Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4084/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı vəkili Qocayev Ramil Alim oğlunun, ilkin iddia üzrə Cavabdeh və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, İddiaçı və vəkili Qocayev Ramil Alim oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-951/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəy yən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(005)833/2018 saylı qətnaməsi ilə (hakim G.A.Əsədova) İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, **saylı mənzilindən əmlakı ilə birlikdə çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası təmin edilərək Bakı şəhəri, **saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva, iş № 2(103)8374/2018) ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)72/2019) ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışınski) ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiası təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən əmlakları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.R.Xələfov, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev, iş № 2(102)6730/2019) ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, V.N.Sadıqov və X.A.Cəmilova) ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimano v Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(005)- 833/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, **indən əmlakı ilə birlikdə çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, atası XXX həmin evi 25.10.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamış, mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıdaraq evinə köçüb yaşamaq istəyir. Lakin cavabdeh Mingəçevir şəhərində qeydiyyatda olsa da, həmin mənzildə yaşayır, hətta mənzil ə kirayəçiləri də buraxmışdır. Cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, o, evi boşaltmır. Cavabdeh isə İddiaçı qarşı həmin mənzilə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, **i əvvəllər Cavabdeh ana tərəfdən babası X1 məxsus olmuşdur. Həmin mənzili babası əslində ona bağışlamaq istəmişdir. Lakin sonradan atası XXXin təkidi ilə babası evi atasına bağışlamışdır. Tərəflər arasında şifahi razılığa əsasən o, ailə qurduğu zaman ev ona cehiz kimi bağışlanmalı idi. Onun atası XXXin Rusiyada ikinci ailəsi olduğuna görə anası X2 ilə münasibətləri həmişə gərgin olmuşdur. 2013-cü ilə qədər onlar Rusiyada yaşamış, həmin ildə Azərbaycana qayıtmışlar. 2013-2015-ci illərdə anası, bacı sı və qardaşı ilə birlikdə həmin mənzildə yaşamışlar. Bakıya qayıtdıqdan sonra atası onları həmin mənzilə deyil, Mingəçevir şəhərində qardaşının mənzilinə qeydiyyata salmışdır. Atasının təkidi ilə anası Mingəçevir şəhərinə köçmüş və orada həkim işləməyə başlamışdır. Anası gedərkən bacısı və qardaşı da Mingəçevirə getmiş və hazırda orada kirayədə yaşayırlar. O isə 2015-ci ildə M.Seçenov adına birinci X5 Universitetinin Bakı filialına daxil olaraq Bakı şəhəri, **ində yaşamaqda davam etmişdir. Hal-hazırda o həmin mənzildə yaşayır. Bir müddət sonra valideynləri arasında münasibətlər daha da pisləşmiş, onlar arasındakı nikaha 01.03.2017-ci il tarixdə xitam verilmişdir. 2017-ci ildə atası onun mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin iddia rədd edilmişdir. İddia rədd edildik dən cəmi 1 ay sonra atası həmin evi başqa bir faktiki nikahdan olan oğlu Ruslana bağışlamışdır. İddiaçı isə mənzili öz adına rəsmiləşdirdikdən sonra onun mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Hal-hazırda o tələbədir. Hesab edir ki, mülkiyyətçi dəyişsə də, onun həmin mənzilə olan istifadə hüququ qalmaqdadır. Belə ki, onun həmin mənzildən istifadə hüququnun olmasını 2017-ci ildə atasının iddiası ilə işə baxan məhkəmə də təsdiq etmişdir. Buna görə də hesab edir ki, onun həmin mənzilə istifadə hüququ tanınmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətind ə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə İddiaçı və vəkili Qocayev Ramil Alim oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası istinad etmiş olduğu qanunvericilik normalarını düzgün şərh etməmiş, işə aidiyyatı olmayan hüquq normalarını tətbiq etməklə mülkiyyətçinin konstitusiya ilə qorunan hüquqlarını pozmuş, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsini, məhkəməyə müraciət etməsini və s. bu kimi digər hüquqi əsasların həyata keçirilməsi zamanı hüquqdan sui-istifadənin Mülki Məcəllənin 560-cı maddəsində qeyd olunan hansı halına uyğun olmasını araşdırmamış, həmçinin işin digər faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı vəkili Qocayev Ramil Alim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdil ər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə İddiaçı vəkili Qocayev Ramil Alim oğlunun, ilkin iddia üzrə Cavabdeh və vəkili İbrahimov Ramiz Hilal oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, yeni qərar qəbul edilərək Cavabdeh Bakı şəhəri, **saylı mənzilindən əmlakları ilə birgə çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası nın Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların mü əyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 oktyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(005)-6296/2017 saylı qətnaməsindən görünür ki, XXnun Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri, **dən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər ögey (ataları bir) bacı və qardaşdırlar. Sözügedən Bakı şəhəri, ** sentyabr 2010-cu il tarixdə Cavabdeh babası (anasının atası) X1 məxsus olmuş, 19 mart 2011-ci il tarixdə notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən tərəflərin atası XXna bağışlanmışdır. Cavabdeh 2013-cü ildən həmin mənzildə mülkiyyətçinin razılığı ilə yaşamağa başlamışdır. Sonradan Cavabdeh valideynlərinin nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh halhazırda qeydiyyatsız olaraq həmin mənzildə yaşayır. O, İ.M.Seçenov adına X5 Universitetinin Bakı filialının tələbəsidir. Əvvəlki mülkiyyətçi XXX Cavabdeh qarşı iddia qaldıraraq onun mənzildən çıxarılmasını tələb etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzildən istifadə hüququna ancaq kom pensasiya vermək yolu ilə xitamının mümkünlüyü əsas gətirilərək iddia rədd edilmişdir. Bundan sonra XXX Bakı şəhəri Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 saylı evin 143 saylı mənzilini 25 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Rusiya Federasiyasında yaşayan oğlu İddiaçı bağışlamış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ 30 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı hazırkı iddianı qaldırmışdır. Apelyasiya instansiyası məhkəməsi ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olması ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. XXnun iddiası üzrə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə məhz Cavabdeh Bakı şəhəri, **indən istifadə hüququ olduğuna görə XXXin mənzildən çıxarılma barədə iddiasını rədd etmişdir. Cavabdeh mənzildən istifadə hüququnun olması qətnamənin nəticə hissəsində yox, yalnız əsaslandırıcı hissəsində qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından onun mənzildən istifadə hüququ məhkəmə tərəfindən faktiki olaraq tanınmış, XXX həmin qətnaməni mübahisələndirməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının hərəkətləri cavabdehin hüquqlarının pozulmasına səbəb olmaqla hüquqdan suiistifadədir, buna görə birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıdakı maddi hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin maddənin tələbindən göründüyü kimi yuxarıda qeyd olunan mənzilin əvvəlki mülkiyyətçisi olmuş XXnun həmin mənzil üzərində bağışlamaya dair sərəncam hüququnun məhdudlaşdırılması onun hüquqdan sui-istifadə etməsinə əsaslanmaqla yolverilməzdir. 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxs us olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda xitam verilir. İşin mübahisəsiz halı ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh ögey qardaşbacıdırlar. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh hazırda mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyildir. Ona görə Mənzil Məcəlləsinin 30. 5-ci maddəsinə əsasən ilkin iddia təmin olunmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə İddiaçı kas sasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-951/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İlk iddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, **saylı mənzilindən əmlakları ilə birgə çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4084/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4084/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver