Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4080/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar Quliyeva (Misirova) Bahar Vəli qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-4080/2024 (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kasasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar Quliyeva (Misirova) Bahar Vəl i qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2024-cü il tarixli 2(106)-1082/2024 nömrəli qətnaməsindən iddiaçı Quliyeva (Misirova) Bahar Vəli qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nigah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə atası Cavabdeh2 adına qeydiyyata alın mış evdə əsaslı təmir və bərpa işlərinə xərclənmiş xərclərin müəyyən edilməsi və həmin məbləğin, 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı, Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(064)-8 7/2023 nömrəli iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddianın qismən təmin edilməsini, Cavabdeh2 İddiaçı2 xeyrinə 4798 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul vəsaitinin tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi və iş üzrə ekspertə ödənilməli olan 50 manat pul vəsaitinin 25 manat hissəsinin Cavabdeh2, qalan 25 manat hissəsinin isə İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
4. Qətnamədən narazı qalan iddiaçılar (nümayəndələri vəkil Nümayəndə) birinci instansiya məhkəməsinin 2(064)-87/2023 nömrəli iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin təmin edilməyən hissədə dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
5. Qətnaməd ən narazı qalan cavabdeh (nümayəndəsi Vəkil1) birinci instansiya məhkəməsinin 2(064)87/2023 nömrəli iş üzrə 31 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1082/2024 nömrəli mülki iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov), apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazı n dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
7. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 ( vəkili Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-1082/2024 saylı qətnaməsinin ləğv edilməsinə, iddia tələblərinin təmin edilməsi məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 67.1 kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kasasiya və əlavə kasasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yen idən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
9. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
10. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
11. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
12. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
13. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;
14. Maddə 408.2 bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı o laraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
15. Maddə 409.Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. İş materiall arından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinin pozuntusu ilə verilmişdir. Belə ki, kassasiya şikayətinin hər iki iddiaçı tərəfindən verilməsinə baxmayaraq Vəkil2 İddiaçı2 vəkili olmasını təsdiq edən vəkil orderi əlavə edilməmişdir.Doğrudur, kassasiya şikayətinə əlavə edilmiş etibarnamə ilə təsdiq edilir ki, digər iddiaçı X1 Yetər İslam qızının nümayəndəsidir.Lakin kassasiya şikayətinə əlavə olunmuş vəkil orderindən məlum olur ki, hüquqi yardım göstərilən şəxs Quliyeva (Misirova) Bahar Vəli qızıdır. Belə olan təqdirdə həmin vəkil orderi vəkilin İddiaçı2 da vəkili olması qənaətinə gəlməyə imkan vermir.
18. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1.3 və 409-cü maddələrinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kol legiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1082/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar Quliyeva (Misirova) Bahar Vəli qızı və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.