Məhkəmə qərarları › İş №2(102)-4079/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4079/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4079/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4079/2023 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4322/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak - ünvan 4-dən ibarət olmuşdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilin 1/2 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır.

3. Azərbayc an Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A, 47 saylı mənzildə 06 yanvar 2005-ci il tarixdən qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzildə yaşamağına cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması və onun ikidə bir payının olduğu Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuşdur. Belə ki, sözü gedən əmlak mərhum atası X8 dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona verilmişdir. Həmin çıxarışa əsasən, Bakı şəhəri, Heydər Əliyev prospekti, ev 95 A, ümumi sahəsi 64,55 kv.metr olan 47 saylı mənzildə onun 1/2 hissə payının olduğu və ikidə bir hissə isə açıq qaldığı öz əksini tapmışdır. Onun orada pay hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradılmış, onun mülkiyyətində olan mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Məhz cavabdehin onun mülkiyyət hüququ olan mənzilə dair istifadə hüququnu həyata keçirməyinə maneə olması səbəbindən o, bu gün mülkiyyət hüququnun istifadəsindən məhrum olmuşdur. Cavabdeh tərəfindən yaradılmış olan maneələrin aradan qaldırılmasını dəfələrlə ondan xahiş etsə də, buna məhəl qoymamış, cavabdeh tərəfindən qanunsuz əməllər davam etdirilmişdir. Həmçinin, bununla bağlı olaraq hüquq mühafizə orqanına müraciət etsə də, mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim olunmuş çıxarışa əsasən pay hüququ tanındığından ün van 1 ünvanında yerləşən 47 saylı mənzildə yaşamaq və istifadə hüququ olmuşdur.

6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 A ünvanda yerləşən ümumi sahəsi 64,56 kv.m. olan 47 saylı 3 otaqdan ibarət mənzil atası X4 məxsus olmuşdur. Atasının Sərvinaz, Xilqət, Şəhla və Ülfət adında 4 uşağı olmuşdur. Sərvinaz ailəsi ilə Bülbülə qəsəbəsində, Şəhla ailəsi ilə Nəsimi rayonunda, Xilqət ünvan 3 ünvanda yaşayırlar. O, isə atasından miras qalmış mənzildə arvadı X5, qızı Ülkər və oğlu Ülvi ilə birlikdə yaşayır. X1 qızı xx.xx.2014-cü ildə, atası X8 xx.xx.2021-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra da o, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır, bacıları da həmişə mənzilə gələrək onlarla bi rlikdə mənzili idarə etmişlər. İddiaçı isə Nizami rayonundakı mənzilində yaşayıb, miras mənzilə gəlməyib. Atası öz xətti ilə oğlu Ülvinin adına yazdığı 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 A ünvanda yerləşən 47 saylı mənzilini nəvəsi Ülviyə vəsiyyət etmişdir. X17 cavabdehlər İddiaçı, Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb olunmaqla) “Vəsiyyət üzrə vərəsə kimi tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında veri lmiş çıxarışın ləğv edilməsi, miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir (mülki iş hakim Nərgiz Tağıyevanın icraatındadır). Qanunun tələbinə görə miras mənzildə iddiaçının məcburi pay hüququ vardır. O, məcburi pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin ikidə bir hissəsinin iddiaçının mülkiyyətində olmasına dair çıxarış məhkəmədə mübahisələndirilir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95A ünvanında yerləşən 47 saylı mənzilə dair cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuz olmuşdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin ikidə bir hissəsi iddiaçının mülkiyyətindədir.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələblərini pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam etmişdir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyy əti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2, 9-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddi a tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş yazılı etirazın dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qardaşı Xilqət ünvan 3 ünvanda yaşayır. O, isə atasından miras qalmış mənzildə arvadı X5, qızı Ülkər və oğlu Ülvi ilə birlikdə yaşayır. X1 qızı xx.xx.2014-cü ildə, atası X8 xx.xx.2021-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra da o, ailə üzvləri ilə birlikdə mənzildə yaşayır, bacıları da həmişə mənzilə gələrək onlarla birlikdə mənzili idarə etmişlər. İddiaçı isə Nizami rayonundakı mənzilində yaşayıb, miras mənzilə gəlməyib. Atası öz xətti ilə oğlu Ülvinin adına yazdığı 20 yanvar 2020-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Heyd ər Əliyev prospekti, 95 A ünvanda yerləşən 47 saylı mənzilini nəvəsi Ülviyə vəsiyyət etmişdir. O, məcburi pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçıya verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və mənzilin ikidə bir hissəsinin iddiaçının mülkiyyətində olmasına dair çıxarış hazırda tərəflərindən məhkəmədə mübahisələndirilir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4322/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan iba rət olmuşdur ki, hazırkı işdə mübahisəli daşınmaz əmlakın iddiaçının paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh onu yaşayış sahəsinə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaratmışdır.

15. Məhkəmə kollegiyası, tələbin hüquqi və faktiki əsaslarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, şikayətin dəliləri əsasən digər şəxs(lər)in (cavabdehin X17, bacıları) mənafeyinə xidmət etməklə, əsaslandırılmamışdır. Cavabdehin etirazına görə atası mübahisəli mənzili nəvəsi Ülvi Kərimliyə vəsiyyət etmiş, sonuncu məhkəmədə iddia qaldırıraq, vərəsəlik hüquqlarının tanınmasını, iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışı n ləğv olunmasını tələb etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi hazırki iş üzrə icraatı dayandırmalı olduğu halda dayandırmamışdır.

16. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırki vaxtda iddiaçının mülkiyyət hüquqları ilə bağlı reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Bu səbəbdən də, digər şəxs(lər) tərəfindən başqa məhkəmədə müvafiq iddianın qaldırılması qeyd edilən prezumpsiyanı aradan qaldırmamaqla, hazırki iddianın qanuni həlli baxımından da maneə yaratmamışdır. Əks hal, iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olmaqla, ümumiyyətlə mülkiyyət hüququnun müdafiəsinə dövlət tərəfindən verilən təminata da xələl gətirir.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, baxılan işdə hazırkı mübahisənin (mülkiyyət hüquqlarının müdafiəsi) həlli, qeyd edilən digər işə (digər şəxsin mübahisəli yaşayış sahəsinə vərəsəlik hüquqlarının tanınması və s.) baxılmasından birbaşa asılı olmamışdır. Göründüyü kimi, hazırki iş üzrə icraatın dayandırılmalı olmasına qanuni əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, əgər gələcəkdə mübahisəli yaşayış sahəsinə digər şəxsin vərəsə kimi hüquqlarının tanınması barədə, təkzibolunmaz hüquqi fakt müəyyən olunarsa, bu hal maraqlı şəxslərin mübahisəli mənzillə bağlı tələb hüquqlarını aradan qaldırmır. Bu səbəbdən də, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər şəxslərin mübahisəli mənzillə bağlı vərəsəlik hüquqlarının mövcudluğu halı vəziyyəti dəyişdirməməklə, hazırki vəziyyətdə bu iddianın qanuni həllinə hər hansı maddi və proses sual maneə yaratmamışdır. Həmçinin, gələcəkdə mübahisəli mənzil üzərində üçüncü şəxslərin də vərəsə kimi payları müəyyən olunarsa, əmlakın idarə olunması, ondan istifadə və s. hüquqlar qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənə bilər. Hər bir halda, cavabdehin digər şəxslərin hüquqları ilə bağlı apellyasiya şikayətində göstərilən hallar hazırki icraat çərçivəsində araşdırıla və onlara hüquqi qiymət verilə bilməz. Çünki, hazırki işdə həmin şəxslərin müstəqil tələbləri mövcud olmamışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işin halları baxımından iddiaçının daşınmaz əmlak üzərində olan mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə cavabdeh tərəfindən həyata keçirilən maneəyə haqq qazandıra bilən qanuni halların mövcudluğu müəyyən olunmamışdır. Bu səbəbdən də, idd iaçının başqa yerdə yaşayış sahəsinin olması barədə apellyasiya şikayətinin dəlilləri də iddianın rədd olunması üçün yetərli əsas kimi qəbul edilə bilməz.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh etirazını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmişdir. Cavabdehin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.

20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152, 157.4, 213, 215-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 106.1 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

21. Qətnamədən cavabdeh (Vəkil1 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edən zaman Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 A saylı evin 3 otaqlı 47-ci mənzili üzərində paylar bərabər olmaqla 1/2 hissəyə malik olduğu halda, həmin mənzilin sahibi olmuş atası X2 həmin mənzili öz nəvəsi X7 2020-ci il yanvarın 20-də vəsiyyət etməklə iddiaçının adı çəkilən mənzil üzərindəki mülkiyyət payı 2 dəfə azalaraq 1/4 hissəyə düşməklə iki dəfə azalmışdır (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan X6 İddiaçı və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması, vərəsəlik h üququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair 2(005)-1399/2023 №-li mülki iş üzrə keçirilmiş ekspertizasının xx.xx.2023-cü il tarixli 4/1272 №-li rəyi ilə həmin vəsiyyətnamənin mərhum atası X8 tərəfindən imzalanması öz təsdiqini tapmışdır). Əgər digər iddia, yəni X3 hazırkı iş üzrə iddiaçıya və qeyrilərinə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş təmin olunarsa, o halda paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə sonsuz dərəcədə mürəkkəbləşəcək və ya qeyrimümkün olacaqdır. Əgər həmin iddia təmin olunarsa, hazırkı iddia üzrə iddiaçıya adı çəkilən mənzildə payına uyğun ayrıca otaq düşəcəyi şübhə doğurduğundan onun mənzilə köçürülməsi digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcəd ə məhdudlaşdıracaq və nəticədə digər mülkiyyətçilərin əşyadan sərbəst surətdə istifadə etmək hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Belə olan halda iddiaçıya payına uyğun əvəz ödənilməsi məsələsi ortaya çıxacaqdır kı, bu da köçürmə barədə məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcək və mümkünsüz edəcəkdir. Ona görə də hazırkı məhkəmədəki işin icraatının dayandırılması indiki şəraitdə məsələnin daha düzgün həlli yoludur. Lakin məhkəmə, nəticədə düzgün olmayan qərar qəbul etməklə maddi hüquq normalarını pozmuşdur.

23. Həmçinin qeyd olunmuşdur ki, iş üzrə iddiaçı adı çəkilən mənzildə digər milkiyyətçilərlə birlikdə ümumi əşyadan paylara uyğun hansı qaydada istifadə edəcəyini və sərəncam verəcəyininin əsası kimi məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, məhkəmə işdəki sübutlara o byektiv yanaşmamış, öz qətnaməsini məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmamış, qanunu yanlış təsfir etmişdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

24. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə

140. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 213.1. İki v ə ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

32. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

33. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

34. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilmə si hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

35. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş etməklə həmin qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 14-19-cu paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası mülki iş üzrə icraatın dayandırılması barədə kassasiya şikayətinin dəlili ilə eyni olan apellyasiya şikayətinin dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş əsaslandırma ilə razılaşmaqla, kassasiya şikayətinin eyni məzmunlu dəlili ilə bağlı təkrar olaraq qeyd edir ki, baxılan işdə hazırkı mübahisənin (mülkiyyət hüquqlarının müdafiəsi) həlli, qeyd edilən digər işə (digər şəxsin mübahisəli yaşayış sahəsinə vərəsəl ik hüquqlarının tanınması və s.) baxılmasından birbaşa asılı olmadığından, hazırki iş üzrə icraatın dayandırılması üçün qanuni əsaslar müəyyən edilmir. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi, mübahisəli mənzilə dair iddiaçının məcburi pay hüququnun olması da, onun mənzilə mülkiyyət hüququnun yaranmasını ehtiva edir ki, bu vəziyyət belə iddiaçının mənzilə köçürülməsini istisna etmir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Şərh oluna nlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4322/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar