Məhkəmə qərarları › İş №2(102)-4079/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4079/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4079/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X, X və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili X14, Cavabdeh3 vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh3 oğlu bacı-qardaşdırlar. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi 63-də yerləşən ev ataları X20 məxsus olmuş, onun adına 10 oktyabr 1987-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. 16 iyul 1988-ci ildə ataları vəfat etmiş, miras əmlak olan ev daşınmaz əmlakın dövlət reyestrində anaları X2 adına qeydə alınmışdır. 28 yanvar 2001-ci ildə Zeynəbxanım Məmmədova ölmüşdür. 2. 03.06.2009-cu il tarixdə İsgəndərova (Səfərova) Solmaz Həmzə qızı, 03.06.2009-cu il tarixdə X22, 16.06.2009-cu il tarixdə X15 öz miras paylarından İsgəndərov Əli-İsgəndər Həmzə oğlunun xeyrinə imtina etmişlər.

3. Bakı şəhəri 39 saylı DNK tərəfindən verilmiş 08 iyun 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»si ilə 16 iyul 1988-ci il tarix də vəfat etmiş X16 vərəsəsi Cavabdeh3 miras əmlak olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evindən tam irs almalıdır.

4. Həmin ev 30.06.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydə alınmışdır. 5. 15.02.2011-ci il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evi qızı Zeynəb İsgəndərova bağışlamışdır. Bundan sonra - 26.03.2011-ci ildə ev daşınmaz əmlakın dövlət reyestrində X4 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ataları X11 miras qalmış ünvan 2 nömrə li mülkə qardaşı Cavabdeh3 adına verilmiş çıxarışın və texniki pasportun (qeydiyyata alınmış - ********** qeydiyyat №-li, **********89 - 10301 reyestr nömrəli) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, X də yerləşən ev ataları X20 məxsus olmuş, adına 10 oktyabr 1987-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. 16 iyul 1988-ci ildə ataları vəfat etmiş, sonra miras əmlak anaları X2 istifadəsində olmuş və onlar 7 uşaq həmin mülkdən istifadə etmişlər. 27 yanvar 2001-ci ildə anaları rəhmətə getdikdən sonra əmlakdan o, qardaşı Ramiz İsgəndərov, Rafiq İsgəndərov, Əlihüseyn İsgəndərov və övladları istifadə etmişdir. Onlar evdən bağ evi kimi istifadə etmiş, hər yay 3 ay orada istirahət etmişlər. Qardaşı Cavabdeh3 oğlu evə 2003-cü ildə köçm üşdür. O, 18 il 7 ay həbsdə yatmış, sonra oraya yerləşmişdir. Orada qeydiyyatsız yaşamışdır. Artıq həmin ünvanda yaşamır. 3 nəfər, bacısı İsgəndərova (Səfərova) Solmaz Həmzə qızı 1945-ci il, qardaşları X22 1953- cü il, X15 1955-ci il öz miras paylarından Cavabdeh3 xeyrinə imtina etmişlər. Bu barədə notariat qaydada təsdiq edilmiş ərizə də vermişlər. O vaxtlar, yəni 2010-cu ildə evin qardaşının adına keçirildiyindən nə o, nə qardaşı X23 (1947-ci il), nə də kiçik X36 Hüseyn Həmzə (1958-ci il) oğlunun xəbərləri olmamışdır. Onlar bu barədə 2015-ci ilin iyun ayında xəbər tutmuşlar. Evi adına keçirib və sonra qızı X6 bağışlamışdır. Onun adına çıxarış da almışdır. Evin bütün sənədləri, açarları da qızı X6 verilmişdir. O, Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2010-cu il qətnaməsinin surətini 19.06. 2015- ci ildə ərizə yazaraq almışdır. 06.07.2015-ci ildə Sabunçu Rayon Məhkəməsinə müddətin bərpası üçün ərizə vermiş, ərizə ilə birlikdə apellyasiya şikayətini də təqdim etmişdir. Apellyasiya şikayətinə 21 sentyabr 2015-ci ildə baxılmış, Cavabdeh3 tərəfindən verilmiş ataları X27 tərəfindən miras qalmış mülkə, verilən ərizə buraxılmış vərəsəlik müddətinin bərpa edilməsi, mirasın qəbulu, miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onun iddiası təmin edilmişdir. 07.11.2017-ci ildə yenidən Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxılmış və iddiası təmin edilmişdir. X3 adına olan çıxarış və texniki pasport 2(008)-868/2018 saylı işlə ləğv edilmişdir. Sabunçu Rayon Məhkəməsindən 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 21.09. 2018-ci il tarixli X saylı qətnamədən icra sənədi icra olunmşdur. Əmlak Cavabdeh3 X tərəfindən 03.02.2011-ci il tarixdə verilmiş, 11/2035 saylı arayışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən ümumi sahəsi 23,3 kv.m., yardımçı sahəsi 18 kv.m. olan 1 otaqdan ibarət 63 saylı şəxsi evdən ibarətdir. X nin dövlət reyestrində 142 nömrəli reyestr kitabının 12948 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, 00501100 33 89-10301 reyestr №-li 30.06.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh3 məxsusdur.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) 03 sentyabr 2019-cu il tarixli, 2(008)-4820/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmənin iş üzrə 24.12.2019-cu il tarixli qərardadı ilə Cavab deh3 ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə baxılması təzələnmişdir.

9. Cavabdeh3, iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehin xəbəri olmadan qətnamələr çıxarılmış, Sabunçu Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 04.06.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, məhkəmə nəzərə almalıdır ki, göstərilən predmeti üzrə iddiaçı tərəfindən dəfələrlə iddia qaldırılmış və iddialar rədd olunmuşdur. Məhkəmə qərarları artıq qanuni qüvvəsini almışdır. Buna görə də, iddia əsassız olduğundan rədd edilməlidir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 26 fevral 2020-ci il tarixli, 2(008)-418/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Həmzə İsgəndərovun vəfat etməsindən sonra iddiaçının digər vərəsələrlə birlikdən mərhumun birinci növbədən vərəsəsi kimi ona məxsus miras əmlaka bərabər pay hüquqlu vərəsə olması, lakin notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən iddiaçının bu statusunun nəzərə alınmadığı və vərəsələrin axtarılması üçün hər hansı tədbir görülmədiyi, onun miras əmlaka münasibətinin bu və ya digər formada öyrənilmədiyi, beləliklə də notariat hərəkətlərinin natamam aparılması müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 26 yanvar 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə, 39 saylı Notariat Kontoruna və Cavabdeh3 qarşı «çıxarışın və texniki pasportun ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, X saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, X saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi möv qeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.01.2010-cu il tarixli qətnaməsinin ləğv olunmasına əsaslanmışdır. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.01.2010-cu il tarixli qətnaməsi ilə xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilmişdir. Yəni, həmin qətnamədə miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı məsələ həll olunmamış, çıxarışın verilməsi vəzifəsi səlahiyyətli inzibati orqana həvalə olunmamışdır. Sözügedən qətnamə vərəsəliklə bağlı mirasın ərizəçi Cavabdeh3 tərəfindən qəbul edilməsi faktını müəyyən etsə də, sonradan 39 saylı DNK tərəfindən miras əmlakla ba ğlı müvafiq notariat hərəkətləri (araşdırması) aparılmış, nəticədə cavabdehin adına 08 iyun 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Həmin sənəd isə ümumiyyətlə mübahisələndirilməmişdir. İddiaçı miras əmlaka dair cavabdehin adına verilmiş çıxarışın ləğv olunmasını tələb etsə də, nəzərə almamışdır ki, həmin çıxarış hazırda qüvvədə deyildir. Yəni, cavabdeh əmlakı 15 fevral 2011-ci il tarixli müqavilə əsasında digər şəxsə (X5) bağışlamış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində əmlakla bağlı mülkiyyət hüququna dair qeyd aparılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməs ini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 16.07.1988-ci ildə vəfat etmiş mərhum X20 məxsus olmuş, onun ölümündən sonra miras qalmış əmlakdan digər vərəsələr Cavabdeh3 xeyrinə imtina etsələr də, iddiaçı həmin əmlakdan imtina etməmişdir. Sabunçu Rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli, X saylı qətnaməsi ilə ərizəçi Cavabdeh3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilərək mirasın qəbul edilməsi üçün buraxılmış vərəsəlik müddəti bərpa edilməklə 16.07.1988ci ildə vəfat etmiş X11 miras qalmış ünvan 2 ünvanında yerləşən evin Cavabdeh3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, 16.07.1988-ci ildə vəfat etmiş X11 miras qalmış ünvan 2 ünvanında yerləşən evə dair qanun üzrə vərə səlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 39 saylı Notariat Kontoruna həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon məhkəməsinin 27 yanvar 2010-cu il tarixli, X saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır Müəyyən olunur ki, cavabdehin mübahisəli bağa dair çıxarış almasına səbəb olan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. X17 vəfat etməsindən sonra iddiaçının digər vərəsələrlə birlikdə mərhumun birinci növbədən vərəsəsi kimi ona məxsus miras əmlaka bərabər pay hüquqlu vərəsə olması, lakin notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən iddiaçının bu statusunun nəzərə alınmadığı və vərəsələrin axtarılması üçün hər hans ı tədbir görülmədiyi, onun miras əmlaka münasibətinin bu və ya digər formada öyrənilmədiyi, beləliklə də notariat hərəkətlərinin natamam aparılması müəyyən edilmişdir. Buna görə də, iddia təmin edilərək, mərhum X11 miras qalmış ünvan 2 ünvanında yerləşən mülkə Cavabdeh3 oğlunun adına verilmiş “Çıxarış”ın və texniki pasportun ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qismən təmin edərkən cavabdehin adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qüvvədə olmasına əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Aytən Ramazanova kassasiya şikayətinin dəlillərini müdaf iə edərək, onun təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Tofiq Allahverdiyev kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhd udlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

22. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

23. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

24. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul ed ir.

25. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiy ası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. Bakı şəhər X32 İcraiyyə Komitəsinin Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli ev X16 adına qeydiyyata alınmışdır.

33. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, X in sahibi X21r.

34. Sabunçu rayon VVADQ şöbəsi tərəfi ndən verilmiş 05.12.2006-cı il tarixli arayışın surətindən görünür ki, X27 16 iyul 1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

35. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 05.10.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür.

36. Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 10.12.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 19 noyabr 2013-cü il tarixdə İstanbul şəhərində ölmüşdür.

37. X12 notarial qaydada təsdiq edilmiş 03.06.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 16.07.1988-ci ildə vəfat etmiş atası X11 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evdə ona çatası paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir.

38. X9 notarial qaydada təsdiq edilmiş 16.06.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 16.07.1988-ci ildə vəfat etmiş atası X11 miras qalmış X mülkdən ona düşən paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir.

39. X18 notarial qaydada təsdiq edilmiş 03.06.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, 16.07.1988-ci ildə vəfat etmiş atası X11 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evdə ona çatası paydan qardaşı Cavabdeh3 xeyrinə imtina etmişdir.

40. Azərbaycan Respublikasl Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Seriya MA ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli fərdi yaşayış evi X4 adına tam mülkiyyət hüququ üzrə dövlət reyestrində 26.03.2011-ci ildə qeydiyyata alınmışdır.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Kontorunun İddiaçı ünvanladığı 14.10.2017-ci il tarixli, 278 nömrəli məktubundan görünür ki, 16.07.1988-ci ildə ölmüş atası X11 miras qalmış Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evindən pay almaq üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. 42. 15.02.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 özünə məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, 63 nömrəli evini qızı X35İsgəndər qızına bağışlamışdır.

43. Bakı şəhəri 1 saylı Notariat X1 ünvanladığı məktubun dan görünür ki, vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsini geri götürə bilmədiyi bildirilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.01.2010-cu il tarixli qətnaməsinin ləğv olunmasına əsaslanmışdır. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.01.2010-cu il tarixli qətnaməsi ilə xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilmişdir. Yəni, həmin qətnamədə miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı məsələ həll olunmamış, çıxarışın verilməsi vəzifəsi səlahiyyətli inzibati orqana həvalə olunmamışdır. Sözügedən qətnamə vər əsəliklə bağlı mirasın ərizəçi Cavabdeh3 tərəfindən qəbul edilməsi faktını müəyyən etsə də, sonradan 39 saylı DNK tərəfindən miras əmlakla bağlı müvafiq notariat hərəkətləri (araşdırması) aparılmış, nəticədə cavabdehin adına 08 iyun 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Notariat orqanı isə səlahiyyətləri həddində qanunvericiliyin tələblərinə («Notariat haqqında» Qanun, təlimat və s.) uyğun qaydada miras əmlaka dair miras qoyanın vərəsələrinə istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə müvafiq şəhadətnamə vermək hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır.

45. Mübahisələndirilən çıxarış notariat orqanı tərəfindən verilmiş müvafiq vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsa sən verilsə də, lakin həmin sənəd ümumiyyətlə mübahisələndirilməmişdir. Belə ki, işdə olan Bakı şəhəri 39 saylı DNK tərəfindən verilmiş 08 iyun 2010-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 16 iyul 1988-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi Cavabdeh3 miras əmlak olan Bakı şəhəri, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsində yerləşən fərdi yaşayış evindən tam irs almalıdır. İşdə olan, Bakı şəhəri 39 saylı DNK-nun 14 oktyabr 2017-ci il tarixli, 23 oktyabr 2018-ci il tarixli, 05 sentyabr 2018-ci il tarixli məktubundan da görünür ki, 16 iyul 1988-ci il tarixdə vəfat etmiş X16 vərəsəlik işi Bakı şəhəri 39 saylı DNK tərəfindən 08 iyun 2010-cu il tarixdə icra olunmuş, Cavabdeh3 vərəsə kimi tanınmışdır. Şəhadətnamə verilən əmlak X yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin əmlakdan vərəsəlik payının alınması üçün vərəsəlik şəhadətnaməsi məhkəmə qaydasında ləğv edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

46. Göründüyü kimi, miras əmlaka dair cavabdehin adına çıxarışın verilməsi barədə hüquq müəyyənedici əsaslar (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) qüvvədə olduğu halda, yalnız çıxarışın ləğvi barədə tələbin hüquqi və faktiki əsası yoxdur. Eyni zamanda, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi notariat orqanına qarşı müvafiq tələb olmadığı halda, prosessual hüquq normalarının tələblərinə zidd olaraq ümumi formada notariat hərəkətlərinə də münasibət bildirərək, vərəsəlik işi açılan zamanı vərəsələrin axtarılması üçün tədbirlərin görülməməsini, notariat hərəkətlərinin n atamam aparılmasını və s. göstərmişdir.

47. Beləliklə, birinci instansiya məhkəməsi vərəsəliyin qanun üzrə həyata keçirilməsini, yəni bu istiqamətdə notarius tərəfindən müvafiq notariat hərəkətlərinin aparılmasını, nəticədə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini, həmin şəhadətnamə əsasında cavabdeh tərəfin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini, əvvəlki sənədlərin (çıxarışın verilməsinə əsas olan sənədlərin) isə iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almamışdır.

48. Həmçinin, iddiaçı miras əmlaka dair cavabdehin adına verilmiş çıxarışın ləğv olunmasını tələb etsə də, nəzərə almamışdır ki, həmin çıxarış hazırda qüvvədə deyildir. Yəni, cavabdeh əmlakı 15 fevral 2011-ci il tarixli müqavilə əsasında digər şəxsə (X5) bağ ışlamış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində əmlakla bağlı mülkiyyət hüququna dair qeyd aparılmışdır.

49. İddiaçı əvvəllər məhkəmədə iddia qaldıraraq əmlakın yeni mülkiyyətçisi olan X3 adına verilmiş çıxarışı mübahisələndirsə də, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd olunmuş, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı ilə təmin olunmamış, qətnamə dəyişdirlmədən saxlanılmışdır.

50. İddiaçı əvvəlki hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, hazırki tələbini irəli sürmüşdür ki, bu hal da özü-özlüyündə iddianın əsassız olması nəticəsinə gəlməyə əsas verir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Qeyd olunanları nəzərə alaraq Kollegiya b elə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-529/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar