Məhkəmə qərarları › İş №2(102)-4078/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4078/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4078/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı ilk iddiası barədə və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə mülki iş üzrə QƏRARİ İş № 2(102)-4078/22 (Açar sözlər: öhdəliyin icra edilməsi, sübutetmə yükü) Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi cəl b edilməklə) “pul və mənzil” tələbinə dair ilk, Cavabdeh MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2430/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur, məcburi köçkündür.

2. İddiaçının məcburi köçkün kimi məskunlaşdığı Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllə, ev 89, mənzil 10-un yerləşdiyi binanın Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı torpaq sahəsi CavabdehMMC-yə icarə əsasında istifadəyə verilmişdir.

3. CavabdehMMC ilə iddiaçı arasında “Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə” xx.xx.2016-cı il tarixli notariat qaydasında bağlanmış müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Şirkət Nizami rayonu İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin edir. Məcburi köçkünün mənzildən köçürüldüyü gün bu barədə tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab olunur.

4. Həmin Müqavilənin 7-ci bəndinə əsasən tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra - ilk iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh ) qarşı pul və mənzil tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış müqavi lənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzillə təmin edilməsi və 2021-ci ilin yanvar ayından dayandırılmış 300 manat aylıq kompensasiyanın mənzillə təmin olunana kimi cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri qəsdən pozulmuşdur. Sökülən binanın yerindəki tikilən bina hazır olsa da, iddiaçı hələ də mənzillə təmin olunmamışdır. Həmçinin artıq 3 aydır ki, nəzərdə tutulan 300 manat kompensasiya ödənilmir. İddiaçı tərəfindən bir neçə dəfə müraciət edilməsinə baxmayaraq şirkət öz öhd əliyini icra etməkdən yayınmışdır.

7. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanan 24 iyun 2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri” barədə müqavilənin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öz öhdəliyini lazımı qaydada yerinə yetirmişdir. Lakin hazırda iddiaçı məcburi köçkün olduğu üçün ona dövlət tərəfindən mənzillər təklif edilmiş, buna baxmayaraq iddiaçı dövlət tərəfindən təklif edilən mənzildən imtina etmişdir. Başqa şəxsin mənzilinə iddia irəli sürmüşdür, bu da yolverilməzdir. Belə ki, Qaçqın və X1 üzrə Dövlət Komitəsi iddiaçıya bir neçə yerdən mənzil təklif etsə də, o, bu təklifi qəbul etməmişdir.

9. İddiaçı qarşılıqlı iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Qaçqın və X1 üzrə Dövlət Komitəsi tərəfindən ona mənzil təklif edilməyib. Qaçqın və X1 üzrə Dövlət Komitəsi bu müqavilə üzrə tərəf deyil və həmin qurumun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Qaçqın və X1 üzrə Dövlət Komitəsi İddiaçı qarşısında heç bir öhdəlik götürməyib, bu öhdəlik “İNTEKS" MMC tərəfindən götürülüb. Həmin binadan köçürülən məcburi köçkünlərin bir neçəsi yeni inşa edilən binada mənzillə təmin olunub.

10. Məhkəmə tərəfindən işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya Qobu və Mehdiabad rayo nlarında Komitə tərəfindən mənzil təklif olunub, iddiaçı isə bu təklifdən imtina etmişdir. Komitə tərəflər arasında sözügedən müqavilənin bağlanılmasında iştirak etməmiş və bu müqavilə üzrə heç bir öhdəlik daşımır. İddiaçı təklifi qəbul etmədiyi üçün təklif edilən mənzil artıq ehtiyacı olan başqa ailəyə verilmişdir. İlk iddiaçının mənzillə təmin edilməsi üçün Komitənin balansında müvafiq mənzil mövcud deyil. Çünki məcburi köçkünlərin mənzillə təmin edilməsi işğaldan azad edilmiş ərazilərdə davam etdiriləcək.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2954/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) ilk iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəl lədə inşa edilən binadan 2 otaqlı yeni təmirli mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması, cavabdeh tərəfindən iddiaçının istifadəsinə mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsi cavabdehə həvalə edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddiaçı ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən binada yerləşən iki otaqdan ibarət mənzildə yaşamışlar. Qeyd olunan 2 otaqlı mənzilin sökülməsinə dair notarial qaydada müqavilə bağlanmış və onun tərəfindən hər iki otaq MMC-nə təhvil verilmiş, MMC isə öz növbəsində ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinlərə müvəqqəti olaraq, yəni sakinlər mənzildən köçürüldüyü andan etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsi və tikiləcək yeni binada sakinin yaşadığı 2 otaqlı mənzilin yerinə 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzillə əvəzləşdirməsini təmin etməsini öhdəsinə götürmüşdür.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğundan və iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik icra edildiyindən, cavabdehin üzərinə götürdüyü öhdəliyin icra etməməsini haqlı hesab etmək olmaz.

14. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Belə ki, müqavilənin ləğv edilməsi üçün aş ağıdakı şərtlərin mövcudluğu tələb olunur: müqavilə bağlanarkən tərəflər şəraitin bu dərəcədə dəyişəcəyini nəzərdə tutmamışlar, şəraitin dəyişməsini doğuran səbəbi maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb olunan qayğı və ehtiyatla aradan qaldıra bilməz, müqavilə şərtlərini dəyişdirmədən onun icrası tərəflərin əmlak mənafeləri nisbətini pozaraq maraqlı tərəfə vurulan zərərlə, onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəb olar. Məhkəmə tərəfindən bu hallar müəyyən edildikdə müqavilə ləğv edilə bilər.

15. İşin hallarından göründüyü kimi, cavabdeh şirkət iddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən mənzil təklif olunduğuna görə öz öhdəliyinin icra edilməməsi ilə əlaqələ ndirir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən, cavabdeh MMC üzərinə düşdüyü öhdəlikləri icra etməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 389.2, 389.3, 389.4, 421.1, 421.2, 422.1, 422.2, 422.2.1, 422.2.2, 424.1, 424.2, 424.3, 424.5, 430.1, 430.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 217.4, 421.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət qarşılıqlı iddianın də lillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı ona təklif edilən mənzillərdən özü imtina edib. Digər tərəfdən, Qaçqın və X1 üzrə Dövlət Komitəsi iddiaçını mənzillə təmin etməkdən imtina etmir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2430/22 nömrəli iş üzrə 6 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə əsasən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddiaçını mənzillə təmin etmək istəsə də, iddiaçı ona təklif edilən mənzillərdən imtina etməsi ilə bağlı dəlili əsassız saymış və qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi həmin müqavilənin bağlanmasında iştirak etməmiş və müqavilə tərəfi olmamışdır.

23. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə öhdəliklərinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə hər hansı aidiyyəti yoxdur. Həm də müqavilədə mənzilin mülkiyyətə deyil, istifadəyə verilməsi barədə öhdəlik nəzərdə tutulmuşdur və məhkəmə də bu istiqamətdə qərar qəbul etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh ilkin iddiaya qarşı etirazını və eləcə də qarşılıqlı iddianı əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir.

25. Məhkəmə gəldiyi nəticəni MPM-nin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İlk iddia üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın hüququ əsası mülki iddia icraatı qaydasında müqavilənin ləğv edilməsidir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tələbinə dair iddialar üzrə həmin müqavilənin ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə qarşılıqlı id diaçı bu halları sübut edə bilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və həmin qətnaməni dəyişdirilmədən qüvvədə saxlamışdır. Birinci instansiya məhkəməsinin arqumentinin tamamilə əsassız, heç bir hüquqi və faktiki əsası olmadığı qeyd edilmişdir. Məhz 3-cü şəxsin bildirdiyi və rəsmi şəkildə MMC-yə verdiyi sənəddə də ilk iddiaçıya mənzil verilməsi üçün tutarlı təklif olmuş, lakin o özü bundan imtina etmiş və başqasının mülkiyyət hüququnu pozmuşdur. Lakin 1-ci instansiya məhkəməsi özü də iddiaçı MMCnin təqdim etdiyi və əsaslandığı sübutlara istinad edərək haqlı olduqlarını gördüyü halda, qətnamənin nəticə hissəsində qarşılıqlı iddia üzrə cavabdehin mənafeyini üstün tutaraq, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia t ələbinin isə təmin edilməməsini qət etmişdir. İşdə isə qarşılıqlı iddiaçının tələbi müqavilənin ləğv edilməsidir ki, öz əmlakından məhrum olmasın. Qarşılıqlı iddiaçı məhkəmə iclasında 3-cü şəxsin iştirakına şərait yaradılması üçün məhkəmə iclasının təxirə salınması barədə verdiyi vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. İş üzrə müqavilənin ləğvinə birbaşa əsas olan 3-cü şəxsin izahatı alınmadan iclas keçirilmiş və qətnamə qəbul edilmişdir. Həmçinin göstərilmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilmişdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məcburi köçkünə dövlət tərəfind ən mənzil verilənədək onu mənzil kirayə haqqı ilə təmin etmək olmuşdur. Lakin iddiaçı dövlət tərəfindən ona təklif olunan mənzillərdən özü imtina etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi hal-hazırda da İddiaçı mənzillə təmin edilməsindən imtina etmir.

28. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 422, Azərbaycan Respublikası MPM-nin 47, 218.3, 380, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri ş əraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

34. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər.

35. Maddə 422.2.1. Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər.

36. Maddə 422.2.2. Şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.

37. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.

38. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

39. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

52. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

53. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosess ual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103) -2430/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar