Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4087/2023 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1058/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyoto Prius” markalı, **-PB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə və svetaforun qadağan olunmuş siqnalında hərəkəti davam etdirmə qaydasını pozmuş və nəticədə “GREAT WALL-H3” markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “VAZ-21213” markalı **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
2. Hadisə nəticəsində İddiaçı və X1 yüngül bədən xəsarəti yetirilmiş, faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tari xli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmiş, Qusar RPŞ-nin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. 3. xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, “GREAT WALL H-3” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 10.600 manat və digər görülən işlərin dəyəri 5.400 manat olmaqla, ümumilikdə 16.000 manat təş kil edir.
4. Qusar Rayon Məhkəməsinin 3(029)-30/2022 nömrəli, 14 fevarl 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11.483 manat maddi ziyan və 124,45 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11.607,45 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
6. İddia tələbini işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, cavabddeh Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-PB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə və işıqforun qadağan olunmuş siqnalında hərəkəti davam etdirmə qaydasını pozmuş və nəticədə “GREAT WALL H-3” markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “VAZ-21213” markalı, **-BC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində ona və X1 yüngül bədən xəsarəti yetirilmişdir. Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cavabde h barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda barəsində inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2022-ci il tarixli Protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına ümumilikdə 16.000 manat ziyan dəymişdir. Qeyd olunan ziyandan cavabdehin sığorta şirkəti ona 4.517 manat ödəmişdir. Cavabdehdən qalan 11.483 manat pulun ödənilməsini dəfələrlə xahiş etsə də, bunun bir nəticəsi olmamışdır.
7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspe rtizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smeta aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Great Wall H-3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.080 manat müəyyən edilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh 8.563 manat məbləğində pulun və 93 manat dövlət rüsumunun tutularaq İddi açı ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən əmtəəşünaslıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 75 manatının Cavabdeh, 25 manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ziyandan Cavabdeh sığorta şirkəti cavabdehə 4.517 manat ödəmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş maşına vurulmuş ümumi ziyandan yəni, 13.080 manatdan, sığorta şirkəti tərəfindən ödənilmiş 4.517 manat çıxılmaqla, qalan 8.563 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı-yə ödənilməlidir. Belə ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri iş m ateriallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təstiqini tapır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1, 1108.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 42, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdeh (Vəkil) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li e kspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smeta aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Great Wall H-3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.080 manat müəyyən edilmişdir. Bu rəy faktiki оlaraq heç bir sübut əhəmiyyəti daşımayan, şişirdilmiş qüsur aktı əsasında aparılmışdır. Heç kimə bəlli оlmayan şəxs tərəfindən tərtib edilmiş qüsur aktının ekspert qarşısında heç bir şübhə dоğurmaması özü-özlüyündə şübhə dоğurur. Belə ki, hazırda internet baza məlumatlarından görünür ki, “GREAT WALL H-3” markaıl 2015-ci il buraxışlı nəqliyyat vasitəsinin orta bazar satış qi yməti təxminən 16-17 min manat civarındadır. İddiaçı məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı “GREAT WALL H-3” markalı avtomaşının təmiri üçün ehtiyat hissələri qızıldanmı hazırlanmışdır? Əgər avtomaşının bazar qiyməti ilə bir balaca toqquşma nəticəsində təmiri üçün də elə qədər vəsait tələb olunursa, burada qüsur aktını tərtib edən şəxsin saxtakarlığa yol verdiyi açıq-aşkar görünür. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Həmin mərkəz ekspertiza rəyi təqdim etmişdir. Rəylə tanış olduqda bir sıra məsələlər yaranmışdır. Belə ki, rəydə qeyd olunur ki, bu iş üzrə rəy nəzəri cəhətdən veril ir. Başqa sözlə, yol-nəqliyyat hadisəsi nəticəsində əzilmiş avtomaşına baxış keçirilmir, heç kimə bəlli olmayan şəxs tərəfindən akt tərtib edilərək cəmi 16.000 manat dəyəri olan avtomaşına elə 16.000 manat ziyan dəydiyi müəyyən edilmiş, həmin akt ekspert tərəfindən əsas sənəd kimi qəbul edilmişdir. Halbuki, ekspert bir az diqqətli olsaydı görərdi ki, qarşı-qarşıya toqquşmuş avtomaşınların 90 faiz aqreqat və mexanizmləri sıradan çıxa bilməz. 16.000 manat bazar dəyəri olan avtomaşının ön hissəsinin yüngül zədələnməsi nəticəsində avtomaşının dəyəri miqdarında pul tələb etməsi absurddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti işin hallarına uyğun rəy verməmişdir. Avtomaşına baxış keçirilməsi zəruri olduğu halda ekspert belə bir vəsatət qaldırmamışdır. Halbuki, avtomaşına baxış keçirilməklə rəy verilməsi ekspertin birbaşa vəzifəsidir. Lakin, qeyd etdikləri kimi, ekspert belə bir vəsatətin qaldırılmasında maraqlı olmamış, verilmiş rəy isə birtərəfli, qeyri-obyektiv və əsassızdır. Bundan başqa, rəydə qeyd olunur ki, bütün hesablamalar nəzəri cəhətdən həyata keçirilir. Bu nəzəri cəhət nə deməkdir ki? Qüsur aktının rekvizitləri bəlli olmayan, VÖEN-i məlum olmayan, harada fəaliyyət göstərdiyi belə məlum olmayan, ümumiyyətlə kim tərəfindən tərtib olunduğu aydın olmayan bir sənədin ekspert tərəfindən “çox mühüm sənəd kimi” qəbul olunduğu əsaslı şübhələr doğurur. Belə ki, iddia ərizəsinə qüsur aktının yalnız birinci vərəqi əlavə olunmuş, sonrakı vərəqləri əlavə olunmamışdır. Bu isə məhkəməni yanlış istiqamətə yönəltmək üçün hesablanmışdır. Eks pert isə bununla əlaqədar vəsatət verməmişdir. Bu hallar isə ekspertin maraqlı olmasına dəlalət edir. Bu halları sübut etmək üçün xüsusi biliyə malik olmaq lazım deyil. Məsələn, qüsur aktında qeyd olunur ki, avtomaşının sağ paneli 1.600 manat dəyərindədir. Bu “sağ panel” nə olan şeydir ki, avtomaşının bazar dəyərinin 10%-ni təşkil edir? Nəzəri hesablamalar aparan ekspert bunu görmür? Bundan başqa, yüngül zədə almış avtomaşının surətlər qutusu (qüsur aktında və rəydə “karobka” kimi qeyd olunur) necə sıradan çıxa bilər ki, bunun üçün 1.000 manat ziyan müəyyən edilmişdir? Hələ “qabaq şit zbor” - 600 manat, “qabaq qapı” 600 manat, “rulevoy kolonka” 500 manat, “qabaq fara sağ” 400 manat və sair kimi qiymətləndirilməsindən söhbət getmir. Yəqin bu faranın içi qızıldandır. Buradan belə qənaətə gəl mək olur ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi bu mühüm məsələləri əhatə etməmişdir. Odur ki, Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadığı üçün hazırki iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1058/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi cavabdeh apellyasiya şikayətində ekspertin rəyinin kifayət qədər aydın və tam olmadığı, işin həqiqi hallarını əks etdirmədiyi barədə dəlilinə münasibət b ildirərək qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi üzrə ekspert xüsusi biliyə malikdir. Buna görə də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələrini də nəzərə alaraq, məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin mötəbər sübut kimi qiymətləndirilməli olması barədə nəticəyə gəlmişdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh in təkrar ekspertiza keçirilməsi ilə əlaqədar vəsatətinə münasibətdə iddiaçı bildirmişdir ki, dəfələrlə cavabdehə avtomobilin könüllü təmir etdirilməsi ilə bağlı müraciətlər etmiş, lakin cavabdeh vurulmuş ziyanın ödənlilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmiş, nəticədə həmin avtomobil onun tərəfindən başqa şəxsə satıldıqdan sonra təmir olunmuşdur. İddiaçının həmin dəlilinə cavabdeh heç bir etiraz etməmiş, avtomobil qəzası nəticəsində ailə üzvlərinin xəsarət alması ilə əlaqədar maddi imkanının olmadığını, yalnız 3.000 manatın hissə-hissə ödənilməsinə razı olduğunu qeyd etmişdir. İddiaçı isə hissə-hissə ödənişə ümumiyyətlə inanmadığını, lakin qarşılıqlı güzəşt edərək həmin məbləğin birdəfəlik ödənildiyi halda barışıq sazişi bağlamağa razı olduğunu bildirmiş, lakin növbəti məhkəmə iclas ında cavabdeh və onun nümayəndəsi gəlməyərək edilmiş təklifə heç bir münasibət bildirməmişlər.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 9/7592 №-li ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. İş mаtеriаllаrındаn görünür ki, hаdisə qış vахtı, yоlun qаrlı-buzlu оlduğu səbəbindən sürüşmə nəticəsində bаş vеrmişdir. Bаşqа sözlə, hаzırki iş üzrə dəymiş zərər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəlməsi sübutа yеtir ki, bu hаldа dа cаvаbdеh zərəri ödəməyə bоrclu dеyil. Lаkin məhkəmə bu hаllаrın hеç birini аrаşdırmаmışdır. Nəticədə əsаssız və qаnunsuz qətnаmə qəbul еtmişdir. Kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 14.2.6. Başqa şəxsə zə rər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmas ına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən b u Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya sı məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbə rliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(105)-1058/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.