Məhkəmə qərarları › İş №2(102)-408/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-408/2022

17.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Əqdin etibarsız hesab edilməsi, reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-149/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Qəndili Ələmşah qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində sahəsi 1200 kvadrat metr olan 2386 saylı bağ torpaq sahəsi Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 1680 saylı, 05 noyabr 1978-ci il tarixli bağ sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən X17 Saray qəsəbəsidə yerləşə n, ümumi sahəsi 0,25 ha olan 2336 saylı bağ sahəsi uzunmuddətli icarəyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2336 saylı torpaq sahəsinə dair mərhum X6 adına tərtib edilmiş Torpağın planı və ölçüsü sənədi etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə iş üzrə üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməs inin 15 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2015-ci il, 2(102)-5403/2015 saylı qərarı ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 29 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 27 nömrəli qərarı ilə Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Corat bağları ərazisində yerləçən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə Hüseynova Qəndili Əl əmşah qızı arasında Alğı-satqı müqaviləsinin həmin tarixdən bağlanmış hesab olunması, qətnamənin Sumqayıt şəhəri, “Corat bağları” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi üzərində Hüseynova Qəndili Ələmşah qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi üçün əsas hesab olunması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 02 avqust 2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş və Hüseynova Qəndili Ələmşah qızının Sumqayıt bələdiyyəsi və Cavabdeh2 qarşı iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 02 avqust 2016-cı il tarixli, 2(105)1461/16 saylı qətnaməsi ləğv edilmiş və işin apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il, 2(102)-1021/18 saylı qərarı ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul e dilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 27 saylı iclasının qərarı ilə “Corat’’ bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi vətəndaş Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. Lakin 2015-ci ildə Hüseynova Qəndili Ələmşah qızı və Cavabdeh2 arasında torpaq sahəsi ilə bağlı mübahisə yaranmış, məhkəmə müahisələri olmuşdur. Belə ki, həmin dövrdə məlum olmuşdur ki, Cavabdeh2 mərhum həyat yoldaşı X6 icarəsində olduğu iddia edilən “Saray bağları” ərazisində yerləşən, sahəsi 2500 kvadrat metr olan 2336 saylı bağ torpaq sahəsi üçün onun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən “Torpağın planı və ölçüsü” tərtib edilmişdir ki, həmin plan və ölçü əsasında mərhum X.Hacıyevə ayrıldığı iddia edilən 2336 saylı bağ torpaq sahəsinin koordinatları Sumqayıt bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 27 saylı iclasının qərarı ilə Hüseynova Qəndili Ələmşah qızı mülkiyyətinə verilmiş “Corat” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsinin koordinatları ilə üst-üstə salınmışdır. Nəticədə artıq bir neçə ildir ki, Sumqayıt bələdiyyəsinin də cəlb olunduğu Hüseynova Qəndili Ələmşah qızı ilə mərhum X.Hacıyevin həyat yoldaşı Cavabdeh2 arasında məhkəmə çəkişmələri davam edir. Həmin məhkəmə işlərindən birinin araşdırılması zamanı təyin edilmiş müvafiq ekspertiza zamanı eksper t tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, 2386C və 2336 saylı bağ torpaq sahələrinin koordinatları üst-üstə düşməməklə tamamilə fərqli mövqelərdə yerləşir. Eyni zamanda mərhum X.Hacıyevin adına olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsinin icarə müqaviləsi ilə də bağlı müəyyən faktlar müəyyən olunduğundan, Sumqayıt bələdiyyəsi həm öz hüquqlarını, həm də bələdiyyə qərarı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmış Hüseynova Qəndili Ələmşah qızının hüquqlarını qorumaq və yol verilmiş qanunsuzluqları aradan qaldırmaq məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və 2336 saylı bağ torpaq sahəsinə dair mərhum X6 adına verildiyi iddia edilən torpaq icarə müqaviləsinin və onun əsasında tərtib olunmuş “torpağın planı və ölçüsü”nün etibarsız sayılmasını tələb etməyə məqsədəuyğ un saymışdır. İlk növbədə qeyd olunmalıdır ki, mərhum X15 ilə keçmiş X27 arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 05 noyabr 1978-ci il tarixli torpaq icarə müqaviləsinin qüvvədə olma müddəti həmin müqavilədə 05 noyabr 1988-ci ilədək müəyyən olunmuşdur. Həmin müddət başa çatdıqdan sonra nə icarəçi müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etmiş, nə də onun ölümündən sonra mərhum icarəçinin vərəsələri X.Hacıyevin icarəsində olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi ilə bağlı keçmiş Bağlar Təsərrüfatı İdarəsinə, sonradan isə Sumqayıt bələdiyyəsinə müraciət etməmişlər. Mərhum icarəçinin həyat yoldaşı Cavabdeh2 yalnız 2014-cü ildə “torpağın planı və ölçüsü"nün tərtib edilməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Halbu ki, Cavabdeh2 həyat yoldaşının vərəsəsi kimi X.Hacıyevin ölümündən, yəni 03 noyabr 2004-cü il tarixindən sonra 6 ay ərzində müvafiq dövlət orqanına müraciət edərək pay ilə bağlı icarə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququna malik olmuşdur. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarəmüddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Mülki qanunvericiliyin müəyyən etdiyi qayda varisdən 6 ay müddətində müvafiq dövlət orqanın a müraciət etməklə icarə müqaviləsinin onunla bağlanmasını tələb etməsini şərtləndirir. Nəzərə alınmalıdır ki, mərhum X.X14 İdarəsi arasında bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən torpaq icarə müqaviləsinin müddəti hələ 1988-ci tarixdə bitmiş və mərhum icarəçi sağlığında belə həmin müqavilənin uzadılması ilə bağlı adı çəkilən icarə müqaviləsinin müvafiq bəndində nəzərdə tutulmuş üstünlük hüququndan istifadə etməyərək həmin müqavilənin müddətinin uzadılması itə bağlı müraciət etməmişdir. Bu səbəbdən hesab edir ki, mərhum icarəçinin vərəsələri icarə müqaviləsinin onlardan biri ilə bağlanması ilə əlaqədar hüquqlarını vaxtında reallaşdırmadıqlarına görə, ’’İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən icarə haqlarının onlara keçməsi istisna olunur. Təəs süf ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bütün bu hallar nəzərə alınmadan, torpağın kimin istifadəsində olması müəyyənləşdirilmədən əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair mərhum X.Hacıyevin adına “torpağın planı və ölçüsü” verilmişdir. Cavabdeh2 2336 saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının həyat yoldaşının ölümündən sonra ona keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 2336 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir. Buna baxmayaraq Cavabdeh2 hüquqi varis kimi torpaq sahəsi üzərində icarə hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etmədən özünü mülkiyyətçi hesab etməklə “torpaq sahəsinin planı və öl çüsü”nün verilməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsindən tələb etmişdir. Təəssüf ki, adı çəkilən dövlət orqanı məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, torpaq sahəsinin ərizəçinin istifadəsində olub-olmadığını araşdirmamış, onun bu cür tələblə ilə çıxış etmək hüququnu müəyyənləşdirməmiş, torpağın hüquqi statusunu aydınlaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına hər hansı sorğu vermədən tələm-tələsik ərizəyə əsassız şəkildə bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarı ilə Q.Hüseynovanın mülkiyyətinə ayrılmış torpağa dair mərhum X.Hacıyevin adına sənəd vermişdir. Halbu ki Cavabdeh2 iddia etdiyi torpaq sahəsindən istifadə etmədiyindən, həmin torpaq sahəsinin yerləşdiyi yeri belə tanımırdı. Adı çəkilən “torpağın planı və ölçüs ü” əsasında Cavabdeh2 torpaq sahəsinin guya Sumqayıt bələdiyyəsi tərəfindən qanunsuz olaraq başqa şəxsə satıldlğını bildirmişdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-7566/2015 saylı məhkəmə işinin gedişində məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspert qarşısında bir neçə sual,o cümlədən 2336 və 2386C saylı bağ torpaq sahələrinin sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, torpağın planı və ölçüsündə həmin ərazinin mərhum X.Hacıyevin adına göstərilməsinin mümkünlüyünün aydınlaşdırılması barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2015-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 2336 və 2386C saylı bağ torpaq sahələri ərazi baxımından bir-birinə qonşu sahələr deyildir. Həmçinin, həmin rəydə 2386C saylı bağ torpaq sahəsinin yerləşdiyi əraziyə 2336 saylı bağ sahəsi ilə bağlı plan və ölçünün verilməsinin mümkün olmadığı, habelə adı çəkilən bağ sahələrinin üst-üstə düşmədiyi bildirilmişdir. Eyni zamanda, tərəfimizdən aparılmış, eləcə də məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2336 saylı bağ torpaq sahəsi “Saray bağları” ərazisində deyil, "Corat bağları" ərazisində yerləşir və Sumqayıt bələdiyyəsində saxlanılan keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin arxiv sənədlərində X10 adına qeydə alınmamış və həmin bağ torpaq sahəsinə dair onunla bağlanıldığı göstərilən 1680 saylı bağ torpaq icarə müqaviləsi mövcud deyildir. Belə ki, sahəsi 0,25 ha olan 2336 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin X27 ilə bağlanılmış 4638 saylı,03 oktyabr 1968-ci il tarixli icarə müqaviləsi əsasında vətəndaş X11 istifadəsinə verilmişdir. Sonradan həmin icarə müqaviləsinin müddəti 01 yanvar 1988-ci il tarixədək uzadılmışdır. X21 2001-ci ildə vəfat etmiş və adı çəkilən bağ sahəsi mərhum icarəçinin vərəsələrinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri nəzərə alınmaqla 2003-cü ildə keşmiş Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış müvafiq torpaq icarə müqavilələri əsasında iki yerə bölünərək sahəsi 1000 kvadrat metr olan bir hissəsi 2336 nömrəsi ilə vətəndaş X8, sahəsi 900 kvadrat metr olan digər hissəsi isə B-2336 nömrəsi ilə vətəndaş X9 icarəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin ayrı-ayrı vətəndaşların mülkiyyətində olduğu məhkəmə araşdırmaları zamanı da sübuta yetirilmişdir.Adı çəkilən bağ t orpaq sahələri ilə Sumqayıt bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli, 27 saylı qərarı ilə Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmiş 2386C saylı bağ torpaq sahəsi müxtəlif mövqelərdə yerləşməklə üst-üstə düşmürlər. Bütün bu hallar Sumqayıt bələdiyyəsinə əsas verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm özünün, həm də Hüseynova Qəndili Ələmşah qızının pozulmuş hüququnu müdafiə etsin. Bununla bağlı hesab edir ki, 2336 saylı bağ torpaq sahəsi mərhum X.Hacıyevin istifadəsinə verilmədiyindən, onun adına tərtib edilmiş torpaq icarə müqaviləsi saxta bir sənəddir. Belə ki, harada yerləşməsindən asılı olmayaraq Sumqayıt şəhəri ərazisində bağ torpaq sahələri sıra nömrəsi ilə nömrələnərək ayrılmışdır. Yəni bağ sahəsinin “Saray”,yaxud "Corat” və ya ’’Novxanı” bağları ərazi sində yerləşməsindən asılı olmayaraq 2336 nömrəsi altında bağ sahəsi yalnız bir sahə ola bilərdi ki,həmin bağ sahəsi də yuxarıda qeyd olunduğu kimi ’’Corat” bağları ərazisində yerləşir və satılaraqayrı-ayrı hissələrə bölünməklə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əvvəlki məhkəmə prosesində məhkəməyə təqdim etdiyi 05 aprel 2017-ci il tarixli məktuba əsasən müvafiq olaraq X1, X2, X18 mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. Eyni ərazidə yerləşən B-2336 saylı digər bağ sahəsi isə 2003-cü ildə bağlanmış torpaq icarə müqaviləsi əsasında X9 icarəsinə verilmişdir. Sadalanan bağ torpaq sahələri hal-hazırda da adı çəkilən şəxslərin faktiki istifadəsindədir. Bununla da sübuta yetirilir ki, Cavabdeh2 özünə məxsus əmlak kimi mərhum həyat yoldaşı X12 istifadəsinə verildiyi iddia edilən Sumqa yıt şəhəri Saray bağları ərazisində yerləşən sahəsi 0,25 ha olan 2336 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş icarə müqaviləsi saxta bir sənəddir və bu sənəd əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin X12 “torpağın planı və ölçüsü’ tərtib edərək verməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə keçmiş Bağ Təsərrüfatı İdarəsi arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 05 noyabr 1978 ci il tarixli, 1680 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri sayır. Belə ki, Sumqayıt Bələdiyyəsinin iş materiallarında olan 29 iyun 2004cü il tarixli,27 saylı qərarının surətindən görünür ki,2336 saylı bağ sahəsi kimi Cavabdeh2 mübahisələndirdiyi 2386 saylı bağ torpaq sahəsi Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. X4 ilə keçmiş Bağ Təsərrüfatı İdarəsi arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağtorpaq sahəsinə dair bağlanıldığı iddia edilən 05 noyabr 1978-ci il tarixli, 1680 saylı torpaq icarə müqaviləsinin müddəti 05 noyabr 1988-ci il tarixədək müəyyən edilmiş və müqavilənin müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X12 torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda X22 03 noyabr 2004-cü il tarixdə ölsə də, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi hər hansı hüquqi əsas olmadan Cavabdeh2 X12 vərəsəsi kimi tanıyaraq onun müraciəti əsasında müvafiq sənədi vermişdir. Başqa sözlə desək, torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 10 il keçdikdən sonra bağ torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmışdır ki, bununla da vərəsəlik hüququna dair mülki qanunvericiliyin müvafiq normaları kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən tamamilə əsassız və qanunsuz olaraq mərhum X6 “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınaraq onun adına mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışı verilmişdir. Bu zaman adı çəkilən idarə tərəfindən X4 ilə keçmiş Bağ Təsərrüfatı İdarəsi arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil edən 2336 saylı bağ torpaq sahəsinə dair bağlanılmış 05 noyabr 1978-ci il tarixli torpaq icarə artıq mövcud olmaması, müqavilənin müddətinin bitməsi ilə qüvvədən düşməsi, icarəçinin vəfat etməsi və torpaqdan faktiki istifadə edilməməsi nəzərə alınmamışdır. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeron yarımadasında bağçılıq təsərrüfatının nizamlanması və gələcək inkişafı tədbirləri barədə” 02 iyun 1988-ci il tarixli, 195 saylı qərarı və həmin qərar əsasında Sumqayıt şəhər X26 İcraiyyə Komitəsinin “Sumqayıt şəhərində bağçılıq təsərrüfatının nizamlanması və gələcək inkişafı tədbirləri barədə” 26 oktyabr 1988-ci il tarixli, 389 saylı qərarı qəbul edil mişdir. Həmin qərarlara əsasən Abşeron yarımadasında, o cümlədən Sumqayıt şəhərində ayrılan bağ torpaq sahəsinin ölçüsünün 1200 kvadrat metrdən artıq olmaması, əvvəllər bağlanmış bağ torpaq icarə müqavilələrinin də həmin ölçülər nəzərə alınnmaqla yenidən bağlanılması müəyyən edilmişdir. Başqa sözlə qeyd olunan normativ-hüquqi aktlara əsasən mərhum X6 icarəsində olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsinə dair bağlanılmış 05 noyabr 1978-ci il tarixli icarə müqaviləsinin də qeyd olunantarixdən qüvvədən düşdüyü və sahəsi 1200 kvadrat metrdən artıq olmamaq şərti iləhəmin bağın bir hissəsinə dair X15 ilə yeni icarə müqaviləsinin bağlanılmalı olması müəyyənləşdirilmişdir. X3 icarə müqaviləsinin bağlanılmasından yayındığı üçün yeni torpaq icarəsi müqaviləsi bağlanmadığına və əvvəlki icar ə müqaviləsi saxta sənəd olmasa belə qüvvədən düşdüyünə görə nə onun, nə də vərəsələrinin 2336 saylı bağ torpaq sahəsinə hər hansı hüquqları qalmamışdır və mübahisələndirilən torpaq sahəsi torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri sayır. Mübahisələndirilən torpaq sahəsi də daxil olmaqla “Saray” bağları ərazisində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi gö stərilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə keçdiyi halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən nə mərhum X6, nə də onun vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində Dövlət qeydiyyatından keçirilə bilməzdi. Ona ğörə də mərhum X15 ilə keçmiş Bağ Təsərrüfatı İdarəsi arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 05 noyabr 1978-ci il tarixli icarə müqaviləsinin saxta sənəd hesab edilərək etibarsız sayılması, onun doğurduğu hüquqi nəticələrin, o cümlədən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Su mqayıt şəhər şöbəsi tərəfindən “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair mərhum X6 adına tərtib edilmiş “torpağın planı və ölçüsü”nün etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, “Saray bağları” massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi üzərində mərhum X6 və sonradan onun vərəsəsi kimi Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılaraq bununla əlaqədar verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışların ləğv edilməsi, göstərilən torpaq sahəsinə dair notarial qaydada verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, göstərilən bağ sahəsinin 0,015 ha hissəsinə dair Sumqayıt şəhəri 4 saylı notariat kontorunda X13 ilə bağlanmış 16 yanvar 2019-cu il tarixli, 4Ə-66 saylı Alğı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair X5 adına aparılmış dövlət qeydiyyatının və verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ceyuhun Məmmədov) 31 iyul 2019-cu il tarixli, 2(060)-4122/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt bələdiyyəsinin mərhum X15 ilə keçmiş Bağ Təsərrüfatı İdarəsi arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 05 noyabr 1978-ci il tarixli icarə müqaviləsinin saxta sənəd hesab edilərək onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi 1978-ci ildə Sumqayıt Şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X16 müddətsiz icarəyə verilmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən hazırkı iddia tələbinin qaldırılması X12 adına müddətsiz icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqlarının pozulması deməkdir və bu da “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə tələblərinə ziddir. Bundan başqa məhkəmə hes ab etmişdir ki, qeyd olunan torpaq sahəsinin bir neçə dəfə mülkiyyətçiləri dəyişmişdir. Belə ki, ilkin olaraq həmin torpaq sahəsi X12 adına rəsmiləşdirilmiş, sonradan həmin torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Xankişi Hacıyevin arvadı Səadət Novruzovanın adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh2 həmin torpaq sahəsinin qızı X7 bağışlamış və həmin torpaq sahəsinin bir hissəsi X5 adına özgəninkiləşdirilmişdir. Sumqayıt bələdiyyəsi qeyd olunan torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilən zaman notarius hazırki mübahisə ilə bağlı məlumatlı olmamış, qeyd olunan bağ sahəsinin özgəninkiləşdirilməsinə hər hansı bir məhdudiyyət qoyulmamış və notarius h əmin bağ sahəsi ilə bağlı notariat hərəkətlərni heç bir məneə olmadan həyata keçirmişdir. Belə olan halda Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən rəsmiləşdirilmiş 16 yanvar 2019-cu il tarixli 4Ə-66 nömrəsi ilə reyester kitabına qeydiyyata alınmış Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi son nəticədə tərəflərin verdiyi izahatlardan, eləcə də iş üzrə təqdim edilən sənədlərə istinad edərək müəyyən etmişdir ki, tərəflər arasında uzun müddətdir ki, davam edən məhkəmə mübahisələrinin olmasına baxmayaraq Sumqayıt Bələdiyyəsi tərəfindən hazırkı mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin rəsmiləşdirilməsinə dair hər hansı bir qadağanın qoyulması ilə bağlı DƏDRX-nə heç bir müraciət olunmamışdır. Halbuki, qeyd olunan torpaq s ahəsinə dair mərhum Xankişi Hacıyevin adına mülkiyyət hüquqa dair çıxarış verilən zaman hazırkı iş üzrə tərəflərin (Sumqayıt Bələdiyyəsi o vaxt ki, məhkəmələrdə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində iştrak etmişdir) arasında Sumqayıt Şəhər Məhkəməsində məhkəmə mübahisəsi oliuşdur. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Qəndili Ələmşah qızı qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçı Sumqayıt bələdiyyəsi verdiyi apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 iyul 2019-cu il tarixli qətnaməni qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10,12,25-ci maddələrinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13,15-ci maddələrinin, Azərbaycan Respublikası MM-nin 152.1, 156.1, 157, 241.2, 337.1, 337.3, 337.4-cü maddələrinin, Torpaq Məcəlləsinin 47, 66, 109 və 110-cu maddələrinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 6.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Hüseynova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 31 iyul 2019-cu il tarixli qətnaməni qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin, Mülki Məcəllənin 141-ci maddəsin in, Torpaq Məcəlləsinin 47, 149.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Fuad Məmmədov) 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı Sumqayıt bələdiyyə si və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Hüseynova apellyasiya şikayətlərinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olub, heç bir sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Apellyasiya şikayətlərində qeyd edilənlər iddia tələbinin əsasları ilə eyni məzmunludur. Birinci instansiya məhkəməsi həmin dəlillərə qiymət vermişdir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qa ydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Qəndili Ələmşah qızı (vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əs assız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Qəndili Ələmşah qızı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tər əfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

146. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki q eyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) Alğısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası no tariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqaməti ndə hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmas ından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq nor malarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-149/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar