Məhkəmə qərarları › İş №2(102)-4080/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4080/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4080/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və vəkili x oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən iddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, x mənzilində 2/9 hissədə payın dəyəri 13.021 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 13.051 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, tutmanın x mənzilinə yönıldilərək həmin mənzilin açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri x mənzilində 2/9 hissədə payın dəyəri olan 13.021 (on üç min iyirmi bir) manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelya siya şikayətinin təmin olunması, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin x nömrəli, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində, tərəflərin birgə nikah dövründə əldə etdikləri x mənzilində 2/9 hissədə payın dəyəri olan 13.021 (on üç min iyirmi bir) manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməsi qət edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili x oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədilə kreditor “xxxx” ASC tərəfindən borcalan Cavabdeh 300 ay müddətinə illik 7% ödəmək şərtilə 45.500 manat məbləğində kredit vermişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı və ipotekamüqaviləsinin surətindən görünür ki, satıcı qismində X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli, 3 bloklu binanın 1-ci blokunda 4-cü mərtəbəsindəki mənzili alıcı-ipoteka qoyan qismində Cavabdeh mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 59.000 təşkil etmişdir. Mənzilin dəyərinin 13.500 manatı alıcı tərəfindən, 45.500 manatı isə kreditoripoteka saxlayan tərəfindən xx.xx.2011-ci il tarixli, 009 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 321,59 manat məbləğində bərabər hissələrlə ödənilməlidir. DƏDRX-nin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam qaydada Cavabdeh adına rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, x saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq üçəsi, 7 saylı evin 10 saylı mənzilinə Cavabdeh 7/9 hissədə və İddiaçı 2/9 hissədə paylarının müəyyən edilməsi və müvafiq olaraq həmin hissələrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, x saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı oğlunun cavabdehlər Cavabdeh və “xxxx” ASC-yə qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehin şikayəti əsasında yalnız iddiaçıya məxsus payın dəy əri olan 13.021 manat pulun cavabdehdən tutulması hissəsində yoxladığını vurğulayaraq işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyə tin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx xxxxx 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutu lmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin naturada bölünməsi mümkün deyildir, eləcə də, digər payçı da, iddiaçının payına düşən hissəni ödə mək istəmir, buna razı deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin olunması hissəsində maddi hüququ nomasının tətbiqində aşkar səhvə yol vermişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu səbəbdən qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin olunmamışdır. Kollegiya bildirir ki, kassasiya instansiyası məhkəməsi mübahisənin məhz iddiaçıya məxsus payın dəyəri olan pulun cavabdehdən tutulması hissəsində işə baxan apelyasiya məhkəməsinin qətnaməsini yoxlayır. Bununla əlaqədar qeyd edilməlidir ki, payın ayrılması və ya bölünməsinə dair iddia tələbinə baxılarkən cavabdehin Mülki Məcəllənin 220 və 221-ci maddələrind ə nəzərdə tutulmuş kompensasiyanı verməkdən imtina etməsi halında onun payın dəyərini ödəməyə məcbur edilməsi yolverilməzdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin baxdığı hissə üzrə gəldiyi qənaət qanuni və əsaslıdır, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da bildirir ki, ümumi paylı mülkiyyətçinin öz payını ayırması, yaxud bölməsi hüququ, bunun mərhələli qayda və şərtləri yuxarıda qeyd edilən normalarda təsbit edildiyi üçün şəxsin həmin qayda və şərtlərə riayət etdiyi halda bu hüququ reallaşdırmaq imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbay can Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar