Məhkəmə qərarları › İş №2(102)-4089/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4089/2019

20.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4089/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh qızının və vəkili Vəkil, cavabdeh X2 vəkili X4 və nümayəndəsi Məmmədova Tinatin Hüseyn qızının iştirakı ilə, Cavabdeh qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(005)548/2017 nömrəli qərardadı ilə (hakim A.Abbasov) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh qızının cavabdeh X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”na qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-548/2017 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin Məhkəmənin icraatında olan ilkin iddia üzrə İddiaçı Cavabdeh qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızı cavabdeh İddiaçı qarşı “uydurma əqdin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(005)-2883/2017 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilmiş, birləşdirilmiş iş üzrə 2(005)2883/2017 nömrəli qeydiyyat nömrəsi saxlanılmışdır Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(005)2883/2017 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı Cavabdeh qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia tələbi təmin edilərək, Cavabdeh qızının İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 78 nömrəli evin, 13 nömrəli mənzilindən çıxarılmış, Cavabdeh qızının İddiaçı qarşı “uydurma əqdin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməyərək Cavabdeh qızının cavabdeh X5 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev, İ.Xəlilov və E.Nağıyeva) Bakı şəhəri Nərimanov rayon Məhkəməsin in 08 may 2017-ci il tarixli, 2(005)-2883/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-966/2018 saylı qərardadı ilə (hakimlər X.Sarıyev, E.Şamayev və İ.Kərimli) Bakı Apellyasiya Məhkəməsi MK-nın 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Cavabdeh qızı tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-966/2018 saylı qərardadının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətn aməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Rəsulov X7 Könül Ələddin qızına qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 78 nömrəli evin, 13 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qızı İddiaçı və X5 qarşı qarşılıqlı iddia tələbi təqdim edərək, ünvan 1 mənzilinə dair X10 və İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin və RX seriyalı, ******* saylı daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.11.2016-cı ildə iddiaçı Cavabdeh qızı cavabdeh X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”na qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 mənzilə dair onun, 17.06.2005-ci il təvəllüdlü X3, 13.08.2009-cu il təvəllüdlü X8 və 12.03.2011 -ci il təvəllüdlü X6 mənzilə dair istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.11.2016-cı il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı Cavabdeh qızının nümayəndəsi X12 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisəli mənzilin səhv olaraq ünvan 2mənzil olduğunun yazıldığını, halbuki, mübahisəli mənzilin ünvan 1anına isti fadə hüququnun tanınması mübahisələndirildiyindən bu ünvanla əvəzləşdirilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2(103)-966/2018 saylı qərardadının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh qızı və vəkili Vəkil, cavabdeh X2 vək ili X13 və nümayəndəsi Məmmədova Tinatin Hüseyn qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətnaməsinin surəti Cavabdeh qızının qeydiyyatda olduğu (özünün q eyd etdiyi valideyni yaşadığı) ünvan 3nvanına, onun yaşadığı ünvan 1anına, onun nümayəndəsi X9, ünvan 2 ünvanına göndərilmişdir. Qətnamə ünvan 3nvanına 21.09.2018-ci ildə təqdim olunmuş, bu barədə SS532835668AZ saylı, ünvan 2 ünvanına 17.09.2018-ci ildə təqdim olunmuş və bu barədə SS532835708 AZ saylı sifarişli poçt qəbzləri mövcuddur. Qətnamənin təqdim olunması barədə məktub ünvan 1anından Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdı rılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun y aşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Prosessual Qanunvericiliyin tələbindən də göründüyü kimi, Cavabdeh qızının qeydiyyatda olduğu (valideynlərinin yaşadığı) ünvan 3nvanına, onun nümayəndəsi X9– ünvan 2 ünvanına SS532835668AZ və SS532835708AZ saylı sifarişli poçt qəbzlərinin göndərilməsi mövcud olduğundan, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-nin 135.5 maddəsi). İşdən görünür ki, məhkəmə prosesi gedişatında Cavabdeh qızına və nümayəndəsinə ünvanlanmış bütün sənədlər məhz həmin ünvanlara göndərilmiş və həmin ünvanlardan qəbul olunmuşdur. Göründüyü kimi, qətnamənin təqdim olunmasından 2 aydan xeyli müddət keçəndən sonra kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd olunan hal, müddətin bərpası üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhk əmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra ləğv edilərək onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Av ropa Konvensiyasının 6cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququn mahiyyətinə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19.03.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə göt ürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-966/2018 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzürlü səbəblər barədə sübutlar təqdim olunmadığından, iddiaçı tərəf hüquqdan aşkar surətdə sui-istifadə etdiyindən, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mar t 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar