Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4086/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması” İddiaçı X oğlunun cavabdehlər "xxxx" saylı MTK və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, İstifadə və sahiblik hüquqlarının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev El şad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Hüseynova Esmira Hüseyn qızının, Maraqlı şəxs Rüstəmov Mədəd Nadir oğlunun vəkili və nümayəndəsi Nümayəndə, Hüquqlarına toxunmuş şəxs Maraqlı şəxs MTK-nın vəkili Əhmədov Orxan Ələkbər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6235/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Rüstəmov Mədəd Nadir oğlunun vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" MTK ilə "xxxx" MTK arasında bağlanmış 19.06.2008-cı il tarixli razılaşma protokoluna əsa sən, "xxxx" MTK 181.984 manat pulu 12 ay müddətində "xxxx" MTK-ya tam ödəməyi öhdəsinə götürmüş, həmçinin protokol və ona əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının dislokasiya planına əsasən sözügedən binadakı 47 mənzilin (2163 m2 + 2350,3 m2) "xxxx" MTK-ya, 25 mənzilin (2347,6 m2) "xxxx" MTK-ya verilməsi, qeyri-yaşayış sahələrinin isə 50:50 nisbətində (681,2 m2) bölünməsi razılaşdırılmış, mübahisəli 54 saylı mənzil də "xxxx" MTK-ya verilməsi nəzərdə tutulan mənzillərin sırasında olmuşdur. "xxxx" MTK ilə Rüstəmov Mədəd Nadir oğlu arasında 10 yanvar 2009-cu il tarixli müqavilə bağlanmış, buna əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı kooperativ yaşayış binasının tikintisi başa çatdıqdan sonra, həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili Mədəd Rüstəmova bir pay kimi verməyi, sonuncu isə mənzilin dəyəri qismində hər m2 sahə üçün 604 manat olmaqla, cəmi 79.000 manat pulu adıçəkilən MTK-ya ödəməyi öhdələrinə götürmüş; MTK tərəfindən verilmiş eyni tarixli maliyyə arayışına görə, Mədəd Rüstəmovun həmin mənzilə görə kooperativə heç bir borcu yoxdur. "xxxx" MTK ilə İddiaçı arasında 01.12.2012-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən adıçəkilən MTK, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşayış binasının 19.06.2008-cı il tarixli razılaşma protokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən "xxxx" MTK-ya verilməsi nəzərdə tutulan mübahisə mövzusu 54 saylı mənzilini İddiaçı verməyi, sonuncu isə həmin mənzil i qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Maliyyə arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi 39, 54 saylı mənzilə görə heç bir borcu yoxdur və mənzilin pulunu tam ödəmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2012-ci il tarixli, 2iqt(81)-109/2012 saylı qətnaməsi ilə "xxxx" MTK-nın "xxxx" MTK-ya qarşı «pul tələbi, mənzillərin sahibliyə verilməsi və zərərin ödənilməsi» barədə iddiası qismən təmin edilərək "xxxx" MTK-dan 181984 manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla, ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 25 mənzilin, habelə ümumi sahəsi 68 1 m2 olan qeyri-yaşayış sahəsinin qaraj hissəsində 224,35 m2, yarımzirzəmi hissəsində 224,35 m2 və ofis hissəsində 1-ci mərtəbədə 232,5 m2 sahəsinin cavabdeh "xxxx" MTK tərəfindən "xxxx" MTK-nın sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2014-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 07 avqust 2012-ci il tarixli qətnaməsinin qismən – "xxxx" MTK-dan 181984 manat pulun tutulması və Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mübahisəli 54 saylı mənzili də daxil olmaqla ümumilikdə 2347,6 m2 sahəni əhatə edən 12 mənzilin "xxxx" MTK tərəfindən "xxxx" MTK-nın sahibliyinə verilməsi h issələrində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014cü il tarixli 2-2(102)349/14 saylı qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyasının 21 may 2014-cü tarixli qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 59,3 m2 olan 1 otaqlı 40 saylı, 8-ci mərtəbədə yerləşən sahəsi 101,0 m2 olan 2 otaqlı 41 saylı və 10-cu mərtəbədə yerləşən sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzillərinin "xxxx" MTK-nın sahibliyinə verilməsi, eləcə də 181984 manat və iddiaçının sahibliyinə verilən mənzillərin ümumi sahəsi ilə əhatə olunmayan hissəsinin ə vəzi 3848 manat, cəmi 185832 manat pulun "xxxx" MTK-dan alınaraq "xxxx" MTK-ya verilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli qərarı ilə onun hüquq və vəzifələrinə dair məsələnin həll edildiyini bildirməklə qeyd edilən məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılmasına dair Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək həmin qərarın qismən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv olunmasını, həmin hissəyə yenidən baxılması üçün işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını istəmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 dekabr 2016-cı il tarixli, 13-1(102)-06/2016 saylı qərarı ilə İddiaçı əlavə kassasiya qaydasında şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli qərarı qismən - Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissəyə yenidən baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2014-cü il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 may 2015-ci il tarixli qərardadı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli qərarının icrasına dönüş edilmiş, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 54 saylı mənzilə İddiaçı sahiblik hüququ bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (1-ci iş üzrə) İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair onun tərəfindən 18550 manat məbləğində ödənişin "xxxx" MTK tərəfindən qəbul edilməsi, həmin mənzilin istifadə edilməsi nə maneələrin aradan qaldırılması, bu mənzilə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 30 iyul 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsi ilə iddia təmin olunmuş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə dair İddiaçı tərəfindən 18550 manat məbləğində ödənişin cavabdeh "xxxx" MTK tərəfindən qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çox mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilin istifadə edilməsinə maneələrin cavabdeh "xxxx" MTK tərəfindən aradan qaldırılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çoxmərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 m2 olan, 54 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması qət olunmuşdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən çox mərtəbəli evin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131 kvadrat metr olan, 54 saylı mənzilə görə onun 58950 manat olan dəyərinin 40400 manatını, yəni təxminən 70 faizini ödədiyindən o, həmin əmlaka sahiblik və istifadə hüquqları əldə etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən mənzilin dəyərinin böyük hissəsinin ödənilməsi ilə bağlı onun həmin əmlakın sahibi kimi sahiblik və istifadə hüquqlarının tanınmasını tələb etmək hüququ yaranmışdır. Eyni zamanda iddiaçının bu hüquqların həyata keçirilməsinə hər cür maneələrə son qoyulmasını qəsd edənlərdən tələb etmək hüququ vardır. Məhkəmə iclasında dindirilmiş şahidin ifadəsindən də görünür ki, cavabdeh iddiaçının mənzilindən istifadə etməsinə maneçilik törədir. Məhkəmə hesab etmişdir ki, cavabdeh də iddiaçının qeyd edilən mənzilə sahiblik istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törətməkdən çəkinməlidir. Eyni zamanda iddiaçı yerdə qalan 18.550 manat məbləği də cavabdehə ödəmək niyyətindədir və bununla bağlı məhkəmə qarşısında iddia da qaldırmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamə hüquq və vəz ifələrinə toxunan şəxslər X oğlu və Maraqlı şəxs MTK həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat (2-ci iş üzrə) İddiaçı X oğlu cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, «196 saylı MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin 54 saylı mənzilin alqı-satqısına dair müqavilənin etibarsız sayılması və həmin mənzilə onun istifadə və sahiblik hü ququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 12 iyul 2019-cu il tarixli, 2(007)-1386/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, “196 saylı MTK» ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 54 saylı mənzilin alqı-satqısına dair 01 dekabr 2012-ci il tarixli müqavilə qanunvericiliyin bütün tələblərinə riayət edilməklə bağlanmışdır və Bakı Apellyasiya Məhkəməsinin və həmin əqdin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 178.1, 452.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı X oğlu apellyasiya şikayəti v erərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(007)-1386/2019 nömrəli qətnaməsinin ləğvini və iddianın təmin edilməsini xahiş etmiş. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 oktyabr 2019-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 17 dekabr 2019-ci il tarixli, 2(103)-1374/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı 30 iyul 2014-cü il tarixli qətnaməsindən iş üzrə maraqlı şəxs X oğlu və hüquqlarına toxunmuş şəxs Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayətləri və Ba kı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(007)-1386/2019 nömrəli qətnaməsindən iddiaçı X oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)4941/2014 saylı mülki iş üzrə 30 iyul 2014-cü il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «mənzilə görə ödənişin qəbul edilməsi, mənzildən istifadə edilməsinə maneələrin aradan qaldırılması, sahiblik və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1386/2019 saylı mülki iş üzrə 12 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə həmin iş üzrə yeni qətnamənin çıxarılması, Rüstəmov Mədəd Nadir oğlunun "xxxx" Mənz il Tikinti Kooperativinə və İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair iddiasının təmin olunması, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin 54 saylı mənzilinə dair 01 dekabr 2012-ci tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə Rüstəmov Mədəd Nadir oğlunun istifadə və sahiblik hüququnun tanınması və "xxxx" Mənzil Tikinti Kooperativindən 58950 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində tikilən 12 mərtəbəli yaşayış binasının tikintisini birgə həyata keçirən "xxxx" MTK ilə "xxxx" MTK arasında bağlanmış 19.06.2008-ci il tarixli Razılaşma Protokoluna və ona əlavə edilmiş binanın dislokasiya planına əsasən mübahisəsi gedən 54 saylı mənzilin "xxxx" MTK-ya verilməsi nəzərdə tutulmuş, həmin mənzilə dair ilk müqavilə də məhz həmin MTK ilə Mədəd Rüstəmоv arasında bağlanmaqla müqavilədə nəzərdə tutulmuş ödənişlər sonuncu tərəfindən tam həyata keçirilmiş, sonradan isə onunla bağlanmış müqavilə ləğv edilmədən həmin mənzilə aidiyyəti olmayan "xxxx" MTK, İddiaçı ilə eyni əmlakla əlaqədar müqavilə bağlamışdır. Başqa sözlə, Mədəd Rüstəmоv ilə "xxxx" MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur, sözügedən müqavilənin və maliyyə arayışının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu isə müəyyən olunmamışdır. Apelyasiya instan siyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 157.8, 165, 178.8, MPM-nin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2(103)-13742/2019 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və Vüqar Həsənov) 02 iyun 2020-ci il tarixli, 2(102)2290/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 dekabr 2019-ci il tarixli, 2(103)-1374/2019 saylı qətnamə si ləğv edilmiş, mülki yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli, 2-2(102)-349/14 saylı qərarı ilə onu hüquq və vəzifələrinə dair məsələnin həll edildiyini bildirib, qeyd edilən məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılmasına dair Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək həmin qərarın qismən – Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTKnın sahibliyinə verilməsi hissəsində ləğv olunmasını, həmin hissəyə yenidən baxılması üçün işin kasasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 dekabr 2016cı il tarixli, 13-1(102)-06/2016 saylı qərarı ilə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 dekabr 2014-cü il tarixli, 2-2(102)-349/14 saylı qərarı qismən-Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilin Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissəyə yenidən baxılması üçün kasasiya i nstansiyası məhkəməsinə göndərilmişdir. İşə əlavə kasasiya qaydasında baxılarkən "xxxx" MTK mübahisəli mənzilə dair onunla Rüstəmov Mədəd Nadir oğlu arasında 10.01.2009-cu ildə müqavilə bağlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna hər hansı məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 dekabr 2016-cı il tarixli qərarı ilə iş mübahisəli mənzilə dair hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə deyil, kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bundan əlavə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Maraqlı şəxs MTK-nın "xxxx" MTK-ya qarşı iş üzrə 16 mart 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-238/14 saylı, 21 may 2014-cü il tarix li qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsində inşa edilən 12 mərtəbəli, yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, sahəsi 130,8 kv.m. olan 3 otaqlı 54 saylı mənzilinin cavabdeh "xxxx" MTK tərəfindən iddiaçı Maraqlı şəxs MTK-nın sahibliyinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan 2 ilə yaxın müddət keçdikdən sonra, yəni 21.02.2019-cu il tarixdə Maraqlı şəxs MTK Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı, 30 iyul 2014-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi apelyasiya şikayəti vermişdir. Rüstəmov Mədəd Nadir oğlunun yuxarıda qeyd olunan birinci instansiyada qaldırdığı iddia tələbləri və qətnamədən maraqlarına toxunan şəxs kimi verdiyi apelyasiya şikayəti ilə əlaqədar qeyd etmək lazımdır ki, art ıq Yasamal Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qətnaməsi icra olunaraq mübahisəli mənzil İddiaçı təhvil verilmiş və o həmin mənzili təmir edərək ailəsi ilə orada yaşayır, bu iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur (3-cü cild i/v 64). Apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən həmin maddənin tələbləri baxımından İddiaçı ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququnun pozulubpozulmamasına qiymət verməmişdir. Bundan əlavə iş materialları ilə Rüstəmov Mədəd Nadir oğlu ilə mübahisəli mənzilə dair müqavilənin hər hansı qeydiyyatı aparılmadığından həmin müqavilənin məhz 10 yanvar 2009-cu ildə bağlandığı iş materialları ilə təsdiq olunmur. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mübahisəyə Azərbaycan R espublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.” Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər R.Eyvazov - sədrlik edən və məruzəçi, Z.Şirinov və F.Talışinsk i) 03 noyabr 2020-ci il tarixli 2(103)-6235/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli, 2(004)-4941/2014 saylı qətnaməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(007)-1386/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair (Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 39 saylı evin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili) "xxxx" MTK ilə Rüstəmov Mədəd Nadir oğlu arasında 10 yanvar 2009-cu il tarixli müqavilə, "xxxx" MTK ilə İddiaçı arasında isə 01 dekabr 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisəli mənzil f aktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu oranı təmir edərək, yaşamaqda davam edir. "xxxx" MTK ilə "xxxx" MTK arasında mübahisəli mənzil və onun yerləşdiyi yaşayış binası ilə bağlı məhkəmə mübahisələri olmuş (yuxarıda məhkəmə qərarlarının nəticəsi barədə qeyd edilmişdir), son nəticədə mübahisəli mənzil "xxxx" MTK-ya aid edilməmiş, bu mənzilin sonuncuya təhvil verilməsinə dair iddia tələbi rədd edilmiş, əksinə İddiaçı həmin mənzil üzərində sahiblik hüququ bərpa edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə mübahisə predmeti olan mənzil üzərində məhz İddiaçı hüquqlarının mövcudluğu müəyyən edilmişdir. Yəni, mənzil "xxxx" MTK-ya deyil, "xxxx" MTK-ya aid edilmiş və sonuncu tərəfindən İddiaçı satılmışdır (belə olan halda isə, həmin mənzilin "xxxx" MTK tərəfindən Rüstəmov Mədəd Nadi r oğluna satılması qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz). Məhkəmə kollegiyası Rüstəmov Mədəd Nadir oğlunun iddiasının rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış 01 dekabr 2012-ci il tarixdə müqavilənin Rüstəmov Mədəd Nadir oğlunun iddiası üzrə etibarsız sayılmasına hər hansı qanuni əsas mövcud deyildir. Mübahisə predmeti olan mənzil İddiaçı təhvil verilmiş, sonuncu oranı təmir edərək yaşamaqda davam edir (mənzil hazırda da onun faktiki sahibliyində və istifadəsindədir). Rüstəmov Mədəd Nadir oğlu isə mənzili ümumiyyətlə təhvil almamış, ondan istifadə etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyasının mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsini n 452.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli olması mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onla rdan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Bu xüsusatla bağlı məhkəmə kollegiyası vurğulayır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi, hətta tərəflərə eyni mənzilin (sahənin) verilməsi durumunda belə (halbuki, yuxarıda qeyd edilənlərə əsasən mənzilin məhz "xxxx" MTK tərəfindən İddiaçı satılması qanuni olmuşdur) İddiaçı əşyaya faktiki sahiblən ən alıcı olduğundan, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. İddiaçı X oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(103)-6235/2020 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4941/2014 saylı mülki iş üzrə 30 iyul 2014-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1386/2019 saylı mülki iş üzrə 12 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməsini və "xxxx" Mənzil Tikinti Ko operativi ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki 39 saylı evin 54 saylı mənzilinə dair 01 dekabr 2012-ci tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mədəd Rüstəmovla "xxxx" MTK arasında yaranmış münasibətlər çərçivəsində həmin kooperativ öhdəliklərini lazımınca icra etmədiyi üçün, Mədəd Rüstəmov mübahisəli mənzil üzərində sahiblik və istifadə hüququnun tanınmasını tələb etməkdə haqlı olmuşdur. Mübahisəli mənzilin "xxxx" MTK (cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativin sədri X1) tərəfindən 01.12.2012-ci il tarixdə İddiaçı adına sənədləşdiri lməsi (onun adına müqavilənin və maliyyə arayışı - öhdəliyin verilməsi) və mənzilin sonradan adı çəkilən şəxsə təhvil verilərək onun hazırda orada faktiki yaşaması da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz, çünki əvvəla 19.06.2008-cı il tarixli Razılaşma Protokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən mübahisəsi gedən 54 saylı mənzilin "xxxx" MTK-ya verilməsi nəzərdə tutulmuş (başqa sözlə, həmin mənzil "xxxx" MTK-ya aid olmamış), digər tərəfdən həmin mənzil İddiaçı təhvil verildiyi zaman Mədəd Rüstəmovun adına olan müqavilə qüvvədə olmuşdur, beləliklə də "xxxx" MTK, mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda mənzili İddiaçı adına 01.12.2012-ci il tarixli müqavilə əsasında rəsmiləşdirmişdir. Mədəd Rüstəmov adına olan daha əvvəlki tarixli müqavi lənin ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Bu hal həmin mənzilə Mədəd Rüstəmovun sahiblik və istifadə hüququnun tanınmasını zəruri etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. "xxxx" MTK mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik subyekt olmamışdır; səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2017-ci il tarixli 2-2( 102)-l03/17 saylı qərarının (həmin qərarla nəticə etibarilə "Avanqard İnşaat” MTK-nın mübahi səsi edilən 59 saylı mənzilin cavabdeh "xxxx" MTK tərəfindən onun sahibliyinə verilməsi "nə dair iddiası təmin olunmamışdır) mövcudluğu da fərqli nəticəyə gəlinməyə əsas vermir. Həmin qərar Mədəd Rüstəmova münasibətdə preyudisial əhəmiyyətə malik deyildir, çünki sonuncu həmin iş üzrə tərəf olmamış, icraata cəlb olunmamış, bu səbəblərdən mübahisəli mənzilin İddiaçı adına sənədləşdirildiyi və mənzilin ona təhvil verildiyi zaman Mədəd Rüstəmovun adına olan müqavilənin qüvvədə olması ilə bağlı işin halları nəzərə alınmamışdır. Həmin işə baxan kassasiya instansiyası özünün qərarını qanuni qüvvəsini aldığı göstərilən Bakı şəhər Yasamal rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli 2(004)-4941/2014 saylı qətnaməsinin mövcudluğu, daha dəqiq ifadə ilə, qanuni qüvvəsini almış həmin qətnamə ilə müb ahisəli mənzilə İddiaçı sahiblik və istifadə hüquqlarının tanınmış olduğu ilə əsaslandırsa da, hazırkı apellyasiya baxışı üzrə icraat məhz sözügedən qətnamədən verilmiş apellyasiya şikayətlərinin əsasında başlamışdır (başqa sözlə, həmin qətnamə hələ qanuni qüvvəsini almamışdır). Mübahisəli mənzilə pay haqqını tam ödədikdən sonra Maraqlı şəxs MTK tərəfindən bina tikildikdən sonra 2012-ci ildə mənzil ona təhvil verilmiş və 2016-cı ilə qədər mənzilin açarı onda olmuş, mənzilə gedib- gəlmiş və xırda təmir işləri görmüşdür. Məhkəmənin onun 9 il ərzində mübahisəli mənzillə gedib-gəlməməsi barədə qənaəti həqiqətə uyğun deyil. İddiaçı Ali Məhkəmənin Plenumunun məlum qərarından sonra mənzilin qapısına qoyduğu açarı dəyişdirərək, öz açarını qoymuşdur. 2019-cu ilə qədər, yəni Nizami rayon məhkəməsind ə hazırki işə baxılana qədər İddiaçı orada yaşamamışdır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs Rüstəmov Mədəd Nadir oğlunun vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqlarına toxunmuş şəxs Maraqlı şəxs MTK-nın vəkili Əhmədov Orxan Ələkbər oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər v ə bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildi yindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl etmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən MM-nin 452.1-ci maddəsinin tətbiq edilməsi düzgün olmuşdur. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair (Bakı şəhəri, Yas amal rayonu, Bünyadzadə küçəsi, 39 saylı evin, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130,8 m2 olan 3 otaqlı 54 saylı mənzili) "xxxx" MTK ilə Rüstəmov Mədəd Nadir oğlu arasında 10 yanvar 2009-cu il tarixli müqavilə, "xxxx" MTK ilə İddiaçı arasında isə 01 dekabr 2012-ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisəli mənzil faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu oranı təmir edərək, yaşamaqda davam edir. İddiaçı mübahisəli mənzilə faktiki sahibləndiyindən, yəni əşya artıq ona faktiki olaraq verildiyindən və keçən müddət ərzində sonuncu ona yiyələnərək, mülkiyyətçi kimi sahiblik etdiyindən digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmışdır. Kassasiya şikayətinin "xxxx" MTK ilə "xxxx" MTK arasında 19.06.2008-cı il tarixli Razılaşma P rotokoluna və ona əlavə edilmiş dislokasiya planına əsasən mübahisəsi gedən 54 saylı mənzilin "xxxx" MTK-ya verildiyi üçün həmin mənzilə dair "xxxx" MTK-nın sərəncam vermək hüququnun olmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK ilə "xxxx" MTK arasında 19.06.2008-cı il tarixli Razılaşma Protokoluna və ona əlavə edilmiş dislokasiya planına dair bu razılaşmanın tərəfləri arasında mübahisə olmuş və bu mübahisə həmin tərəflər üçün preyudisial qüvvəyə malik Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2017-ci il tarixli qərarı ilə həll edilmişdir. Son nəticədə mübahisəli mənzil "xxxx" MTK-ya aid edilməmiş, bu mənzilin sonuncuya təhvil verilməsinə dair iddia tələbi rədd edilmiş, İddiaçı həmin mənzil üzərində sahiblik hüququ bərpa edilmişdir. Belə olan halda, mübahisəli mənzilə dair Rüstəmov Mədəd Nadir oğlu ilə 10 yanvar 2009-cu il tarixli müqavilə bağlayan "xxxx" MTK-nın 19.06.2008-cı il tarixli Razılaşma Protokoluna istinad edilməklə, həmin mənzil üzərində sərəncam vermək hüququ mövcud olmamışdır. Buna görə də, kassatorun "xxxx" MTK-nın mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik subyekt olmaması barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2017ci il tarixli qərarının Mədəd Rüstəmova münasibətdə preyudisial əhəmiyyətə malik olmaması, sonuncunun həmin iş üzrə tərəf olmamış, icraata cəlb olunmaması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, bu qərar Mədəd Rüstəmova münasibətdə preyudisial qüvvəyə malik olmasa da, hazırki iş üzrə 3-cü şəxs olan və mənzilə s ərəncam verən "xxxx" MTK-ya münasibətdə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən preyudisial qüvvəyə malikdir və "xxxx" MTK-nın həmin mənzilə münasibətdə səlahiyyətsiz şəxsdir. Səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Rüstəmov Mədəd Nadir oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-623 5/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.