Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4077/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı, cavabdehlər Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 qarşı QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehlər Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1164/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 15 aprel 2021-ci il tarixli **********7 sayı il ə dövlət qeydiyyatına alınmışdır.
2. Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən X15 verilmiş S/sş043 saylı 18 iyun 2021-ci il tarixli məktuba əsasən, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 34 ünvanında, bina təhvil veriləndən bu günə kimi 367-ci mənzil üçün abune kodu açılmamış və sayğac quraşdırılmamışdır
3. Cavabdeh1 MTK tərəfindən İddiaçı Əhməd qızına verilmiş 18 iyun 2021-ci il tarixli məktuba görə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küşəsi 34 ünvanında yerləşən 367 saylı mənzilə məxsus işıq sayğacının olmama səbəbi sayğacın oğurlanmasıdır. Hal-hazırda sayğac "Azərişıq” MMC tərəfindən yenisi ilə əvəz olunmuşdur. Kod almaq üçün mənzilin çıxarışını və şəxsiyyət vəsiqənizi MTK-ya təqdim edilməlidir.
4. Bakı Reginol Qazın Satışı De partamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, ünvan 3 ünvanında qaz sayğacının quraşdırılıb-quraşdırılmaması, quraşdırılma tarixi və həmin sayğacın quraşdırılmasına dair Mənzil Tikinti Kooperativinin öhdəliyinin olub-olmaması haqqında məlumat verilməsi barədə Suraxanı Rayon Məhkəməsindən "Azəriqaz” İstehsalat Sirliyinə ünvanlanmış 2(010)-3700/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli sorğunuza daxilolma: SOCAR **********30590036x01144, xx.xx.2021-ci il tarixli) cavab olaraq bildirir ki, qeyd edilən ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac xx.xx.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binalarının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzi l Tikinti Kooperativi tərəfindən təmin edilir.
5. Suraxanı RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən ünvan 5 ünvanında yaşayan İddiaçı tərəfindən yazılmış şikayət ərizəsinin nəticəsinə dair xx.xx.2021-ci il tarixli arayışa görə xx.xx.2021-ci il tarixində icraata vətəndaş X4 yazdığı ərizə daxil olmuşdur. Ərizədə X1 RPl-nin 13-cü PB-nə müraciət edərək Cavabdeh4 ilə aralarında mənzilin alqı-satqısının olması, ondan alınmış 800 manat pula hələ də sayğacların quraşdırılmaması, müraciət etdikdə isə ailəsini narahat etməsi barədə göstərmişdir. Azərbaycan Respublikası DİN-nin 015 saylı əmrində qeyd edilirki, mülki xarakterli ərizələr araşdırma aparılmadan işə tikilir. Odur ki, Sabunçu RPl-nin 13-cü PB-nə daxil olmuş X4 şikayət ərizəsində göstərilən xüsasatlar mülki xarakterli olduğu və toplanmış mate rialda heç bir cinayət hadisəsi olmadığı müəyyən edildiyi üçün ərizə işə alınmış, ərizəsində göstərilən xüsusatlarla bağlı ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
6. Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə verdiyi izahatında X20 göstərmişdir ki, İddiaçı ərizəsi ilə razılaşmır, onun ərizsində və izahatlarında yazdığı şərtlər həqiqətə uyğu deyildir. Ərizədə qeyd olunan 800 manatın verildiyi halda sayğacın quraşdırılmaması fikri tamamilə yalandır. 800 manat qaz sayğacına görə ödənilmişdir. Mənzildə qaz sayğacı yerindədir, işıq sayğacı ilə bağlı problem isə MTK-nın səhvidir və ən qısa zamanda öz həllini tapacaqdır. Arzu xanımın ərizəsində qeyd etdiyi təhqir və narahatlıqla bağlı ittihamlarını qəbul etmir. Tərəfindən Arzu xanımın ünvanına təhqiramiz ifadələr işlətməmişdir.
7. Cavabde h1 MTK tərəfindən verilmiş Ç34 saylı xx.xx.2021-ci il tarixli məktuba görə MTK Bakı şəhəri Suraxanı rayonu, massiv D, Samir Cəfərov 34 ünvanında 2005-ci ildə tikinti fəaliyyətinə başlamışdır, həmin tikinti 2010-cu ildə yekunlaşmışdır. Həmin ildə "xxxx" ASC və "xxxx" ASC tərəfindən mənzillərərə sayğaclar quraşdırılıb vətəndaşların istifadəsinə verilmişdir. “Azəriqaz” İB tərəfindən isə 2021-ci ildə mənzillərə sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir. Mübahisəli olan 367 saylı mənzildə də həmin vaxtlarda sayğaclar quraşdırılmış və istifadəyə verilmişdir, lakin 367 saylı mənzilə "xxxx" ASC tərəfindən quraşdırılmış sayğac və kod səhvən 366 saylı qeyri əhali sayılan mənzilə verilmişdir. 366 saylı mənzil qeyri-əhali sayıldığına görə və 367-ci mənzildə 2021-ci ilədək heç bir yaşayış olm adığna görə uzun illər onlara bu barədə heç bir məlumat daxil olmamışdır.
8. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 ünvan 7 ünvanında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X9 cavabdehlər Cavabdeh1 MTK, "xxxx" ASC, ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4 qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi, ev 34, 367-ci mənzilinə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kommunal xətlərin, qaz, işıq sayğaclarının quraşdırılması və iddiaçıya dəymiş maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 367 ünvanda yerləşən sahəsi 39,9 kv metr olan Cavabdeh4 məxsus olan mənzili AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi ilə 4 saylı ASAN xidmət mərkəzində almışdır. Mənzili alarkən satıcı və “Çənlibel “ MTK rəhbərliyi tərəfindən mənzillə bağlı heç bir problemin olmadığını, bütün kommunal xəttlərin və sayğacların yerində olmasını bildirmişlər. MTK-nın nümayəndəsi Vüqar Abdullayevə yalnız mənzil sahibinin 800 manat məbləğində borcu olduğunu bildirmişdir. Satıcı ona mənzilin texniki pasportunu göstərmiş, həmin sənəddə sanitar-t exniki təchizatı istilik, su, qaz, elektrik olduğu qeyd olunmuşdur. Lakin alqı-satqıdan sonra həmin mənzil yalnız su ilə təchiz olunduğu aşkar edilmişdir. MTK-nın nümayəndəsi V.Abdullayev mənzilin satıcısından qalmış 800 manat pulu ondan almış, bu borcun sayğaclara görə olduğunu bildirmişdir. Sayğacları öz adına keçirmək üçün ASAN xidmət mərkəzinə getdikdə isə ona məlum olmuşdur ki, aldığı ünvanda heç bir kommunal sayğacların yoxdur. Həm satıcının, həm də MTK nümayəndəsinin onu aldatdığını anlamış və Sabunçu RPİ-nin 13-cü PB-nə şikayət etmiş, polisdən ona bu işin mülki xarakterli olduğunu bildirmiş, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdehlərin günahı ucbatından o, xeyli maddi ziyan çəkmişdir. Mənzilin təmiri ilə bağlı çəkəcəyi xərclər artıq bu vaxt ərzində dörd dəfə artmışd ır. Əgər həmin mənzildə kommunal xətlər mövcud olsa idı o, öz mənzilini qısa müddətdə təmir etdirib mənzilində yaşayardı. Hal-hazırda cavabdehlərin günahı ucbatından hələ də kirayədə yaşamağa məcbur qalmışdır. Bütün bu müddət ərzində, bu get-gəllərdən, cavabdehlərin ona qarşı törətdikləri ucbatından daim stres vəziyyətində, tez-tez baş ağrısına, yuxusuzluğa düçar olmuşdur. Cavabdehlər müqavilə öhdəliklərinə əməl etməkdikləri üçün indiyədək mənzil qaz və işıq sayğacları ilə təmin edilməmişdir. Cavabdehlərin hərəkətlərindən maddi və mənəvi zərər çəkmişdir.
11. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X6 izahatında iddianı qəbul etmədiyini, qəbzdə 366 və ya 367 yazıldığını bilmədiyini və həmin mənzildə yaşamadığına görə də sayğacın olmamasını bilmədiyini göstərmişdir.
13. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17 iddianı qəbul etməmiş, göstərmişdir ki, 2010-cu ildə "xxxx" MTK-nın rəhbərliyi rəsmi olaraq təmsil etdiyi təşkilata siyahı təqdim etmiş, həmin siyahıya uyğun olaraq "xxxx" ASC-nin əməkdaşları sayğacları gətirib quraşdırmışdır. Təqdim edilmiş siyahıda mənzilləri nömrələri 366, sonradan 369 göstərilmişdir. Həmin vaxt MTK özü həmin mənzillərlə əlaqədar müraciət etməmiş, aralarında müqavilə bağlanmamışdır. İddiaçı həmin mənzili əldə etdikdən sonra, yenidən "xxxx" ASC tərəfindən sayğacı köhnə mülkiyyətçi adına quraşdırılmış, lakin İddiaçı vaxtında gəlib öz adına dair “Asan Kommunal” Xi dmətində sənədləri təqdim edilmədiyindən, həmin sayğacı bir müddətdən sonra çıxarılmışdır.
14. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X27 iddianı qəbul etmədiyini, onların iddiaçı ilə heç bir müqaviləsinin olmadığını, heç bir öhdəlik daşımadığını göstərmişdir. Həmçinin qeyd etmişdir ki, 2009-cu ildən digər cavabdehin Cavabdeh1 MTK ilə heç bir problemi yaranmamış, Cavabdeh1 MTK-da 375 saylı mənzil olmuş, hamısında sayğac quraşdırılmış, siyahıda göstərilməyən 368 nömrəli mənzil də sayğacla təmin olunmuşdur. "xxxx" MTK işıq sayğaclarının quraşdırılması ilə bağlı 2010-cu ildə müraciət etmiş 366-cı sırada cavabdehin adı qeyd olunmuş, lakin texniki səhv baş vermiş, hal-hazırda abonent kodu cavabdehin adına olmuş, bütün mənzillərə sayğac çəkilmiş, 367-ci mənzildə heç kim yaşama dığı üçün sayğac quraşdırılmamış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanandan sonra bu hal məlum olmuşdur. 2021-ci ilin iyun ayında iddiaçı sayğacla təmin olunmuş, mənzil köhnə sahibinin adında qaldığı üçün abonent kodunun iddiaçının adına açılması mümkün olmamış, daha sonra sayğacın iddiaçının adına keçirmək üçün onun tərəfindən imza etməsinin lazım olduğunu bildirilmiş, iddiaçı gəlib sənədləri imzalamadığından sayğac yenidən çıxarılmışdır.
15. Bakı şəhər Suraxanı rayon məhkəməsinin (X3) 2(010)-3700/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, D massivi, ev 34, 367 saylı mənzilə dair işıq sayğacın quraşdırılmasının təmin edilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulm uş, İddia qalan hissədə təmin edilməmişdir.
16. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh4 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” Y/M, Samir Cəfərov küçəsi, ev 34, 367 saylı mənzilinə dair alqı-satqı müqaviləsini bağlamaqla, keçmiş mülkiyyətçi ilə MTK arasında müqavilə hüquq münasibətlərindən irəli gələn mülki hüquq və vəzifələr ona keçmişdir. İddiaçının cavabdehdən müqaviləsi üzrə mənzili işıq, su, qaz sayğacları ilə təmin edilməsi ilə bağlı tələbləri də məhz qanunvericilik tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir.
17. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixində Samir Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 367 saylı ünvanda yerləşən sahəsi 39,9 kvm olan Cavabdeh4 məxsus olan mənzili AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi ilə almışdır. Mənzili alarkən həm satıcı, həmçinin də Cavabdeh1 MTK rəhbərliyi tərəfindən heç bir problemin olmadığını, bütün kommunal xəttlərin və sayğacların yerində olmasını bildirilmişdir. Lakin müəyyən müddətdən sonra iddiaçı müəyyən etmişdir ki, işıq sayğacı mənzilə quraşdırılmamışdır. Məhkəmə iclasında tərəflərin izahatlarına əsasən müəyyən edilmiş və artıq işin mübahisəsiz hallarına çevrilmişdir ki, 2010-cu ildə Cavabdeh1 MTKnın rəhbərliyi rəsmi olaraq "xxxx" ASC-nə işıq sayğacı quraşdırılmalı olan mübahisəli Samir Cəfərov küçəsi, D massivi, 34 saylı evin mənzillərin siyahısı təqdim etmiş, həmin binada 375 mənzil olduğuna baxmayaraq, təqdim edilmiş siyahıda mənzillərin nömrələri 366 sayda sonra is ə 369 sayda göstərilmişdir. 366-cı sırada cavabdehin adı qeyd olunsa da, texniki səhv baş vermiş, 367 saylı mənzildə heç kim yaşamadığı üçün sayğac quraşdırılmamış, sonradan da Cavabdeh1 MTK tərəfindən bununla əlaqədar müraciət edilməmişdir. Daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanandan sonra məlum olmuşdur ki, sayğac quraşdırılmamışdır. 2021-ci ilin iyun ayında iddiaçı sayğacla təmin olunmuş, mənzil köhnə sahibinin adında qaldığı üçün abonent kodunun iddiaçının adına açılması mümkün olmamış, Cavabdeh1 MTK-ın rəhbərliyi daha sonra sayğacın iddiaçının adına keçirtmək üçün iddiaçının şəxsiyyət vəsiqəsini və çıxarışını gətirilməsini bildirsə də, lakin öz vəzifəsini lazımi qaydada yetirməmiş, iddiaçıya yeni abonent kodu açılması və işıq sayğacının onun adına quraşdırılması ü çün sənədləri təqdim edilməsi barədə rəsmi qaydada müraciət etməmiş, iddiaçı həmin sənədlərin təqdim edilməsi üçün və işıq sayğacının quraşdırılması və abonent kodunun verilməsi üçün nəzərdə tutulmuş müddəti pozmuş, nəticə etibarı ilə Cavabdeh1 MTK mülkiyyətçi qarşısında mənzili işıq sayğacı ilə təmin edilməsinə dair vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir.
18. İddianın su və qaz sayğacları quraşdırılması vəzifələrinin icra edilməməsinə dair hissədə olan tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd edilən ünvanda **********03670 nömrəli abonent kodu üzrə G-4 markali **********8 nömrəli qaz sayğacı qeydiyyatdadır, sayğac xx.xx.2021-ci il tarixində quraşdırılmışdır. Abonent kodu İddiaçı adınadır. MTK binala rının qazlaşması müvafiq texniki-iqtisadi sənədlər əsasında Mənzil Tikinti Kooperativi tərəfindən təmin edilir. Bundan əlavə İddiaçı - ünvan 8 ünvanında yerləşən 367 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2021-ci il tarixində vətəndaşla müqavilə bağlanaraq **********670 saylı abonent kodu açılmışdır. Qeyd olunan tarixdən su xətti üzərinə 14125473 nömrəli, SSS-15 markalı mexaniki tipli su sayğacı quraşdırılmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sözügedən mənzilin hesabında yaranmış borc 5 manat təşkil edir. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissədir. Bununla əlaqədar məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia təmin edilməməlidir.
19. Bundan əlavə iddianın ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan Cavabdeh4 ünvan 9 ünvanına dair həmin dövlət orqanı tərəfindən verilmiş texniki pasportunun saxta olmasına, yalnış məlumatlardan ibarət olması barədə hissəyə dair tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı X12 Cavabdeh4 adına qeyd olunan ünvana verilmiş çıxarışının əsası olan texniki pasportun hər hansı şəkildə mübahisələndirilməsinə dair subyektiv hüquqa malik deyildir.
20. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisə ilə bağlı məhkəmə iclaslarında iddiaçı mənzilin istifadə edə bilməməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın ödənilməsini iddia etsə də, məhkəmə araşdırılması zamanı həm İddiaçı etibarnamə üzrə nümayəndəsi X7, həmçin in də Cavabdeh1 MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili X21 izahatlarında müəyyən edilmişdir ki, artıq 05 may 2021-ci il tarixdə telefon vasitəsilə Cavabdeh1 MTK tərəfindən İddiaçı tez bir zamanda yeni işıq sayğacın quraşdırılması barədə müraciət edilmiş və işıq sayğacının iddiaçının adına quraşdırılması barədə sənədləri təqdim edilməsi təklif olunsa da, iddiaçı razılaşmamış və artıq həmin məsələnin məhkəmə qaydasında həll ediləcəyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarında mübahisə predmeti olan mənzilin təmirsiz mənzilin olmasına baxmayaraq dərhal köçüb yaşaması imkanı olacağı və işıq saygacının quraşdırılmaması ilə əlaqədar həmin imkandan məhrum olunduğunu və bununla da kirayə yaşamaqla ona maddi ziyan vurulduğunu, hər hansı mənzildə kirayə qalması barədə kirayə müqaviləsinin v ə müəyyən kirayə haqqının ödənilməsinə, ümumiyyətlə həmin yaşayış sahəsindən sırf cavabdehin qərəzli hərəkətlərinə görə istifadə etməməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən işıq sayğacı quraşdırılmadığı vaxt ərzində həmin mənzildən istifadə etmədiyi ayları üçün tələb olunan əldən çıxmış faydanın və yaxud maddi zərərin həqiqətən movcud olduğu barədə və yaxud əldən çıxmış faydanın itirilməsi və yaxud maddi zərərin vurulması sırf Cavabdeh1 MTK tərəfindən hər hansı qərəzli hərəkətlərinin nəticəsində törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh1 MTK tərəfindən iddiaçıya məlumat verilmiş, işıq sayğacın quraşdırılması barədə niyyəti bildirsə də, üzərinə düşən vəzifəni yetərincə icra etməmişdir.
21. Məhkəmə prosesi zamanı iddiaçı tərəfind ən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, əsaslı olmadığından bu hissədə iddia təmin edilməməlidir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 427.3, 442, 445.2 və 448-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı şəhər Suraxanı rayon məhkəməsinin (X3) 2(010)-3700/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətində iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin çəkişmə prinsipinin tələblərini pozmaqla və işdə olan sübutların düzgün tətqiq olunmaması arqumentini irəli sürmüşdür.
24. Məhkəmə iclasında id diaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X32 Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X14) 2(103)-1164/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, həm İddiaçı etibarnamə üzrə nümayəndəsi X7, həmçinin də Cavabdeh1 MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarında müəyyən edilmişdir ki, artıq 05 may 2021-ci il tarixdə telefon vasitəsilə Cavabdeh1 MTK tərəfindən İddiaçı tez bir zamanda yeni işıq sayğ acın quraşdırılması barədə müraciət edilmiş və işıq sayğacının iddiaçının adına quraşdırılması barədə sənədləri təqdim edilməsi təklif olunsa da, iddiaçı razılaşmamış və artıq həmin məsələnin məhkəmə qaydasında həll ediləcəyini bildirmişdir.
28. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı məhkəmə iclaslarında mübahisə predmeti olan mənzilin təmirsiz mənzilin olmasına baxmayaraq dərhal köçüb yaşaması imkanı olacağı və işıq saygacının quraşdırılmaması ilə əlaqədar həmin imkandan məhrum olunduğunu və bununla da kirayə yaşamaqla ona maddi ziyan vurulduğunu, hər hansı mənzildə kirayə qalması barədə kirayə müqaviləsinin və müəyyən kirayə haqqının ödənilməsinə, ümumiyyətlə həmin yaşayış sahəsindən sırf cavabdehin qərəzli hərəkətlərinə görə istifadə etməməsinə dair mötəbər sübut təqdim edə bilməmi şdir. Nəticədə iddiaçı tərəfindən işıq sayğacı quraşdırılmadığı vaxt ərzində həmin mənzildən istifadə etmədiyi ayları üçün tələb olunan əldən çıxmış faydanın və yaxud maddi zərərin həqiqətən movcud olduğu barədə və yaxud əldən çıxmış faydanın itirilməsi və yaxud maddi zərərin vurulması və cavabdehlər tərəfindən hər hansı qərəzli hərəkətlərinin nəticəsində törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır.
29. Məhkəmə kollegiyası maddi və mənəvi ziyan tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir.
30. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnam ənin ləğvi üçün əsas deyildir.
31. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2, Mülki Prosessual Məcəllənin 77.1 və 88ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleqiyasının 2(103)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Birinci və Apelyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılmış sübut məcmusu ilə müəyyən edilən hallardan görünuür ki, iddiaçı X5 məxsus işiq sayğacı ilə bağlı ortaya çıxan problemləri nəzərə almadan, qanunvericiliyin tələblərini pozaraq iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddiasını əsassız hesab etmişdir.
34. Kassator qeyd etmişdir ki, Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, lakin məhkəmə tərəfindən bu prinsiplər pozulmuşdur. Birinci instansiya məhkəməsində bütün hüquqi məsələlər (ekspertizaların keçirilməsi) həll olunmamışdur. Apellyasiya Məhkəməsi bütün bunlara hüquqi qiymət verməmişdir. Mülki işə baxarkən, məhkəmə hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düz gün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul edilmişdir.
35. Kassator bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnamədə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslandırmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, ma llarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
1. Məhkəmə kollegiyası hes ab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırlımaqla tərəflərin təqdim etdiləri sübutlara əsasən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirilməsinə zərurət görmür.
2. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
3. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
4. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1164/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.