Məhkəmə qərarları › İş №2(102)-4082/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4082/2019

30.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4082/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-5403/2018, hakim Z.Ə.Sadiqov) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı iddiası təmin edilmiş, 35.000 manat məbləğində pul verilməklə cavabdehin ailə üzvləri ilə (2 oğlu, qızı, nəvəsi) birlikdə ünvan 1 ünvanında yerləşən yataqxana binasında yaşadıqları otaqdan (otaqlardan) çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-988/2018 V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəmə sinə göndərilməsini xahiş etmişdir. İşin halları: 06 avqust 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzindəünvan 2 ünvanında yerləşən yataqxana binasında yerləşən otaqlarını boşaltmalarına dair öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgü n hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2017-ci il tarixli 134 saylı sərəncamı ilə ünvan 3 ünvanında yerləşən yataqxana binasında yaşayan ailənin hər birinə 35.000 manat, eləcə də orada yerləşən 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə isə cəmi 40.000 manat olmaqla, bununla bağlı bank xidmətləri üçün əlavə xərc 15.150 manat birdəfəlik maddi yardımın onların adına açılmış müvafiq bank Bank hesablarına köçürülməsi Bakı şəhər Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə həvalə edilmişdir. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mənzilin yerləşdiyi binanın qəzalı olması və orada yaşayan şəxslərin həyatı üçün təhlükəli vəziyyət yaratması işin araşdırılmış halları ilə təsdiq olunur. Bu fakt cavabdeh tərəfindən də mübahisələndirilmir. Bu baxımdan cava bdeh təklif olunan məbləğdə pulun müqabilində yaşadığı bir otaqdan çıxarılmasına etiraz etmir. Bununla bərabər cavabdeh bidirir ki, mübahisəli binada onun ailəsinə iki mənzil məxsusdur və hər iki mənzildən istifadə edilir. 24 saylı binanın 13 saylı mənzilindən o, qızı və nəvəsi, 19 saylı mənzilində isə oğlanları yaşayır. Bu baxımdan cavabdeh bir ailə olaraq deyil, iki mənzilə görə iki ailə kimi nəzərə alınaraq onlara müavinət ödənilməsini tələb edir. Lakin işin araşdırılmış halları ilə müəyyən olunur ki, altı nəfər ailə üzvü olmaqla X1 29,0 kv metrdən ibarət olan 1 otaq verilmişdir. Cavabdeh və ya onun hər hansı digər ailə üzvünə Bakı şəhər Suraxanı rayon Hövsan qəsəbəsi 24 saylı binanda yaşamaq üçün hər hansı əlavə otaq verilməsi işin araşdırılmış halları ilə müəyyən olunmur. İşin digər h alları ilə müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2017-ci il tarixli 134 saylı sərəncamının qeyd olunan 71 ailədən 54 ailə 35.000 manat məbləğində edilmiş birdəfəlik yardım əsasında könüllü olaraq yaşadıqları otaqları tərk edib, həmin yataqxanadan köçmüş olsalar da, qalan 17 ailə, o cümlədən Cavabdeh ailə üzvləri ilə birlikdə həmin təklifi qəbul edərək, qəzalı vəziyyətdə olan həmin yataqxandan köçməmişlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.1-ci və 91.1.2-ci maddələrinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış s ahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakmiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin yaşadığı mənzilin yerləşdiyi bina qəzalı olduğuna görə sökülməli olması aşkardır, bu zaman isə binanın mənzil fondundan çıxarılması zəruridir. Belə çıxarma isə müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilməlidir. İşin araşdırıl mış halları baxımndan Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı 06 noyabr 2017-ci il tarixdə sərəncam vermiş və sərəncam müvafiq orqanlarda razılaşdırılmışdır. Cavabdehin yaşadığı yaşayış sahəsi qəzalı olan və orada yaşayan sakinlərin həyatı üçün təhlükəli olan binada yerləşdiyindən və ona təklif edilən maddi yardım ağlabatan və ədalətli olduğundan cavabdehin mənzildən çıxarılması zəruridir. Bununla bərabər apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin ailə üzvlərini müəyyən etmədən, onları işdə işitrak edən şəxs olaraq cəlb etmədən onların mənafeyinə uyğun olmayan və hüquqlarının pozulmasına şərait yaradan qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh ailə üzvləri (2 oğlu, qızı, nəvəsi) ilə birlikdə mənzildən çıxarılm ası nəticəsinə gəlmişdir. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin hissədə qətnamənin qüvvədə saxlanılması işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387-ci maddəsinin tələblərinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilm əz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar