Məhkəmə qərarları › İş №2(102)-4078/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4078/2021

30.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4078/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma səbəbindən ödənilməmiş əmək haqqının verilməsi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irxxxgələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 xxxoğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)2282/2021 nömrxxxqətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC-nin baş direktoru xxx tərəfindən qəbul edilmiş 09 iyul 2020-ci il tarixli, 40-ş/h nömrxxxəmri ilə MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin əməkdaşları – İddiaçı və digər 3 əməkdaşının əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvləri və hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri və bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi ilə təsbit edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallara yol verdikləri müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq İddiaçı sərnişin daşımaları X5 sərnişin daşımalarında cəlbetmə bölməsinin rəisi vəzifəsindən azad edilməklə əmək müqaviləsinə 09 iyul 2020-ci il tarixdən xitam verilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 09 iyul 2020-ci il tarixli, 5 nömrxxxiclas Protokolu ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin bölmə rəisi İddiaçı ilə və 3 nəfər digər əməkdaşla bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Müəyyən olunmuşdur ki, X6 "xxxx" MMC-nin direktoru xxxyə 08 iyul 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, 25 iyun 2020-ci il tarixdə saat 07.30 radələrində istifadəsində olan “Mercedes Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsi ilə “Qara Qarayev”dən “Neftçilər” metrosu istiqamətində hərəkətdə olarkən DAHX-nın əməkdaşları tərəfindən saxlanılmasını, 5-6 əməkdaşın onu zorla maşından çıxartmalarını, həmin şəxslərdən xxxin onun maşınından açarları zorla alaraq çıxarmasını, xxxın onu xidməti avtomobilə əyləşdirərək başqa istiqamətə sürməsini, xxx adlı əməkdaşın ona avtomobili xxx göstərişi ilə apardıqlarını bildirdiyini, saat 08:30 radələrində Cəmiyyətin inzibatı binasına yaxınlaşdığını, bu zaman xxx işə gəldiyini görüb ona yaxınlaşdığını və avtomobilin qaytarılmasını tələb etdiyini, xxx cavabında avtomaşının həqiqətən onun göstərişi ilə aparıldığını bildirdiyini və ünvanına nalayiq ifadələr işlətdiyini, iki dəfə fiziki güc tətbiq etmək istəməsini, Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, yaşadığı evin açarlarının da avtomobilin içərisində olduğundan saat 16:00 radələrində yenidən Cəmiyyətə qayıtdığını və Anar adlı şəxsin maşının qaytarılması barədə göstəriş verdiyini, saat 18:00 radələrində maşınını dayanacaqdan götürdüyünü bildirməkdə, ona qarşı qanunsuz hərəkətlər etdiklərinə görə xxx, xxx və xxxbarəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Həmin ərizənin araşdırılması ilə bağlı "xxxx" MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin rəisi X8, rəis müavini X11, X3 izahatları alınmışdır. "xxxx" MMC-nin STDŞ-nin müdiri Anar Məmmədov, müdir müavini Mais Usubovun və FXFNRŞ-nin böyük mütəxəssisi xxxun tərtib etdikləri və imzaladıqları 09 iyul 202 0-ci il tarixli akta əsasən vətəndaş xxxnin Cəmiyyətə ünvanladığı şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq Cəmiyyətlə onlar arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsindən razılıq alınması məqsədi ilə saat 14:00 da keçiriləcək iclasda iştirak etmələri məqsədi ilə Anar Məmmədovun istifadəsində olan mobil nömrə vasitəsilə İddiaçı və digər əməkdaşlara zəng vurulmuş və Cəmiyyətə dəvət olunmuşlar. Telefon danışığı zamanı əməkdaşlar bildirmişlər ki, araşdırılma onların barəsində obyektiv aparılmadığından iştirak etməyəcəklər. Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrxxxBirləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə əsasən İddiaçı 08 iyul 2020-ci il tarixdən 09 avqust 2020-ci il tarixədək sol diz oynağının gərilməsi hemartrozu diaqnozu ilə ambulator müalicədə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli, 40ş/h saylı əmrin ləğv edilməsi və onun həmin Cəmiyyətin Sərnişin Daşımalarının X5 və qeyri-müntəzəm X2 Bölməsinin rəisi vəzifəsinə işə bərpa edilməsi, əmrin verildiyi 09 iyul 2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər aylıq 450 manat hesablanmaqla cavabdehdən işburaxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 6000 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 11 iyun 2018-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X7 Xidməti "xxxx" MMC-də X1 Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X2 Bölməsinin baş mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 27 yanvar 2020-ci il tarixdə həmin bölmənin rəisi vəzifəsinə keçirilmişdir. Əmək fəaliyyəti dövründə hər-hansı intizam tənbeh almamış, əmək kitabçasından da təşəkkürnamə də verilmişdir. 09 iyul 2020-ci il tarixdə isə 40 ş/h saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, 07 iyul 2020-ci il tarixdə iddiaçı cavabdeh cəmiyyətə çağırılaraq “yuxarıdan” tapşırıq gəldiyi və öz ərizəsi ilə işdən ç ıxması tələb olunmuşdur. İddiaçı isə bundan imtina etmiş, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən işdəki gərginlik səbəbindən 08 iyul 2020-ci il tarixdə qeydiyyatda olduğu xəstəxanaya müraciət edərək müalicə almağa başlamış, bu barədə iş yerinə telefonla məlumat vermişdir. Bir neçə gün sonra iş yoldaşları vasitəsilə öyrənmişdir ki, 09 iyul 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onunla olan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(001)4362/2020 nömrxxxqətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında əmək münasibətləri olmuş, X4 şikayəti əsasında araşdırılma başlanmış və müəyyən edilmişdir ki, həmin şəxsin avtomobili "xxxx" MMC-nin əməkdaşları tərəfindən 25 iyun 2020-ci il tarixdə saxlanılaraq qeyri-qanuni olaraq "xxxx" MMC-nin qarajına yerləşdirilmişdir. E.İsmayılzadənin ərizəsi əsasında cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətlər çərçivəsində araşdırma aparılaraq yazılı izahatlar alınmış və nəticədə hazırda mübahisələndirilən əmr verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hərəkətlərində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı baş verdiyindən 09 iyul 2020-ci il tarixli 40 ş/h sayı əmrin qanunsuz hesab edilməsi əsaslı deyil. İşin müəyyən edilən hallarına görə idd iaçı barəsində aparılmış xidməti araşdırmadan yayınmış, işəgötürənin çağırışlarına cavab verməmiş, aparılan araşdırmaya heç bir rəsmi münasibət bildirməmişdir. İddiaçının 08 iyul 2020-ci il tarixdə əmək qabiliyyətinin olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhz barəsində araşdırma aparılan ərəfədə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyini bildirsə də, bununla bağlı işəgötürənə nə yazılı nə şifahi məlumat verməsi iş üzrə müəyyən edilmir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin, 2(001)-4362/2020 nömrxxxləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)-2282/2021 nömrxxxqətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və X.Ə.Sarıyevdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(001)-4362/2020 nömrxxxqətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilməklə, "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli, 40ş/h saylı əmrin İddiaçı aid hissəsi ləğv edilməsi, onun həmin Cəmiyyətin Sərnişin Daşımalarının X5 və qeyrimüntəzəm X2 Bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 72-ci maddəsinin “e” bəndinə, 79cu maddəsinə, 186-cı maddəsinin 2-ci və 3-cü hissələrinə, 187-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 72-ci maddənin “e” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntu larına yol verdiyi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun (kobud səhvin, hüquq pozuntusunun) nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə mütləq ciddi xələl gətirməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntusuna yol verməsinə və bunun nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə, yaxud da hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş xxxnin izahatında göstərilən halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi kimi qiymətləndirilə bilməz. İddiaçının konkret olaraq hüquq pozuntusuna yol verməsi də cavabdeh müəssisənin, yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi və hüquq pozuntusu törətməsi ümumiyyətlə təsdiq olunmadığı halda, cavabdeh müəssisənin qanuni mənafeyinə də ciddi xələl gəlməsindən söhbət gedə bilməz. Üçüncüsü, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərdən birbaşa ən ağırının verilməsi üçün də əsaslar olmalı, yaxud da ilk dəfə intizam pozuntusu törədilməsi təsdiq olunsa belə, ən ağır intizam tənbehin verilməsi əsaslan dırılmalı idi. Əksinə iddiaçının gətirdiyi dəlillər daha mötəbər olmuşdur. Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsi 15 nömrxxxBirləşmiş Şəhər Xəstəxanasının tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə və arayışa əsasən İddiaçı 08 iyul 2020-ci il tarixdən 07 avqust 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. Həmin xəstəlik vərəqəsinin həqiqətən 15 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilməsi, xəstəlik vərəqəsinin düzgün olduğu imza və möhür ilə təsdiq edildiyi qeyd edilmişdir. Yalnız bu əsas kifayət edirdi ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsin. Çünki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tu tulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbinin “əmrin verildiyi 09 iyul 2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər... cavabdehdən işburaxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi” hissəsi əsaslı olsa da, həmin hissə “aylıq 450 manat hesablanmaqla” təmin edilə bilməz. Belə ki, iddiaçının aylıq əmək haqqının 450 manat olmasına dair işdə mötəbər sübut yoxdur. Həmçinin qətnamə icra olunarkən işburaxma müddəti üçün mövcud olan əmək haqqı tutulacaqdır. Bu zaman əmək haqqının məbləğinin fərqli olması mümkündür. Nəhayət apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 6000 manatın ödənilməsi” hissəsi üzrə iddiaçı tərəfindən məhk əməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)-2282/2021 nömrxxxqətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunmuş hissədə rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi v ətəndaş xxxnin şikayəti əsasında aparılmış araşdırma ilə müəyyən olunmuş halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 xxxoğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz etmiş və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kim i qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irxxxgələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmamış hissəsində mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunan hissədə ləğv e dilməsini xahiş etmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş ə sasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 3-cü hissəsinin birinci cümləsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmxxxhüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab e dir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisxxxhüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları üzrə əraflı və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. Belə ki, mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən iddiaçının ambulator müalicədə olması nəzərə alınmamış və bununla da, Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsi pozulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, əmək qanunvericiliyində xəstəliklə əlaqədar işə çıxmayan işçinin bu barədə işəgötürəni qabaqcadan rəsmi qaydada məlumatlandırmalı olmasına dair tələb yoxdur. Əksinə Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsi ilə işçinin işdə olmadığı gün intizam məsuliyyətinə cəlb edilməsinə bilavasitə qadağan edilmişdir. Odur ki, həmin halın mövcudluğu İddiaçı vətəndaş xxxyə münasibətdə qanuna-zidd hərəkətlərə yol verib-verməməsi məsələsinin araşdırılması zərurətini aradan qaldırır və cavabdehin kassasiya şikayətinin bununla bağlı dəlillərini əhəmiyyətsiz edir. Bu səbəbdən, məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilmxxxolan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i ta rixli, 2(103)-2282/2021 nömrxxxqətnaməsi mübahisələndirilən, yəni İddiaçı iddiasının təmin olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar