Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4089/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-63/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları
1. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən Bank borcluya 36 ay müddətinə, illik 28% olmaqla 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən Kredit müqaviləsi üzrə aylıq ödəniş 1448 ABŞ dolları müəyyən edilmişdir.
2. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 25 saylı evin 5 otaqlı, ümumi sahəsi 219,5 kv.metr olan 14 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə RX seriyalı, ******* saylı Çıxarış verilmişdir.
3. Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 əsas borcu 26303,83 ABŞ dolları, faiz borcu 14812,14 ABŞ dolları, dəbbə pulu 1517,96 ABŞ dolları, əldən çıxmış fayda 949 ABŞ dolları olmaqla, ümumilikdə 43582,93 ABŞ dolları məbləğində borcunun olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra Bank) Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 26303,83 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22 dekabr 2018-cı il tarixinə faiz borcu 14812,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 949 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1517,96 ABŞ dolları, cəmi 43582,93 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın tərəflər arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2375 nömrəli reyestr kitabının 221110 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, mənzildə qeydi yyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bank ilə Cavabdeh1 arasında 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsi bağlanaraq, borcalana 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə, 35000 ABŞ dolları məbləğdə kredit verilmişdir. 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış 22 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2375 nömrəli reyestr kitabının 221110 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 219.5 kv.metr olan 5 otaqlı 14 saylı mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 Karim qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 qeydiyyatdadırlar. 22 dekabr 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsəsən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 22 dekabr 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 26303,83 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 22 dekabr 2018-ci il tarixə faiz borcu 14812,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 949 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanma cərimə borcu 1517,96 ABŞ dolları, cəmi 43582,93 ABŞ dolları təşkil edir.
6. Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2020-ci il tarixli, 9/2696 saylı ekspert rəyinə əsasən, müqavilə müddətinin bitdiyi 22 dekabr 2018-ci il tarixə Cavabdeh1 Banka olan borcu 37871,01 ABŞ dolları məbləğində, o cümlədən: əsas borc üzrə 26362,65 ABŞ dolları; faiz borcu üzrə 11508,36 ABŞ dolları; 22 dekabr 2018-ci il tarixdən 12 sentyabr 2019-cu il tarixədək olan müddətdə illik 5% dərəcə ilə hesablanan faiz borcu nəzərə alınmaqla Cavabdeh1 12 sentyabr 2019-cu il tarixə İ ddiaçı ASC-yə olan borcu 38239,8 ABŞ dolları müəyyən edilir, o cümlədən: əsas borc üzrə 26303,83 ABŞ dolları; faiz borcu üzrə 11935,97 ABŞ dolları müəyyən edilmiş, bank tərəfindən 22 dekabr 2015-ci il tarixli İPK 01 nömrəli kredit müqaviləsi hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları tələb edilmədiyindən hazırkı ekspertiza zamanı borc alana qeyd olunan kredit müqaviləsi cərimə hesablanmadığı göstərilmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci tarixli, 2(011)-69/2021 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, 22 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 26303,83 ABŞ dolları, faiz borcu üzrə 11508,36 ABŞ dolları, 150 ABŞ dolları dəbbə pulu, və 949 ABŞ dolları məbləğdə əldən çıxmış fayda olmaqla, ümumilikdə 38911,19 ABŞ dolları məbləğdə pulun ödəniş gününə Azərbaycan Respublikası manatı ilə və 27 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq Banka ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 saylı mənzilin likvid qiymətinin 200.000 manat (ilkin satış qiyməti 210000 manat) məbləğdə olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Banka olan borcun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 sentyabr 2020- ci il tarixli, 9/2696 nömrəli ekspert rəyini məqsədə müvafiq və ədalətlidir. Məhkəmə həmçinin iddianın kredit müqaviləsi üzrə əldən çıxmış faydaya görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 949 ABŞ dolları məbləğində pulun tutulması hissəsində iddia tələbini əsaslı hesab etmişdir. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü e dilmiş mənzilə yönəldilməlidir və mənzil açıq hərracdan satılmalıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 210000 manat müəyyən edilməlidir. Cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi ol an şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 385.1, 442, 445, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası zamanı borc düzgün hesablanmamışdır. Şikayətə əlavə edilən çeklərdən görünür ki, Banka 48824 ABŞ dolları pul ödənilmiş və həmin pul vəsaitləri hesaba alınmamışdır. Həmçinin “Buta Qiymətləndirmə” mərkəzinin verdiyi rəy üzrə mənzilin qiyməti kifayət qədər az hesablanmışdır. Bütün bunlar məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Həmçinin məhkəmə q ərar qəbul edərkən cavabdehin iştirakını təmin etməmiş və bu barədə bildiriş məhkəmə iclasında sonra təqdim edilmişdir. Həmin ünvan üzrə mənzilin kvadrat metri ümumi bilinən bir məsələdir və qiyməti 2000 ABŞ dolları təşkil edir. 12. “X1 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli, 67 saylı mütəxəssis rəyində, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 630000 manat təşkil etdiyi qeyd edilmişdir. 13. "xxxx" MMC tərəfindən təqdim olunmuş 27 yanvar 2022-ci il tarixli, MB 15/0055 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi ev 25 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.m olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 438000 manat təşkil etdiyi qeyd edilmişdir 1
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 25 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti 439000 manat məbləğdə müəyyən edildiyi qeyd edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)63/2023 nömrəli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipoteka pre dmeti olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 saylı mənzilin ilkin satış qiyməti 439000 manat müəyyən edilərək, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas, faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təminatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir. Şikayətin dəlil ləri qətnamənin bütövlükdə ləğvinə və iddianın rəddinə əsas vermir. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi birinci məqam ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onun iştirakı təmin edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərin rəsmi qeydiyyatda olduqları ünvanlara məhkəmə bildirişləri göndərilmişdir. Bundan əlavə, iş materiallarında cavabdehin ailə üzvləri Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsinə ünvanlanmış ərizələri mövcuddur. Bu da onu deməyə əsas verir ki, cavabdehlər mülki iş barədə məlumatlı olmuşlar. Şikayətin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizası zamanı borc düzgün hesablanmaması ilə bağlı məh kəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, iş üzrə 08 sentyabr 2020-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi alınmış, rəydən sonra cavabdeh tərəfindən hər hansı ödəniş aparılması müəyyən edilməmişdir. Cavabdeh özü də razılaşmadığı borcun hansı məbləğdə olmalı olduğunu, onun tərəfindən aparılmış hər hansı bir ödənişin ekspertiza keçirilərkən nəzərə alınmadığını və ya ekspert hesablamalarından kənar hər hansı ödənişin aparılması əsaslandırılmamış və bu barədə sübut təqdim olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut hesab etməklə, rəydə müəyyən edilmiş borc məbləği ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin borcun məbləği ilə bağlı gəldiyi nəticə düzgündür. Şikayətin ipoteka predmeti olan əmlakın dəyərin in düzgün müəyyən edilməməsi ilə bağlı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, likvid dəyər müəyyən olunarkən ekspert rəyi mütəxəssis rəyinə əsasən daha mötəbər sübut hesab olunduğundan Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuş 439000 manat məbləğ əsas götürülməklə, ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən olunmalı və qətnamə həmin hissədə dəyişdirilməlidir.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 439.2, 442, 445.1, 445.7, 462.1. 467, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 39.3.3, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadına, habelə Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 119.1, 217.1, 217.3, 384.0 və 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə, cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququna tam həcmdə riayət etməmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin həcmi və həddi də, nəzərə alınmaqla iş üzrə əlavə, yaxud təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi həm məqbul, həm mümkün, həm də ədalətli olmaqla, bütün suallara tam aydınlıq gətirmiş olardı.
20. Həmçinin kassator qeyd edir ki, cavabdeh Rəşad Eyyubov tərəfindən onun üzərinə düşən öhdəliyinin tam həcmdə icra edilməməsi “Covid-19” pandemiyasının fəsadları ilə əlaqədar olduğundan, iddiaçı bu halı bilə-bilə lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıqdan kömək göstərmişdir. Belə ki, iddiaçı ən azı ödəniş qrafiki, yaxud yeni müqavilə təklif edə bilərdi, yaxud zərəri azaltmaq üçün digər ağlabatan tədbirlər görə biləcəyi halda bunu etməmiş və məhkəmə də bu vacib hala fikir verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;
23. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiymət i üzrə aparılır;
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır;
26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir;
27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyən ləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
28. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər i ştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
30. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 32. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 33. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
34. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 35. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
36. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər;
37. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 38. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 39. 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar;
40. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çı xmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apell yasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipot eka predmeti ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti (ilkin satış qiyməti) ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
54. İşin hallarından müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında 22 dekabr 2015-ci il tarixli, İPK 01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 28% olmaqla 35000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.
55. Tərəflər arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 nömrəli mənzil borc alanın öhdəliklərinin tə minatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas, faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təmininatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir. Şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə və iddianın rəddinəəsas vermir.
57. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kredit borcunun düzgün hesablanmamasına dair apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iş üzrə 08 sentyabr 2020-ci il tarixdə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi alınmış, rəydən sonra cavabdeh Rəşadət Eyyudov tərəfindən hər hansı ödəniş aparılması müəyyən edilməmişdir. Cavabdeh1 özü də razılaşmadığı borcun hansı məbləğdə olmalı olduğunu, onun tərəfindən aparılmış hər hansı bir ödənişin ekspertiza keçirilərkən nəzərə alınmadığını və ya ekspert hesablamalarından kənar hər hansı ödənişin aparılması əsaslandırılmamış və bu barədə sübut təqdim olunmamışdır.
58. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, rəydə müəyyən edilmiş borc məbləği ilə razılaşmış və hesab etmişdir ki, bi rinci instansiya məhkəməsinin borcun məbləği ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi apellyatorun ipoteka predmeti olan mənzilin dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilini araşdırıb qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bir neçə dəfə ipoteka predmetinin qiymətləndirilməsi aparılmışdır. 60. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 219,5 kv.metr olan 5 otaqlı 14 nömrəli mənzilin likvid qiyməti “X1 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim olunmuş 29 oktyabr 2021-ci il tarixli, 67 saylı mütəxəssis rəyinə əsasən 630000 manat, "xxxx" MMC tərəfindən təqdim olunmuş 27 yanvar 2022-ci il tarixli, MB 15/0055 saylı mütəxəssis rəyinə əsasən 438000 manat, Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən 439.000 manat müəyyən edilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi, ipoteka predmetinin likvid dəyərini müəyyən edərkən ekspert rəyini mütəxəssis rəyindən daha mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 10/5776-9/6435 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuş 439000 manat məbləğ əsas götürülməklə, ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən olunmaqla qətnamə həmin hissədə dəyişdirilməlidir.
62. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ara şdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2023-cü il tarixli, 2(103)-6 3/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.