Məhkəmə qərarları › İş №2(102)-4089/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4089/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4089/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)621/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-5155/2019) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 10.000 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tar ixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh İddiaçı xeyrinə 4000 manat tutulması və iddianın qalan hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2016-cı il tarixdə Maştağa qəsəbəsində yerləşən 10 sot torpaq sahəsini ona satacağını vəd edərək ondan iki dəfəyə 13.000 manat məbləğində pul almasını, lakin vədinə əməl etməyərək torpaq sahəsini ona satmamasını, verdiyi pulu tələb etdikdə isə sonuncunun ona cəmi 3000 manatı qaytarıb, qalan 10.000 manatı qaytarmaqdan boyun qaçırmasını əsas göstərməklə onun x eyrinə 10.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırd ıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı məhkəmədən əvvəl polis orqanına müraciət etmiş və Yasamal Rayon Polis İdarəsində və eləcə də apelyasiya instansiyası məhkəməsində borcun məbləğinə və qaytarılmış hissəsinə münasibətdə ziddiyyətli ifadələrə yol vermişdir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərildiyi kimi 13.000 manat deyil, cəmi 10.00 0 manat məbləğində borc verilmiş, həmin borcdan 1000 manat iddiaçıya qaytarılmış və bu, iddiaçının özü tərəfindən də etiraf olunmuşdur. Bundan başqa, polis orqanında aparılmış araşdırma zamanı iddiaçı müstəntiqin vasitəsi ilə cavabdehdən daha 5.000 manat almışdır. İşin həmin halları polis orqanı tərəfindən təqdim edilmiş materialda olan qəbzlərdə, iddiaçı tərəfindən verilmiş izahatlarda, o cümlədən Yasamal Rayon Prokurorluğuna verdiyi xx xxxxxx 2018-ci il tarixli ərizəsində öz təsdiqini tapmışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya qaytarılmamış 4000 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh iddiaçıdan aldığı 10.000 manat məbləğində borcun 4000 manatını qaytarmamaqla öhdəliyinin icrasını lazımınca təmin etmədiyindən apelyasiya instansiyası məhkəməsi iddianı sübuta yetirilmiş həcmdə təmin etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar