Məhkəmə qərarları › İş №2(102)-4077/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4077/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4077/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili X1nun, Cavabdeh1, onun və digər cavabdehlərin vəkili Vəkil X2nun iştirakı ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12472/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müə yyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Tərlan Əkbərov) 2(003)192/2018 saylı iş üzrə 27 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 15 yanvar 2015-ci il tarixli 04B8/15 saylı kredit müqaviləsinin çərçivəsində bağlanılmış 22 yanvar 2015-ci il tarixli 04B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən 30762 ABŞ dolları əsas, 12791,42 ABŞ dolları faiz, cərimə borcu üzrə 1000 ABŞ dolları, cəmi 44553,42 ABŞ dolları məbləğində borcun icra vaxtı manata olan məzənnə ilə manatla, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldiməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh2 m əxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi qətnaməsi iddia tələbinin “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 çıxarılması” barədə təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması qət edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi qalan hissədə cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsitələbinə dair iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 15 yanvar 2015-ci il tarixli 04B8/15 saylı kredit müqaviləsinin çərçivəsində bağlanılmış 22 yanvar 2015-ci il tarixli 04B8/15-1 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 22 yanvar 2018-ci il tarixədək illik 23 % ödəmək şərti ilə 35000 ABŞ dolları kredit verilmişdir. Kredit Müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzili “xxxx” KB ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin banka 30762 ABŞ dolları əsas, 12791,42 ABŞ dolları faiz, cərimə borcu üzrə 16020,24 ABŞ dolları cəmi 59573,66 ABŞ dolları borcu yaranmışdır. İpoteka müqaviləsinə əsasən əmlakın ilkin satış qiyməti 60000 manat məbləğində qiymətləndirilmişdir. Ona görə də Cavabdeh1 “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 yanvar 2015-ci il tarixli 04B8/15 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış 22 yanvar 2015-ci il tarixli 04B8/15-1 saylı əlavə kredit müqaviləsi üzrə 30762 ABŞ dolları əsas, 12791,42 ABŞ dolları faiz, cərimə borcu üzrə 16020,24 ABŞ dolları olmaqla cəmi 59573,66 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldiməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutulması, tələbin ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, Bakışəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1. Cavabdeh5 və Cavabdeh6 həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdı r. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun və digər cavabdehlərin vəkili Vəkil X2 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməd ən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında 15 yanvar 2015-ci il tarixli 04B8/15 saylı kredit müqaviləsinin çərçivəsində bağlanılmış 22 yanvar 2015-ci il tarixli 04B8/151 saylı əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 23 % ödəmək şərti ilə 35000 ABŞ dolları kredit verilmişdir.Cavabdeh2 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 04Bİ8/15 saylı ipoteka müqaviləsindən aydın olur ki, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzili “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı “xxxx” ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş 01 noyabr 2017-ci il tarixli arayışlardan görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında 15 yanvar 2015-ci il tarixli 04B8/15 saylı kredit müqaviləsinin çərçivəsində bağlanılmış 22 yanvar 2015-ci il tarixli 04B8/15-1 saylı əlavə-kredit müqaviləsinə əsasən 31 oktyabr 2017-ci il tarixə cavabdehin 30762 ABŞ dolları əsas, 12791,42 ABŞ dolları faiz, cərimə borcu üzrə 16020,24 ABŞ dolları, cəmi 5957 3,66 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsin ə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və sadalanan normalara istinad edərək iddia tələbini qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi borcun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 92/2 saylı evin 20 saylı mənzilə yönəldilm əsi, mənzilin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbini borcun ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldikdən və o satıldıqdan ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması hissədə də iddia tələbini təmin etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İş materiallarından aydın olur ki, ipoteka predmetində pasport qeydiyyatında olan şəxslər həm ipoteka müqaviləsinin bağlanmasına razılıq vermiş, həm də evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Kredit müqaviləsinin aldadılması nəticəsində bağladığı barədə cavabdehlərin dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab edərək qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən müəyyən etmişdir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Cavabdehehlərin apellyasiya şikayətində göstərdikləri, ödənişlərinin nəzərə alınmaması borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəf lərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdikləri ha llarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən həmini dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12472/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar