-hissə verilib 3 il müddətinə ödənilməklə həmin evin nisyə olaraq 30000 manata cavabdehə satılması barədə 3M-422 saylı “beh müqaviləsi” adlı müqavilə bağlamışlar. Bundan sonra hər ay 300 manat ödəniş etmiş, cavabdeh 2022-ci ilin iyundan nisyə alqısatqı üzrə ödənişləri dayandırmış, evin dəyəri üzrə 9600 manat ödənilməmiş qalmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliyini icra etməməsi, nəticədə iddiaçının dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytar ılmasını tələb etmək hüququ yarandığı tam təsdiq olunduğundan, cavabdeh dəyəri ödənilməmiş fərdi yaşayış evinin qaytarılması olaraq ünvan 7 ünvanında fərdi yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 427.3, 448.1, 442, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli “Beh” Müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 7 ünvanında 0,0058 ha torpaq sahəsində yerləşən ümumu sahəsi 37 kv.m olan fərdi yaşayış evini 30000 (otuz min) manat məbləğinə satılmasına razılaşaraq-13.000 (on üç min) manat pulun beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə 1000 manat ödənilməsi, qalan 16000 (on altı) min manat pulun 3 il ərzində ödənilməsi, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən isə həmin daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əsas müqavilənin bağlanması öhdəlikləri qoyulmuşdur. xx.xx.2020-ci il tarixindən o və ailə üzvləri cavabdehin razılığı ilə həmin fərdi yaşayış evinə yerləşmişlər. Həmin evə yerləşdikdən sonra evin təmirinə təxmini 2000 (iki min) manatdan artıq xərc çəkmişdir. Bundan başqa tərəfindən xx.xx.2020-ci il tarixdə 13000 (on üç) min manat beh olmaqla, xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat, sonrakı aylarda 6400 (beş min dörd yüz) manat olmaqla cəmi 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul cavabdehə ödənilmişdir. Geri qalan 10600 (on min altı yüz) manat məbləğ isə alqı-satqı müqaviləsi bağlanacağı gün yəni 17 dekabr 2023-cü il tarixdə ödənilməli idi. Bununla bağlı olaraq tərəfindən cavabdehin ünvanına rəsmi qaydada xəbərnaməli poçt vasitəsi ilə “Xəbərdarlıq məktubu” göndərilmiş və cavabdehə mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması və həmin fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyini icra etməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə saa t 11:00-a Zaqatala şəhəri, 2 saylı notariat ofisinə gəlməsi üçün Xəbərdar edilmiş, həmçinin Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinin tələbləri izah edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Zaqatala şəhəri, 2 saylı notariat ofisinə gəlmiş, həmin fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi üçün notarial alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı Zaqatala şəhəri, 2 saylı notariat ofisinə cavabdeh tərəfindən müraciət edilmişdir. Lakin Zaqatala şəhəri, 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgərdərova tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilərək bildirilmişdir ki, cavabdehlə aralarında bağlanmış “Beh” Müqaviləsinin predmeti olan həmin fərdi yaşayış evində (ünvan 1) cavabdehin qayınanası X2 (AZE ********) qeydiyyatda olduğundan həmin şəxsin ya zılı razılığı olmadan alqı-satqı müqaviləsinin bağlanması mümkün deyildir. Cavabdeh isə öz üzərinə düşən öhdəliyini icra etməkdən yayınaraq həmin fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyini icra etməmiş və Zaqatala şəhəri, 2 saylı notariat ofisindən çıxaraq getmişdir.
14. Cavabdeh daha sonra Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 37 kv.m olan fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(107)-1008/2024 saylı qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), M.Əsədli və Ə.Kərimov) cavabdehin a pellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(033)-376/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsaslı olmadığını qeyd edir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində qeyd olunan əsaslar, xüsusən də məhkəməyə təqdim edilmiş “Xəbərdarlıq məktubu” və poçt qəbzi, mövcud işə əhəmiyyətli təsir göstərmir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, apellyasiya şikayətində cavabdeh tərəfindən iddiaçıya ödənilən 20400 manat məbləğində pulun tələb edilməsi məsələsinə dair dəlillər təqdim edilib. Lakin bu məsələ işin c ari predmetinə daxil deyildir. Məhkəmə kollegiyası evin iddiaçı tərəfindən cavabdehin adına özgəninkiləşdirilməsi ilə bağlı heç bir müqavilənin mövcud olmadığını müəyyən edib və bu səbəbdən bu ödənilən məbləğlərin qaytarılması ilə bağlı məsələnin ayrı bir icraatda müzakirə olunmasını düzgün hesab etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 390.1, 394, 491.1, 491.2, 567, 568.1, 646.1, 647-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 385.2, 402.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etməklə əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunması, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində qalıq məbləği ödəmək üçün hazır olduğunu bildirmiş, lakin iddiaçı alqı-satqı müqaviləsinin bağlanması üçün lazım olan sənədləri təqdim etməkdən imtina etmişdir. İddiaçının qaynanası həmin evdə qeydiyyatda olduğu üçün və alqı-satqı müqaviləsinin bağlanması üçün qaynanasından razılıq ərizəsi tələb olunduğu halda, iddiaçı bu ərizəni təqdim etməmişdir. Həmçinin, iddiaçı bu sənədi notariusa təqdim etm ədiyi üçün müqavilə bağlana bilməmişdir. Müqavilə bağlansaydı, 9600 manat məbləği ödəməyə hazır idi. Lakin müqavilə bağlanmadığına görə həmin ödənişi edə bilməmişdir.
21. Cavabdeh kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2 və 445.2.1-ci maddələrinə istinad etmişdir. Bu maddələrə əsasən, öhdəlik onun icrası üçün müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, borclunun icranı gecikdirməsi sayılır. Cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəfindən öhdəlik icra edilmədiyi halda, bu, borclunun icranı gecikdirməsi hesab edilməlidir. Həmçinin, Məcəllənin 445.2.2-ci maddəsinə əsasən, icra müddətinin başa çatmasından sonra, kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin yerinə yetirilməməsi borclunun icranı gecikdirməsi hesab edilir. O, iddiaçıya qarşı xəbərda rlıq edilməsinə baxmayaraq, o, hələ də müqavilənin bağlanması üçün lazım olan sənədləri təqdim etməmişdir. Bu səbəbdən, cavabdehə görə, onun öhdəliyi gecikdirilmiş və icra olunmamışdır. Bu da Mülki Məcəllənin 445-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi sayılmalıdır.
22. Cavabdeh həmçinin qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə, sübutları sadalamaqla kifayətlənmiş, lakin hər bir sübutun məzmununu şərh etməmiş, sübutlar arasında əlaqələri göstərməmişdir. Həmçinin, məhkəmə sübutların qəbul edilməsi və ya rədd edilməsinin səbəblərini aydın şəkildə izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüq uqunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29.İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əg ər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
37. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsd iq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
38. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
39. Maddə 562.2. Əgər qarşılıqlı müqavilə bağlandıqdan sonra digər tərəfin vəziyyəti xeyli pisləşərsə və bunun nəticəsində qarşılıqlı öhdəliyin icrası hüququ təhlükə altında olarsa, qarşılıqlı müqaviləyə görə öhdəliyi birinci icra etməli olan şəxs digər tərəf öhdəliyini yerinə yetirənə və ya öz öhdəliyi üçün təminat verənə qədər öhdəliyin icrasından imtina edə bilər.
40. Maddə 562.3. Əgər ləngitmə predmeti qanunsuz əl də edilmişsə, ləngitmə hüququ istisna edilir.
41. Maddə 562.4. Əgər qarşılıqlı icra olunan öhdəliklər qarşılıqlı müqavilənin predmeti deyilsə, kreditor qarantiyalar vermək yolu ilə ləngitmə hüququnun həyata keçirilməsinin qarşısını ala bilər.
42. Maddə 562.5. Kreditorun iddiası üzrə ləngitmə hüququ yalnız o zaman həyata keçirilə bilər ki, borcluya öhdəliyi ancaq kreditorun öz öhdəliyini icra etdiyi vaxt icra etmək (eyni vaxtda icra) vəzifəsi tapşırıla bilsin. Vəzifənin bu cür tapşırılması əsasında kreditor, əgər borclu icranın qəbulunu gecikdirərsə, öz öhdəliyini icra etmədən məcburi icra tələb edə bilər.
43. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzər də tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
44. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
48. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
54. Belə ki, müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli “Beh” Müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 7 ünvanında 0,005 8 ha torpaq sahəsində yerləşən ümumu sahəsi 37 kv.m. olan fərdi yaşayış evini 30.000 (otuz min) manat məbləğinə satılmasına razılaşaraq-13.000 (on üç min) manat pulun beh olaraq verilməsi, xx.xx.2020-ci il tarixdə 1.000 manat ödənilməsi, qalan 16.000 (on altı) min manat pulun 3 il ərzində ödənilməsi, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən isə həmin daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əsas müqavilənin bağlanması öhdəlikləri qoyulmuşdur.
55. Cavabdeh iddiaçının razılığı və bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən ailə üzvləri ilə həmin fərdi yaşayış evinə köçmüş, həmin vaxtdan mənzil sahiblik və istifadəyə qəbul edilmişdir.
56. Beh müqaviləsinin bağlandığı tarixdə, yəni xx.xx.2020-ci il tarixdə 13.000 (on üç) min manat olmaqla, xx.xx.2020-ci il tarix də 1.000 (bir min) manat, sonrakı aylarda 6.400 (beş min dörd yüz) manat olmaqla cəmi 20.400 (iyirmi min dörd yüz) manat məbləğində pulu cavabdeh iddiaçıya ödəmişdir.
57. Ödənilməmiş qalan 9.600 (doqquz mina altı yüz) manat məbləğ isə alqı-satqı müqaviləsi bağlanacağı gün, yəni 17 dekabr 2023-cü il tarixdə ödənilməli olmuşdur.
58. Cavabdeh göstərir ki, müəyyən olunmuş müddətin sonunda iddiaçı tərəfə təklif göndərmiş, qalan məbləğin ödəmək iradəsinin olduğunu bildirmiş və onu müqavilənin rəsmləşdirilməsi üçün notariat kontoruna dəvət etmişdir.
59. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, tərəflər həmin gün notariat kontorunda olmuş, lakin qeydiyyatda olan üçüncü şəxsin (iddiaçının qayınanası X2 (AZE ********) notariat kontorunda iştirakının təmin edilərək müqavi lənin bağlanması dair razılığın verilməsi təmin olunmadığı üçün müqavilənin rəsmləşdirilməsi iddiaçı tərəfin təqsirindən baş tutmamışdır.
60. Cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq göndərilməsi və cavabdehin qalmış məbləğin tam ödənilməsi ilə bağlı iradə bəyanının mövcudluğu işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən müəyyən olunsa da, apellyasiya instansiya məhkəməsi bu faktın işin düzgün həll edilməsi üçün əhəmiyyətinin olmadığı nəticəsinə gələrək iddiaçının mülkiyyətçi olaraq tələb irəli sürməkdə haqlı olmasını qeyd etmişdir.
61. Lakin məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi, o cümlədən daşınmaz əml akın alqı-satqısı müqaviləsi ikitərəfli müqavilə olmaqla, hər iki tərəf üçün müəyyən öhdəliklər yaradır: satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Həmin öhdəliklərin tam və ya qismən müxtəlif vaxtlarda icra olunmasının razılaşdırılması qanunla istisna olunmur (Mülki Məcəllənin 569.1, 598.1, 600.1-ci maddələri).
62. Göründüyü kimi tərəflər arasında fərdi yaşayış evinə dair gələcəkdə alqı-satqı müqaviləsi bağlanması barədə razılıq əldə olunmuş, iddiaçı tərəfindən fərdi yaşayış evi cavabdehin sahiblik və istifadəsinə verilmiş, hətta onlar aralarında olan münasibətlərini beh müqaviləsi ilə təmin etmişlər. Həmin müqavilə ilə əsas müqavilənin xx.xx.2023-cü ildə rəsmləşdirəcəklərini və həmin vaxtadək müqavilə dəy ərinin tam ödənilməsinin həyata keçiriləcəyini razılaşdırmışlar.
63. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək cavabdehin evdən çıxarılmasını tələb edir. Halbuki, həmin hal (öhdəliyin icra edilməməsi və ya digər hər hansı pozuntuya yol verilməsi) iddianın təmini üçün xüsusi əhəmiyyətə malikdir. İlk olaraq bu səbəbdən ki, məhz tərəflərin hansının öhdəliyi pozması maddi hüquq normalarının tətbiqi baxımından əhəmiyyətlidir.
64. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf müqavilərin rəsmləşdirilməsində maraqlıdır, hətta bağlanmış olduqları beh müqaviləsinin şərtlərinə görə müəyyən olunmuş müddətin sonuncu günü iddiaçını notariat kontoruna dəvət etmiş, qalan məbləğini ödənilməsinə hazır olduğunu bildirmiş, lakin iddiaçı tərəfin təqs irindən müqavilənin rəsmləşdirilməsi baş tutmamışdır.
65. Belə ki, əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Əgər qarşılıqlı müqavilə bağlandıqdan sonra digər tərəfin vəziyyəti xeyli pisləşərsə və bunun nəticəsində qarşılıqlı öhdəliyin icrası hüququ təhlükə altında olarsa, qarşılıqlı müqaviləyə görə öhdəliyi birinci icra etməli olan şəxs digər tərəf öhdəliyini yerinə yetirənə və ya öz öhdəliyi üçün təminat verənə qədər öhdəliyin icrasından imtina edə bilər. Əgər ləngitmə predmeti qanunsuz əldə edilmişsə, ləngitmə hüququ istisna edilir. Əgər qarşılıqlı icra olunan öhdəliklər qarşılıqlı müqavil ənin predmeti deyilsə, kreditor qarantiyalar vermək yolu ilə ləngitmə hüququnun həyata keçirilməsinin qarşısını ala bilər. Kreditorun iddiası üzrə ləngitmə hüququ yalnız o zaman həyata keçirilə bilər ki, borcluya öhdəliyi ancaq kreditorun öz öhdəliyini icra etdiyi vaxt icra etmək (eyni vaxtda icra) vəzifəsi tapşırıla bilsin. Vəzifənin bu cür tapşırılması əsasında kreditor, əgər borclu icranın qəbulunu gecikdirərsə, öz öhdəliyini icra etmədən məcburi icra tələb edə bilər.
66. Belə ki, nəzərə alınmalıdır ki, cavabdeh müqavilədə şərtləşdirilmiş məbləğin əhəmiyyətli hissəsini (20.400 manat) ödəmiş, onun iddiaçı qarşısında 9.600 manat icra edilməmiş öhdəliyi qalmışdır. İddiaçı isə cavabdehin təklifinə cavab verərək lazımi qaydada üzərinə götürmüş olduğu öhdəliyini icra etməkdən yayınır. Belə ol an halda cavabdeh iddiaçının ona münasibətdə mövcud olan öhdəliyini icra edənədək öhdəliyinin icrasından imtina etmək hüququna malikdir.
67. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsində qarşılıqlı olaraq öhdəliklərin hansı tarixlərdə icra edilməli olmasını, tərəflərdən hansının birinci öz öhdəliyini pozmasını araşdırmadan, cavabdehin iddiaçıya borcunun qalıq məbləğini, həmin borcun ödənilməməsinin səbəbini araşdırmadan, o cümlədən Mülki Məcəllənin 562-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etməsinə əsasların olmasını və belə əsaslar olmasa da belə, öhdəliyinin icra olunmamış hissəsinin alqı-satqı müqaviləsinin əhəmiyyətli pozuntusu olmasına hüquqi qiymət vermədən iddianı təmin etməklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarını pozmuşdur.
68. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
70. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
71. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
72. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(107)-1008/2024 nömrəli qətnaməsi ləğv e dilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.