Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4075/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli 2(103)-1518/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-3496/2018) İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cav abdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı qanuni nümayəndəsi 14 fevral 2002-ci il təvəllüdlü X3 və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 N saylı evə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin qismən təmin edilib onun qanuni nümayəndəsi olduğu 14 fevral 2002-ci il təvəllüdlü X3 mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiası təmin edilmiş və onun yuxarıda göstərilən mənzilə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı 1997-ci ildə X4 ilə faktiki nikaha daxil olmuş, həmin nikahdan Dilşad və İman adlarında iki uşaqları olmuşdur. İddiaçının faktiki əri X4 Cavabdeh1 ilə 1975-ci ildən rəsmi nikahda olmuş və həmin nikahdan Cavabdeh2 adında bir uşağı olmuşdur. İddiaçı ilə faktiki nikaha daxil olduqdan sonra N onunla N saylı mənzilində yaşamış, onun rəsmi nikahda olduğu, lakin faktiki olaraq ailə münasibətləri pozulmuş arvadı Cavabdeh1 isə qızı Cavabdeh2 ilə N küçəsi, 3-də yerləşən Nun mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar. 21 mart 2009-cu il tarixdəN vəfat etmiş, onun ölümündən sonra rəsmi nikahda olduğu arvadı Cavabdeh1 və qızı Cavabdeh2 miras qalmış evin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 dekabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 adlarına verilmiş 06 oktyabr 2011–ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh1, Cavabdeh2 və iddiaçının iki uşağı hər birinin ¼ hissədə miras əmlakdan pay hüquqları müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. 2016-cı ilin dekabr ayında İddiaçı uşaqları ilə birlikdə mübahisəli evə köçürülmə barədə məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxılana kimi yetkinlik yaşına çatdığı üçün N müstəqil tələb irəli sürən 3-cü şəxs qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək evə k öçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri üzrə işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kassasiya şikayəti verərək iddiaçıların mübahisəli evə köçürülmələrinin onların hüquqlarını pozmasını, birlikdə yaşamalarının mümkün olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi miras qoyan Nun İddiaçı ilə faktiki nikahından olan uşaqlarının cavabdehlərlə birlikdə mübahisəli evə bərabər paylarda (1/4 hissə) mülkiyyət hüquqları vardır və onların bu hüquqları işin 9-cu səhifəsində olan 07 oktyabr 2016-cı il tarixli Dövlət Reyestrindən Çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). A zərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan İman və Dilşad Məmmədovalar mübahisəli evin mülkiyyətçiləri kimi orada yaşamaq, ondan istifadə etmək və mülkiyyət hüququndan yaranan digər hüquqlara malik olduqlarından hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə kollegiyası onlara münasibətdə iddianı düzgün olaraq təmin etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4075/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4075/2019
12.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver