Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-408/21 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Ağayev Ramil Nurməmməd oğlunun və vəkili X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə d air mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(107)-969/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanı iddiaçı X2 mülkiyyətindədir.
2. Cavabdeh iddiaçının mülkiyyətində olan həmin evə məhkəmə qətnaməsi ilə köçürülüb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Mətanət Xasıyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, Şəki şəhəri, Səbahəddin Kazımov küçəsi, 1/8 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh onun qardaşı Şahin Xasıyevin arv adı olmuşdur.
5. Qardaşı Şahin vaxtilə Ukraynaya getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Şahin Ukrayna Respublikasında 1 otaqlı deyil, 2 otaqlı ev alması məqsədi ilə Cavabdeh ilə xx xxxxxx 1999-cu ildə rəsmi qaydada nikahlarını qeyd etdirmiş, lakin onların toyu olmamışdır.
6. X15 arasında xx xxxxxx 1999-cu ildə rəsmi nikah bağlansa da onlar ər-arvad kimi xx xxxxxxx 2000-ci il tarixdən etibarən bir yerdə yaşamağa başlamışlar. Bundan sonra X10 şəhərində 2 otaqlı mənzil almışdır. 7. 2000-ci ilin oktyabr ayının 7-8-də Elzanəyə məxsus cehiz əşyaları mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə gətirilmiş, Cavabdeh özü isə xx xxxxxxx 2000-ci il tarixdə həmin evə gəlin köçmüşdür. Elzanə həmin fərdi yaşayış evində 7 ay yaşamış, bundan sonra Xarkov şəhərinə getmişdir. Elzanə arada-bir uşaqları ilə birlikdə Şəki şəhərinə gəlmiş, mübahisəli mənzildə 1-2 gecə qaldıqdan sonra atası evinə getmişdir.
8. Elzanə ilə Şahinin birgə nikahdan xx xxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxx 2012-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur.
9. Qardaşı ilə Elzanə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq, sonradan münasibətləri uyğun gəlmədiyindən, Ukrayna Kominternov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(641)-2573/2015 saylı qətnaməsi ilə onlar arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar Elzanənin himayəsində saxlanılmışdır.
10. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının atası Əlibala Xasiyevin mülkiyyətində olsa da, Elzanə onların evinə gəlin k öçən zaman fərdi yaşayış evinin mülkiyyət sənədi olmamış, ata vəfat etdikdən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə həmin fərdi yaşayış evinin atanın adına olmasına dair mülkiyyət sənədi alınmş, xx xxxxx 2017-ci il tarixdə isə iddiaçı vərəsəlik qaydasında həmin fərdi yaşayı evini öz adına rəsmiləşdirmişdir.
11. Hazırda qeyd olunan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Elzanənin 2000-ci ilin oktyabr ayında gətirdiyi cehiz əşyaları hələ də evdə qalmaqdadır.
12. Elzanə və uşaqları Azərbaycana gələndə 1-2 gün iddiaçının evində qalsa da, həmin evdə daimi yaşamayıb, atasıgildə qalmışdır.
13. Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh mübahisəli mənzilə köçürülmüşdür. Həmçinin Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə cav abdehin əri Şahinə qarşı “atanın razılığı olmadan uşaqların xarici ölkəyə sərbəst çıxarılmasına” dair iddiası təmin edilmişdir.
14. Artıq cavabdeh 2018-ci ilin yaz aylarında uşaqlarını da götürərək Ukraynaya getmiş və hazırda da həmin ölkədə daimi olaraq yaşayırlar.
15. Cavabdeh və iki uşağı Xarkov şəhəri, Qeroi Stalinqrada prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdedh Ukrayna vətəndaşıdır.
16. İddiaçının qardaşı Şahin hazırda Xarkov şəhərindəki evi cavabdeh və uşaqlarına görə tərk etmiş, başqa ünvanda yaşayır.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 138.1, 138.2, 152.1, 152.2, 157.4, 228.5, 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir.
18. Şəki Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(075)-117/2020 saylı qətnaməsi ilə iddia tələ bi təmin edilməmişdir. (hakim Cahid İmanov)
19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Cavabdeh iddiaçı Mətanət Xasıyevanın qardaşı X6 ilə xx xxxxxx 1999-cu ildə rəsmi qaydada nikahlarını qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X5 və xx xxxxxx 2012-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh iddiaçının qardaşı X7 ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən, Ukrayna Kominternov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(641)-2573/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqlar Elzanənin himayəsində saxlanılmışdır. Nikahları xx xxxxxx 1999-cu il tarixdə rəsmiləşdi rilməsinə baxmayaraq Cavabdeh faktiki olaraq xx xxxxxxx 2000-ci il tarixdə həmin vaxt mülkiyyətdə olmayan, lakin hazırda iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür, bununla da cavabdeh Elzanə ilə Şahin arasında xx xxxxxxx 2000-ci il tarixdən ər-arvad münasibətləri yaranmışdır. Cavabdeh ailə qurduqdan bir neçə ay sonra Şahinin əvvəllər yaşadığı Ukraynanın Xarkov şəhərinə getmiş, cavabdeh Xarkov şəhərində yaşadıqları illər ərzində hər il yay aylarında, həmçinin toy, yas və digər mərasimlərdə iştirak etmək üçün Şəki şəhərinə gələrək gəlin düşdüyü S.Kazımov küçəsi, 1/8 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, sonradan yenidən Ukrayna Respublikasının Xarkov şəhərinə qayıtmışdır.
20. Məhkəmə hesab edib ki, X12 Xasiyeva arasındakı faktiki ər-arvad münasibətləri 2000-ci ilin sentyabr ayından sonra, yəni xx xxxxxxx 2000-ci il tarixdən yarandığından ünvan 5 ünvanında mövcud olan fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Cavabdeh sonradan iddiaçı X2 mülkiyyətinə keçmiş yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan Şəki şəhəri Səbahəddin Kazımov küçəsi ev 1/8-də yerləşən fərdi yaşayış evi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşması olmamış və yoxdur.
21. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh mübahisələndirilən evə dair istifadə hüququ yaranmadığından iddiaçı X2 Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsini tələb etməsi özü-özlüyündə əsassızdır.
22. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 139.1, 146.1,146.2, 146.3, 152.1, 178.1, 228.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verib.
24. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
25. Məhkəmə faktlara əhəmiyyət vermədən iddia tələbinin rədd olunması qərarına gəlmişdir.
26. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020 il tarixli 2(107)- 969/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə y eni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsi qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)
27. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçı Mətanət Xasıyevanın qardaşı X6 ilə xx xxxxxx 1999-cu ildə rəsmi qaydada nikahlarını qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X5 və xx xxxxxx 2012-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh Xarkov şəhəri, Qeroi Stalinqrad prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla davamlı olaraq yaşayır.
28. Apellyasiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında mübahisəli evlə bağlı münasibət 2000-ci il oktyab r ayında yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir.
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016- cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzv ünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
30. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayayaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli evə istifadə hüququ olmasaydı, onun evə köçürülmə tələbi təmin edilə bilməzdi. Nə qədər ki, cavabdehin mübahisəli evdə yaşamaq hüququ olmuşdur, onun həmin evdən istifadə hüququ da olmuşdur.
31. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh Xarkov şəhəri, Qeroi Stalinqrad prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla davamlı olaraq yaşadığı üçün iddiaçının haz ırkı iddiasının təmin edilməməsi mülkiyyətə əsassız müdaxiləni təşkil etmiş olardı.
32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, 228.2, 228.5, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti belə əsaslandırılıb ki, hazırda onun nə Azərbaycanda nə də Ukraynada yaşayış evi yoxdur. Uşağının xəstəliyi ilə bağlı məcburiyyətdən Ukraynada yaşayır.
35. Xarkovda yaşadığı ev keçmiş h əyat yoldaşına məxsusdur. Əşyaları hazırda gəlin köçdüyü mübahisəli evdədir.
36. Yaşayış yeri olmadığı halda, onun evə ehtiyacının olmaması barədə gəlinən nəticə düz deyil.
37. Hər 2-3 aydan bir Azərbayacana gəlsə də, yaşamağa yeri olmur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
38. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmuşdur.
39. Etirazda cavadbehin Ukrayna vətəndaşı olması, Xarkov şəhərində qeydiyyatda olmaqla daimi olaraq orada yaşamasına istinad edilmişdir. c) Kassasiya icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili X3 və nümayəndəsi Ağayev Ramil Nurməmməd oğlu kassasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
41. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərd ar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə
157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın d övlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlar ını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
46. İddia tələbi cavabdehin xüsusi mülkiyyətdə olan evə istifadə hüququna xitam verilməsi barədədir.
47. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Ukrayna vətəndaşıdır və Xarkov şəhəri, Qeroi Stalinqrada prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla daimi həmin ünvanda da yaşayır.
48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və bu əsasla da iddianın təmin edilməsi barədə gəldiyi nəticə işin müəyyən edi lmiş hallarına, tətbiq edilən maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olmuşdur.
49. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020 il tarixli 2(107)969/2020 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.