Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-409/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Neftçala rayonu X bələdiyyəsinin Cavabdeh (müsətqil tələb irəli sürməyən üçüncü şəxs XXX işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşaldılması, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Neftçala rayonu, X bələdiyyəsinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXX) “zəbt edilmiş kəndarası yolun açılması” tələbinə dair mülki iş üz rə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Neftçala rayonu, X bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXnun kassasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Neftçala rayonu, X kəndində 0,30 ha torpaq sahəsi həmin kəndin sakinləri olan X5, X4 və Cavabdeh mülkiyyətinə ayrılıb.
2. Neftçala rayonu, X bələdiyyəsinin Cavabdeh ünvanladığı 06 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunub: “X bələdiyyəsi Sizə bildirir ki, X kənd sakini XXX X3 bələdiyyəsinə rəsmi olaraq ərizə ilə müraciət edərək onların küçəsinin siz tərəfinizdən zəbt olunaraq hasarlanmasını və bağlanmasını b ildirmiş. Bununla bağlı 2021ci ildə Əmlak Müfəttişliyindən nümayəndələr gələrək, həmin ərazinin heç bir kəsə sənədlə aid olmadığından bələdiyyə mülkiyyəti kimi göstərmişdir. Bununla əlaqədar olaraq 15 gün müddətində həmin sahəni boşaldıb bələdiyyəyə təhvil verməyinizi xahiş edirik”.
3. Mübahisə bununla bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Neftçala rayonu, X bələdiyyəsi (bundan sonra “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən zəbt edilmiş 8 metr eni, 40 metr uzunluğu olan hasarlanmış yolun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, kəndarası yollar bələdiyyə mülkiyyətindədir. Cavabdehin yaşadığı evin yaxınlığından keçən torpaq yol uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunub. Lakin hazırda cavabdehə məxsus evin yaxınlığından keçən eni 8 metr, uzunluğu isə 40 metr olan yol cavabdeh tərəfindən zəbt edilərək hasara alınıb. Halbuki həmin yoldan kənd əhalisi illər Kür çayına çıxış yolu kimi istifadə edib. Cavabdehə yolun açılması barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin ona xx.xx.2022-ci il tarixində rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq yolun açılmasını təmin etməyib. Cavabdeh yolun zəbt olunması barədə onun iştirakı ilə tərtib edilmiş akta imza etməkdən də imtina etmişdir. Sözügedən yolun zəbt olunması kənd əhalisinin həmin yoldan normal istifadə etməsini əngəlləyir. Bu səbə bdən həmin yolun açılması zəruridir.
6. Cavabdeh iddianı qəbul etməyərək göstərib ki, məhkəməyə torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə təqdim edib. İddiada mübahisələndirilən ərazi, yəni uzunluğu 40 metr, eni 8 metr təşkil edən torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən atası X2, anası X1 və onun (cavabdehin) mülkiyyətində olan həyətyanı torpaq sahəsinin daxilində yerləşir. Buna görə də, həmin ərazinin zəbt olunmasından söhbət gedə bilməz. Sadəcə olaraq mübahisələndirilən ərazi xeyli müddət ərzində açıq, yəni çəpərlənməmiş vəziyyətdə olub. Bu səbəbdən də kənd sakini XXX ailə üzvləri ilə birlikdə həmin sahədən gediş-gəliş yolu kimi istifadə edib. Başqa heç kəs bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməyib. Sonradan o (cavabdeh), ərazini çəpərləy ib (ətrafına “tor” çəkib). Məhz bundan sonra XXX müxtəlif instansiyalara, o cümlədən Neftçala Rayon İcra Hakimiyyətinə və bələdiyyəyə şikayətlər etməyə başlamışdır. Halbuki, qeyd olunan sahənin istər bələdiyyəyə, istərsə də hər hansı başqa bir şəxsə heç bir aidiyyəti yoxdur. Bələdiyyənin məhkəməyə müraciətinin əsl məqsədi XXXnun şikayətlərinin qarşısını almaqdan ibarətdir. Ərazidə başqa gediş-gəliş yollarının mövcud olması səbəbindən göstərilən sahənin çəpərlənməsi heç kəsə maneə törətmir. Mübahisəli torpaq sahəsi onlara aiddir. Ümumiyyətlə, həmin torpaq sahəsi həmişə onların ailəsinə məxsus olub. Mütəxəssis təyin olunsun, mübahisəli torpaq sahəsi onun torpağına aid deyilsə, məhkəmə qərar qəbul edənə qədər də torpağı boşaldar.
7. Birinci instansiya məhkəməsi zəbt olunduğu iddia edilən torp aq sahəsinin Bələdiyyəyə və ya cavabdehə məxsus olmasını müəyyən etmək məqsədilə ekspertiza təyin etmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1272 nömrəli, 06 mart 2024-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən, eni 8 metr, uzunluğu 40 metr təşkil edən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş X6 X8 (TEKUİS) əsasən cavabdehin istifadəsində olan, JN-092F nömrəli şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir
9. Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ceyhun Qədimov)
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsi ndə mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirdiyinə baxmayaraq, məhkəməyə bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı iddia tələbi üzrə hər hansı başqa hallara əsaslanan subyektiv hüquqa malik olmasını da işin məhkəmə baxışı zamanı sübuta yetirməyib. Əksinə, şəhadətnamə və mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə (JN-092F; kod ********) cavabdehin qanuni istifadəsində və sahibliyindədir. Beləliklə, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş sayıla bilməz. Cavabdeh mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçilərindən biridir ki, bu da bələdiyyənin eyni yerə münasibətdə mülkiyyət hüququnu istisna edir. Cava bdehin mülkiyyət hüquqları qanunla qorunur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5-ci, Torpaq Məcəlləsinin 84.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə ekspert rəyini tədqiq etmədən, rəyi nəyə görə qəbul etdiyini əsaslandırmadan qətnamə qəbul etmişdir.
14. Apellyasiya baxışında XXX mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Üçüncü şəxs XXX bildirmişdir ki, cavabdehin də, onun da şəhadətnaməsində mübahisəli ərazi yol kimi qeyd edilib. Eksperet rəyi ilə razı deyil. Onun alternativ yolu var, lakin həmin yol bu yola nisbətən 1,5 km. daha uzundur. Cavabdeh prinsipə düşüb yolu tədricən bağlayıb, açmır.
16. Üçüncü XXXun sifarişi ilə "xxxx" MMC-nin tərtib etdiyi rəy də apellyasiya baxışında təqdim edilmişdir.
17. İddiaçının nümayəndəsi apelyasiya baxışında təkrar tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(106)-1670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(053)-11/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Tale Kərimov)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X bələdiyyəsinin kəndarası yol olduğunu iddia etdiyi eni 8 metr, uzunluğu 40 metr olan mübahisəli ərazinin istifadədən azad edilməsi ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, X bələdiyyəsinin iddia etdiyi və mübahisə predmeti olan eni 8 metr, uzunluğu 40 metr təşkil edən mübahisəli ərazi JN-092F nömrəli şəhadətnamə ilə cavabdehin mülkiyyətind ə istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Bu hal iş materiallarında olan mütəxəssis, habelə ekspert rəyi ilə də öz təsdiqini tapır.
20. Həmin torpaq sahəsinin iddiaçının sahibliyində və ya istifadəsində olması ilə bağlı, ümumiyyətlə, iş materiallarında hər hansı sübut mövcud deyildir. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmir, cavabdeh də izahatında həmin ərazinin ailə üzvlərinin mülkiyyətində olduğunu bildirir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyə tçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən maneələr yaradıldığı iddia edilə torpaq sahəsində iddiaçının cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb edir.
21. Bundan əlavə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi kəndarası yol kimi göstərilən və gediş-gəliş yolu kimi istifadə edilməsi nəzərdə tutulan yolun açılmasını təmin etmək məqsədini güdür. M übahisəsiz olan əsas məqam isə budur ki, iddiaçının qeyd etdiyi həmin ərazi elektron məlumat bazasına əsasən cavabdehin mülkiyyətində yerləşir və cavabdehin torpaq sahəsinin hüdudları daxilindədir. Bu vəziyyət isə göstərir ki, nəinki iddiaçının, ümumiyyətlə heç bir şəxsin başqasının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı iddia irəli sürməyə hüququ yoxdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məlumatlarının düzgünlüyü sübuta yetirilənə qədər, həmin məlumatların doğru və tam olduğu qəbul edilir. Həmçinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir
22. Apellyasiya instansiyası məhkəməsi göstərmiş dir ki, iddiaçı və ya üçüncü şəxs iddia edirsə ki, kənd camaatının getməsi üçün başqa alternativ yol yoxdur, bununla bağlı cavabdehə qarşı servitut qaydasında (gediş-gəliş yolundan istifadə) istifadə hüququnun verilməsi ilə bağlı tələb irəli sürməlidir. Belə ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yalnız bu halda iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququn olması kimi qəbul edilə bilər.
23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti və təqd im edilən "xxxx" MMC-nin rəyi üzrə Mülki Prosessual Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən bildirmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya mə hkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2).
24. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etsə də, əldə edilmiş ekspert rəyini mübahisələndirməmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdi r ki, iddiaçının apellyasiya məhkəməsindən (birinci instansiya məhkəməsində verilməli olan) vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apelly asiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 152.1, 152.5, 157.2, 158.1, 158.2, 238.1, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 47(2), 47(3), 68, 84(1), 111-ci, Mülki Prosessual Məcəlləsinin 78.4, 372.1, 372.2-ci maddələri və Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı və üçüncü şəxs XXX (vəkili Nümayəndə) birgə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
29. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarından mübahisəsiz şəkildə görünür ki, mütəxəssis rəyi, iş üzrə mövcud olan və daha etibarlı olan mübahisəli torpaq sahəsinin Yerquruluşu Planının a zidd olaraq verilmişdir. X9 görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi cavabdehə məxsus olan torpaq sahəsinin hüdudları daxilində deyil və həmin planda cavabdehə JN-92F nömrəli Dövlət Aktı ilə verilmiş həyətyanı torpaq sahəsinin sərhəddindən kənarda, ümumi kəndarası yol olaraq qeyd olunmaqdadır. Məhkəmələr natamam və ziddiyyətli ekspert rəyinə əsaslanaraq, mübahisəli torpaq sahəsinin mübahisəsiz olaraq cavabdehin torpaq sahəsinin hüdudu daxilində olmadığına, bu barədə irəli sürülən fikirlərə, əsaslara əhəmiyyət vermədən yanlış qənaətə gələrək hesab etmişdir ki, iddiaçı, mülkiyyətində olan torpaq sahəsini tələb etməkdə subyektiv hüquqa sahib olmamışdır. Məhkəmə üçüncü şəxsin təqdim etdiyi sübutu qəbul etməməklə, mübahisəli torpağın bələdiyyə mülkiyyəti olmasını təsdiqləyən Əm lak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in təqdimetdiyi Kompleks Yerquruluşu Layihəsinə münasibət bildirməməklə və hüquqi qiymət verilməməklə, həm iddiaçının, həm də üçüncü şəxsin qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozmuş və bu da düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur. Həmin sübutda məhkəmənin istinad etdiyi ekspert rəyinin əksinə olaraq mübahisəli torpaq sahəsi Bələdiyyənin mülkiyyəti olmaqla kəndarası yol kimi müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləş dirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola b ilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nə zərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47 (2). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47 (3). Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meyd anlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84 (1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tər əfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndiriilb. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
36. İddia tələbi bələdiyyə mülkiyyətində olan və cavabdeh tərəfindən zəbt edilmiş 8 metr eni, 40 metr uzunluğu olan hasarlanmış yolun açılması barədədir. İddiaçı tələbinin əsası kimi kəndarası yolların bələdiyyə mülkiyyətində olmasına, həmin yolun uzun illər kənd əhalisi tərəfindən gediş-gəliş yolu kimi istifadə olunmasına, cavabdehin yolu tutmasına istinad etmişdir.
37. İşin ekspert rəyinə əsasən məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə kəndarası yol cavabdeh tərəfindən tutulmayıb, cavabdeh tərəfindən tutulması iddia edilən yol (torpaq sahəsi), “Torpağın mülkiyyətə verilməsinə dair” JN-092 F; kod 80708018 saylı şəhadətnaməyə əsasən cavabdehin (onun ailə üzvlərinin) mülkiyyətlərində olan 0,30 ha torpaq sahəsinin hüdudları daxilindədir. Başqa sözlə, tutulması iddia edilən yol (torpaq sahəsi), cavabdehin və ailə üzvlərinin mülkiyyətindədir.
38. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
39. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 19-26-cı bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.
40. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun qəbul edilən olmasını, hansının isə qəbul edilən ol mamasını prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
41. Həmçinin apellyasiya instansiyası ekspert rəyini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır.
43. Belə ki, kassasiya şikayətində məhkəmələrin natamam və ziddiyyətli ekspert rəyinə əsaslanması qeyd edilsə də, işdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş, lakin ekspert rəyini mübahisələndirməmişdir. Baxmayaraq ki, iddiaçının birinci instansiya məhk əməsində ekspert rəyinə etiraz etmək, sübutlar vermək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət vermişdir (bax: 24-cü bənd).
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Neftçala rayonu, X bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXnun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1670/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul e