Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4088/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı “dəymiş maddi ziyan ödənilməklə mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-c ü il tarixli, 2(103)2140/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona dəymiş maddi ziyanı ödəməklə zəbt olunmuş mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, kirayə haqqına görə 750 manat, ev telefonun pulunu ödədiyinə görə 14,25 manat, qıfılı dəyişməyə görə 15 manat, dövlət rüsumuna görə 100 manat, vəkilə ödənilmiş xərclərə görə 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 202 2-ci il tarixli, 2(005)4223/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)2140/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(005)-4223/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasə n kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nə dən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
7. Belə ki, iddiaçı kassasiya şikayətinə maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 60, 71, 125, 129-cu maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 372.7-ci maddələrinə istinad etmiş, həmin maddələrin dispozisiyaları kassasiya şikayətinə köçürülmüşdür.
8. Lakin, kassasiya şikayətinin məzmununda maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə ifadə olması, mübahisəyə aidiyyəti göstərilməmişdir.
9. Digər tərəfdən müəyyən olunur ki, iddiaçının tələbləri cavabdehin yaşayış sahəsindən çıxarılması və pulun ödənilməsindən ibarət olmuşdur. Həmin tələblər tam olaraq məhkəmələr tərəfindən rədd olunmuşdur. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini həmin tələblər üzrə hansı hissədə (tam və ya qismən) mübahisələndirdiyini qeyd etməmiş, hər bir tələbə münasibətdə qətnamənin maddi və prosessual pozuntularının nədən ibarət olmasını əsaslandırmamışdır.
10. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.
11. Qeyd olunanlara ə sasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)2140/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.