Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1087/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ş.Talıbov, iş № 2(008)-5631/2019) İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddi ası qismən təmin edilərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə və təbii qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar dəymiş ziyana görə 672 manatın və dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçı bank hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən-iddianın xx.xx.2019-cu il tarixli akt əsasında 1440 manat məbləğində pul tələbinin rədd olunmamasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə təmin olunub Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə və təbii qazdan istifadə qaydalarını pozmağa görə xx xxxxxx 2019-cu il tarixli akt əsasında yaranmış 1440 manat məbləğində ziyanın əvəzinin tutularaq İddiaçınə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Cavabdeh N küçəsi, ev 137-də yaşamaqla xx xxxxxx 2017-ci il tarixdə onunla İddiaçı arasında qazın alqı-satqısı haqqında müqavilə bağlanmışdır. xx xxxx 2018-ci il tarixdə Birliyin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş və orada istixananın quraşdırılmaqla təbii qazdan sayğacdan kənar istifadə olunmasının aşkar edilməsi barədə akt tərtib edilmiş və həmin akt əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq komissiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən 6432 manat dəyərində 32.160 m3 qazdan qanunsuz istifadə olunması müəyyən olunmu şdur. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə həmin ünvana yenidən baxış keçirilmiş və təbii qazdan sayğacsız istifadə olunması barədə akt tərtib olunmaqla Birliyə dəymiş ziyan 1440 manat məbləğində qiymətləndirilmişdir. 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hesablanmış 7872 manat məbləğində ziyanın (6432+1440=7872) və 185.50 manat məbləğində debitor borcunun – cəmi 8057.50 manatın (7872+1850.50=8057) Cavabdeh Birliyin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçının nümayəndəsi kasasiya şikayəti verərək qətnamənin Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələblərinə uyğun əsaslandırılmamasını əsas göstərməklə iddianın təmin olunmamış hissəsində ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya ziyan dəyməsi iki akt əsasında müəyyən olunmuşdur. İkinci akt əsasında hesablanmış 1440 manat məbləğində ziyan apelyasiya məhkəməsinin qətnaməsi ilə tutulduğundan və şikayət iddianın təmin olunmamış hissəsindən verildiyindən, 1440 manatın tutulmasına dair hissədə qətnamənin qanuniliyi yoxlanılmır. İşdən göründüyü kimi 1-ci akt üzrə qazın dəyərinin hesablanması komissiya tərəfindən 6432 mana t məbləğində ziyan hesablanmış və məhkəmə həmin hissədə iddianı qismən təmin edərək cavabdehdən Birliyin xeyrinə 672 manat tutmuşdur. Apelyasiya instansiyası məhkəməsinə görə birinci akt üzrə ziyan hesablanarkən təbii qazdan qanunsuz istifadə dövrünün 14 gün təşkil etməsi nəzərə alınmamış və ziyan 14 günə görə deyil 134 günə görə hesablanmışdır. 14 günə görə ziyanın məbləği məhkəmə kollegiyasına görə 672 manat təşkil etmişdir. Birinci akt üzrə Birliyə daha artıq məbləğdə, yəni 6432 manat məbləğində ziyanın dəyməsi məhkəmə kollegiyasının istinad etdiyi sübutlarla inkar olunduğundan, həmin hissədə iddianın qismən təmin olunması müəyyən olunmuş sübutlara uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müd afiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası istinad etdiyi sübutlara düzgün qiymət vermiş, qanunun normasını düzgün tətbiq etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4087/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4087/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver