Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4085/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: faktının müəyyən olunması, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-985/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadından Ərizəçi kassasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi xx xxxx 1959-cu il tarixdə Biləsuvar rayonu Bəydili kəndində doğulmuşdur. X6 01 avqust 1983-cü il tarixdə X2 ilə nikaha girmiş, X6 nikah bağlandıqdan sonra “Ağamalıyeva” soyadını qəbul etmişdir.
2. Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışa əsasən Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləmişdir. Onun adı həmin dövr ərzində arxiv sənədlərində “X4” kimi qeyd olunmuşdur.
3. Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 1975-76-cı illər üzrə Biləsuvar rayonu, Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Maraqlı şəxs Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizə üzrə maraqlı şəxsdir.
5. Biləsuvar rayon Məhkəməsinin 2(022)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonunda fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakim Rəfayıl Əliyev)
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu «Lenin» adına kolxozda işləmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 307.1,307.2.1 və 308-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Maraqlı şəxs apellyasiy a şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində 2 şahidin ifadəsi alınsa da, onların əmək kitabçasını məhkəmə tələb etməmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-985/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı ilə Biləsuvar rayon Məhkəməsinin 2(022)-132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov, Tofiq Heydərov)
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrü bəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 qərarının 1.2 və 1.3-cü bəndlərində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qay dasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
12. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Dövlət Arxivi tər əfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışa əsasən Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləmişdir. Onun adı həmin dövr ərzində arxiv sənədlərində “X4” kimi qeyd olunmuşdur. Bu baxımdan, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 qərarının 13.2 və 13.3-cü bəndlərinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir: Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayara q, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
13. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adıçəkilən qərarının 1.6 və 1.7-ci bəndlərində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (MPM-in 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır; Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiy yətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
14. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə baxılarkən nəzərə alınmalıdır ki, bu fakt artıq Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışla təsdiq edilir. Sadəcə ərizəçinin adı həmin dövr ərzində arxiv sənədlərində “X4” kimi qeyd olunmuşdur. Bu yanlışlıq arxiv arayışında da öz əksini tapmışdır. Buna görə də adının yanlış olaraq “X4” kimi qeyd edilməsi səbəbindən hüquq müəyyənedici sənəd olaraq Ərizəçi aid arxiv arayışının ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra həmin şəxsin işləməsi faktında hər hansı hüquqi maneələr aradan qalxacaqdı r.
15. Belə ki, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi, həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçi (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MPM-in 261.0.1-ci maddəsi göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi yalnışdır. Belə ki, mübahisənin olması istisna edilə bilməz. Yəni iddiaçı əmək pensiyasının təyin edilməsi hüququnun həyata keçirilməsi üçün hüq uqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisənin predmeti isə iddiaçıya verilmiş arxiv arayışında soyad, ad və ata adı məlumatlarının Ərizəçi əvəzinə, X1 yazılması təşkil edir. Soyadın X kimi yazılması ilə bağlı heç bir mübahisə yoxdur. Çünki təqdim edilmiş sənədlərdən görünür ki, X iddiaçının qızlıq soyadıdır. İddiaçı “Lenin" adına kolxozda 1975-1976-cı illərdə işləmişdir. İddiaçı 01,08.1983-cü il tarixdə rəsmi nikaha girərək həyat yoldaşının soyadını – X soyadını qəbul etmişdir. Göründüyü kimi burada mübahisə iddiaçının adının X kimi yazılması ilə bağlıdır. Mübahisənin aidiyyəti inzibati məhkəmə olmadığından, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərardadla icraata xitam verməsi nəticə etibarı ilə hüquq və azadlıqların və ya qanuni mənaf eyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş ərizəçinin gələcəkdə həmin mübahisə üzrə hüquqlarının bərpası ilə bağlı xüsusi icraat qaydasında iddia qaldırmaq imkanlarını aradan qaldırır. MPM-in 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Göründüyü kimi, ortada həll edilməsi vacib olan bir mübahisə vardır ki, bu mübahisənin həlli yalnız məhkəmə müstəvisində mümkündür. Bu mübahisənin inzibati məhkəmə aidiyyatı istisna edilir. İnzibati orqan mübahisəni həll etmək imkanlarına malik olmasına rəğmən mübahisəni həll etməkdən imtina edirsə və yaxud hərəkətsizlik edirsə bu halda mübahisənin aidiyyəti inzibati məhkəmə olmalıdır, işin hallarından isə görünür ki, iddiaçının adı “X” əvəzinə “X" kimi yazılmışdır, inzibati orqan həmin sənəd üzrə V alidə adı ilə işləmiş şəxsin X olmasına qərar verə bilməz. Bir halda ki, inzibati orqanın belə bir səlahiyyəti yoxdur, deməli, bu halda mübahisə xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi yolu ilə həll edilməlidir. Bu da göstərir ki, apellyasiya məhkəməsinin qərardadı əsaslı deyil və ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı maraqlı şəxsin yazılı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktla rı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
22. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədədir.
23. İşdən görünür ki, ərizəçi 1975-1976-ci illərdə Biləsuvar rayonu, Bəydili kəndində fəaliyyət göstərmiş “Lenin” adına kolxozda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbinin əsası kim i də arxiv arayışlarına, həmin arayışlarda ad və soyadının fərqli yazılmasına istinad etmişdir.
24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə Ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi fakt artıq Biləsuvar Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 91A saylı arayışla təsdiq edilir. Sadəcə ərizəçinin adı həmin dövr ərzində arxiv sənədlərində “X4” kimi qeyd olunmuşdur. Bu yanlışlıq arxiv arayışında da öz əksini tapmışdır.
25. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Adı çəkilən qanunve ricilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.
27. Hazırki halda isə ərizəçi 1975-1976-cı illərdə Biləsuvar rayonu “Lenin” adına kolxozda işləməsi faktını təsdiq edən arxiv arayışını təqdim etmişdir. Sadəcə olaraq həmin arxiv arayışında ad və soyadda uyğunsuzluq olması müəyyən edilib ki, bu da ərizəçinin işləməsi faktını müəyyən edilməsi ilə deyil, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə aradan qaldırıla bilər.
28. Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndində də göstərilib ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
29. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tari xli, 03 saylı Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.
30. İddiaçının kassasiya şikayətini isə məhkəmə kollegiyası yuxarıda göstərilənlərə istinadən əsassız sayır.
31. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-985/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.